Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-211/2020 06.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 Saylı Ərazi X1rşı “təbii qazdan istifadəyə görə yaranmış 51906,83 manat əsas borcun və 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutularaq İddiaçı İB-nin Sabunçu filialının bank hesabına ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 Saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadəyə görə yaranmış 51906,83 manat əsas borcun və 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutularaq İddiaçı İB-nin Sabunçu filialının bank hesabına ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi bildirdi ki, cavabdehin hal-hazırda qazdan istifadə ilə bağlı debitor borcu yoxdur və iddia tələbində qeyd edilən borc məbləği tam olaraq ödənilmişdir. İddiaçı təşkilat tərəflər arasında mübahisə olmadığı üçün iddiadan imtina edir. Məhkəmə iddiaçının izahatını dinləyib və ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulmadığından, habelə tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada həll edildiyindən və hazırkı vəziyyətdə tərəflər arasında mübahisə mövcud olmadığından iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1.-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 Saylı Ərazi X1rşı “təbii qazdan istifadəyə görə yaranmış 51906,83 manat əsas borcun və 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutularaq İddiaçı İB-nin Sabunçu filialının bank hesabına ödənilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və e-2- 2(117)-211/2020 nömrəli işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-211/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-211/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver