Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-24/2021 04.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Namiq oğlunun katibliyi ilə, İddiaçı, iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilən Nümayəndə1 iştirakı ilə, İddiaçı Nümayəndə1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “549 manat əsassız borcun silinməsi, cavabdehdən 5000 manat maddi və 10000 manat mənəvi ziyanın alınaraq “xxxx” MMC-yə verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “549 manat əsassız borcun silinməsi, cavabdehdən 5000 manat maddi və 10000 manat mənəvi ziyanın alınaraq “xxxx” MMC-yə verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nümayəndə1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi İddiaçınn əsl iddiaçı Nümayəndə1 ilə əvəz edilməsinə etiraz etmədiyini, həmçinin işin məhkəmə aidiyyəti üzrə Şəki rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 54.1-ci maddəsinə əsasən əsl iddiaçı olaraq Nümayəndə1 iddiaçı ilə əvəz etmişdir. İddiaçı Nümayəndə1 hazırkı işin aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə yanaşı, işdə iştirak edən şəxslərin subyektiv tərkibini də nəzərə almalıdır. Hazırki işdə aidiyyətlə bağlı məsələnin həlli üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti əhəmiyyət kəsb etidiyindən məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası MPM-nin 25.1 və 25.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxırlar. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şəxs hüquqi şəxs statusuna və yaxud da hüquqi şəxs yaratmadan fərdi sahibkar statusu əldə edən fiziki şəxs statusuna malik olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı ilə bağlı məsələlərə baxılarkən MPM-nin 24.2-ci maddəsində nəzərdə tutulan işdə iştirak edən şəxslərin subyektiv tərkibinin nəzərə alınması ifadəsi, həmin şəxslərin hüquqi şəxs, fərdi sahibkarlıq statusuna malik fiziki şəxs, yaxud bu statusa malik olmayan fiziki şəxs olubolmamasının nəzərə alınması kimi qəbul edilməli və buna uyğun olaraq mübahisələrin məhkəmə aidiyyatı məsələsinə qiymət verilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarının: 24-cü bəndində qeyd edilir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri, həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, “xxxx” ASC, “xxxx” ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. 26-cı bəndə göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 mülkiyyətində olan Şəki şəhəri, Salman Mümtaz küçəsi 997-də yerləşən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılaraq Nümayəndə1 abonent kimi qeydiyyata alınmış, bütün sənədlərdə, o cümlədən enerjidən istifadə ilə bağlı abunə müqaviləsi, istismara qəbul və icazə sənədlərində, həmçinin abonent barədə məlumatlarda bu fakt öz əksini tapmışdır, sonuncunun isə fərdi sahibkar statusu yoxdur, sahibkar kimi vergi orqanında qeydiyyatdan keçməmişdir. Hazırkı işdə əvvəlki İddiaçı direktor olduğu müəsissənin təsisçisi olsa da, hazırkı iş üzrə abonent olaraq şəxsən Nümayəndə1 çıxış edir, qeyd edilən abonentin “xxxx” MMC ilə hər hansı istifadə, icarə və ya digər əsasla münasibətləri yoxdur. X2, habelə Elektron Məhkəmə sisteminin bazasında da Nümayəndə1 sahibkar kimi qeydiyyata alınması barədə məlumatlar mövcud deyildir. Hüququn pozulması iddiası irəli sürən şəxsin həmin tələbi irəli sürmək üçün subyektiv hüququ olmalıdır, yəni ən azı bu fakt hər hansı bir hüquq verən sənəddə əks edilməli və ya qanunun tələbindən irəli gəlməlidir. İşdə olan sənədlərə əsasən hazırkı iş üzrə iddiaçı olaraq Nümayəndə1 çıxış edə bilər. Qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, tərəflərin subyektiv tərkibinə və bununla da mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən və tərəflərin subyektiv tərkibinə görə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi (rayon, şəhər) məhkəmə tərəfindən baxılmalı olduğundan və müqavilənin icra yeri Şəki şəhərində olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyət üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bundan əlavə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçıya enerjinin verilməsinin dayandırılması “xxxx”ASC-yə qadağan edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iş məhkəmə aidiyyəti üzrə göndərilsə də işə mahiyyəti üzrə baxılmadığından və yekun məhkəmə aktı qəbul edilmədiyindən yenidən təmin tədbiri barədə ərizəyə baxılmasında təkrarlığa yol verməmək üçün qeyd edilən təmin tədbirinin görülməsi barədə qərardadın ləğv edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Nümayəndə1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “549 manat əsassız borcun silinməsi, cavabdehdən 5000 manat maddi və 10000 manat mənəvi ziyanın tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-24/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-24/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver