Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-245/2020 05.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakıilə, İddiaçı X6 cavabdeh “xxxxxxxx” X3rşı “xxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli 007204 nömrəli akt əsasında əsassız hesablanmış 2520 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh “xxxxxxxx” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli 007204 nömrəli akt əsasında əsassız hesablanmış 2520 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəməyə təqdim etdikləri etiraza uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (bazar ticarət) Şəki EŞ-nin enerji satış bazarında “Bazar” ATSC-nin adına **********9 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları B.Hacıyev, S.İbrahimov və Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin aparıcı mühəndisi N.Məmmədkərimov tərəfindən İddiaçı ASC-nin elektrik xətlərinə, sayğac uçot transformatoruna baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “C” fazasından keçən yükü qeyd etmədiyi, sayğac ekranında U cərəyanının 0 göstərdiyi, ölçmə zamanı axan yüklərin İA=130A, İB=138A, İC=145A, Pf=90 kVt, Psay=58 kVt olduğu, qoyulmuş güc cərəyan transformatorlarının nominalına əsasən Pqoy=99 kVt təşkil etdiyi aşkar olunmuşdur. Odur ki, borcun əsassız hesablanmadığını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarixli 007204 nömrəli akt, abunə haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Həmçinin sözügedən Əsasnamə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaları reyestrdə qeydiyyata alınmayan yoxlamaların dairəsinə aid etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları B.Hacıyev, S.İbrahimov və Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin aparıcı mühəndisi N.Məmmədkərimov tərəfindən İddiaçı ASC-nin elektrik xətlərinə, sayğac uçot transformatoruna baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının “C” fazasından keçən yükü qeyd etmədiyi, sayğac ekranında U cərəyanının 0 göstərdiyi, ölçmə zamanı axan yüklərin İA=130A, İB=138A, İC=145A, Pf=90 kVt, Psay=58 kVt olduğu, qoyulmuş güc cərəyan transformatorlarının nominalına əsasən Pqoy=99 kVt təşkil etdiyi aşkar olunmuşdur. “xxxxxxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinin “Abunə haqqında” arayışından məlum olur ki, xx.xx.2020-ci il tarixə NDQ 007204 nömrəli akta əsasən 2484,63 manat borc qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Cavabdehlərin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə keçirdiyi baxış iddiaçıya xidmət edən elektrik təminatını həyata keçirən sayğacın göstəricilərinə keçirilən baxış olmamış və qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət reyestrində qeydə alınmalı olan baxış keçirilmisdir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olmamışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə riayət olunmadığından, habelə hesablanmış borc məbləği qanunsuz hesablandığından iddia tələbi qismən təmin edilərək xx.xx.2020-ci il tarixdən aktın tərtib edildiyi tarixədək istehlak edilmiş elektrik enerjisinin dəyəri olan 35,37 manat borc çıxılmaqla akt əsasında iddiaçıya hesablanmış 2484,63 manat (2520- 35,37=2484,63) borc silinməli, iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumundan azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. “xxxxxxxx” X9 tərəfindən xx.xx.2020-ci il tarixli NDQ 007204 Akt əsasında İddiaçı X7 hesablanmış 2484,63 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh “xxxxxxxx” X5 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-245/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-245/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver