Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-321/2020 22.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “xxxxx” Kiçik Müəssisəsinin nümayəndəsi Nümayəndə, cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxx” Kiçik Müəssisəsinin cavabdeh “xxxxxxxx” X3rşı “332,88 manat məbləğindən pulun “xxxxx” Kiçik Müəssisəsinin hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxxx” Kiçik Müəssisəsinə məxsus Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən çayxanaya quraşdırılmış sayğaca xx.xx.2016-cı il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları Z.Məmmədov, C.Quliyev, N. Məmmədkərimov (aparıcı mühəndis) və abonentin nümayəndəsi kimi Taleh Abdullayevin iştirakı ilə baxış keçirilmiş, elektrik sayğacının hesablama mexanizmində müdaxilə izləri olduğu, sayğacın üst örtük hissəsinin gövdədən aralı olması müəyyən edilərək 001177 nömrəli, xx.xx.2017-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları N.Məmmədkərimov, nəzarətçi mühəndis T.Bəkirli, texnik N.Salamlı və abonentin nümayəndəsi kimi Nümayəndə iştirakı ilə baxış keçirilmiş, sayğacın ildırım vurma səbəbli yanıb sıradan çıxması müəyyən edilərək 010291 nömrəli aktlar tərtib edilmişdir xx.xx.2016-cı il tarixli 001177 nömrəli akt əsasında abonentə 295,50 manat məbləğində, xx.xx.2017-ci il tarixli 010291 nömrəli akt əsasında isə 6,84 manat məbləğində borc hesablanmışdır. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 332,88 manat məbləğində pulun “xxxxx” Kiçik Müəssisəsinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “xxxxx” Kiçik Müəssisəsi cavabdeh tərəfindən təqidm olunan bildirişlər üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtı vaxtında poçt şöbəsinə ödəmişdir. Ödənişlərlə bağlı heç bir problem olmamışdır. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən yoxlama aparılan zaman sayğacı ildırım vurma səbəbli yanıb sıradan çıxdığı aşkarlanmış və sayğac yenisi ilə əvəz edilmişdir. Bundan sonra məlum olmuşdur ki, “xxxxx” Kiçik Müəssisəsinin mənbəyi məlum olmayan qalıq borcu vardır. Borcun silinməsi ilə bağlı dəfələrlə müraciət edilsə də, cavabdeh borcun silinəcəyini bildirsə də, borc məbləği hazırki vaxtadək müəssisənin hesabından silinməmişdir. Cavabdeh “xxxxxxxx” X5 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi ("xxxxx" Kicik Müəssisəsi) Nümayəndə adına olmaqla **********76045 (**********7) sayli kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2016-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları Z,Məmmədov, C.Quliyev, N.Məmrnədkərimov tərəfindən Şəki şəhərində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılrnış elektrik hesablama sayğacına iddiaçının nümayəndəsi Taleh Abdullayevin iştirakı ilə X1 qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı obyektə məxsus elektrik sayğacının hesablama mexanizmində müdaxilə izlərinin olduğu və sayğacın üst örtük hisssinin gövdədən aralı olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar X1 qaydalarının 8.17-ci bəndinin tələbinə uyğun olaraq adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2016-ci ii tarixli NDQ 001177 nömrəli akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi Taleh Abdullayev imzalamaqdan imtina etmidir. Müdaxilə olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmişdir. xx.xx.2016-ci il tarixli, NDQ 001177 nömrəli akta əsasən "xxxxxxxx" ASCnin Akt komissiyası tərəfindən xx.xx.2016-ci il tarixdə itirilmiş enerjinin bərpası rnəqsədilə abonent sayğacdan keçən yükə uyğun 163 gün üçün 0.09 manatla 295.50 manat itirilmiş enerji hesabati aparılmışdır. Obyektdə quraşdırılmış sayğac üçün sayğac quraşdırma bədəli olan 138 manat hesablansa da, sonradan **********76045 (404001 19907) nömrəli hesabdan silinmişdir. Bundan əlavə xx.xx.2017-ci ii tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları N.Məmmədkərimov, T.Bəkirov, N.Salamlı tərəfindən Şəki şəhərində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablama sayğacına iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sayğacın ildırım vurma nəticəsində yanıb sıradan çıxdığı aşkar edilmiş və pozuntu ilə əlaqədar əməkdaşlar tərəfindən xx.xx.2017-ci ii tarixli R 010291 nömrəli akt tərtib olunmuş, aktı iddiaçı öz imzasıyla təsdiq etmidir. xx.xx.2017-ci il tarixdə yanmış sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və xx.xx.2017-ci ii tarixli R 010291 nömrəli akta əsasən Akt komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə sayğacın yanaraq sıradan çıxdığı 8 gün üçün 0.09 manatla 6.84 manat itirilmiş enerji hesabatı aparılmışdır. Bundan əlavə iddiaçıya aktlar əsasında 302,34 manat hesabat aparılmışdır. Habelə iddiaçı 2020-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Bu səbəbdən üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Abunə haqqında məlumatda göstərilən ETAİS-dən gələn borc kimi qeyd olunmuş 30.54 manat borc məbləği sistem dəyişilən zaman əvvəlki sistemin dövründən qalmış xx.xx.2015-ci il tarixə olan borc məbləğidir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Aktlar, İcra vərəqələri, abunə haqqında məlumat, protokol və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir.2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi, cavabdeh xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tarixdə iddiaçıya məxsus sahibkarlıq yerində quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmiş və bu baxış nəzarətçi tərəfindən bildiriş vermək üçün sayğaça keçirilən baxış olmamışdır. Göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi məhz yoxlama xarakterli olmuşdur ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Həmçinin sözügedən Əsasnamə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaları reyestrdə qeydiyyata alınmayan yoxlamaların dairəsinə aid etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “xxxxx” Kiçik Müəssisəsinə məxsus Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən çayxanaya quraşdırılmış sayğaca xx.xx.2016-cı il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları Z.Məmmədov, C.Quliyev, N. Məmmədkərimov (aparıcı mühəndis) və abonentin nümayəndəsi kimi Taleh Abdullayevin iştirakı ilə baxış keçirilmiş, elektrik sayğacının hesablama mexanizmində müdaxilə izləri olduğu, sayğacın üst örtük hissəsinin gövdədən aralı olması müəyyən edilərək 001177 nömrəli, xx.xx.2017-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları N.Məmmədkərimov, nəzarətçi mühəndis T.Bəkirli, texnik N.Salamlı və abonentin nümayəndəsi kimi Nümayəndə iştirakı ilə baxış keçirilmiş, sayğacın ildırım vurma səbəbli yanıb sıradan çıxması müəyyən edilərək 010291 nömrəli aktlar tərtib edilmişdir xx.xx.2016-cı il tarixli 001177 nömrəli akt əsasında abonentə 295,50 manat məbləğində, xx.xx.2017-ci il tarixli 010291 nömrəli akt əsasında isə 6,84 manat məbləğində borc hesablanmışdır. Cavabdeh orqan tərəfindən həmin yoxlama aparılarkən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Cavabdeh tərəfindən də bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olmamışdır. Bununla yanaşı, aktlar əsasında “EEİQ”-nın 8.17-ci bəndinin pozulması faktlarına əsaslanaraq Şimal-Qərb RETSİ-in Akt komissiyası tərəfindən 0.09 manatla 295,50 manat və 6,84 manat dəyərində iddiaçı müəssisəyə itirilmiş enerji hesabatı aparılmışdır. Halbuki, qanunverici həmin bənddə sadalanan hallar mövcud olduğu halda istehlakçıya yenidən hesablaşma aparılmasını bu halların baş verməsində istehlakçının təqsiri ilə əlaqələndirmişdir. Belə ki, “EEİQ”-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan norma üç halda, yəni istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda); uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerji təchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ verir. Lakin həmin bəndin tələbinə görə istehlakçının uçot cihazında pozuntular müəyyən edildiyi halda təkrar hesablaşma aparılması enerji təchizatı müəssisəsinə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Hazırki iş üzrə mübahisə predmeti olan aktlar tərtib edilərkən nöqsanlar aşkar edilsə də, müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olub-olmaması ümumiyyətlə araşdırılmamış, ildırım vurması nəticəsində isə sayğaçın sıradan çıxmasında abonentin ümumiyyətlə təqsiri mövcud olmamaqla yanaşı hadisə nəticəsində sayğaçın sıradan çıxması nəticəsində X1nin davam etdirilməsinə dair heç bir sübut mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən istehlakçıya yenidən hesablaşma aparılması qanunsuz olmuşdur. Bundan əlavə iddiaçı abonentə məxsus məlumatdan görünür ki, abonentə 30,54 manat məbləğində ETAİS-dən gələn borc, 295,50 manat və 6,84 manat məbləğində aktlar əsasında borc hesablanmışdır. İddiaçı hazırki iddia tələbində həmin borcların silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının tələbinin həcminə münasibətdə onu qeyd edir ki, iddia tələbi qismən yəni ona mübahisə predmeti olan aktlar əsasında hesablanmış 295,50 manat və 6,84 manat olmaqla ümumilikdə 302,34 manat borcun silinməsi hissəsində təmin edilməli, qalan 30,54 manat hissədə (ETAİS-dən gələn borc) rədd edilməlidir. Belə ki, qalan 30,54 manat məbləğində borc ona aktlar əsasında hesablanmamış, ETAİS-dən gələn, yəni sistem dəyişməsi ilə bağlı əvvəlki sistemdən keçən debitor borc məbləğidir. Cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olmasına dair etiraz dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sadalanan normalardan göründüyü kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddəti, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş müddətdir ki, həmin müddətin keçməsindən asılı olmayaraq hüququn müdafiəsi haqqında tələb məhkəmə tərəfindən baxılmağa qəbul edilir və yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddətinin tətbiq edilməsi barədə ərizə, qanunvericiliklə cavabdehə verilmiş bir hüquqdur ki, o həmin hüquqdan yalnız ona qarşı tələb irəli sürüldüyündə və həmin müddət ötürüldüyündə istifadə edə bilər. Hazırki vəziyyətdə iddiaçı cavabdehdən pul tələb etmir və ondan hər hansı hərəkətin edilməsini arzulamır. İddiaçı ona hesablanmış borcu əsassız hesab edərək silinməsini tələb edir ki, hazırki iddia tələbinə müddət şamil edilə və iddia müddətinin tətbiq edilməsi ilə iddia rədd edilə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan aktlar tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə riayət olunmadığından, habelə hesablanmış borc məbləği qanunsuz hesablandığından iddia tələbi qismən təmin edilərək 302,34 manat borc silinməli, iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilərək aktlar əsasında hesablanmış borc silindiyindən ödənilməmiş 20 manat dövlət rüsumunu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 302,34 (üç yüz iki manat otuz dörd qəpik) manat məbləğində pul (borc) “xxxxx” Kiçik Müəssisəsinin hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 20 (iyirmi) manat Dövlət rüsumu cavabdeh “xxxxxxxx” X4 Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-321/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-321/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver