Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-354/2022 04.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin “cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan 292,60 kv.m daşınmaz əmlakın, ümumi sahəsi 0,335 ha torpaq sahəsindən ibarət ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı bir hasarın, tikilinin çəkilməsini və mülkiyyət üzərində giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir süni maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq , müəyyən etdi: İddiaçı ASC-nin “cavabdeh tərəfindən iddiaçı “cavabdeh ASC tərəfindən İddiaçı ASCnin mülkiyyətində olan 292,60 kv.m daşınmaz əmlakın, ümumi sahəsi 0,335 ha torpaq sahəsindən ibarət ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı bir hasarın, tikilinin çəkilməsini və mülkiyyət üzərində giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir süni maneələrin qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə idda ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmiş, cavabdehin adı, ünvanı və yuxarıda qanunvericlikdə sadalanan rekvizitləri qeyd olunmamışdır. Bundan başqa iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı, yəni ərizəsinin məzmunu müvəqqəti təminat tədbiri olmaqla müəyyən hərəkətlərin qadağan edilməsindən ibarətdir. Belə olan halda hazırki ərizə iddia ərizəsi kimi deyil, müvəqqəti təminat təbdiri kimi Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 159.1-ci madddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. İddiaçının diqqətinə çatdırılır ki, müvəqqəti təminat tədbirinin tətbiqi və ya müddətinin uzadılması ilə bağlı elektron məhkəmə informasiya sisteminin imkanlarından istifadə edərək məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin “cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan 292,60 kv.m daşınmaz əmlakın, ümumi sahəsi 0,335 ha torpaq sahəsindən ibarət ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı bir hasarın, tikilinin çəkilməsini və mülkiyyət üzərində giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir süni maneələrin qadağan edilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-354/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-354/2022
04.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver