Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-582/2025 07.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə iştirakı ilə, İlk iddia üzrə iddiaçı Nümayəndə Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İlk iddia üzrə iddiaçı Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən ******* saylı akt əsasında hesablanmış 5325 manat cərimənin iddiaçı Nümayəndə məxsus Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən Qəbələ çay bağı adlı qeyri yaşayış sahəsinin abunet kodu **********0021 olan hesabdan silinməsi, 74 manat ödənilmiş dövlət rusumunun cavabdehdən tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nümayəndə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı Nümayəndə Cavabdehnə qarşı akt əsasında hesablanmış 5325 manat borcun silinməsinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nümayəndə qarşı, cavabdeh Nümayəndə 8348.63 manat əsas borcun və 104 manat dövlət rüsumunun tutularaq Cavabdeh xeyrinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ şəhəri, Heydər Əliyev prospektində istifadədə olan “Qəbələ çay bağı” adlanan qeyri-yaşayış sahəsində Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəşisi arasında AMX-4666/22 saylı alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış obyektinə qaz təhcizatı təmin edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən sayğac quraşdılmışdır. Bu günədək heç bir müdaxilə olmadan qaz sərfiyyatı üzrə hesablanmış sərfiyyatın məbləği ödənilib. 2025-ci ilin martın 4-də Cavabdeh əməkdaşları qaz sayğacına baxış keçirərək heç bir ekspertiza aparmadan güya ümumi qaz sərfiyyatının maksimal həddindən 17,3 kub metr çox olduğu aşkarlanmışdır. Nəticədə ******* saylı akt tərtib edilmiş, 5325 manat məbləğində 18684 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Sahibkarlıq obyektində Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəşisi arasında AMX-4666/22 saylı alqısatqı müqaviləsində göstərilən avadanlıqlardan başqa heç bir avadanlıq qoşulmadığı halda əsassız olaraq heç bir ekspertizadan keçirmədən, sayğacı yoxlanışdan keçirmədən cərimə yazılmışdır. “Qəbələ çay bağı” adlanan qeyri-yaşayış sahəsində bu gündə yenidən qurma-təmir-tikinti işləri aparılır. Abadlıq işləri aparılmaqla müasir isinmə sistemləri (kombi) quraşdırılması nəzərdə tutulmuşdur. Yeni Kombinin yeni koteclərə quraşdırılması işləri aparılsa da koteclər təmirdə olduğundan tikinti işləri hələ də davam etdiyindən qaz xəttinə qoşulmamışdır. xx.xx.2025-ci ildə aparılan yoxlama zamanı avadanlıqların qaz xəttinə qoşulu olmadığı halda cərimə yazılması barədə xəbərdar edilsə də əsassız cərimə yazıldığından tərəfindən akta imza atılmadı. Bundan başqa ərizəyə əlavə etdiyi DVD diskdə göründüyü kimi xx.xx.2025-ci ildə təkrar Cavabdeh əməkdaşları video kamera ilə obyektə baxış keçirilər. Həmin avadanlıqların qaz xəttinə qoşulmadığı (hətta qaz xəttinin həmin avadanlığa çəkilmədiyi) bir daha təsdiq olunmuşdur. Bundan başqa Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən KY252287244 reyestr nömrəli çıxarışdan aydın görünür ki, yoxlamanın açılması üçün müraciət xx.xx.2025-ci il tarixdə gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Halbuki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin 4.3 və 4.3-1-ci maddəsində həmin müddətlər aydın göstərilmişdir. Belə ki, Əsasnamənin 4.3-cü (Planlı) bəndində qeyd edilir ki, təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmuş yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Həmin Əsasnamənin 4.3-1-ci bəndinə əsasən (Plandan kənar) təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Bundan başqa abonet saldosundan da görünür ki, aylar üzrə qaz sərfiyyatı sayğacın göstəricisinin maksimim həddində deyildir. Əgər doğurdan da ona məxsus Qəbələ çay bağı adlanan qeyri- yaşayış sahəsində olan qaz sayğacı normadan artıq sərfiyyat var idisə, bunu yalnız sayğaca müayinə edilməklə bilmək olardı. Tərəfindən sayğaca hər hansı kənar müdaxilə edilməmiş (bunu cavabdehdə təsdiq edir ki, sayğacın plombları yoxlama zamanı heç bir qüsur olmadan yerində olmuşdur. Qəbələ şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan Qəbələ çay bağı adlanan qeyri -yaşayış sahəsində aparılan yoxlama xx.xx.2025-ci il, saat 10:30-da akt tərtib edilmişdir. Yani yoxlama təxminən 09:40-da başlamışdır. Beləliklə yoxlama aparılan vaxt heç cavabdehin nümayəndələrinin yoxlama aparmaq səlahiyyətləri olmamışdır. Hesab edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı ən azı 1 iş günü öncədən məlumat vahid məlumat reyestrində qeydə alınmalıdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı f/ş Nümayəndə Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 5325 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Nümayəndə oğlunun Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməli, əksinə hazırda təqdim edilmiş qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Belə ki, SOCAR Cavabdeh İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qəbələ rayonunda yerləşən Nümayəndə məxsus qeyri-yaşayış sahəsi (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********00021 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Nümayəndə məxsus qeyri- yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00021 saylı saylı qaz hesabında 8348.63 manat (səkkiz min üç yüz qırx səkkiz manat 63 qəpik) həcmində olmuşdur. Həmin borcun 3219.63 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata, 5129 manat hissəsi isə itirilmiş təbii qazın dəyərinə görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 3219.63 manat həcmindəki borc cavabdeh Nümayəndə məxsus qeyri yaşayış sahəsinin **********00021 saylı qaz hesabı istismarda olan G6 markalı **********0 nömrəli sayğacın 87486 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbinin digər hisssəsində iddiaçı f/ş Nümayəndə məxsus qeyri yaşayış sahəsində sayğac göstəricisinin oxunması zamanı sahənin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı f/ş Nümayəndə məxsus qeyri yaşayış sahəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında KY252287244 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Götərilənlərlə əlaqədar olaraq tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixli yoxlama aktı və Sənaye üzrə inventar aktı, eyni zamanda xx.xx.2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, həmçinin texniki vasitələrdən istifadə etmək və yoxlama sualları haqqında məlumatlandırma aparılmışdır. Sözügedən sənədlərlə istehlakçının saatlıq sərfi 7 m3 olan iki ədəd Kombi (32 kv), saatlıq sərfi 5.2 m3 olan iki ədəd Kombi (24 kv), saatlıq sərfi 4.8 m3 olan bir ədəd QSQ, saatlıq sərfi 4.8 m3 olan bir ədəd PQ6, saatlıq sərfi 1.5 m3 olan bir ədəd Samovar, saatlıq sərfi 1.2 m3 olan bir ədəd PQ4, saatlıq sərfi 1.3 m3 olan bir ədəd PQ5, saatlıq sərfi 1.5 m3 olan bir ədəd sac, ümumilikdə saatlıq sərfi 27.3 m3 olan qaz cihazlarından istifadə edildiyi və nəticədə həmin qaz cihazlarının ümumi saatlıq qaz sərfi sayğacın maksimal qaz ölçmə həddindən 17.3 m3 olduğu müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud G6 markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3 /saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 27.3 m3 /saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 27.3 – 10 = 17.3 x 12 x 90 = 186684 m3 və onun pul dəyəri 5129 manat təşkil etmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və Qaydaların 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Bu səbəbdən Qaydaların 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçılara qadağan edilmiş və qazın alqı-satqı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməsi tələbi qoyulmuşdur. Qaydaların 1.3-cü bəndinə uyğun olaraq Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.6-cı yarımbəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, f/ş Nümayəndə oğlunun Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı f/ş Nümayəndə məxsus qeyri yaşayış sahəsində sayğac göstəricisinin oxunması zamanı sahənin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı f/ş Nümayəndə məxsus qeyri yaşayış sahəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında KY252287244 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı **********0 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Götərilənlərlə əlaqədar olaraq tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixli yoxlama aktı və Sənaye üzrə inventar aktı, eyni zamanda xx.xx.2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, həmçinin texniki vasitələrdən istifadə etmək və yoxlama sualları haqqında məlumatlandırma aparılmışdır. Sözügedən sənədlərlə istehlakçının saatlıq sərfi 7 m3 olan iki ədəd Kombi (32 kv), saatlıq sərfi 5.2 m3 olan iki ədəd Kombi (24 kv), saatlıq sərfi 4.8 m3 olan bir ədəd QSQ, saatlıq sərfi 4.8 m3 olan bir ədəd PQ6, saatlıq sərfi 1.5 m3 olan bir ədəd Samovar, saatlıq sərfi 1.2 m3 olan bir ədəd PQ4, saatlıq sərfi 1.3 m3 olan bir ədəd PQ5, saatlıq sərfi 1.5 m3 olan bir ədəd sac, ümumilikdə saatlıq sərfi 27.3 m3 olan qaz cihazlarından istifadə edildiyi və nəticədə həmin qaz cihazlarının ümumi saatlıq qaz sərfi sayğacın maksimal qaz ölçmə həddindən 17.3 m3 olduğu müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud G6 markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 27.3 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 27.3 – 10 = 17.3 x 12 x 90 = 186684 m3 və onun pul dəyəri 5129 manat təşkil etmişdir. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və Qaydaların 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Bu səbəbdən Qaydaların 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçılara qadağan edilmiş və qazın alqı-satqı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməsi tələbi qoyulmuşdur. Qaydaların 1.3- cü bəndinə uyğun olaraq Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.6-cı yarımbəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Azərbaycan Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən, Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Göstərilənlərə əsasən, F/ş Nümayəndə Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 5325 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Nümayəndə keçən müddət ərzində tələb olunan borcu qismən ödədiyindən hazırda xx.xx.2025-ci il tarixə onun abonent saldosu üzrə 6397.83 manat borcu qalmışdır və ona görə də həmin hissədə iddia tələbi azaldılmalıdır. Hazırda iatehlakçının hesabında yaranmış 6397.83 manat borcun 1268.83 manat hissəsi sayğac göstəricisinə əsasən, 5129 manat hissəsi isə akt əsasında hesablanmış borc məbləğidir və Nümayəndə məhz həmin 5129 manat hissəsi mübahisələndirməkdədir. Əlavə olaraq bildirilir ki, yoxlamanın aparılmasına dair foto şəkillər əvvəlki tarixdə məhkəməyə təqdim edilmişdir və əlavə təqdim ediləsi sübutlar yoxdur. Qeyd olunanlara əsasən Nümayəndə Cavabdeh İB-yə qarşı akt əsasında hesablanmış 5325 manat borcun silinməsinə dair ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh İB Nümayəndə qarşı tələbinin təmin edilməsi, 6397.83 manat əsas borcun və 83.98 dövlət rüsumunun Nümayəndə tutularaq Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə ilk iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, ilk iddia tələbini müdafiə edir. Cavabdehın əməkdaşlarından tələb edib ki, yoxlanılma aparılan zaman onlarda olan çəkilişi təqdim etsinlər. Lakin həmin çəkilişi ona verməyiblər. Həmin çəkilişdə avadanlıqların qoşulu olmadığı göstərilir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlama aparılan zaman o, ölkə xaricində olub. Avadanlıqlar qaz xəttinə qoşulu olmadığı halda onun abonent koduna əsassız cərimə yazılmışdır. Onun istifadəsində olan qeyriyaşayış obyektində təbii qazdan istifadə etdiyi sərfiyyata görə qismən ödəniş edib. Lakin qarşılıqlı iddia tələbində tələb edilən borcun 5129 manat hissəsi akt üzrə onun hesabına cərimə kimi hesablanmışdır. Həmin hissəni qəbul etmir, ilkin iddiada həmin borcun silinməsini xahiş etmişdir. İstifadə etdiyi sərfiyyata görə yaranan qalan borcu qəbul edir. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdeh İB-yə qarşı akt əsasında hesablanmış 5325 manat borcun silinməsinə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh İB Nümayəndə qarşı tələbinin təmin edilməsi, 6397.83 manat əsas borcun və 83.98 dövlət rüsumunun Nümayəndə tutularaq X1 xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
9. Cavabdeh nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
11. Cavabdeh İB və Nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli AMX- 4644/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Qəbələ şəhəri, N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə müvafiq qaydada qazlaşdırılmaqla **********00021 nömrəli abonent kodu verilmişdir.
12. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktından görünür ki, Nümayəndə məxsus Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (restoran) G-6 mexaniki **********30 zavod nömrəli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları Gülməmmədov Ayaz, Əliyev Elvin, Şabanov Eşqin, Qədirov Fuad tərəfindən baxış keçirilmiş və baxış nəticəsində restoranda istifadə olunan qaz cihazlarının maksimal gücü 27,3 m3, istismarda olan qaz sayğacının maksimal qaz buraxma həddi 17,3 m3 çox olduğu, sayğacın sərfiyyata uyğun olmadığı və restoranda kənar qaz xəttindən istifadə olunduğu müəyyən edilmişdir. Həmin aktda qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar olaraq kənar qoşulmuş qaz cihazlarının şəbəkədən ayrılmağı və qazın alqı-satqı müqaviləsinə əsasən dəymiş ziyanın hesablanması və hesabata uyğun ödənişin təmin olunması qərara alınmışdır. Həmin Akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi isə akta imza etməkdən imtina etmişdir.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli KY252287244 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışdan görünür ki, Nümayəndə məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.
14. “Azəriqaz İB-nin xx.xx.2025-ci il tarixli inventar aktıvə yoxlama aktında göstərilir ki, Nümayəndə istifadəsində olan Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən “Çay bağı”restoranında istifadə olunan qaz cihazlarının maksimal gücü 27.3 kub metr, istismarda olan qaz sayğacının maksimal qaz buraxma həddi 17,3 kub metrdən çoxdur. Sayğac sərfiyyata uyğun deyil, kənar qaz cihazlarından restoranda istifadə olunur.
15. “Azəriqaz İB-nin xx.xx.2025-ci il tarixli dəymiş ziyanın pərpasına dair tələbnamədən görünür ki, Nümayəndə məxsus Qəbələ şəhəri N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (restoran) xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında itirilmiş qazın həcmi 18684 kub.m hesablanmış və itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır.
16. “Azəriqaz İB tərəfindən təqdim edilən abonentin saldosundan görünür ki, Nümayəndə məxsus **********00021 nömrəli abonent kodu ürzə 2025-ci ilin iyun ayına akt üzrə borcu 5129 manat olmaqla abunə borcu ilə birlikdə cəmi 6597,83 manat təşkil edir.
17. Nümayəndə Azəriqaz İB-tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə itirilmiş qaz sərfiyyatının ödənilməsi barədə Nümayəndə xəbərdarlıq edilmişdir.
V . Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 32. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
20. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunu; 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3.5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6-4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”; 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
VI. Məhkəmənin mövqeyi:
22. Məhkəmə ilk öncə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin göstərilən müddəaları baxımından “Azəriqaz İB və Nümayəndə arasında hazırki mübahisə akt əsasında hesablanmış qaz borcunun silinməsindən irəli gəlir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Nümayəndə məxsus qeyri-yaşayış sahəsində olan qaz xəttinə qanunsuz müdaxilənin olması aşkar edilmiş və bununla bağlı Cavabdeh tərəfindən akt tərtib edilmişdir. Lakin Cavabdeh İB tərəfindən həmin akt tərtib edildikdən sonra qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndində qeyd olunduğu kimi qaz sayğacına qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi qaz paylayıcısı tərəfindən sayğaca qanunsuz müdaxilə aşkar edildiyi halda akt tərtib edilməli inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. Lakin Cavabdeh tərəfindən bu qaydaya əməl edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
22. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Məhz bu baxımdan məhkəmə qeyd edir ki, Nümayəndə qaz sayğacının göstəricindən kənar qaz cihazlarından istifadə etməsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.
24. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı Nümayəndə 5325 manat borcun silinməsini tələb edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materaillarında olan abonentin saldosundan görünür ki, Cavabdeh İstahsalat Birliyi tərəfindən Nümayəndə istifadəsində olan qeyri-yaşayış sahəsinə akt üzrə 5129 manat məbləğdə borc hesablanmışdır. İddiaçı tərəfindən silinməsi tələb edilən 196 manat borcun yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 5129 manat borcun silinməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə rədd edilməlidir.
25. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə tələb olunan 6397.83 manat borc tutulması “1468,82 manat pulun tələb edilməsi hissəsində” təmin edilməli, qalan hissədə rədd edilməlidir.
26. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qaz məhsulunun alqı-satqı müqaviləsindən irəli gəlir. Qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə öhdəliyini icra etməməsi iddiaçı “Azəriqaz İB-nə alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, “Azəriqaz İB tərəfindən cavabdehə aktlar üzrə və ümumi olaraq 6597,82 manat həcmində borc hesablanmışdır. Lakin məhkəmə qeyd edir ki, tələb olunan 6597,82 manat borcun akt üzrə hesablanmış 5129 manat hissəsi əsassız olduğundan məhkəmə tərəfindən ilkin iddia tələbi üzrə silinmiş, nəticədə abonent Nümayəndə təbii qazdan istifadəyə görə (6597,82- 5129=1468,82) 1468,82 manat borcu ödənilməmiş qalmışdır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Nümayəndə Cavabdeh İB-nin xeyrinə 1468,82 manat abunə borcu tutulmalıdır.
27. Beləliklə məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən əsaslı olduğundan ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh İstahsalat Birliyi tərəfindən xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt əsasında Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Qəbələ çay bağı” adlı qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə Nümayəndə **********00021 nömrəli abonent kodu ürzə hesablanmış 5129 manat məbləğdə borcu silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə təbii qazdan istifadəyə görə yaranmış 1468,82 manat məbləğdə abunə borcu tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir.
28. Bundan başqa, məhkəmə qeyd edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 71,29 manat dövlət rüsumuna görə pul Cavabdeh İstahsalat Birliyindən tutularaq Nümayəndə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi Nümayəndə aid edilməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən isə iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 34,68 manat dövlət rüsumuna görə pul Nümayəndə tutularaq Cavabdeh İstahsalat Birliyinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi Cavabdeh İstahsalat Birliyinə aid edilməlidir.
Vİİ. Nəticə:
29. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh İstahsalat Birliyi tərəfindən xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt əsasında Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Qəbələ çay bağı” adlı qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə Nümayəndə **********00021 nömrəli abonent kodu ürzə hesablanmış 5129 manat məbləğdə borcu silinsin. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə ödənilmiş 71,29 manat dövlət rüsumuna görə pul Cavabdeh İstahsalat Birliyindən tutularaq Nümayəndə ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi Nümayəndə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə təbii qazdan istifadəyə görə yaranmış 1468,82 manat məbləğdə abunə borcu və 34,68 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənimiş dövlət rüsumunun qalan hissəsi Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova