Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-587/2021 04.10.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Talıbzadə Xəyal Eldəniz oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X3 cavabdeh X2 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə ona məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus olan həmin qeyri-yaşayış binasının çardağının və həmin qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X5 cavabdeh X2 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə ona məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus olan həmin qeyri-yaşayış binasının çardağının və həmin qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, qeyd edilən ərazi iddiaçıya məxsusdur, orada aparılmış tikinti işlərini qanunsuz hesab edirlər və tikinti norma və qaydalarına uyğun olaraq həmin tikintinin cavabdehin öz vəsaiti hesabına sökülməsini tələb edirik. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbinin əsassız olması səbəbindən qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi iştirak etsə də, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin 15.09.2021ci il tarixdə məhkəməyə ünvanladığı rəyindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 V ünvanında yerləşən X2 məxsus qeyri-yaşayış binasının torpaq sahəsinin bir hissəsidir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında 0,0211 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tam mülkiyyət hüququ 21.02.2018-ci il tarixdə X1 adına dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166V ünvanında 0,0045 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tam mülkiyyət hüququ 07.05.2014-cü il tarixdə X3 adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara çıxarışlar, texniki pasportlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmışdır. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazi cavabdeh Davud İsayevə məxsusdur (RX seriyalı ******* nömrəli DƏDRX-nin çıxarışı). Tərəflərin məhkəmədə təqdim ediyi sübutlardan müəyyən edirlir ki, iddiaçının təmizlənməsi tələb etdiyi torpaq sahəsi ona məxsus deyil, yalnız tərəflərin ortaq razılığı əsasında həmin boşluq ərazinin çardaq hissəsi hər iki mülkiyyətçiyə məxsus daşınmaz əmlaka birləşdirilmişdir. İddiaçı qeyd edilən çardağın da söküntüsünü tələb etsə də, bunun onun hansı hüququnun və qanuni mənafelərinin pozulutusuna səbəb olmasını əsaslandıra bilməmişdir. Belə ki, həmin çardaq hissənin birləşdiyi hissənin söküntüsü iddiaçıya hər hansı bir üstünlük vermir, əksinə təbii təsirlərin (yağış suları və.s) nəticəsində iddiaçının əmlakı daha çox zərər çəkə bilər. Bu baxımdan iddiaçı hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 140-cı maddəsinin tələbləri baxımından çıxış etsək reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Belə hallar ciddi narahatçılıq deyilsə və yaxud müvəqqəti xarakter daşıyırsa qonşunun təsirinə dözmək vəzifəsi var. Hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya hər hansı maneələrin və mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulması hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. İddiaçı tərəf bu sübutları təqdim etməmişdir. Tərəflər arasında barışığın əldə edilməsi üçün məhkəmə tərəflərə şərait yaratmış, lakin tərəflər bununla bağlı müsbət təklif təqdim etməmişlər. İddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən bununla bağlı hər hansı bir əsaslı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunsuz və əsassız olardı. Beləliklə, iddiaçı tələbində haqlı olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddiaçı X3 cavabdeh X2 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binaının yan divarı arasındakı boşluq ərazidə ona məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus olan həmin qeyri-yaşayış binasının çardağının və həmin qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-587/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-587/2021
04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver