Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-61/2020 10.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii X2 pozulması haqqında akt əsasında hesablanmış 4917,6 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs Mirəli Kərimovun istifadəsində olan, Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış borusunun deşik olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 24588 m3 olmaqla dəyəri 4917,60 manat məbləğində müəyyən edilərək abonent Mirəli Kərimova dəymiş ziyanın bərpasına dair 30.03.219-cu il tarixli tələbnamə göndərilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh İB arasında İddiaçı istifadəsində olan Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (kafe) təbii qazın verilməsi ilə bağlı AMX-674/19 nömrəli müqavilə bağlanmış və onun şəxsi hesabına Mirəli Kərimovun istifadəsində olmuş, Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4917,6 manat məbləğində borc qeyd olunmuşdur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ona hesablanmış borc məbləği əsassız olduğundan silinməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Qurcana kafesi əvvəllər Mirəli Kərimovun istifadəsində olmuş və sonradan xx.xx.2019-cu il tarixli müqavilə əsasında xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinin qaz hesabı İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan əvvəl Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixdə qeyri-yaşayış sahəsində istismarda olmuş sayğaca istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilərək həmin sayğac xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla çıxarılmış və əvəzində ******* nömrəli sayğac quraşdırılmışdır. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2019-cu il tarixli tələbnamə ilə itirilmiş qazın miqdarı 24588 m3 həcmində müəyyən edilmişdir. Bundan başqa mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Şəki şəhəri M. F. Axundov küçəsində yerləşən Qurcana kafesinə qazın verilməsi ilə bağlı onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə kafedə quraşdırılmış G-4 markalı 10302623 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürülmüşdür. Sonradan Cavabdeh İB tərəfindən sayğacın çıxış borusu deşilməsi səbəb göstərilərək 4917.6 manat itirilmiş qazın dəyəri hesablanmışdır. Həmin sayğac xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmışdır. Sayğac açılarkən quraşdırıldığı vaxt vurulan möhürə müdaxilə olunmadığı təsdiqlənmişdir. Ondan əvvəl sayğac quraşdırılan vaxt çıxış borusunda dəlik olubsa o, buna görə cavabdehlik daşımamlıdır. İddiamın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi əvvəllər X3 istifadəsində olmuşdur. xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə istifadəçi İddiaçı arasında müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdən qaz hesabı onun adına keçirilmişdir. xx.xx.2019-cu il tarixdə qaz sayğacına keçirilən baxış nəticəsində sayğacın çıxış borusunda dəlik aşkar edilmiş və X2 pozulması haqda akt tərtib edilmiş, itirilmiş qazın dəyəri 4917.60 manat müəyyən edilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçıları tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, qazın alqı-satqı müqaviləsi, abonentin saldosu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs Mirəli Kərimovun istifadəsində olan, Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış borusunun deşik olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 24588 m3 olmaqla dəyəri 4917,60 manat məbləğində müəyyən edilmiş və Mirəli Kərimova dəymiş ziyanın bərpasına dair 30.03.219-cu il tarixli tələbnamə göndərilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh İB arasında İddiaçı arasında Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (kafe) təbii qazın verilməsi ilə bağlı AMX-674/19 nömrəli müqavilə bağlanmış və onun şəxsi hesabına Mirəli Kərimovun istifadəsində olmuş, Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4917,6 manat məbləğində borc qeyd olunmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan ******* nömrəli akt xx.xx.2019-cu il tarixdə tərtib edildikdən sonra iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə götürmüş və xx.xx.2019-cu il tarixdə Cavabdeh İB ilə aralarında həmin qeyri-yaşayış sahəsinə (kafe) təbii qazın verilməsi ilə bağlı AMX-674/19 nömrəli müqavilə bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, aktda qeyd olunan sayğacda baş vermiş müdaxilənin (sayğacın çıxış borusunun deşilməsi) iddiaçının təqsirindən olmasından söhbət gedə bilməz. Bundan başqa “X2” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının plasmas borusunun deşilməsi və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 4917,6 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən və o, dövlət rüsumu ödəməkdən azad olduğundan ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii X2 pozulması haqqında akt əsasında İddiaçı hesablanmış 4917,6 manat borc silinsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat Dövlət rüsumu Cavabdehndən Dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-61/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-61/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver