Məhkəmə qərarları › İş №e-2-2(117)-653/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-653/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-653/2022 06.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli R 039581 nömrəli aktın etibarsız hesab edilməsi və 1459.08 manat məbləğində borcun silinməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli R 039581 nömrəli aktın etibarsız hesab edilməsi və 1459.08 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi iddia cavabdehin rəsmi qeydə alındığı yerə görə verilir ki, mülki prosessual qanunvericiliyin iddiaçının seçiminə görə aidiyyət qaydalarına əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-yə qarşı yönələn tələb istehlakçının hüququnun müdafiəsi haqqında verilmiş iddiadır. Belə olan halda hazırki iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi və ya iddiaçının seçiminə görə öz yaşayış yeri üzrə də verilə bilər. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Masallı rayonu Bədəlan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda iddia ərizəsindən müəyyən olunmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi də məhz həmin kənddə yerləşir, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinə ödənilmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia ərizəsinə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli R 039581 nömrəli aktın etibarsız hesab edilməsi və 1459.08 manat məbləğində borcun silinməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar