Məhkəmə qərarları › İş №e-2-2(117)-669/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-669/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-669/2025 09.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi X5, Üçüncü şəxs "X3 X8 Şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs "X3 X1rşı “iddiaçının **********00070 nömrəli abonent kodundan cavabdeh tərəfindən təbii qazın sərfinə görə 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına kimi əsassız olaraq hesablanmış 931 manat məbləğin müəsissənin mövcud borc məbləğindən silinməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə və üçüncü şəxs "X3 X1rşı “iddiaçının **********00070 nömrəli abonent kodundan cavabdeh tərəfindən təbii qazın sərfinə görə 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına kimi əsassız olaraq hesablanmış 931 manat məbləğin müəsissənin mövcud borc məbləğindən silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə AMX-3365/22 nömrəli qazın alğı-satqısı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazla təmin edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.25 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. xx.xx.2021-ci il tarixli təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə X6 əsasən, xidmətlərin sənaye və kənd təsərrüfatı sahələri üçün qazın dəyəri 0.20 qəpik olmuş, daha sonra xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixli 13 nömrəli Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarı ilə ləğv edilmiş, sonuncu qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş və sonuncu tarixdən sonra təbii qazın qiyməti qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün 0,22 qəpik olmuş, son olaraq Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarı ilə təbii qazın qiyməti qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün 0,24 qəpik olmuş və həmin qərar xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarında təbii qazın qiyməti 0,22 qəpikdən hesablanmalı olsa da, abonentin saldosuna əsasən 2021-ci ilin noyabr tarixindən 2024-cü ilin dekabr tarixinədək iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri 0,25 qəpikdən hesablanmışdır. Bundan başqa abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən X6 uyğun olaraq qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,22 qəpiyə qaldırılsa da, cavabdeh xx.xx.2021-ci il tarixdən, yəni Tarif Şurasının qərarının qüvvəyə mindiyi tarixdən 2024-cü ilin dekabr ayınadək 0,25 qəpik hesabı ilə cavabdehə təbii qazdan istifadəyə görə borc hesablamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsində çörək sexində çörək bişirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Müəsissə ilə cavabdeh arasında qazın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə ona məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla **********00070 nömrəli abonent kodu verilmişdir. Bağlanmış müqaviləyə əsasən, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Lakin cavabdeh tərəfindən təbii qazın sərfinə görə əsassız olaraq 931 manat artıq vəsait hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Tarif Şurasının ölkədə sənaye və kənd təsərrüfatı ilə məşğul olan müəsissələrə təbii qazın dəyəri digər sahələrdən fərqli hesablanır. Belə ki, çörək sexində çörək bişirməklə məşğul olmaq qaz xidmətlərinin qeyri əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla, həmin bölmənin digər sahələr kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarı uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər 1000 kub metr təbii qaz üçün 220 manat və xx.xx.2024-cü il tarixli 18 saylı qərarı ilə hər 1000 kub metr təbii qaz üçün 240 manat müəssisə tərəfindən ödənilməlidir. Lakin çörək sexində çörək bişirmək qaz xidmətlərinin sənaye sahəsinə aid olduğu halda, qeyd olunmuş dövr ərzində yəni xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixə kimi hər 1000 metr kub təbii qaz üçün 250 manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi hər 1000 metr kub təbii qaz üçün 285 manat istifadə etdiyi təbii qaza görə vəsait hesablanmışdır. Ötən dövr ərzində ümumilikdə 29888 kub metr təbii qazdan istifadə olunub, istifadə etdiyi təbii qazın dəyəri mövcud qərara əsasən 6575.36 manat hesablanmalı olduğu halda, ona 7506.36 manat vəsait hesablanmışdır. Nəticədə 931 manat artıq vəsait hesablanmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər iddiaçının istifadə etdiyi təbii qazın miqdarı 26926 m3 olmuşdur. Bunun dəyəri də 0.25 qəpikdən 6731.50 qəpik təşkil edir. İddiaçıya məxsus İsmayıllı şəhəri M.F.Axundov küçəsi 32 ünvanında yerləşən “Çörək sexi” digər sahələr kateqoriyasına, çörək istehsalı, yəni istehsal tipli müəssisə olduğundan həmin müəssisəyə verilən təbii qazın qiyməti X6 uyğun olaraq 0.25 qəpikdən hesblanmış və müəssisənin abonent koduna vurulmuşdur. Göründüyü kimi Qanunun tövsifinə əsasən iddiaçıya məxsus “Çörək sexi”nin **********00070 nömrəli abonent koduna hesablanaraq vurulmuş və iddiaçı tərəfindən silinməsi xahiş edilən məbləğ əsassızdır, müəsisədə istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçı tərəfindən ödənilməlidir. Tərəflər arasında sonuncu dəfə bağlanmış 06 iyul 2022-ci il tarixli, AMX-3365/22 saylı alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən istehlakçıya satılan təbii qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0.25 manat müəyyən edilmişdir. Həmin müqavilənin 7.2-ci və 7.3-cü bəndlərində qeyd edilən hallara əsasən, yeni müqavilənin bağlanılması tələb olunmur. Həmin Müqavilənin 3.2. bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq AR Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. İddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən tərtib edilmiş 2019cu il tarixli Sənaye məhsullarının statistik təsnifatından görünür ki, çörəyin, keksin, unlu qənnadı məmulatlarının, xırçıldayan çörək dilimlərinin, peçenyenin, vaflinin, suxarının, qızardılmış çörəyin və oxşar qızardılmış məhsullar və sair undan qənnadı məmulatlarının hazırlanması üçün qarışıqlar və xəmir sənaye məhsullarına aid edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2025-ci il tarixli etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş, eyni zamanda bildirmişdir ki, onlar hesab edir ki, iddiaçıya məxsus çörək sexi digər sahəyə aid olduğundan hesablama bu sahə üçün müəyyən edilmiş qiymətlər əsasında həyata keçirilmişdir. Üçüncü şəxs "X3 Agentliyi” X10 nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixədək Tarif Şurasının qərarı ilə qiymət müəyyənləşdiriləndə qeyri-əhali üçün kateqoriyalar öz əksini tapmamışdır. xx.xx.2021-ci il tarixdən isə Tarif Şurası qiymətləri dəyişərkən sənaye və kənd təsərrüfatı və digər sahələr olmaqla üç hissəyə ayrıldı. Sənaye və kənd təsərrüfatı üçün enerjinin dəyəri 1 m3 üçün 20 qəpik, digər sahələr isə 25 qəpik müəyyən edildi. xx.xx.2021-ci il tarixli Tarif Şurasının qərarı ilə yenidən dəyişiklik olmuşdur. Belə ki, sənaye və kənd təsərrüfatı üzrə 22 qəpik, digər sahələr üzrə isə qazın dəyəri 25 qəpik təşkil etmişdir. İlin sonunda isə sənaye və kənd təsərrüfatı üzrə qazın dəyəri 24 qəpik, digər sahələr üzrə 28 qəpik müəyyən edildi. Tarif Şurasının qərarında sənaye, kənd təsərrüfatı və digər sahələrə konkret hansı sahələrin aid olması öz əksini tapmamışdır. İş üzrə Azəriqazın nümayəndələri tərəfindən iddiaçıya məxsus çörək sexinə qaz sərfiyyatı ilə bağlı borc hesablanarkən çörək sexinin hansı əsaslarla digər sahələrə aid edilməsi sual doğurur. Bundan əlavə, 2025-ci ilin müvafiq aylarında isə iddiaçıya məxsus çörək sexi üçün qazın dəyəri 28 qəpik hesablanmışdır. Hesab edir ki, hesablama aparılarkən cavabdeh tərəfin əməkdaşları tərəfindən səhvə yol verilmişdir. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara müqavilə, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin:

1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir.

4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır.

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2022ci il tarixdə bağlanmış AMX-3365/22 nömrəli qazın alqı-satqısı müqaviləsi üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazla təmin edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi müqavilə üzrə qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.25 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsinin məzmununda cavabdeh tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2025-ci il tarixə kimi istifadə etdiyi təbii qaza görə artıq vəsait hesablandığını qeyd etsə də, iddia tələbində cavabdeh tərəfindən təbii qazın sərfinə görə 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına kimi əsassız olaraq hesablanmış 931 manat məbləğin müəsissənin mövcud borc məbləğindən silinməsi xahiş etmişdir. Bu səbəbdən məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddiaçının xahişinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək hesablanmış borcun əsassız olub-olmamasına qiymət verilməsi qanunauyğundur. Belə ki, tərəflər arasında yaranmış hazırkı mübahisə iddiaçının çörək sexində istifadə etdiyi təbii qazın dəyərinin 0,25 manatdan hesablanmasından ibarətdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, çörək sexi qaz xidmətlərinin qeyri əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla, qeyri-əhali qaz xidmətlərinin digər sahələr kateqoriyasına daxil deyildir. Belə ki, çüncü şəxs "X3 Agentliyi” X10 nümayəndəsinin izahatından da cavabdeh tərəfindən çörək sexinin qaz xidmətlərinin qeyri-əhali bölməsinin digər sahələr kateqoriyasına hansı əsaslarla aid edilməsi və bu əsaslarla qazın dəyərinin hesablanaraq abonent koduna vurulmasının məlum olmadığı bildirilmiş, cavabdeh tərəfindən isə çörək sexinin digər sahələrə aid olduğu bildirilsə də, bunu təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən tərtib edilmiş 2019-cu il tarixli Sənaye məhsullarının statistik təsnifatından görünür ki, çörəyin, keksin, unlu qənnadı məmulatlarının, xırçıldayan çörək dilimlərinin, peçenyenin, vaflinin, suxarının, qızardılmış çörəyin və oxşar qızardılmış məhsullar və sair undan qənnadı məmulatlarının hazırlanması üçün qarışıqlar və xəmir sənaye məhsullarına aid edilmişdir. Qeyd edilən səbəbdən iddiaçıya ona məxsus obyektdə (çörək sexi) təbii qazdan istifadəyə görə tarif 0,25 qəpik deyil, müvafiq dövrlər üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) təbii qazın dəyəri Tariş Şurasının qərarına əsasən müvafiq olaraq 0,22 manatdan hesablanmaldır. Belə ki, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,22 qəpik məbləğində müəyyən edilmiş və qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, sənaye və kənd təsərrüfatı sahələri üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək istehlak olunmuş təbii qazın dəyəri 0,22 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı olan abonentin saldosundan müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya təbii qazın istehlakına görə aparılmış hesabat 0,25 manatdan aparılmışdır. Belə ki, 2021-ci ilin noyabr ayında 2024-cü ilin dekabr ayınadək iddiaçının sərfiyyatı 27585 m3 olmuş və ona 0,25 manat hesabı ilə 6896,25 manat borc hesablanmış, halbuki, X6 əsasən 0,22 manat hesabı ilə təbii qazın dəyəri 6068.7 manat təşkil edir. Qeyd edilən məbləğlərin fərqi onu göstərir ki, iddiaçıya 827,55 (6896,25-6068.7=827,55) manat artıq borc hesablanmışdır. Bundan başqa tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə qeyd edilmişdir ki, qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.25 manat məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə tənzimlənən qiymət olaraq təbii qazın dəyəri istənilən məbləğ və ya dəyər göstərilə bilməz. Belə ki, həmin məbləğ dövlət tərəfindən tənzimlnən dəyərə uyğun olmalıdır. Ona görə də cavabdehin müvafiq illər üzrə təbii qazın istehlak olunmuş hissəsinin 1 kub metrinin dəyərinin 0,22 manat və ya 0,25 manat göstərilməsi, Tarif Şurasının müəyyən etdiyi qiymətlərdən artıq ola bilməz. Çünki qeyd edilən qiymət tənzimlənən qiymətlər kateqoriyasına aiddir. Göründüyü kimi iddiaçının tələbi qismən əsaslıdır. Təqdim edilən abonent saldosundan müəyyən edilir ki, qeyd edilən hesablanmış məbləğlər iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də qeyd edilən dövr üzrə tarifdən artıq ödənilmiş vəsaitin iddiaçıya məxsus müəsissənin (çörək sexinin) təbii qazdan istifadəsi ilə bağlı yaranmış borclarının silinməsinə yönəldilməsi tələbi əsaslıdır. İddiaçı tələbində artıq hesablanmış borcun silinməsini deyil, müəsissənin (çörək sexinin) təbii qazdan istifadəsi ilə bağlı yaranmış borc məbləğindən silinməsini tələb etdiyindən, məhkəmə tələbin daha konkret ifadə forması olaraq “qeyd edilən tələbə uyğun olaraq iddiaçıya artıq hesablanmış vəsaitin onun borclarının ödənilməsinə yönəldilməsi kimi” ifadə etmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 26.67 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı **********00070 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına kimi əsassız olaraq qanunla müəyyən edilmiş tarifdən artıq hesablanmış 827.55 manat pul iddiaçıya məxsus müəsissənin (çörək sexinin) təbii qazdan istifadəsi ilə bağlı yaranmış borclarının silinməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 26.67 manat hissəsi Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar