Məhkəmə qərarları › İş №e-2-2(117)-726/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-726/2022

28.07.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-726/2022 28.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh X3 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X4 qarşı “tərəflər arasında bağlanmış ünvan 1 ünvanında 210,1 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 11385/10725 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə verilməsi, cavabdehdən xx.xx.2022-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 6692 manat və mediasiya ilə bağlı ödənilmiş 100 manat, cəmi 6792 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X8 İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə X1 arasında Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.2017-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında yerləşən 210,1 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli 11385\10725 nömrəli icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11385/10725 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2018-ci il tarixli, 43 saylı əmrinə əsasən, ünvan 1 ünvanında yerləşən, 1 mərtəbəli tikili ümumi sahəsi 210,1 kv.m. təşkil edən Qəbələ Rayon İcra Hakimiyyətinin balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən aylıq icarə haqqı 250 manat müəyyən edilmiş, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə icarə haqqı borcunun 691,67 manat olduğu qeyd edilir. İcarənin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. X1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixə yaranmış 6692 manat borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında borcunun olduğunu etiraf etmiş və ödənilməsi üçün vaxt verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. İş materiallarına əlavə edilmiş X3 şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən aralıqlarla ümumilikdə 4000 manat ödəniş edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2018-ci il tarixli, 43 saylı əmrinə əsasən, ünvan 1 ünvanında yerləşən, 1 mərtəbəli tikili ümumi sahəsi 210,1 kv.m. təşkil edən Qəbələ Rayon İcra Hakimiyyətinin balansında olan qeyri-yaşayış sahəsin xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırda icarəyə verilmiş qeyri-yaşayış sahəsindən istifadəni davam etdirir. X1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 6692 manat icarə haqqı borcu qalmışdır. X3 şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən aralıqlarla ümumilikdə 4000 manat ödəniş edilmişdir və xx.xx.2022-ci il tarixə borcu 6691,67 manatdır. Məhkəmə cavabdehin tələb olunan tarixə, yəni, xx.xx.2022-ci il tarixə borcunun 6691,67 manat olmasına və iddia tələbinin 6692 manat olmasına münasibətdə qeyd edilən tarixdən 2 aya yaxın müddət keçdiyindən və məbləğlər arasında cüzi fərq olduğundan məhkəmə hesab edir ki, hazırda cavabdehin 6692 manat məbləğində borcunun olması ağlabatandır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6692 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Bundan əlavə iddiaçı “tərəflər arasında bağlanmış ünvan 1 ünvanında 210,1 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 11385/10725 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə verilməsi”ni də tələb edir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərini nəzərdən keçirərək müəyyən edir ki, Müqavilənin 8.1-ci bəndinə əsasən İcarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə, bu İcarəçinnin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən İcarə müqaviləsinə xitam verildikdə sonra İcarəçi icarəsində olan əmlakı İcarəyəverənə qaytarmağa borcludur. İcarəçi əmlakı qaytarmırsa, İcarəyəverənin əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini İcarəçidə saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. Həmin müqavilənin 8.5-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borcların ödənilməsindən və icra olunmamış öhdəliklərin icrasından İcarəçini azad etmir. Məhkəmə tərəflərin qeyd edilən razılaşmalarını nəzərdən keçirib müəyyən edir ki, cavabdeh tərəf ardıcıl olaraq dəfələrlə icarə haqqını ödəməmiş və hazırda əhəmiyyətli məbləğdə ödənilməmiş borcu mövcuddur. Belə vəziyyətdə iddiaçının qeyd edilən müqavilənin ləğv etmək hüququ mövcuddur. Eyni zamanda, iddiaçının həmin qeyriyaşayış sahəsinin ona qaytarılmasını və təhvil verilməsini də tələb etmək hüququ yaranmışdır. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən işin faktiki halları, tərəflərin razılaşmaları və qanunvericiliyin tələblərinin münasibətlərə tətbiqi iddianın əsaslı olduğundan təmin edilməli olmasını təsdiq edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Eyni zamanda 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən 86,92 manat dövlət rüsumu sövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış ünvan 1 ünvanında 210,1 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 11385/10725 nömrəli icarə müqaviləsi ləğv edilsin və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh X2 6692 manat borc və 100 manat mediasiya xərci cavabdehdən tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Cavabdeh X2 86,92 manat ödənilməli dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar