Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-760/2022 14.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə abunəçi olaraq İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 242 manat borcun abonent hesabından silinməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə abunəçi olaraq İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 242 manat borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən quraşdırılmış 11236001 zavod nömrəli sayğaca baxış keçirmək üçün idarənin əməkdaşları tərəfindən götürülərək yoxlanılması üçün Cavabdeh X1 Departamentinə təqdim edilmişdir. Departamentin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 11236001 nömrəli mexaniki, plomb nömrəsi ********* olan sayğac yararlıdır. Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS-29/1640- 00036-01 nömrəli Aktında yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğacın hesablanma mexanizmi işləmir, hava keçir. Plastmas qapağın daxilinə baxış keçirildi, kənar təsir izi aşkar edilmədi. Müəyyən olundu ki, maqnit ötürücünün dişli çarxı öz yerindən açılıb. Dişli çarx öz yerinə bağlandı, hesablama mexanizmi işlək vəziyyətə gətirildi. Xətalar normaya uyğundur. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli Tələbnamədən müəyyən edilir ki, Balakən rayonu Qazma kəndində İddiaçı məxsus qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayağcının yoxlanması nəticəsində xx.xx.3021-ci il tarixli MS-29/1640-00036-01 nömrəli Aktda qeyd edilən nöqsanların aşkar edilmiş nəticəsində itirilmiş təbii qazın dəyəri: 1211 kub metr x0,20 manat=242,2 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi elektron kabinet vasitəsi ilə qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar və digərləri daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. 13-cü maddəsinin 8-ci hissəsinə görə, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarxili 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın : 3.1.3-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1640-00036-01 nömrəli Akta əsasən G-4 markalı, 11236001 nömrəli sayğacın hesablayıcı mexanizmi işləmir, hava keçirir, maqnit ötürücüsünün dişli çarxı öz yerindən açılmışdır və xətalar normaya uyğundur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 29/1640-00036-01 nömrəli Akta əsasən G-4 markalı, 11236001 nömrəli sayğaca baxış keçirilmiş və sayğacın hesablama sisteminin işləmədiyi müəyyən olunaraq hava keçdiyinə görə qaz itkisinin hesablanması və ödənilməsi qərara alınmışdır. “Qazdan istifadə Qaydalarının” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla mübahisələndirilən təbii qazın itkisi hesablanan sayğac da ona məxsus “yeməkxana” olan qeyri-yaşayış sahəsinə quraşdırıldığından cavabdeh tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar aparılmasına dair qanunvericiliyin tələbinə görə dövlət reyestrində qeydiyyata alınmalı idi. Cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırkı iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni, iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh tərəfindən Balakən rayonu, Qazma kəndində yerləşən qeyri-yaşayış sahəsinə abunəçi olaraq İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 242 manat borc abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-760/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-760/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver