Məhkəmə qərarları › İş №e-2-2(117)-835/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-835/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-835/2023 31.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçıya hesablanmış 12395,34 manat qalıq borcun **********1 nömrəli abonent kodundan silinməsi və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı “İsmayıllı şəhəri, M.Müşviq 9 ünvanında yerləşən müəssisəyə hesablanmış, 12395,34 manat qalıq borcun **********1 saylı abonent kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdən etibarən heç bir sənədlə təsdiqlənməyən, tam əsassız olaraq 12279,34 manat məbləğində borc hesablanmışdır. Belə ki, müəssisələrdə 2006-cı ilin dekabr ayında elektrik enerjisi sərfiyyatının ölçülməsi üçün yeni 3 fazalı elektrik sayğacı quraşdırılmışdır. Həmin sayğacın rəsmiləşdirilməsi və möhürlənməsi "xxxx" ASC-nin X3 Təchizat MMC-nin nümayəndələri tərəfindən xx.xx.2006-cı il tarixində həyata keçirilmiş və 003757 saylı akt tərtib edilmişdir. Sayğacın üzərindəki göstərici 000115 kvt saat olmuşdur. xx.xx.2009-cu il tarixində yoxlama aparılmış və 012254 nömrəli akt tərtib edilmişdir. Həmin aktda xx.xx.2006-cı il tarixdə quraşdırılmış sayğacın üstündə olan sərfiyyat göstəricisi 9010 kv saat olmaqla 533,70 manat təşkil etmişdir. Lakin bütün bunlara baxmayaraq, sayğacın göstəricisi nəzərə alınmadan 12279,4 manat məbləğində qalıq borc hesablanmışdır. Bu haqlda ilk dəfə müəssisəyə xx.xx.2010cu il tarixində üzləşmə aktı göndərilməklə məlumat verilmişdir. Həmin akt təsdiq edilməmiş və xx.xx.2010-cu il tarixdə rəsmi cavab verilmişdir. xx.xx.2017-ci ildə yeni sayğac quraşdırılmış, çıxarılan sayğac xx.xx.2006-cı ildə quraşdırılmış, 11 il ərzində istismarda olmuş, sayğacın göstəricisi isə cəmi 62372 kvt saat olmaqla 3443 manat borcun silinməsi üçün müraciət edilmişdir. Həmin müraciətə heç bir münasibət bildirilməmişdir. Eyni zamanda, əsassız olaraq hesablanmış 12395,34 mnat borcun ödənilməsi üzrə keçirilmiş mediasiya prosesinə "xxxx" ASC-nin nümayəndəsi dəvət edilsə də, onlar həmin iclasda iştirak etməkdən imtina etmişlər. Odur ki, iddia tələbi təmin edilməli və əsassız hesablanmış borc silinməlidir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək “İsmayıllı şəhəri, M.Müşviq 9 ünvanında yerləşən müəssisəyə hesablanmış, 12395,34 manat qalıq borcun **********1 saylı abonent kodundan silinməsi və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Energetika Nazirliyi Enerji X1 Kürdəmir Filialının "xxxx" ASC-nin müşahidə şurasının sədri Qanuni nümayəndə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ASC-nin xx.xx.2015-ci il tarixində ümumilikdə 12345,74 (205762 kVts) borcu ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. ASC-nin 2009-2012-ci illəri əhatə edən dövriyyəsinin və sənədlərin təhlili zamanı qeyd olunan borcun 2009-cu ilin yanvar ayında, "xxxx" ASC-nin fəaliyyəti dövründə abonentin enerji hesabına əlavə olunduğu müəyyən olunmuşdur. Lakin təhlil zamanı həmin borcun yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. AR Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. xx.xx.2010-cu il tarixli “Elektrik enerjisindən istifadəyə görə Üzləşmə Aktı”ndan görünür ki, üzləşmə aparılan tarixə "xxxx" ASC-nin 12297,14 manat borcu barədə tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli “Elektrik enerjisindən istifadəyə görə Üzləşmə Aktı”ndan görünür ki, üzləşmə aparılan tarixə "xxxx" ASC-nin 12417,08 manat borcu barədə tərtib edilmişdir. Lakin "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən həmin tarixə heç bir borcun olmadığı qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə "xxxx" ASC-nin 12369,72 manat borcu ilə bağlı tərtib edilmiş, lakin "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən həmin tarixə heç bir borcun olmadığı qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli “Təchizat müəssisəsinin elektrik enerjisindən istifadəyə görə istehlakçı ilə tərtib etdiyi Üzləşmə Aktı”ndan görünür ki, üzləşmə aparılan tarixə "xxxx" ASC-nin 12311,72 manat borcu olduğu qeyd edilmiş, lakin "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən həmin tarixə heç bir borcun olmadığı qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli “Təchizat müəssisəsinin elektrik enerjisindən istifadəyə görə istehlakçı ilə tərtib etdiyi Üzləşmə Aktı”ndan görünür ki, üzləşmə aparılan tarixə "xxxx" ASC-nin 12311,72 manat borcu olduğu qeyd edilmiş, lakin "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən həmin tarixə heç bir borcun olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, akt, protokol, abonentin məlumatı, çıxarış, məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Abonent haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə nəticəsində yaranan borcu ilə bağlı xx.xx.2010-cu il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli “Təchizat müəssisəsinin elektrik enerjisindən istifadəyə görə istehlakçı ilə tərtib etdiyi Üzləşmə Aktları tərtib edilmiş və bunlardan yalnız 2010-cu il tarixdə tərtib edilmiş üzləşmə aktı "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən imzalanmaqla borc etiraf edilmişdir. Digər 2013-cü il tarixdə tərtib edilmiş 3 aktda da həmin tarixə heç bir borcun olmadığı qeyd edilmiş və imzalanmışdır. İddiaçı tərəfindən borcun əsassız hesablandığı iddia edilmiş, lakin hansı tarixdə tərtib edilmiş üzləşmə aktı üzrə və hansı tarixə olan borcun silinməsini iddia ərizəsində qeyd etməmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı pretenziya irəli sürməmiş, iddia tələbinə etiraz etməmiş və keçirilən məhkəmə baxışında üzrsüz səbəblərdən iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, tərtib edilmiş aktlarda qeyd edilən məbləğlər fərqlidir və vaxtaşırı ödənişlər edilmişdir. Həmçinin, iddia tərəfindən qeyd edilən dövrlərdə və hal-hazırda da **********1 saylı abonent kodunun məxsus olduğu elektrik sayğacından istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə müvafiq olaraq, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 554.1-ci maddəsinə görə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Belə ki, həmin maddəyə uyğun olaraq öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Qeyd edilən qanunvericilik normalarından aydın olur ki, iddiaçı tərəfindən əsassız hesablanmış borc üzrə edilmiş ödənişlər geri tələb edilə bilməz. Odur ki, məhkəməyə təqdim edilən xx.xx.2013-cü il tarixli “Təchizat müəssisəsinin elektrik enerjisindən istifadəyə görə istehlakçı ilə tərtib etdiyi Üzləşmə Aktı”nda üzləşmə aparılan tarixə "xxxx" ASC-nin 12311,72 manat borcu olduğu qeyd edilmiş, lakin "xxxx" ASC-nin idarə heyətinin sədri Qanuni nümayəndə tərəfindən həmin tarixə heç bir borcun olmadığı qeyd edilmişdir. Sonuncu akt üzrə hesablanmış borc mübahisəli hesab edildiyindən və bunun əksini təkzib edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi 12311,72 manat borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 127,18 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-yə hesablanmış 12311,72 manat qalıq borcu, onun **********1 nömrəli abonent kodundan Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 127,18 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar