Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1018/2021 12.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 ATSC-nin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh2 ATSC-yə qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 ATSC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdehə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehin hesabına çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən dirəklər vasitəsilə iddiaçıya məxsus olmayan yüksək gərginlikli elektrik xətləri keçməkdədir. Hazırda iddiaçı sözügedən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün təmir-tikinti işləri aparmaq niyyətində olsa da, həmin dirəklər və elektrik xətləri bu işlərin aparılmasını qeyri-mümkün edir. Buna görə də Abşeron rayonu, Saray qəsəbəsində 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışla onun xüsusi mülkiyyətində olan 1.40 ha torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin həmin ərazidən çıxarılması üçün iddiaçı tərəfindən 10.01.2020-ci il tarixli məktubla "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC-nin 29.01.2020-ci il tarixli məktubu əsasında məlum olub ki, ərazidən keçən 10 kVluq elektrik hava xətti Bakı-Sumqayıt yolunun sağ tərəfində yerləşən restoranlardan birinin elektrik təchizatı üçün quraşdırılmış transformatoru qidalandıran xətdir. Həmçinin, "xxxx" ASC öz məktubunda bildirmişdir ki, elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti yoxdur və qeyd edilən problemin torpaq sahibi ilə elektrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsi məqsədəuyğundur. Əlavə araşdırma əsasında müəyyən edilib ki, iddiaçıya məxsus torpaq sahəsindən keçən elektrik hava xətti X2 məxsus restoranın elektrik təchizatı üçün quraşdırılmış transformatoru qidalandıran xətdir. Bundan sonra, iddiaçının torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin 10 gün ərzində həmin ərazidən çıxarılması və torpaq sahəsindən qanunsuz istifadənin nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə 21.02.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunmuşdur. İddiaçının müraciətindən sonra cavabdehə məxsus restoranı işlədən şəxslər şifahi formada məsələni qısa müddət ərzində həll edəcəklərini və bu barədə artıq "xxxx" ASC ilə danışıqlara başladıqlarını bildirmişdir. Lakin, bu danışığın üstündən aylarla vaxt keçməsinə baxmayaraq, nə cavabdeh, nə də "xxxx" ASC elektrik dirəklərinin və xətlərinin iddiaçının ərazisindən çıxarılması istiqamətində tədbir görüblər. Ölkədə tətbiq olunan karantin rejiminə görə ləngimələri nəzərə alaraq, işin məhkəmədənkənar qaydada həll olunması üçün kifayət qədər vaxt verilmişdir. Lakin, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməklə, öz restoranına elektrik xətti çəkdirməsi nəticəsində həmin torpaq sahəsini (iddiaçının xüsusi mülkiyyətini) zəbt etməsi və ona faktiki sahiblənməsi iddiaçının həmin torpaq sahəsindən gəlir və fayda götürməyini qeyri-mümkün etmişdir. Əgər cavabdeh tərəfindən həmin torpaq sahəsinin istifadəsinə maneçilik törədilməsə idi, iddiaçı da öz torpaq sahəsinin normal istifadəsini həyata keçirib, gəlir əldə edə bilərdi. Buna görə də, cavabdehin iddiaçının mülkiyyətinə etdiyi maneçilik nəticəsində bu müddət ərzində gəlir əldə edə bilməmiş, nəticədə 10.000 manat fayda əldən çıxmışdır və bu hal hələ də davam etməkdədir. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdehə məxsus olan 10 kV-luq elektrik hava xəttinin və elektrik dirəklərinin cavabdehin hesabına çıxarılması, mülkiyyət hüquqlarıma yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 ATSC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsində iddiaçıya məxsus olan torpaq sahəsindən 10 kV-luq yüksək gərginlikli elektrik xətləri keçir. Dörd ədəd elektrik dirəyi 1.40 ha-lıq torpaq sahəsinin içərisinə düşür. Elektrik xətləri torpaq sahəsindən təxmini 200 metr aralıda yerləşən "xxxx" MMC-nin elektrik xəttidir. Xüsusi mülkiyyətdə olan torpaq sahəsindən elektrik xətti marşrutunun yalnız mülkiyyətçinin razılığı ilə keçirilməsinə yol verilir. Lakin mülkiyyətçinin belə bir razılığı olmayıb. İddiaçı tərəfindən bu məsələ ilə bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edilib. "xxxx" ASC-nin nümayəndələri gəlib əraziyə baxış keçiriblər. Müəyyən olunub ki, elektrik dirəklərinin ordan çıxarılması müəyyən xərcə səbəb olur və bu xərc elə böyük deyil, təxminən 10.000 manata başa gəlir. Xərclərlə bağlı "xxxx" MMC-yə müraciət edəndə onlar bildirib ki, bu bizim prolemimiz deyil, biz vaxtında lazımi xərcləri ödəmişik, Cavabdeh2 ATSC də bizə texniki şərt verib. Qısası, çəkiləcək xərcləri ödəməyə razılaşmayıblar. Buna görə də tərəflər arasında məhkəmə mübahisəsi yaranıb. Abşeron Rayon Məhkəməsində işə baxılanda elektrik dirəklərinin iddiaçıya məxsus torpaq sahəsindən keçib-keçmədiyinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza keçirilib. Verilmiş ekspert rəyindən də birbaşa görünür ki, elektrik dirəkləri və üzərindən keçən elektrik xətləri iddiaçıya məxsus torpaq sahəsinə düşür. Bununla bağlı cavabdehlərə müraciət olunduqda "xxxx" ASC tərəfindən onun elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyətinin olmadığı və qeyd edilən problemin torpaq sahibi ilə elekrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsinin məqsədəuyğun olduğu bildirilib. Cavabdeh2 ASC tərəfindən isə 10 Kv-luq elektrik hava xətlərinin istismarı "xxxx" ASC-nin fəaliyyət sahəsinə daxil olduğundan həmin təşkilata müraciət olunmasının məqsədəuyğun olduğu qeyd olunub. Cavabdeh "xxxx" MMC-nin yanaşması isə ondan ibarətdir ki, elektrik dirəkləri və onun üzərindən keçən elektrik xətlərinin çıxarılmasına etiraz etmirlər, lakin bununla əlaqədar xərci ödəməyi öhdələrinə götürmürlər. Göstərilənləri nəzərə alaraq, Vəkil1 iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, elektrik xətləri "xxxx" MMC-nin balansında olsa da, xəttin marşrutunu müəyyən edən ya "xxxx" ASC, ya da Cavabdeh2 ASC-dir. Elektrik xətti ilk dəfə çəkiləndə texniki şərtə uyğun olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməyib, xəttin yeri sonradan dəyişdirilib. Elektrik hava xətlərinin və dirəklərinin yeri dəyişdiriləndə bundan "xxxx" MMC-nin rəhbərliyinin məlumatı olmayıb. Xətlərin və dirəklərin yerinin nə vaxt dəyişdirirldiyi onlara dəqiq məlum deyil. Hər bir müəssisənin enerji təhcizatını tənzimləyən əlavə ehtiyatı-generator var. Elektrik hava xətlərinin və dirəklərinin yeri dəyişdirilərkən "xxxx" MMC-yə elektrik enerjisi verilməsi bir neçə saatlıq dayandırıbsa da, həmin ərazidə o dövrdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar tez-tez işıqların sönməsi halı yaşandığından "xxxx" MMC-yə elektrik enerjisi verilişinin dayandırılmasının xətlərin və dirəklərin çıxarılması səbəbindən olduğu müəssisəyə məlum olmamışdır. "xxxx" ASC və ya Cavabdeh2 ATSC özü sübut etməlidir ki, elektrik xəttinin istiqaməti dəyişdirilərkən MMC-yə yazılı və ya şifahi formada məlumat verilib. "xxxx" MMC tərəfindən texniki şərtə görə maliyyə vəsaiti ödənilib. Eyni hərəkətə görə niyə iki dəfə ödəniş edilməlidir? Buna görə də, məsuliyyət digər iki cavabdeh qurumun üzərinə düşür. "xxxx" MMC-nin müştərək qaydada məsuliyyət daşımağı əsassızdır. Maddi ziyan vurulması məsələsi isə həqiqətən sübut olunmur. İddiaçıya məxsus torpaq sahəsinə baxış keçiriləndə məlum oldu ki, həmin ərazidə icarə müqaviləsi əsasında fəaliyyət həyata keçirilir. Elektrik dirəklərinin və hava xətlərinin oradan keçməsi iddiaçının fəaliyyətinə heç bir maneə törətmir. Göstərilənləri nəzərə alaraq, Vəkil2 iddianı elektrik xətti istiqamətinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı cavabdehlər Cavabdeh2 ATSC-yə və "xxxx" ASC-yə aid olan hissədə qəbul etdiklərini bildirdi və iddia tələbinin "xxxx" MMC-yə aid olan hissədə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, sözügedən elektrik xətti "xxxx" MMC-nin balansındadır və onların istifadəsindədir. Tərəflər məhkəmə iclasında bildiriblər ki, xətt əslində ilk dəfə müəyyənləşdirilən ərazidən keçməyib, sonradan yeri dəyişdirilərək iddiaçıya məxsus torpaq sahəsindən keçmişdir. Lakin bunun "xxxx" ASC tərəfindən həyata keçirildiyini təsdiq edən heç bir sübut təqdim etməyiblər. Xəttin yerinin dəyişdirilməsi ilə bağlı "xxxx" ASC-də heç bir məlumat yoxdur. Çəkilmə xərcləri, yəni görüləcək işlərin haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənildiyi halda "xxxx" ASC elektrik hava xətti və elektrik dirəklərinin həmin torpaq sahəsindən çıxarılmasına etiraz etmir. Ona görə də, iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq N.Əhmədov iddia tələbinin "xxxx" ASC-yə münasibətdə təmin edilməməsini xahiş etdi və iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmənin əvvəlki iclasında izahat verərək bildirdi ki, ilkin olaraq hər hansı bir qeri-yaşayış sahəsinə elektrik enerjisi verilməsi müəyyənləşdirilərkən Cavabdeh2 ASC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq texniki şərt verilir. Texniki şərtin verilməsində əsas məqsəd həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təhciz edilməsi ilə bağlı tələb olunan elektrik gücünün həcminin müəyyən olunması və həmin gücə uyğun olaraq hansı mənbədən qoşulmasının daha məqsədəmüvafiq aydınlaşdırılmasıdır. Xətlərin çəkilməsi və dirəklərin quraşdırılması işləri və.s sonrakı işlərlə Cavabdeh2 ASC-nin əlaqəsi olmur. Bu işləri "xxxx" ASC həyata keçirir. Bundan əlavə, "xxxx" MMC-nin vəkili və nümayəndəsinin bildirdiyinə görə "xxxx" ASC elektrik hava xətti və dirəklərinin yerinin dəyişdirilməsinə razılıq verir, lakin texniki şərtdə dəyişiklik edilməsini tələb edir. Lakin texniki şərtdə yox layihədə dəyişiklik edilməlidir. Layihədə elektrik xətti marşrutu daha müfəssəl göstərilir. Texniki şərtdə də dəyişiklik olmayacağına görə burda Cavabdeh2 ASC-yə aid bir iş yoxdur. Qeyd olunanlara əsasən Vəkil3 bu məsələnin Cavabdeh2 ASC-yə və ərazidən keçən yeraltı kommunikasiya xətlərinin aid olduğu qurumlara məlumat verilməklə "xxxx" ASC tərəfindən həyata keçirilməli olduğunu bildirmiş və sonuncu məhkəmə iclaslarına isə gəlməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.40 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC-nin 29.01.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq "xxxx" ASC-nin elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti olmadığı və qeyd edilən problemin torpaq sahibi ilə elektrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin 24.10.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sorğusuna cavab olaraq 10 Kv-luq elektrik hava xətlərinin istismarı "xxxx" ASC-nin fəaliyyət sahəsinə daxil olduğundan həmin təşkilata müraciət olunmasının məqsədəuyğun olduğu bildirilmişdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, sahibkarlıq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş (27.10.2011-ci il tarixdə **********86 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 1.40 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları faktik vəziyyətdə müəyyənləşdirilərək məlum olunub ki, mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri həmin torpaq sahəsinin daxilinə düşür. Mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçilik edib-etməməsinin aydınlaşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan 04.05.2021-ci il tarixli, 10/1760 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, sahibkarlıq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş (27.10.2011-ci il tarixdə **********86 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 1.40 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları faktik vəziyyətdə müəyyənləşdirilərək məlum olunub ki, mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri həmin torpaq sahəsinin daxilinə düşür. Mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçilik edib-etməməsinin aydınlaşdırılması ekspertin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.40 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəkləri iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən keçir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməsinə törədilən maneənin aradan qaldırılması üçün cavabdehlərə müraciət etmiş, lakin həmin maneə aradan qaldırılmamışdır. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili ilkin olaraq hər hansı bir qeri-yaşayış sahəsinə elektrik enerjisi verilməsi müəyyənləşdirilərkən Cavabdeh2 ASC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq texniki şərt verildiyini, burada Cavabdeh2 ASC-nin rolunun qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təhciz edilməsi ilə bağlı tələb olunan elektrik gücünün həcminin müəyyən olunması və həmin gücə uyğun olaraq hansı mənbədən qoşulmasının daha məqsədəmüvafiq olmasının aydınlaşdırılmasından ibarət olduğunu bildirmişdir. Həmçinin Cavabdeh2 ASC öz məktubunda 10 Kv-luq elektrik hava xətlərinin istismarının "xxxx" ASC-nin fəaliyyət sahəsinə daxil olduğunu qeyd etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranan problem elektrik enerjisi xətlərinin istismarı məsələsi ilə bağlı olduğundan Cavabdeh2 ASC hazırkı iddia üzrə cavabdehlik daşımır və ona görə də iddia tələbi Cavabdeh2 ASC-yə münasibətdə təmin olunmamalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, elektrik xətləri "xxxx" MMC-nin balansında olsa da, xəttin marşrutunu müəyyən edən ya "xxxx" ASC, ya da Cavabdeh2 ASC-dir. Elektrik xətti ilk dəfə çəkiləndə texniki şərtə uyğun olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməyib, xəttin marşrutu sonradan dəyişdirilib. Elektrik hava xətlərinin və dirəklərinin yeri dəyişdiriləndə bundan "xxxx" MMC-nin rəhbərliyinin məlumatı olmayıb. Elektrik xətti ilk dəfə çəkilərkən "xxxx" MMC tərəfindən texniki şərtə görə maliyyə vəsaiti ödənilib. Buna görə də, məsuliyyət digər iki cavabdeh qurumun üzərinə düşür. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi isə çəkilmə xərcləri, yəni görüləcək işlərin haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənildiyi halda "xxxx" ASC-nin elektrik hava xətti və elektrik dirəklərinin həmin torpaq sahəsindən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, iş üzrə hər iki cavabdeh - "xxxx" MMC və "xxxx" ASC iddia tələbini elektrik hava xətlərinin və dirəklərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması hissəsində qəbul edirlər, yalnız bu işin onların hesabına görülməsinə etiraz edirlər. Bununla bağlı məhkəmə hesab edir ki, iş üzrə cavabdeh "xxxx" MMC elektrik hava xətlərinin və dirəklərinin sahibi və istifadəçisi olduğu üçün, digər cavabdeh"xxxx" ASC isə həmin elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdehlik daşıyan təşkilat olduğu üçün iddia bu hissədə onlara münasibətdə əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilərək, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəkləri cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, elektrik hava xətlərinin və dirəklərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması elə mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılmasını da özündə ehtiva etdiyi üçün iddia tələbinin mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsində təmin edilməsinə zərurət qalmır. İddia tələbinin 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin olunmamalıdır. Bundan başqa, məhkəmədə müəyyən olundu ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini icarəyə verir və həmin sahədən fayda götürür, lakin əldən çıxmış faydanın mövcudluğunu məhkəmədə sübuta yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətət gəlir ki, iddia tələbi mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi hissələrində əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 ATSC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəkləri cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-1018/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1018/2021
12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver