Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-104/2025 21.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndələri Nümayəndə4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 02 may 2024-cü il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akta əsasən ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən sahibkarlıq obyektinə (avtomobil təmir sexi) (abonent kodu **********00006) hesablanmış 2808 (iki min səkkiz yüz səkkiz) manat məbləğində borcun silinməsi, ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 130 (yüz otuz) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən **********00006 abonent hesablı sahibkarlıq obyekti Cavabdeh tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı cavabdeh qurumun öz əməkdaşları tərəfindən 26 iyul 2021-ci il tarixdə “G-6T” Elster tipli, 40384796 nömrəli qaz sayğacı quraşdırılmışdır. Obyektə çəkilmiş və quraşdırılmış bütün qaz xətləri və cihazları cavabdeh qurumun öz əməkdaşları tərəfindən həyata keçirilmiş, sayğac quraşdırıldığı tarixdən bu günə kimi də həmin cihazlarda hər hansı dəyişiklik və ya icazəsiz hər hansı əlavə edilməmişdir. İddiaçı bir sahibkar kimi sayğac göstəriciləri əsasında istifadə olunan təbii qazın dəyərini vaxtlı-vaxtında cavabdeh quruma ödəmişdir. Lakin Cavabdeh əməkdaşları tərəfindən iddiaçının abonent hesabına əsassız borc yazılmışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli, ******* saylı aktla, guya, “G- 6” tipli, 40384796 nömrəli sayğacın üzərində quraşdırılmış qaz avadanlıqlarının sayğacın maksimal qaz sərfinə uyğun olmaması əsası ilə iddiaçıya 2808 manat məbləğində borc hesablanmışdır. Daha sonra həmin akt əsasında 02 may 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Yazılmış borc əsassız və qanunsuz olduğu üçün iddiaçı onu ödəməmişdir. Belə ki, sayğac quraşdırılarkən iddiaçı cavabdeh quruma sahibkar kimi fəaliyyətii ilə bağlı zəruri olan bütün məlumatları təqdim etmişdir. Eyni zamanda qurumun əməkdaşları tərəfindən obyektə yerində baxış keçirilərək qaz təczihatı ilə bağlı bütün məsələlər dəqiqləşdirilmişdir. Qaz sayğacı quraşdırıldıqdan sonra da icazəsiz sərfiyyatı aşacaq heç bir cihaz quraşdırılmamışdır. Sayğacın hər hansı bir yoxlanışa göndərilmədən onun qeyd edilən sərfiyyatı aşması ilə bağlı heç bir sübut olmadan cavabdeh qurum iddiaçının sahibkarlıq fəaliyyətini əhəmiyyətli dərəcədə iflic vəziyyətinə salan qərar vermişdir. Əgər həqiqətən də sərfiyyatı aşan hal var idisə, bu zaman cavabdeh qurumun etməli olduğu hərəkət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.10-cu bəndinə əsasən qaz sayğacının dəyişdirilməsi idi. Lakin iddiaçıya məxsus obyektə quraşdırılmış qaz sayğacı dəyişdirilməmişdir. Bu isə onu göstərir ki, onun qaza olan təlabatında heç bir dəyişiklik baş veməmişdir. Eyni zamanda həmin qaydaların tələbinə əsasən cavabdeh qurum qanunsuz qoşulma və sayğaca müdaxilə halında akt tərtib edə bilər və bununla bağlı da mövcud araşdırma aparıldıqdan sonra vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Hazırkı vəziyyətdə iddiaçının sayğaca hər hansı müdaxilə etməsi və ya qanunsuz qoşulma halı mövcud deyildir. Təbii qazın kəsilməsi iddiaçıya məxsus obyektin fəaliyyətinin dayanmasına və onun ziyana düşməyimə səbəb olmuşdur. Eyni zamanda, sahibkar kimi iddiaçıya məxsus obyekt Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki sahibkar kimi onun fəaliyyəti yoxlanarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən cavabdeh qurum yoxlamanı bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Eyni zamanda yuxarıda qeyd edilən Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələbləri tətbiq edilməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə mənə yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Eyni zamanda bununla bağlı iddiaçıya hər hansı məlumat verilməmişdir.
3. Cavabdeh tərəfindən 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Azəriqaz" X2 RQİİ-nin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı məxsus Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən sahibkarlıq obyektində (avtomobil təmir sexi) əhaliyə xidmət göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz" istehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-ə riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan obyektdə quraşdırılmış ELSTER tipli G-6T markalı, 40384796 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 20,4 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 10,4 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə “Təbii X3nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 11232 m3 və ya 2808 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3nın 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqısatqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir, iddiaçı ilə bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli, AMX-3244/21 nömrəli müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Müqavilədə və obyektin qazlaşdırılması layihəsində iddiaçının istifadəsində bir ədəd kombi istilik cihazı və bir ədəd radiator istilik sobası nəzərdə tutulmuşdur ki, bunların da saatlıq qaz sərfiyyatı 9,6 m3 təşkil edir. Yoxlama zamanı İddiaçı obyektində bir ədəd iki odluqlu PQ-2 məişət tipli qaz plitəsi, bir ədəd 40 kW-lik kombi, bir ədəd qızdırıcı İran istilik sobası, bir ədəd təndir, bir ədəd kürə, bir ədəd xərək, bir ədəd sac müəyyən edilmişdir ki, bu qazişlədici cihazların saatlıq qaz sərfiyyatı sayğacın keçən qazı qeyd etmə qabiliyyətindən 10,4 m3 çoxdur. İddiaçı obyektinin qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə X3m təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.201 l-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3nın 1.4-cü bəndində qeyd edilir ki, istehlakçıya tələb olunan qazm həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqısatqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Qaydaların 3.4.1-ci bəndi istelnlakçıya özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməyi qadağan edir. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı iddiasının əsasını ona məxsus obyekt yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun və AR Prezidentinin 201 l-ci il 5 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin və Quba xidmət sahəsinin işçiləri tərəfindən əməl edilməməsi təşkil edir. Lakin onun bu dəlilləri tamamilə əsassızdır. Belə ki, müqavilə şərtlərinə əməl olunması barədə həmin yoxlama xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə salınıb və KY242106552 saylı çıxarış alınmışdır. Bu barədə abonentin tam məlumatı vardır. İddiaçı iddiasının başqa bir əsasını “X3nın 4.10-cu bəndinin tələblərininə yəni, sənaye qaz qurğusu olan istehlakçının qaza olan təlabatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsasalandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-nin birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. Həmin Qaydaların 1.4cü bəndinə əsasən istehlakçı bu halda qaz paylayıcısına yazılı müraciət elməlidir. Lakin İddiaçı bu barədə cavabdehə hər hansı müraciət etməmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndələri Nümayəndə4 etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus sahibkarlıq obyekti avtomobil təmir sexi kimi qeydiyyata alınmış və istilik sistemi buna uyğun quraşdırılmışdır. Texniki şərtdə obyektdə radiator və kombi istilik cihazı olacağı qeyd edilmişdir. İddiaçı obyektin təyinatı dəyişəndə cavabdehə məlumat verməli idi. Yoxlama zamanı İddiaçı sahibkarlıq obyektində bir ədəd iki odluqlu “PQ-2” məişət tipli qaz plitəsi, bir ədəd 40 kW-lık kombi, bir ədəd qızdırıcı İran istilik sobası, bir ədəd təndir, bir ədəd kürə, bir ədəd xərək, bir ədəd sac müəyyən edilmişdir ki, bu qazişlədici cihazların saatlıq qaz sərfiyyatı sayğacın keçən qazı qeyd etmə qabiliyyətindən 10,4 m3 çoxdur.
6. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
7. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 26 iyul 2021-ci il tarixli AMX-3244/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, paylayıcının vəzifələri sırasına istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək daxildir. Həmin müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına daxildir. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, bu müqavilənin və “X3”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.5-ci yarımbəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək isteklakçının vəzifəsidir. Həmin müqavilənin “Qaz qurğularına aid tələblər” adlanan 4-cü hissəsinin 4.3-cü bəndinə əsasən, istehlakçının qaz qurğuları 1 (bir) ədəd kombi və 7 (yeddi) ədəd radiatordur.
8. İş materiallarında olan 02 may 2024-cü il tarixli, KY242106552 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən İddiaçı istifadəsində olan sahibkarlıq obyektində başlama tarixi 02 may 2024-cü il, qurtarma tarixi 04 may 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
9. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” 02 may 2024-cü il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, istehlakçı İddiaçı məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən sahibkarlıq obyektinə (avto-təmir sexi) (abonent kodu **********00006) baxış keçirilən zaman müəssisəyə quraşdırılmış “G-6” markalı, zavod nömrəsi 40384796 olan sayğacın üzərində quraşdırılmış qaz avadanlıqlarının sayğacın maksimal qaz sərfinə uyğun olmadığı aşkar olunmuşdur. Aktın məzmunundan, həmçinin aydın olur ki, həmin aktın tərtibində istehlakçının nümayəndəsi iştirak etmiş, lakin imzalamaqdan imtina etmişdir.
10. İş materiallarında olan 02 may 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 20,4 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün Qaydaların 6.5-2-ci maddəsinə hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 11323 m3 həcmində müəyyən edilmişdir.
11. İş materiallarında olan Texniki şərtin sorğu blankından görünür ki, İddiaçı məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən sahibkarlıq obyektinə (avtomobil təmir sexi) ümumi qaz sərfi 9,6 m3/saat olan qaz cihazlarının quraşdırılması nəzərdə tutulmuşdur.
12. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin aprel ayında akt əsasında İddiaçı məxsus **********0006 nömrəli abonent koduna 2808 (iki min səkkiz yüz səkkiz) manat məbləğində borc hesablanmışdır.
13. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli 10/153 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, PQ-2 (duxovkasız) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 0,4 m³/saat. təndirin 2,0 m³/saat, kürənin 3,0 m³/saat, sacın 2,0 m³/saat, iran sobasının 1,5 m³/saat olması müəyyən edilir. 40 kW-lıq kombi tipli qaz avadanlığının saatlıq qaz sərfiyyatı pasport məlumatları öyrənilməklə müəyyən edilə bilər. Xərək tipli qaz avadanlığı qeyri-standart istilik sistemləri növünə aid olduğu üçün həmin avadanlığın 1 saat ərzində sərf etdiyi qazın miqdarı xronometraj yolu ilə müəyyən edilə bilər. Məhkəmə tərəfindən 40 kW-lıq kombinin və xərək tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı müəyyən edilməklə qərardadın 1-ci sualında göstərilən məsələ həll edilə bilər. Sayğacların pasport göstəricilərinə uyğunluğu, dövlət standartlarının tələblərinə cavab verməsi, sayğacda nasazlıq olub-olmamasının, düzgün işləməsinin, eləcə də texniki imkanlarının müəyyən edilməsi məhkəmə ekspertizası mərkəzi mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Odur ki, qərardadın ikinci və üçüncü suallarında göstərilən məsələlər, sayğac müvafiq avadanlıqlarla (laboratoriya, stend və s.) təmin olunmuş yerdə yoxlanılmaqla həll edilə bilər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin 5-1-ci hissəsinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir - 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın: - 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir - 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanma - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
21. Yuxarıda istinad edilənlərə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. “X3”nın 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 may 2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə iddiaçıya məxsus sahibkarlıq obyektinə baxış keçirilmiş, qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazların qoşulduğu və “G6” tipli sayğacın saatlıq sərfiyyatının aşdığı qeyd olunaraq 02 may 2024-cü il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən iddiaçıya 2808 (iki min səkkiz yüz səkkiz) manat borc hesablanmışdır.
23. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin və “X3”nın tələblərini pozaraq qaz paylayıcısına müraciət etmədən obyektində xəttindəki sayğacın saatlıq qaz sərfini 10,4 m3 aşan qaz qurğuları quraşdırmışdır. Başqa sözlə, quraşdırılmış sayğac həmin avadanlıqların sərf etdiyi təbii qazın həcminin yalnız bir hissəsini hesablamaq gücündədir. Halbuki, istehlakçı qazın alqısatqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. İddiaçının quraşdırdığı avadanlıqlar sözügedən akta əlavə edilmiş müvafiq fotoşəkillərlə təsdiq edilməkdədir.
24. Tərəflər arasında bağlanmış 26 iyul 2021-ci il tarixli AMX-3244/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin “Qaz qurğularına aid tələblər” adlanan 4-cü hissəsinin 4.3-cü bəndində isə istehlakçının qaz qurğularının 1 (bir) ədəd kombi və 7 (yeddi) ədəd radiator olduğu qeyd edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş texniki şərtin sorğu blankından görünür ki, İddiaçı məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən sahibkarlıq obyektinə (avtomobil təmir sexi) ümumi qaz sərfi 9,6 m3/saat olan qaz cihazlarının quraşdırılması nəzərdə tutulmuşdur.
25. Göründüyü kimi, iddiaçı bağladığı müqavilənin şərtlərini pozmuş, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektində əlavə avadanlıq istifadə etməklə quraşdırılmış sayğacın hesablaya biləcəyi maksimal qaz sərfiyyatından artıq təbii qaz sərf edilməsinə səbəb olmuşdur. Belə olan halda isə müqavilənin 2.3.2-ci (“bu müqavilənin və “X3”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir”) və 2.3.5-ci (“təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək isteklakçının vəzifəsidir”) yarımbəndlərinə əsasən iddiaçı cavabdehə dəymiş zərərin əvəzini ödəməyə borcludur.
26. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsinin xahişi əsasında iddiaçıya məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz cihazlarının ümumilikdə saatlıq qaz sərfinin sayğacın saatlıq maksimal ölçmə həddindən artıq olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin 14 yanvar 2025-ci il tarixli 10/153 nömrəli ekspert rəyindən göründüyü kimi qeyd olunan cihazlarının bəzilərinin 1 saat ərzində sərf etdiyi qazın miqdarı müəyyən olunsa da, 40 kWlıq kombi və xərək tipli qaz avadanlığının saatlıq qaz sərfi müəyyən olunmamışdır. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz cihazlarının ümumilikdə saatlıq qaz sərfinin həcminin müəyyən edilə bilməməsi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə qaz cihazlarının quraşdırılması ilə tərəflər arasında bağlanmış müqavilənin və “X3”nın tələblərininin pozulması faktını inkar etmir.
27. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya akt əsasında 2808 (iki min səkkiz yüz səkkiz) manat borc hesablanması yuxarıda istinad olunan “X3”nın tələblərinə uyğun olmuşdur.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
29. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiası təmin olunmamalı, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
30. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X1 ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev