Məhkəmə qərarları › İş №e-2-2(119)-1042/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1042/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1042/2023 10.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Tofiq oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 03 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 16467,7 manat məbləğində borcun ləğv edilərək iddiaçının şəxsi hesabından silinməsi və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Çerkask küçəsi, 42-ci məhəlləsində yerləşən iddiaçı "xxxx" MMC-nin təkrar emal sexi kimi fəaliyyət göstərən obyektinə işıq sərfiyyatına görə Protokol-Akt tərtib edərək 16467,7 manat borc hesablanmış və şəxsi hesabında bu borc qeydə alınmışdır (abonent kodu **********7). Həmin borcun yaranmasının səbəbi iddiaçıya məlum deyildir və buna görə də, iddiaçı tərtib edilmiş protokol nəticəsində hesablanmış həmin borcu qanunsuz hesab edərək, bu barədə cavabdehə pretenziya və mediasiya təklifi göndərilmişdir. Tərəflər arasında mediasiya prosesi təyin edilmiş, cavabdehin nümayəndəsi ilkin mediasiya prosesindən sonra mediasiya prosesinin davam etdirilməsindən imtina etmişdir. Mediator tərəfindən bu barədə arayış tərtib edilmiş və iddiaçı tərəfindən 205 manat məbləğində mediasiya xərci ödənmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir. Bu mübahisədə cavabdehin iddiaçıya borc hesablaması əsassızdır. Belə ki, tərtib edilmiş protokol-aktlardan da görünür ki, sayğac yoxlanarkən plombu üzərində olmuş, heç bir müdaxilə izləri olmamışdır. Lakin cavabdeh heç bir texniki və hüquqi əsas olmadan belə hesab edir ki, sayğacda müəyyən gərginlik itkisi müşahidə edilmişdir ki, bu da iddiaçıdan asılı məsələlər deyildir. Əsas odur ki, obyektdə olan sayğaca hər hansı bir müdaxilə olmamış və plomb toxunulmaz olmuşdur. Belə olduğu təqdirdə cavabdehin öz şəxsi mülahizələri ilə iddiaçıya borc hesablaması qanunsuz olmuşdur və bu borc iddiaçının şəxsi hesabından silinməklə ləğv edilməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə Etiraz” təqdim edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, aşağıda sadalananlara əsasən iddiaçı "xxxx" MMCnin "xxxx" ASC-yə qarşı hazırkı iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. Belə ki, 19 may 2023-cü ildə X1 əməkdaşları tərəfindən Sumqayıt şəhərində iddiaçıya məxsus abunə kodu **********7 olan "xxxx" MMC məxsus “təkrar emal sexi” kimi fəaliyyət göstərən quraşdırılmış elektrik hesabat sayğaca baxış keçirilən zaman sayğacın yaddaşı komputer vasitəsi ilə oxunarkən sayğacda müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olunması halı aşkar edilmiş və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra EEİQ) 8.16-cı bəndinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məlum halla əlaqədar “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən 19 may 2023-cü il tarixli 053681 nömrəli Akt tərtib edilmişdir. Akta əsasən abonentə 16467,7 hesablaşma aparılmışdır. Bundan başqa qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən istehlakçının nümayəndələrinin iştirakı ilə çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənib göndərildiyi "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, həmin elektrik hesabat sayğacının alt qapaq möhürü, sayğacın AZS möhürü normaldır və sayğac normal buraxılan xəta ilə işləyir. Sayğac xüsusi proqram əlavəsi ilə oxunan zaman müxtəlif vaxtlarda hər 3 fazada cərəyan və gərginlik kəsilmələri müşahidə olunması halı bir daha müəyyən edilərək, 23 may 2023 il tarixli 012600 nömrəli protokolla təsdiq edilmişdir. İstehlakçının nümayəndəsi Qanuni nümayəndə da həmçinin loborotoriya yoxlamasında iştirak edərək, onun nəticəsini öz imzası ilə təsdiq etmişdir. Həmçinin qeyd olunmalıdır ki, yoxlama 19 may 2023-cü il tarixdə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən qeydiyyatdan keçmişdir və bununla əlaqədar yoxlama kodu KY231923540 olan çıxarış məhkəməyə təqdim edilir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 19 may 2023-cü il tarixli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə əlavə sərfiyyat olaraq hesablanmış 16467,7 manat məbləğində borcun silinməsi və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən və abonent kodu **********7 olan "təkrar emal” sexinin istehsal xüsusiyyətlərinə uyğun olaraq bəzən sexdə istehsal avadanlıqları işləmir və boş dayanmalar olur. Çünki, sexdə istehsal prosesi mövcud sifarişlərə uyğun təşkil olunur. Yəni, sexin istehsal etdiyi məhsula sifariş olmadıqda sexin istehsal fəaliyyəti dayandığına görə, sexdəki istehsal avadanlıqları da işləmir. Bu halda isə, təbii olaraq elektrik sayğacı hesabat aparmır və yaxud işləyən elektrik cihazlarının gücünə uyğun hesabat aparır. Ona görə də, heç bir müdaxilə olunmamış sayğacın hesabat aparmadığı dövrlər üzrə əlavə pul hesablanaraq tələb olunması əsassızdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 16467,7 məbləğində manat borcun ləğv edilərək iddiaçının şəxsi hesabdan silinməsi və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs olan istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu: **********7) elektrik enerjisi ilə təchiz edilmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktdan görünür ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinin (abonent kodu: **********7) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 1830-da baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “sayğaca baxış keçirilən zaman sayğacın yaddaşı kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qeydləri aparılmış və həmin sayğac çıxarılaraq laboratoriya yoxlanması üçün götürülmüşdür. İş materiallarında olan 19 may 2023-cü il tarixli KY231923540 nömrəli “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən" Çıxarışdan görünür ki, 19 may 2023cü il tarixində yoxlayıcı orqan "xxxx" ASC tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "təkrar emal” sexində sayğacın göstəricisinin oxunması zamanı “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” məqsədilə keçirilən yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid Məlumat Reyestrində qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Laboratoriya Mərkəzi tərəfindən 23 may 2023cü ildə tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 012600 nömrəli Akt-Protokoldan görünür ki, sayğaca 23 may 2023-cü il tarixdə Laboratoriyada baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi - “sayğac normal buraxılan xəta ilə işləyir. Xüsusi proqram əlavəsilə oxunan zaman müxtəlif vaxtlarda hər 3 fazada cərəyan və gərginlik kəsilmələri müşahidə olundu” və “sayğacın alt qapaq möhürü normaldır. Sayğacın AZS möhürü normaldır” qeydləri yazılmışdır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli “Qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərə dair” Cədvəldən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan "təkrar emal” sexinə (abonent kodu: **********7) "sayğacın yaddaşını kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu" qüsuruna görə Wei = 147114 kVts : 24 gün x 53 gün - 160200 kvts = 164677 kVts 164677 kVts x 0,10 = 16467,7 manat hesablanmaqla, ümumilikdə cəmi 16467,7 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır. İş materiallarında olan, 14 sentyabr 2023-cü ildə çap edilmiş istehlakçı "xxxx" MMCnin istifadəsində olan "təkrar emal” sexinə aid Abunə haqqında Hesabatla (abonent kodu **********7) müəyyən olunur ki, 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akta əsasən istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinin hesabına 23 iyun 2023-cü ildə birdəfəlik 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan "təkrar emal” sexinə (abonent kodu: **********7) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı "xxxx" MMC-nin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin ("təkrar emal” sexinin) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “sayğacın yaddaşını kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq 80 gün üçün yenidən hesablama aparılmış və həmin hesabatla 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı "xxxx" MMC-nin abonent hesabına daxil edilmişdir. İş materiallarında olan istehlakçı "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt tərtib edilməklə götürülmüş məlum sayğac tərəfindən hesabat-qeydiyyat aparılarkən həmin abonentin elektrik enerji sərfiyyatları 30 dekabr 2022-ci ildə 14711,4 manat məbləğində (23 gün üçün), 31 yanvar 2023-cü ildə 9046,8 manat məbləğində (32 gün üçün), 27 fevral 2023-cü ildə 11431,8 manat məbləğində (27 gün üçün), 30 mart 2023-cü ildə 14940 manat məbləğində (31 gün üçün), 30 aprel 2023-cü ildə 10170 manat məbləğində (31 gün üçün), 21 may 2023-cü ildə 5850 manat məbləğində (21 gün üçün) olmuşdur. 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt tərtib edildikdən sonra, yəni həmin qeyri-yaşayış sahəsində istifadə olunan elektrik enerjisinin yeni sayğac vasitəsi ilə hesabatının aparılması bərpa edildikdən sonra isə 30 may 2023-cü ildə 2663,01 manat məbləğində (7 gün üçün), 21 iyun 2023-cü ildə 9115,29 manat məbləğində (22 gün üçün), 26 iyul 2023-cü ildə 14836,5 manat məbləğində (35 gün üçün) və 25 avqust 2023-cü ildə 12666,6 manat məbləğində (30 gün üçün) elektrik enerjisi sərfiyyatları olmuşdur. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, istehlakçı "xxxx" MMC-nin istifadəsində olan "təkrar emal” sexinin (abonent kodu: **********7) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının göstəriciləri mütəmadi olaraq hər ay "xxxx" ASC-nin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən oxunaraq aylıq sərfiyyat borcları müəyyən edilməklə, İstehlakçıya müvafiq qaydada tərtib edilmiş Hesab ödəniş Vərəqləri təqdim olunmuş və sonuncu tərəfindən də həmin Hesab ödəniş Vərəqləri əsasında müvafiq qaydada ödənişlər aparılmışdır (19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt tərtib edilməmişdən əvvəl məlum elektrik sayğacının göstəriciləri sonuncu dəfə 30 aprel 2023-cü il tarixində oxunmuşdur). Yəni, "təkrar emal” sexinin elektrik sərfiyyatı aylar üzrə müvafiq qaydada elektrik hesabat sayğacı tərəfindən hesablanmış və həmin hesabatlar əsasında da mütəmadi olaraq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, hər ay elektrik hesabat sayğacının göstəriciləri oxunarkən sayğacda “müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olunması" barədə hər hansı bir məlumat verilməmiş və yaxud, akt tərtib edilməmişdir. Göründüyü kimi, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu **********7) quraşdırılmış elektrik hesabat sayğacına 19 may 2023-cü ildə baxış keçirilən zaman “sayğacın yaddaşını kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akta əsasən həmin istehlakçıya 16467,7 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) "xxxx" MMC təchizatçı (cavabdeh) "xxxx" ASC-nin 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, həmin borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediatora ümumilikdə 205 (iki yüz beş) manat məbləğində xidmət haqqı ödənilmişdir (01 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01483 nömrəli mediasiya arayışı). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iştirak etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu **********7) quraşdırılmış elektrik hesabat sayğacına 19 may 2023cü ildə baxış keçirilən zaman “alt qapaq möhürü və AZS möhürü normal” olan və kənar müdaxilənin müəyyən olunmadığı sayğacın yaddaşı kompyuter vasitəsi ilə oxunan zaman “müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qüsuru aşkar edilmiş olsa da, həmin qüsurların aid olunduğu dövrdə həqiqətən də "təkrar emal” sexində elektrik enerjisindən istifadə olunan avadanlıqların işləməsi və elektrik enerjisindən istifadə olunub-olunmaması müəyyən edilmir. Çünki, yoxlama sənədlərində qeyd olunan fasilələr vaxtı İddiaçıya məxsus "təkrar emal” sexində istehsal fəaliyyətinin həyata keçirilməsi və həmin vaxtlarda elektrik enerjisindən istifadə olunub-olunmaması mötəbər sübutlar əsasında təsdiq olunmur. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf sexdə elektrik enerjisindən istifadənin miqdarının iş vaxtlarında gündəlik istehsal gücündən və faktiki elektrik enerjisi avadanlıqlarından istifadə olunma dərəcəsindən asılı olduğunu bildirmişdir. Bununla da, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktda qeyd olunan qüsura görə 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu: **********7) əlavə sərfiyyat olaraq ümumilikdə hesablanmış cəmi 16467,7 manat məbləğində borc silinməli və və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 102,5 (yüz iki manat 50 qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Çünki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçı tərəfindən mediatora ödənilmiş 205 (iki yüz beş) manat məbləğində xidmət haqqının 102,5 (yüz iki manat 50 qəpik) manat hissəsi iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 139,4 (yüz otuz doqquz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu **********7) əlavə sərfiyyat olaraq hesablanmış 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 102,5 (yüz iki manat 50 qəpik) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 139,4 (yüz otuz doqquz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar