Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-106/2020 30.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh nümayəndəsi X11 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 802,67 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı xx xxxxxx 2007-ci ildə qeydiyyata alınmışdır. ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinə Cavabdeh əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə akt tərtib edilərək, cərimə hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin Aktda qeyd edilmişdir ki, “rəyə görə qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən aralanmışdır, qaz keçir, lakin sərfiyyatı qeydə almır”. Həmin yoxlama iddiaçı tərəfin iştirakı olmadan qanunsuz olaraq keçirilmiş və aktlaşdırılmışdır. Bundan başqa, iddiaçıya məxsus qaz sayğacı obyektin arxa tərəfində, çox əlverişsiz bir yerdə quraşdırılmışdır. Həmin ərazidə güclü küləyin təsiri nəticəsində ağac qırılaraq həmin sayğacın üstünə aşmış və iddiaçı tərəfindən bu barədə CavabdehİB-nə məlumat verilmişdir. Bir müddət sonra isə iddiaçıya məlum olmuşdur ki, ona cərimə hesablanmışdır. Yəni, iddiaçının təqsiri olmasa da, Cavabdeh İB tərəfindən cərimə hesablanmışdır. Göründüyü kimi, yoxlama qanunsuz olaraq, iddiaçının itirakı olmadan keçirilmiş və heç bir əsası olmayan hallar yazılaraq aktlaşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixli ******* saylı həmin Akta əsasən İddiaçı MMCyə 802,67 manat məbləğində cərimə hesablanmışdır. Birincisi, yoxlama qanunsuz olaraq keçirilmiş və müvafiq qanunvericiliyə əsasən həmin yoxlamanın reyestrdə qeydiyyatı aparılmamışdır. Bundan başqa, iddiaçının təqsiri olmadan baş vermiş təbiət hadisəsi nəticəsində sayğac qırılmış və bununla bağlı cavabdehə məlumat verilmişdir. Həmin cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, bu müraciət heç bir nəticəsi olmamışdır (bundan sonra iddia ərizəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq normaları təsvir olunur və iddia tələbi həmin normalarla əsaslandırılır). İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən Aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız cərimə-borc silinməlidir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman İddiaçı MMC-yə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktda sayğacın qüsuru kimi “sayğacın hesablama mexanizmi kənar təsir nəticəsində qırılmışdır” sözləri qeyd olunmuşdur. Yararsız hala salınmış həmin qaz sayğacı Təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə dövlət yoxlamasina göndərilmişdir. Dövlət Yoxlama İdarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və X2 Laboratoriyasında baxış keçirilmiş və qaz sayğacında “sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfiyyatı qeydə almır” qüsurları aşkar edilmiş və həmin sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin İddiaçı MMC-yə məxsus obyektə baxış keçirilərək, istifadə olunan avadanlıqların siyahısı müəyyən edilərək akt tərtib edilmişdi. Bununla əlaqədar tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktla itirilmiş qazın bərpası üçün 4104m3x0,20=820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində zərər hesablanmış və həmin zərərin ödənilməsi üçün İddiaçı MMC-yə məlumat verilmişdir. Lakin, hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxsə olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 802,67 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş Etirazda yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün “xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında İddiaçınə hesablanmış 802,67 manat məbləğində borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 və X7 məhkəmə iclasında vermiş olduqları ifadələrində 2019-cu ildə İddiaçı MMC-yə məxsus kafedə işlədiklərini və 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında güclü külək nəticəsində sınmış ağacın kafenin arxasında, yəni kafedə işləyənlərin diqqətindən kənarda quraşdırılmış qaz sayğacını sındırdığını və buna görə də, bir neçə gün sonra həmin sayğacın dəyişdirildiyini, lakin həmin hadisəyə görə İddiaçı MMC-yə cərimə hesablandığını bildirmişlər. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhərində yerləşən iddiaçı (istehlakçı) İddiaçınə (VÖEN **********) məxsus qeyri-yaşayış sahəsi (kafe) (abonent kodu: **********00000) “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın aiqısatqısına dair” bağlanmış Müqavilə əsasında cavabdeh (paylayıcı) Cavabdeh tərəfindən təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı quraşdırılmış qaz sayğacı vasitəsi ilə aparılır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında” xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-4 markalı sayğac növbədən kənar Dövlət yoxlanılmasından keçirilməsi üçün çıxarılmış və həmin Aktda buna səbəb olan nöqsan kimi “sayğacın hesablama mexanizmi kənar təsir nəticəsində qırılmışdır” qüsurunun olması göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli MS-29/1640-2169-11 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında”aktdan görünür ki, "Cavabdeh" İB-nin xx xxxxxxx 2019-cu il tarixli SOCAR**********31791640X02169 nömrəli məktubuna əsasən xx xxxxxxx 2019-cu il tarixində X8 Sahəsindən Dövlət yoxlamasına aparılmış G-4 markalı mexanika tipli qaz sayğacına xx xxxxxx 2019-cu il tarixdə X1 müayinəsi laboratoriyasında baxış keçirilərkən “sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır” qüsurları aşkar edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə istehlakçı İddiaçınə məxsus sahibkarlıq obyektində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasının yoxlanılması ilə əlaqədar tərtib edilmiş Rəyə görə “G-4 markalı 05044261 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən aralanıb. Qaz keçir, sərfiyyatı qeydə almır” qüsurlarına görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, “Hesablama mexaizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır” qüsurlarına görə İddiaçınə məxsus sahibkarlıq obyektində olan qaz işlədicilərindən - PQ- 6-nın maksimal qaz sərfi 1,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ (20L)-nin maksimal qaz sərfi 2, m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda 90 gün üçün itirilmiş qazın cəmi miqdarı 4104 m3 həcmində müəyyən edilmişdir (əsas: xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı «İddiaçı” MMC-nin adına tərtib edilmiş xx xxxxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçınə məxsus sahibkarlıq obyektinin hesabına 2019-cu ilin noyabr ayında birdəfəlik 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borc hesablanmışdır. X3 məlumatlarla müəyyən olunur ki, 2018-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır, yəni qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, 2019-cu ilin avqust ayında sayğac tərəfindən qaz sərfi ilə əlaqədar heç bir hesabat aparılmamışdır. Yalnız 2019-cu ilin avqust ayından sonra quraşdırılmış yeni sayğac hesabat aparmağa başlamışdır. Belə ki, qüsurlu olduğu üçün xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli Akt tərtib edilərək çıxarılmış qaz sayğacı tərəfindən 2019-cu ilin may ayı üçün hesabat göstəricisi 28663 m3, 2019-cu ilin iyun ayı üçün hesabat göstəricisi 28875 m3, 2019-cu ilin iyul ayı üçün hesabat göstəricisi 29052 m3 və 2019-cu ilin avqust ayı üçün hesabat göstəricisi 29052 m3 həcmində olmuşdir (xx xxxxxxxx 2019-cu ildə həmin sayğac məlum qüsurlara görə çıxarılmışdır). Göründüyü kimi, həmin sayğac tərəfindən 2019-cu ilin iyul ayı da daxil olmaqla aylar üzrə istehlak edilən qaz sərfiyyatının müvafiq hesabatı aparılmış və buna görə də, qaz sərfiyyatının həcmini əks etdirən göstərici sərfiyyata uyğun olaraq aylar üzrə artmışdır. Lakin, 2019-cu ilin avqust ayı üçün istehlakçıya aid qaz sayğacı tərəfindən qaz sərfiyyatının həcmi ilə əlaqədar heç bir hesabat aparılmamış (iyul ayı üçün müəyyən olunmuş göstərici artmamışdır) və bu səbəbdən də xx xxxxxxxx 2019cu ildə həmin sayğac çıxarılaraq, laboratoriyada yoxlanmaya göndərilmişdir. Bununla da müəyyən olunur ki, qüsurlu olduğu üçün xx xxxxxxxx 2019-cu ildə şəbəkədən ayrılmış həmin sayğac tərəfindən yalnız 2019-cu ilin avqust ayı üçün qaz sərfiyyatının hesabatı aparılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə də, təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında yaranmış hazırkı mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və məlum xx xxxxxxxx 2019-cu il tarixli Akt və həmin Akt əsasında çıxarılmış sayğacın yoxlanılaraq, qüsurlu olmasının müəyyən edilməsi və bununla bağlı dəymiş zərər kimi əlavə sərfiyyatın hesablanması - həmin Müqavilədə nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən icra olunmuşdur. Eləcə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh (təchizatçı) iddiaçıya (istehlakçıya) göstərdiyi xidmətlərin qaydaları və şərtlərinə dair bağlanmış Müqavilə şərtlərinə uyğun olaraq sonuncunu təbii qazla təchiz edir və bu Müqavilə ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya (istehlakçıya) məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac əsasında göstərilən xidmətin vəziyyətini hesabat üçün quraşdırılmış sayğac olan ərazidə yoxlayarkən “qaz keçsə də, qüsurlu olduğu üçün sayğac tərəfindən hesabatın aparılmadığı” müəyyən olunmuşdur (məlum sayğacın qüsurlu olmasını tərəflər mübahisələndirməmişlər). Yəni, İstehlakçı tərəfindən sahibkarlıq obyektində qaz istehlak edilsə də, sayğacda yaranmış texniki qüsura görə 2019-cu ilin avqust ayında istifadə olunan təbii qazın hesabatı aparılmamışdır. Həmçinin, təsvir olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın aiqı-satqısına dair” bağlanmış Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan iddiaçı «İddiaçı” MMC-yə məxsus qeyri-yaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətini yoxlayarkən hesabat sayğacının qüsurlu olmasını aşkar etmiş və bununla bağlı məlum Aktı və digər sənədləri tərtib edərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq əlavə sərfiyyatla bağlı hesabat aparmışdır. Bu fəaliyyət isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Bunun əksini tələb etmək, yəni müqavilə tərəflərindən birinin digər tərəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması – müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Aktın tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Məlum müqavilə üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün satılan təbii qazın hesabatını aparan sayğaca baxış keçirilməsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixli Aktəsasında çıxarılmış sayğacda xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt üzrə qeyd olunmuş pozuntular məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və həmin pozuntulara görə sayğacın hesabatını aparmadığı istehlak edilən təbii qazın həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, həmin hesabat cavabdeh tərəfindən müəyyən edildiyi kimi 90 gün (3 ay) müddətinə deyil, məlum sayğacın faktiki olaraq hesabatı yalnız 2019-cu ilin avqust ayında aparmaması nəzərə alınaraq həmin ay üçün, yəni bir ay (30 gün) müddətinə hesablanmalıdır. Bu halda isə, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsanlara görə bir ay müddətinə hesablanan əlavə sərfiyyatın miqdarı 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik)manat məbləğində müəyyən olunur. Yəni, sayğacın qüsuruna görə 90 günlük müddətə hesablanan 820,80 manat məbləğində əlavə sərfiyyat 30 gün müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu: **********00000) hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borcun 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu: **********00000) hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borcun 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-106/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-106/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver