Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1060/2024 18.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçınə (abunə kodu **********0) 29 noyabr 2023-cü il tarixli, 018181 saylı akta əsasən hesablanmış 5441,2 (beş min dörd yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində və 26 yanvar 2024-cü il tarixli, 018921 saylı akta əsasən hesablanmış 3225,7 (üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 may 2023-cü il tarixdən dövlət qeydiyyatına alınıb hüquqi şəxs olaraq Quba rayonu, Qusarçay hövzəsində yerləşən qumçınqıl karxanasının bir hissəsini müqavilə əsasında icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin ərazinin elektrik təchizatı ilə bağlı sayğac ödənişlərinin (abunə kodu **********0) İddiaçı tərəfindən həyata keçirilməsi üçün cavabdeh təşkilata müraciət edilmişdir. Qeyd edilən müraciət əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********0 saylı abonent hesabı İddiaçı adına keçirilmişdir. Bununla da cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə məxsus qum-çınqıl karxanası elektrik enerjisi ilə təchiz olunur. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən müxtəlif tarixlərdə İddiaçı abonent hesabına əsassız borclar yazılmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş, 29 noyabr 2023-cü il tarixli, 018181 saylı aktla, guya, sayğacın xətdən axan yükü düzgün qeyd etməməsi, sayğacın fazasına cərəyan transformatorundan cərəyanın daxil olmaması, cərəyan və gərginlik transformatorları yerləşən yuvanın qapısında möhür olmaması, sayğacın yaddaşını xx.xx.2023-cü il tarixədək oxumaq mümkün olduğu, həmin tarixdən indiyə qədər “C” fazasında cərəyanın olmamasının müşahidə edildiyi, xx.xx.2023cü il tarixdən əvvəlki tarixləri oxumağın mümkün olmadığı, EEİQ-na uyğun sayğac sxeminin bərpa edilərək qüsurun aradan qaldırılması qeydi aparılaraq İddiaçınə məxsus qum-çınqıl karxanasının hesabına 5441,2 manat məbləğində borc hesablanmışdır. Daha sonra cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, 018921 saylı aktla, guya, elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi, sayğacın “C” fazasında quraşdırılmış cərəyan transformatorlarından sayğaca cərəyan daxil olmadığı, baxış zamanı cərəyan və gərginlik transformatoru yerləşən yuvanın qapısına vurulmuş möhürün yerində olmaması, xətdən axan yükün ampermaşa vasitəsi ilə ölçüldüyü qeydi aparılaraq İddiaçınə məxsus qum-çınqıl karxanasının hesabına yenidən 3225,7 manat məbləğində borc hesablanmışdır. Yazılmış borclar əsassız və qanunsuz olduğu üçün İddiaçı tərəfindən ödənilməmişdir. Borcun ödənilməməsi səbəbindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilir. Halbuki **********0 saylı abunə haqqında məlumatlardan da göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına sayğac oxumasından da artıq məbləğdə ödənişlər olunmuşdur. Qeyd edilən karxanada iş üzrə iddiaçı fəaliyyətə başladığı müddətdən də hər ay sayğac göstəriciləri əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənişlər olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları"nın tələbinə əsasən aktın tərtib olunmasının yeganə şərti istehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədi ilə sayğacların zədələnməsi və digər təqsirli hərəkətlərin baş verməsidir. İddiaçı heç bir zaman elektrik enerjisini talamaq kimi bir məqsədi olmamış, bununla bağlı sayğaca da hər hansı müdaxilə etməmişdir. Bundan əlavə, əgər sayğacın zədələnməsində İddiaçı təqsirinin olduğu hesab edilirdisə, qaydaların 7.6-cı bəndinin tələbinə əsasən sayğac dövlət yoxlanışına göndərilməli və həmin yoxlanışda iddiaçının nümayəndəsinin iştirakı təmin olunmalı, imtina etdiyi halda isə bununla bağlı yenə də aktda müvafiq qeyd aparılmalı idi. Lakin nə İddiaçınə bu günə kimi bununla bağlı məlumat verilmiş, nə də iddiaçı hər hansı yoxlanışda iştiraka cəlb olunmuşdur. Qeyd edilən hallar isə cavabdeh tərəfindən İddiaçınə heç bir təqsiri olmadığı halda əsassız borc məbləğinin hesablanmasının bariz təzahürüdür. Eyni zamanda İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir və sahibkar kimi ona məxsus obyekt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki, İddiaçı fəaliyyəti yoxlanarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Eyni zamanda qeyd olunan Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələbləri tətbiq edilməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə İddiaçınə yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Qeyd edilən hallar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmaması və bununla bağlı İddiaçınə hər hansı məsuliyyət tədbirinin tətbiq edilməməsinə səbəb olmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək pretenziya məktubu ilə cavabdeh quruma müraciət etmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 19 avqust 2024-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəməyə etiraz təqdim edərək İddiaçınə (abunə kodu **********0) 29 noyabr 2023-cü il tarixli, 018181 saylı akta əsasən hesablanmış 5441,2 manat məbləğində və 26 yanvar 2024-cü il tarixli, 018921 saylı akta əsasən hesablanmış 3225,7 manat məbləğdə borcun silinməsi və ödənilmiş 107 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsinə dair iddia tələbi əssasız olduğu üçün həmin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən Quba rayonu, Qusarçay hövzəsində yerləşən abunə kodu **********0 olan, İddiaçınə məxsus qum-çınqıl karxanası kimi fəaliyyət göstərən obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğac dövrədən keçən yükü düzgün qeyd etmir, sayğacın “C” fazasına cərəyan transformatorundan cərəyan daxil olmur, cərəyan və gərginlik transformatorları yerləşən yuvanın qapısında möhür yoxdur. “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən xx.xx.2023-cü il tarixli, 018181 saylı akt tərtib edilmişdir. Akta əsasən abonentə 5441,20 manat dəyərində hesablaşma aparılmış və akt iddiaçının nümayəndəsi Şıxbabayev İsmayıl tərəfindən öz imzası ilə təsdiq edimişdir. Aşkar olunmuş hal video çəkilişlə də qeydə alınmışdır. Həmçinin yoxlama xx.xx.2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən qeydiyyatdan keçmişdir. Bununla əlaqədar yoxlama kodu KY232062112 olan çıxarış məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən Quba rayonu, Qusarçay hövzəsində yerləşən iddiaçıya məxsus abunə kodu **********0 olan, İddiaçınə məxsus qum-çınqıl karxanası kimi fəaliyyət göstərən obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın dövrədən küçən yükü düzgün qeyd etmədiyi, sayğacın “C” fazasına cərəyan transformatorundan cərəyan daxil olmadığı, cərəyan və gərginlik transformatorları yerləşən yuvanın qapısında möhürün olmaması halı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi nıümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən xx.xx.2024-cü il tarixli, 018921 saylı akt tərtib edilmişdir. Akta əsasən abonentə 3225,70 manat dəyərində hesablaşma aparılmış və video çəkilişlə qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “EEİQ”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. EEİQ-nin 7.7-ci bəndinə görə isə bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin verinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. EEİQ-nin 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Yuxarıda sadalananlara əsasən iddiaçının EEİQ-nin tələblərinin açıq aşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq İddiaçı iddia tələbləri hüquqdan sui-istifadə hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 elektrikləri ümumi yoxlanışa gəlmiş və sayğaca baxış keçirərək qüsur olduğunu müəyyən etmişlər. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Xidmət göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçınə texniki xidmət göstərilmiş və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunan görüləcək işlər üzrə məbləğlər iddiaçı tərəfindən “Asan Xidmət” mərkəzində ödənilmişdir. Transformatorun möhürü "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən texniki xidmət göstərilərkən açılmış və möhürün yenidən vurulması üçün müvafiq ödəniş edilmişdir. Bundan sonra 2023-cü ilin noyabr ayının əvvəlində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları İddiaçınə baxış keçirmiş və 29 noyabr 2023-cü il tarixdə isə akt tərtib edərək iddiaçıya borc hesablamışdır. 2023-cü ilin noyabr ayında və 2024-cü ilin yanvar ayında yoxlama aparılarkən onlara sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim olunmamış və hüquq və vəzifələri izah edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli, NDQ 018181 nömrəli aktda qeyd olunur ki, sayğac xətdən axan yükü düzgün qeyd etmir, sayğacın “C” fazasına cərəyan transformatorundan cərəyan daxil olmur. Cərəyan və gərginlik transformatorları yerləşən yuvanın qapısında möhür yoxdur, sayğacın yaddaşını xüsusi kompüter vasitəsi ilə xx.xx.2023-cü il tarixədək oxumaq mümkün olmuşdur, həmin tarixdən indiyə qədər “C” fazasında cərəyanın olmadığı müşahidə olunur, xx.xx.2023-cü ildən əvvəlki tarixləri oxumaq mümkün olmamışdır. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli icra vərəqindən görünür ki, yenidən hesablaşma aparılmış, İddiaçınə - (1003 göst-916 göst) x 900 əmsal x 41%:59% = 54412 kvts; tarif (0,10 manat) - 54412 kvts x 0,10 = 5441,2 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, NDQ 018921 nömrəli aktda qeyd olunur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir, sayğacın “C” fazasında quraşdırılmış cərəyan transformatorlarından sayğaca cərəyan daxil olmur, baxış zamanı cərəyan və gərginlik transformatoru yerləşən yuvanın qapısına vurulmuş möhür yerində yoxdur, xətdən axan yük ampermaşa vasitəsi ilə ölçülmüşdür. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli icra vərəqindən görünür ki, yenidən hesablaşma aparılmış, İddiaçınə - (1048,616 göst-1003 göst) x 900 əmsal x 44%:56% = 32257 kvts; tarif (0,10 manat) - 32257 kvts x 0,10 = 3225,7 manat borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, abunə kodu **********0 olan İddiaçınə 21 dekabr 2023-cü il tarixə NDQ 018181 nömrəli akt əsasında 5441,20 (beş min dörd yüz qırx bir manat iyirmi qəpik) manat, 20 fevral 2024-cü il tarixə NDQ 018921 nömrəli akt əsasında 3225,7 (üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat borc hesablanmışdır. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli, KY232062112 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən İddiaçındə başlama tarixi 29 noyabr 2023-cü il, qurtarma tarixi 29 noyabr 2023-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixdə tərtib edilmiş baxış aktından görünür ki, “ASAN Xidmət” Mərkəzinə edilmiş müraciət əsasında abunə kodu **********0 olan Quba şəhəri, Qusarçay hövzəsi ünvanında yerləşən sifarişçi İddiaçı balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi məqsədi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Aktda qeyd olunmuşdur ki, abonentə məxsus ******* saylı KTM-i qidalandıran KRN10 tipli yuvada 1 ədəd cərəyan transformatoru yanaraq sıradan çıxmışdır, bunun bərpası üçün yuvanın üzərində olan 2 ədəd möhür açılmalı, cərəyan transformatoru yenisi ilə əvəz olunmalı, cərəyan transformatorunun sınaqdan sonra sayğac sxemi yoxlanmalı və KRN qapıları möhürlənməlidir. İş materiallarında olan sifarişçi İddiaçı ilə icraçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 10 yanvar 2024-cü il tarixli 00075/24 nömrəli “Xidmət göstərilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi Quba şəhəri, Qusarçay hövzəsi ərazisində sifarişçiyə məxsus qeyri0yaşayış sahəsinin elektrik şəbəkəsinin avadanlıqlarında texniki xidmətlərin göstərilməsi və yeni avadanlıqların quraşdırılması işlərini tapşırır, icraçı isə xidmətlərin göstərilməsinə dair qiymətlərin raşılaşdırılması protokolunda göstərilən işlərin görülməsini və avadanlıqların quraşdırılmasını öz öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 noyabr 2023-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçınə baxış keçirilərək 29 noyabr 2023-cü il tarixli, NDQ 018181 nömrəli akt tərtib edilmiş və aktda sayğacın xətdən axan yükü düzgün qeyd etmədiyi, sayğacın “C” fazasına cərəyan transformatorundan cərəyan daxil olmadığı, cərəyan və gərginlik transformatorları yerləşən yuvanın qapısında möhür olmadığı, sayğacın yaddaşını xüsusi kompüter vasitəsi ilə xx.xx.2023-cü il tarixədək oxumaq mümkün olduğu, həmin tarixdən indiyə qədər “C” fazasında cərəyanın olmadığının müşahidə edildiyi, xx.xx.2023-cü ildən əvvəlki tarixləri oxumağın mümkün olmadığı qeyd edilmiş və həmin akt əsasında yenidən hesabaşma aparılaraq 5441,2 manat borc hesablanmışdır. Daha sonra 26 yanvar 2024-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçınə baxış keçirilərək 26 yanvar 2024-cü il tarixli, NDQ 018921 nömrəli akt tərtib olunmuş və aktda elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi, sayğacın “C” fazasında quraşdırılmış cərəyan transformatorlarından sayğaca cərəyan daxil olmadığı, baxış zamanı cərəyan və gərginlik transformatoru yerləşən yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı qeyd edilmiş və həmin akt əsasında yenidən hesabaşma aparılaraq 3225,7 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçındə yoxlama keçirilməsi görüntülərini özündə əks etdirən videoçəkilişə məhkəmə iclasında baxış keçirilərkən cavabdeh tərəfindən İddiaçındə yoxlamanın 09 noyabr 2023-cü il və 26 yanvar 2024-cü il tarixlərdə keçirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçınə 29 noyabr 2023-cü il tarixdə baxış keçirildiyi və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındığı bildirilsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdən görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçınə 09 noyabr 2023-cü il tarixdə baxış keçirilmiş, lakin 29 noyabr 2023-cü il tarixli, NDQ 018181 nömrəli akt tərtib olunmuş və cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başlanma tarixi 29 noyabr 2023-cü il göstərilmişdir. Bundan başqa cavabdeh tərəfindən 26 yanvar 2024-cü il tarixdə iddiaçıya məxsus sahibkarlıq obyektində yoxlama aparılan zaman da qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamaların hər hansı hüquqi nəticəsi ola bilməz və bu yoxlamalar nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləğləri silinməlidir. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 29 noyabr 2023-cü il tarixli, 018181 saylı və 26 yanvar 2024-cü il tarixli, 018921 saylı aktlarda eyni nöqsanlar qeyd olunmuşdur. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 əməkdaşları tərəfindən 30 dekabr 2023-cü il tarixdə elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi məqsədi ilə keçirilən baxış zamanı tərtib olunan baxış aktında həmin nöqsanlar qeyd olunmamışdır. Hətta İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 10 yanvar 2024-cü il tarixli 00075/24 nömrəli “Xidmət göstərilməsi haqqında” müqavilə bağlanılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya texniki xidmət göstərilmişdir. Məhkəmə qeyd edir ki, 2023-cü ilin noyabr ayında sözügedən sahibkarlıq obyektinə baxış keçirilən zaman 29 noyabr 2023-cü il tarixli, NDQ 018181 nömrəli aktda qeyd olunan nöqsan və ya pozuntular mövcud olsa idi, onlar 30 dekabr 2023-cü il tarixli baxış aktında qeyd olunmalı, 10 yanvar 2024-cü il tarixli 00075/24 nömrəli “Xidmət göstərilməsi haqqında” müqavilə üzrə işlər görülərkən aradan qaldırılmalı idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abunə kodu **********0) 29 noyabr 2023-cü il tarixli, 018181 saylı akta əsasən hesablanmış 5441,2 (beş min dörd yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində və 26 yanvar 2024-cü il tarixli, 018921 saylı akta əsasən hesablanmış 3225,7 (üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində borc silinməlidir. İddia tələbinin “ödənilmiş 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbi üzrə hesablanmış 106,67 (yüz altı manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abunə kodu **********0) 29 noyabr 2023-cü il tarixli, 018181 saylı akta əsasən hesablanmış 5441,2 (beş min dörd yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində və 26 yanvar 2024-cü il tarixli, 018921 saylı akta əsasən hesablanmış 3225,7 (üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində borc silinməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 106,67 (yüz altı manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abunə kodu **********0) 29 noyabr 2023-cü il tarixli, 018181 saylı akta əsasən hesablanmış 5441,2 (beş min dörd yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində və 26 yanvar 2024-cü il tarixli, 018921 saylı akta əsasən hesablanmış 3225,7 (üç min iki yüz iyirmi beş manat yetmiş qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 106,67 (yüz altı manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1060/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1060/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver