Məhkəmə qərarları › İş №e-2-2(119)-1095/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1095/2024

14.06.2024 · Xususi icraat - Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qətnamənin qəbul edilməsi barədə işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1095/2024 14.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Ərizəçi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş "borcun hissə-hissə icra edilməsi” tələbi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi 12 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə özünü ərizəçi qismində göstərməklə xüsusi icraat qaydasında maraqlı şəxs “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "borcun hissə-hissə icra edilməsi” tələbinə dair “ərizə” ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2-2(119)-380/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi və həmin qətnamə ilə qət edilmiş borca görə ondan hər ay 300 manat məbləğində pulun tutulması” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Lakin, icra prosesində olan icra sənədi üzrə borclu Ərizəçi bu kimi müraciətlərlə əlaqədar məhkəməyə “xüsusi icraat qaydasında tərtib edilmiş ərizə” ilə deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına" dair Təlimatın tələblərinə uyğun tərtib edilmiş müvafiq ərizə (“8” indeksi üzrə icraat qaydasında) ilə məhkəməyə müraciət etməlidir. "Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına" dair Təlimatın 168-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). Beləliklə də, məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəçi (icra sənədi üzrə borclu) Ərizəçi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs (icra sənədi üzrə tələbkar) “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş "borcun hissə-hissə icra edilməsi” tələbi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə həmin ərizənin məhkəmə icraatı mümkün deyildir. Ona görə də, ərizəçi (borclu) Ərizəçi xüsusi icraat qaydasında maraqlı şəxs (icra sənədi üzrə tələbkar) “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "borcun hissə-hissə icra edilməsi” tələbi barədə ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş "borcun hissə-hissə icra edilməsi” barədə ərizə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar