Məhkəmə qərarları › İş №e-2-2(119)-1210/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1210/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1210/2023 19.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 19 oktyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Lakin İddiaçı 19 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə mübahisələndirilən borc məbləğinin cavabdeh tərəfindən tam olaraq ödənildiyini bildirmiş, bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mahiyyəti üzrə baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 15 sentyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə 37,16 (otuz yeddi manat 16 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir (ödənişin tarixi və saatı: 15 sentyabr 2023-cü il, saat 10:29; Sumqayıt Kommersiya Məhkəməsi üçün). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, həmin ərizə əsasında İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda iddia ərizəsi iddiaçıya geri qaytarıldığından həmin iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 37,16 (otuz yeddi manat 16 qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən 15 sentyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 37,16 (otuz yeddi manat 16 qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 15 sentyabr 2023-cü il, saat 10:29; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar