Məhkəmə qərarları › İş №e-2-2(119)-1316/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1316/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1316/2021 12.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "xxxx" Firması tərəfindən Cavabdehnə qarşı verilmiş “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Firması 11 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən Sumqayıt şəhəri Bakı-Quba yolunun "xxxx" Firmasına məxsus çayxana kimi fəaliyyət göstərən obyektə qaz sərfiyyatının istifadəsinə görə tərtib edilmiş Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 mart 2021-ci il tarixdə tərtib edilmiş 29/1640-00755-06 saylı aktın 42-ci bölməsinə aid (sayğacın zavod nömrəsi **********2) olan hissəsinin və 31.03.2021-ci ildə ******* nömrəli aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış 1183 manat məbləğdə debitor borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı "xxxx" Firması 11 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən Sumqayıt şəhəri Bakı-Quba yolunun "xxxx" Firmasına məxsus çayxana kimi fəaliyyət göstərən obyektə qaz sərfiyyatının istifadəsinə görə tərtib edilmiş Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 mart 2021-ci il tarixdə tərtib edilmiş 29/1640-00755-06 saylı aktın 42-ci bölməsinə aid (sayğacın zavod nömrəsi **********2) olan hissəsinin və 31.03.2021-ci ildə ******* nömrəli aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış 1183 manat məbləğdə debitor borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 1289/2021 nömrəli kommersiya işinin materialları ilə müəyyən olunur ki, ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında da həmin məlumatlar mövcuddur), iddiaçı "xxxx" Firması 07 oktyabr 2021-ci ildə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən Sumqayıt şəhəri Bakı-Quba yolunun "xxxx" Firmasına məxsus çayxana kimi fəaliyyət göstərən obyektə qaz sərfiyyatının istifadəsinə görə tərtib edilmiş Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05 mart 2021-ci il tarixdə tərtib edilmiş 29/1640- 00755-06 saylı aktın 42-ci bölməsinə aid (sayğacın zavod nömrəsi **********2) olan hissəsinin və 31.03.2021-ci ildə ******* nömrəli aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış 1183 manat məbləğdə debitor borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli e-2-2(119)-1289/2021 nömrəli qərardadı ilə icraata götürülərək, məhkəmə icraatı mümkün hesab edilmiş və buna görə də, həmin iş üzrə məhkəmə hazırlıq iclası 11 noyabr 2021-ci il tarixə, saat 1430-a təyin edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair kommersiya işi artıq Sumqayıt Kommersiya Məhkəməsinin icraatında vardır və həmin iş üzrə məhkəmənin hazırlıq iclası təyin olunmaqla məhkəmə prosesi başlanmışdır. Bununla da, iddiaçı "xxxx" Firması hazırkı iddia ərizəsi ilə eyni cavabdehə qarşı, eyni tələb üzrə və eyni əsaslarla təkrarən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" Firması tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən yaradılmış olan elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddianın yolverilməzliyinə görə iddiaçı "xxxx" Firması tərəfindən Cavabdehnə qarşı verilmiş “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar