Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1321/2023 13.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 8 (səkkiz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 08 fevral 2022-ci il tarixdə RP/AH-0802 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan qara metal almış və bu fakt elektron qaimələr ilə öz təsdiqini tapmışdır. Həmin elektron qaimələrə əsasən iddiaçıdan alınmış malların pulu ödənilməmişdir. Bunun nəticəsində borc yaranmışdır. Bununla bağlı olaraq iddiaçı ilə cavabdeh arasında üzləşmə aktı tərtib olunmuşdur. Belə ki, həmin üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat borcun olması təsdiq olunmuşdur. Cavabdehə pretenziya məktubu göndərilmiş, həmçinin Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞŞ/MT030/2023- 01955 saylı arayış verilmişdir. İddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməsinə baxmayaraq bu günə kimi 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin təmsilçisi kimi fəaliyyət göstərir. Belə ki, mallar Cavabdeh tərəfindən istehsal edilərək İddiaçınə, sonuncu tərəfindən isə həmin mallar digər şəxlərə satılır. İddiaçı rəhbəri Rüfət Əliyevdir. Rüfət Əliyev həmçinin digər bir məhdud məsuliyyətli cəmiyyətin də rəhbəridir. Cavabdeh tərəfindən həmin Rüfət Əliyevin rəhbəri olduğu digər məhdud məsuliyyəti cəmiyyəti ilə əməkdaşlıq edilərək emal edilib satılması üçün metal mallar alınır. Hazırda İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə 140000 manat, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin isə İddiaçı MMC-yə 117000 manat borcu vardır. Rəhbərliklər səviyyəsində şifahi qaydada danışıqlar aparılaraq tərəflər arasında olan bu borclar əvəzləşdirilmişdir. O, məhkəmə mübahisəsinin barışıqla yekunlaşdırılması üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Lakin Cavabdeh 13 dekabr 2023-cü il tarixli məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan distribyutor İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) ilə arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsinə əsasən distribütor bu müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh istehsal etdiyi müxtəlif metal məhsulları bu Müqavilə ilə müəyyən edilən ərazi hüdudlarında üçüncü şəxslərə satmaq imkanını əldə edir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş arayışdan göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsi əsasında Cavabdehnə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək ƏDV daxil cəmi 1044240,42 manat məbləğində malların verilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir. İddiaçı ƏDV sub-uçot hesabına Cavabdeh tərəfindən Cəmiyyətinə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022ci il tarixədək 109005,35 manat məbləğində ƏDV, bank hesabına isə 605585,29 manat mədaxil olunmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 39 ədəd elektron qaimə üzrə cavabdehin borcu ƏDV daxil 329649,78 manat təşkil edir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına ümumilikdə 109005,35 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 27 iyul 2023-cü il tarixli “Üzləşmə aktı”nda göstərilir ki, Cavabdeh İddiaçınə borcu 31 dekabr 2022-ci il tarixə 117529,01 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 08 fevral 2022-ci il tarixli, RP/AH -0802 nömrəli distribütor müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 1044240,42 manat dəyərində qara metal Cavabdehnə təhvil vermişdir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə ödənişlər edilsə də, cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində manat məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün 8 (səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında distribütor müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçınə 31 dekabr 2022-ci il tarixə 117529,01 manat məbləğində borcunun olması barədə tərəflər arasında 27 iyul 2023-cü il tarixli “Üzləşmə aktı” imzalanmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən iddiaçının xeyrinə 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) borcun tutulması” hissəsində təmin olunmalı, 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsi üzrə ödənilməmiş 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01955 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat məbləğində hissəsi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə ödənilmiş 8 (səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 8 (səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 117737,01 (yüz on yeddi min yeddi yüz otuz yeddi manat bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə hesablanmış 407,53 (dörd yüz yeddi manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 399,53 (üç yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti (407,53-8=399,53 manat) Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 8 (səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 117737,01 (yüz on yeddi min yeddi yüz otuz yeddi manat bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 399,53 (üç yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1321/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1321/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver