Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-144/2023 05.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı ”borcun tutulması” tələbi barədə ilkin iddia ərizəsi və Cavabdeh İddiaçınə qarşı ”borcun silinməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı ”borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “İpək Yolu“Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 17608,40 manat məbləğində borcun və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX-1/2202 saylı müqavilə əsasında “İpək Yolu“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 17608,40 (on yeddi min altı yüz səkkiz manat 40 qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya şurasına və cavabdehə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Cavabdeh 03 fevral 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin iş üzrə İddiaçınə qarşı “borcun silinməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb olunan təbii qazdan istifadəyə görə yaranmış 17608,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı tərəfindən müəyyən edilmiş qaz sərfiyyatı ilə bağlı məbləğ quraşdırılmış qaz sayğacının nasazlığı səbəbindən baş verdiyi üçün Cavabdeh istifadə etmədiyi qaza görə borclu hesab oluna bilməz. Belə ki, Cavabdeh üçün quraşdırılmış qaz sayğacı nasaz olduğu üçün sızmalara səbəb olmuş, nəticədə Cavabdeh qaz sərfiyyatına yol verməsə də, borc yaranmışdır. Cavabdehnə məxsus qaz xəttində sızmaların olması faktı iddia ərizəsinə əlavə olunan foto materiallarda da öz təsdiqini tapır. Belə ki, qaz borusunda yaranmış boşluqlardan qaz sızmaması üçün İddiaçı əməkdaşları tərəfindən qeyri-peşəkar şəkildə, kustar üsulla boşluqların üzəri bağlanmış, lakin sızmanın qarşısı heç bir şəkildə dayandırılmamışdır. Məsələ ilə bağlı dəfələrlə İddiaçınə müraciət olunmuş, problemin həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin İddiaçı tərəfindən hər hansı tədbir görülməmiş, sonradan isə əsassız borc məbləğinin tutulması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı və Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 05 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsi isə əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda o, Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış 7319 manat məbləğində borcun silinməsi” tələbi ilə Bakı Kommersiya Məhkəməsində iddia qaldırdığını və 06 iyul 2021-ci il tarixli, 2-2(113)-2184/2021 nömrəli qətnamə ilə iddia tələbinin təmin olunmadığını qeyd etmişdir. 05 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 06 iyul 2018-ci il tarixli AKX-1/2202 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.7-ci bəndinə əsasən istehlakçı bu müqavilə üzrə müəyyən edilmiş şərtləri yerinə yetirməməsinə görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət daşıyır. İş materiallarında olan abonentin saldosu ilə müəyyən olunur ki, istehlakçı Cavabdeh 2022-ci ilin iyul ayına kimi istifadə olunan təbii qaza görə borcu 17608,40 (on yeddi min altı yüz səkkiz manat 40 qəpik) manat təşkil edir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, e-2- 2(113)-2184/2021 nömrəli qətnaməsində görünür ki, Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış 7319 manat məbləğində borcun silinməsi” tələbi iddiaçı tərəfindən borc məbləğinin əsassız olaraq hesablanmasını təsdiqləyə biləcək sübutlar təqdim edilmədiyindən təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli 2-2(103)-1111/2021 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdehnə 2022-ci ilin iyul ayına kimi stifadə olunan təbii qaza görə 17608,40 (on yeddi min altı yüz səkkiz manat 40 qəpik) manat məbləğində borc hesablanmış, lakin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən həmin borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 17608,40 (on yeddi min altı yüz səkkiz manat 40 qəpik) manat məbləğində borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə borcun silinməli olması Cavabdeh tərəfindən qaz sayğacı nasaz olduğu üçün sızmalara səbəb olması, bu səbəbdən MMC-nin sərf etmədiyi qaza görə borcunun yaranması ilə əsaslandırılmışdır. Lakin Cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və məhkəməyə 17608,40 manat məbləğində borcun əsassız olaraq hesablanmasını təsdiqləyə biləcək mötəbər sübutlar təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia təmin olunmalı və Cavabdehndən (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə yaranmış 17608,40 (on yeddi min altı yüz səkkiz manat 40 qəpik) manat məbləğində borc və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tutularaq iddiaçı “X1 ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi isə əsassız olduğundan təmin edilməməlidir. Eləcə də, 142,82 (yüz qırx iki manat 82 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri Cavabdehnə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı ”borcun tutulması” tələbi barədə ilkin iddiası təmin edilsin. Cavabdeh “İpək Yolu“ Məhdud Məsuliyyətli Cəmiyyətindən (abonent kodu **********00000) təbii qazdan istifadəyə görə yaranmış 17608,40 (on yeddi min altı yüz səkkiz manat 40 qəpik) manat məbləğində borc və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Cavabdehndən dövlət nəfinə 142,82 (yüz qırx iki manat 82 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh İddiaçınə qarşı ”borcun silinməsi” tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-144/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-144/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver