Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-15/2021 14.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1, Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 24 aprel 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 208878 (iki yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi zamanı İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə 03 avqust 2020-ci il tarixli ərizə təqdim edərək, Cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə (VÖEN **********) əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hal-hazırda Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən özünə məxsus “İstixana” sahəsini işlədir. Onunla Cavabdeh arasında razılaşdırılmış formada “İstixana”nın qazlaşdırılmasına dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri obyektə baxış keçirmiş, işlədicilərin sayı, vəziyyəti və s. halları nəzərə aldıqdan sonra müqavilə imzalanmışdır. “İstixana”da “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. Qaz sərfiyyatı ilə bağlı ödəmələrdə fəaliyyət göstərdiyi müddətdə onun tərəfindən heç vaxt bir problem meydana çıxmamışdır. Belə ki, sərf olunan qazın pulu onun tərəfindən hər zaman vaxtında ödənilmişdir. Lakin, ona 2020ci ilin mart ayında məlum olmuşdur ki, Cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən işlətdiyi “İstixana” sahəsinə 208878,00 (iki yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat borc məbləği hesablanmışdır. Həmin borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Bu borc məbləğinin yazılma səbəbini başa düşə bilməmiş və hansı məqsədlə yazıldiği ona aydın olmamışdır. Ona yazılan borc məbləği ilə razılaşmamasının ilk səbəbi odur ki, mövsümi aylarda işlətdiyi “İstixana”nın normal sərfiyyatı təxminən 20-35 min manat civarında olduğu halda, ona təqdim olunan abonent saldosunda 2016-2017- 2018-2019-cu illərə dair aylar üzrə ona faktiki sərfiyyat məbləğini bir neçə dəfə üstələyən əsassız borc məbləği yazılmışdır. Həmçinin, mövsüm ayları olmayan yay aylarında faktiki istifadə etmədiyi “İstixana”ya borc məbləği hesablanmışdır. Ona yazılan borc məbləğinin əsassız olmasının digər səbəbi kimi “İstixana”ya quraşdırılmış sayğacın problemli, yəni istehsal qüsurlu olmasıdır. Sayğac bir neçə dəfə Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən həm özü, həmçinin göstərici qeyd olunan hissəsi (“beyni”) yazılıb götürülərək, yoxlanılmış və sayğacın qüsurlu olması səbəbindən təxminən 2019-cu ilin aprel ayında 12505 (on iki min beş yüz beş) kubmetr artıq sərfiyat qeydə alındığı müəyyən edilmişdir. İşlətdiyi “İstixana”da sayğacdankənar qaz xətti də aşkar edilməyib və o, haqqını ödədiyi qazdan da səmərəli istifadə edir. Bu faktı bu illər ərzində ödədiyi məbləğlər də təsdiq edir. Hesab edir ki, bu borc məbləğinin heç bir hüquqi əsası yoxdur və həmin borc məbləğinin əsassız olaraq yazılması onun sahibkarlıq fəaliyyətinə müdaxilə etməkdən başqa heç bir şey deyil. Ona hesablanmış borc məbləğinin silinməsi üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, o, 2020-ci ilin mart ayında olan 208878 manat məbləğində borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin, həmin işə məhkəmədə baxılarkən ona məlum olmuşdur Cavabdeh İB tərəfindən ona məxsus “İstixana”ya yazılmış borc məbləği artırılmış və “İstixana”ya 31 iyul 2020-ci il tarixinə 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. Ona görə də, o, yenidən iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəməyə ərizə vermiş və həmin ərizədə Cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən ona hesablanmış əsassız borc məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsinə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 235192,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsində qazın alqı-satqısı barədə müqavilə əsasında təbii qazdan istifadə edilir. Həmin “İstixana” sahəsində istifadə olunan təbii qazın hesabatı “Elster” tipli “G-650” markalı sayğac vasitəsi ilə aparılır və sayğacın hesabatı müvafiq qaydada İstehlakçıya aid Abonentin Saldosuna daxil edilir. Yəni, iddiaçıya məxsus “İstixana” sahəsində istifadə olunan təbii qazın sərfiyyatı müvafiq qaydada quraşdırılmış sayğac əsasında aparılan hesabat əsasında müəyyən edilərək Abonentin Saldosuna daxil edilir və Abonentin Saldosunda olan məlumatlar əsasında da istifadə edilən qazın dəyəri tarif qiymətlərinə uyğun olaraq Abonentdən tələb olunur. Sayğacın düzgün hesabat aparmaması barədə iddiaçı tərəfin iddiası isə tamamilə əsassızdır. İddiaçıya aid “İstixana” sahəsində istifadə edilən təbii qazın hesabatı sayğac tərəfindən düzgün aparıldığı üçün istehlak edilən təbii qaza görə sayğac əsasında hesablanmış sərfiyyat məbləğlərinin ödənilməsi də ondan tələb olunur. Ona görə də, sayğac məlumatlarına əsasən müəyyən edilmiş sərfiyyat məbləğləri silinə bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsi Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00041 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 25 dekabr 2019-cu il tarixli SS 29/1640-02397 nömrəli Aktda göstərilir ki, 23 oktyabr 2019-cu il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin ərazisində fiziki şəxs İddiaçı məxsus İstixananın (abonent kodu: **********00041) qaz xətti üzərində quraşdırılmış “G- 650” markalı 83049101 nömrəli turbin tipli "Elster" qaz sayğacı 25 oktyabr 2019-cu il tarixində xətdən çıxarılmış (Forma-2 № 9016003), 17 dekabr 2019-cu il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, “1) Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. Ekranda “A” işarəsi yanır. Pərlər kiplənib. 2) 08 oktyabr 2019 - 22 oktyabr 2019-cu il tarixə əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4,97 bar, korreksiya olunmuş “mor” maksimal qaz həcmi 399 m3, korreksiya olunmamış qaz həcmi 83 m3 qeydə alınmışdır. Təzyiq həddinin aşılması nəticəsində sayğac “Alarm” rejimində işləmiş, Vbd=22672 m3, Vd=4221 m3 qeydə alınmışdır. “Alarm” zamanı sərfiyyat P=5,25 bar ilə aparılmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vd mexaniki göstəricidən 14143 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı 100 impuls verildi və 100 impuls qeydə alındı. İmpuls ötürücüsü işləyir”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğun deyil. Batareya tələb olunur”. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00041) ilə müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”da istifadə edilən təbii qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, iddiaçı tərəf məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən qaz sayğacının göstəricisinə əsasən hesablanmış borc məbləğinin cəmi 235192,20 manat miqdarında müəyyən edilməsi ilə razılaşmayaraq, ekspertiza keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında keçirilmiş kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının 28 dekabr 2020-ci il tarixli 9/4172- 10/3189 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, “1). Mübahisəli “Elster” G-650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin, həmin Aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı - fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfıyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dur. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış və bu da “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3) artıqdır. 2). Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324 x 0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat məbləği təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanaraq 208878 manat borcun yaranması “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dan) artıqdır”. X1 ilə razılaşmayan iddiaçı və cavabdeh tərəfin vəsatətləri əsasında keçirilmiş əlavə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının 01 iyun 2019-cu il tarixli 9/1704- 10/1030 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, “1). Birinci sual üzrə: - Mübahisəli qaz sayğacının nasazlığı, yaxud xətalarla işlədiyi hallarda istifadə edilmiş faktiki təbii qazın sərfiyyatı hər hansı bir istixananın sahəsinə görə yox, qaz cihazların güclərinə (enerji göstricilərinə), sayına və onların işləmə rejimdən asılı olaraq hesablanır. Mübahisəli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməklə onun nasaz olması, yaxud xətalarla işləməsini müəyyən etmək olar. Əgər belə sınaq və yoxlamaların keçirilməsi təşkil edilməyibsə, yaxud qaz sayğacı təmir olunubsa, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekspertin təqdim edilmiş iş materiallarında olan məlumatlardan istifadə edilməklə rəyin verilməsi hüququ vardır. 2). İkinci sual üzrə: - Mübahisəli “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stendde və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin, həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı - fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dur. 3). Üçüncü sual üzrə: - Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3, dekabr ayında 59275 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150649 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin tanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış, bu da “İstixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dən) artıqdır. 3) Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324*0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat məbləği təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «İstixana»nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 166,652 m3 yəni 33330,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 7951 m3 yəni 1590,20 manat məbləği artığ hesablanmışdır, 2017-ci ilin yanvar ayında 12821 m3 yəni 2564,20 manat məbləği artığ hesablanmışdır, fevral ayında 107021 m3 yəni 21404,20 manat məbləği artıq hesablanmışdır, mart ayında 554784 m3 yəni 110956,80 manat məbləği artığ hesablanmışdır, aprel ayında 25427 m3 yəni 5085,40 manat məbləği artığ hesablanmışdır, noyabr ayında 61925 m3 yəni 12385 manat məbləği artığ hesablanmışdır, dekabr ayında 150813 m3 yəni 30162,60 manat məbləği artığ hesablanmışdır, 2018-ci ilin yanvar ayında 89759 m3 yəni 17951,80 manat məbləği artığ hesablanmışdır, fevral ayında 209587 m3 yəni 41917,40 manat məbləği artığ hesablanmışdır, mart ayında 99324 m3 yəni 19864,80 manat məbləği artığ hesablanmışdır, aprel ayında 73183 m3 yəni 14636,60 manat məbləği artığ hesablanmışdır, noyabr ayında 102780 m3 yəni 20556 manat məbləği artığ hesablanmışdır, dekabr ayında 157229 m3 yəni 31445,80 manat məbləği artığ hesablanmışdır, 2019-cu ilin yanvar ayında 158095 m3 yəni 31619 manat məbləği artığ hesablanmışdır, fevral ayında 190540 m3 yəni 38108 manat məbləği artığ hesablanmışdır, mart ayında 187954 m3 yəni 37590,80 manat məbləği artığ hesablanmışdır, may ayında 76783 m3 yəni 15356,60 manat məbləği artığ hesablanmışdır oktyabr ayında 16242 m3 yəni 3248,40 manat məbləği artığ hesablanmışdır, noyabr ayında 182807 m3 yəni 36561,40 manat məbləği artığ hesablanmışdır, dekabr ayında 245973 m3 yəni 49194,60 manat məbləği artığ hesablanmışdır. Fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575530 (beş yüz yetmiş beş min beş yüz otuz) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) verilən təbii qazın sərfiyyatının miqdarı müəyyən edilərkən mötəbər sübut olaraq nəzərə alınan iş üzrə keçirilmiş kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının 28 dekabr 2020-ci il tarixli 9/4172-10/3189 nömrəli və 01 iyun 2019-cu il tarixli 9/1704-10/1030 nömrəli Ekspert Rəylərinə əsasən məlum “İstixana” sahəsinə quraşdırılmış qaz sayğacı vasitəsi ilə istehlak edilən təbii qaza görə Cavabdeh tərəfindən artıq sərfiyyat hesablanaraq iddiaçıdan ödənilməsi tələb edildiyi müəyyən olunur. Buna görə də, həmin Rəylərə və iddia tələbinə uyğün olaraq İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 235192,20 manat məbləğində borc silinməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "İstixana" sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borc silinsin. Məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-15/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-15/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver