Məhkəmə qərarları › İş №e-2-2(119)-1722/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1722/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1722/2022 01.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 16 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 19 oktyabr 2021-ci il tarixli X4 dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 1296 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilən 60 (altımış) manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəsində olan Quba şəhərinin 30-cu məhəlləsində yerləşən “Bizim Bağ” restoranının abonent hesabı iddiaçıya məxsusdur. 10 may 2019-cu ildə Cavabdeh əməkdaşları restorana gələrək qaz sayğacına baxış keçirmiş və həmin yoxlama zamanı qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra Cavabdeh İstesalat Biriyinin əməkdaşları restorana gələrək 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt tərtib etmişlər. Həmin Aktda “28256536 nömrəli sayğacın kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qeydi aparılmışdır. Həmin Akta əsasən də 19 oktyabr 2021-ci il tarixli X4 Dair Tələbnamə tərtib edilmiş və 6480 m3 qazdan istifadəyə görə iddiaçının Abonent Hesabına 1296 manat məbləğində əlavə borc hesablanmışdır. Yazılmış borc əsassız və qanunsuz olduğu üçün iddiaçı həmin borcu qəbul etmir. "Azəriqaz" İB tərəfindən iddiaçıya borcun ödənilmədiyi halda obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Restorana verilən təbii qazın kəsilməsi iddiaçıya külli miqdarda ziyana sala bilər. Lakin, iddiaçı istehlak edilən təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və heç bir zaman cavabdeh təşkilatla arasında qaz borcu ilə bağlı problemi olmamışdır. Hətta qeyd edilən xətaların sayğac üzərində həqiqətən mövcud olması da şübhə doğurur. Çünki, sayğac dövlət yoxlamasına göndərilərək Metrologiya Departamenti tərəfindən baxış keçirilərkən, İstehlakçı olaraq iddiaçının iştirakı təmin olunmamış, bununla bağlı iddiaçıya ümumiyyətlə məlumat verilməmiş, həmin yoxlama 10 may 2019-cu il tarixdə həyata keçirilsə də, təxminən iki ildən sonra, yəni 30 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə bağlı məlum Akt tərtib edilmişdir. İddiaçı məhkəməyə müraciət edənə qədər isə qanunvericiliyin tələbindən çıxış edərək, ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İBnin nümayəndəsinin iştirak etməməsi səbəbindən ona mediator tərəfindən 19 yanvar 2022-ci il tarixli 2022-003233 nömrəli arayış verilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, iddiaçı Cavabdeh İB-yə borcun silinməsi və on gün müddətində ona cavab verilməsi ilə bağlı müraciət etmişdir. Lakin "Azəriqaz" İB tərəfindən müraciətə heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Ona görə də işlədilən ictimai iaşə obyektindən kənarda yerləşdirilmiş qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti qaz paylayıcısı olan Cavabdeh İB daşımalıdır. İddiaçı yuxarıda sadalananlara əsasən hesab edir ki, sayğacın “kənar təsir nəticəsində giriş yivli birləşmənin gövdədən qopmasında və çıxış yivli birləşmənin deformasiyaya uğramasında” onun hər hansı təqsiri olmadığından, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 1296 manat məbləğində borc pul silinməlidir. Çünki, iddiaçı Cavabdeh İB-yə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 14 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə təqdim edilərək, Cavabdehnə qarşı verilmiş “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə baxılarkən hazırkı ərizədə qeyd olunan halların da nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - iddiaçıya məxsus “Bizim Bağ” restoranı Cavabdeh İB-nin əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə əməl edilməməsi ilə əsaslandırılmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı tərəfindən 19 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablanmış 1296 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödədiyi 60 (altmış) manat məbləğində pulun cavabdeh "Azəriqaz” İB-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “Bizim Bağ” restoranı ərazisində quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ”G-6 markalı 28256536 №-li sayğaca kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” yazılmışdır. Ona görə də, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və Metrologiya Departamentinin rəyinə əsasən 30 sentyabr 2021-ci il tarixli ******* №-li Akta və X4 dair Tələbnaməyə əsasən, Qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 6m3 x 12 saat x 90 gün = 6480m3 x 0,20 qəpik=1296 manat məbləğində vurulmuş zərər qismində əlavə sərfiyyat hesablanmış və vurulmuş bu zərərin ödənilməsi İstehlakçıdan tələb edilmişdir. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır və 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bu da onu göstərir ki, İddiaçı qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Cavabdeh İB tərəfindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan Qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verməsi səbəbindən, həmin obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 03 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdehin Etirazı ilə bağlı” Mülahizə təqdim edilərək, cavabdehin etirazının əsassız olduğu üçün nəzərə alınmaması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin Mülahizə onunla əsaslandırılmışdır ki, cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Etirazda İddiaçı qaz sayğacını öz vəsaiti hesabına aldığı üçün həmin sayğacın qorunub saxlanılmasına onun özünün cavabdehlik daşımalı olduğu bildirilmişdir. Lakin iddiaçı qeyd edilən Etirazla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı hüquqi şəxs deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh təşkilat özü daşıyır. Hətta sayğacın kim tərəfindən quraşdırılmasından asılı olmayaraq cavabdeh təşkilatın əsas işi ondan ibarətdir ki, o, aktda qeyd edilən qüsurların həqiqətən də sayğacda olduğunu, bu qüsurlar nəticəsində cavabdeh təşkilata həqiqətən də zərər vurulduğunu, bu zərərin məbləğinin həqiqətən də 1296 manat təşkil etdiyini, həmin zərərin sırf iddiaçının təqsiri üzündən vurulduğunu, sahibkar kimi onun fəaliyyəti yoxlanılarkən müvafiq qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsini sübut etməli idi. İddiaçıya yuxarıda sadalanan heç bir hala riayət edilmədən ziyan hesablanması ədalətsizdir. Eyni zamanda, hesablanmış ziyana görə dəfələrlə cavabdeh təşkilatın nümayəndələri gələrək iddiaçının sahibkar kimi fəaliyyət göstərdiyi obyektin təbii qazının kəsilməsi ilə hədələmiş və iddiaçı bununla bağlı müvəqqəti təminat tədbirinin tədbirinə dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdeh təşkilat əsassız aktı üzrə yazılmış borcla bağlı iddiaçının sahibkarlıq fəaliyyətinə çox ciddi əngəl yaratmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində, “iddia ərizəsinə əlavə” barədə ərizədə, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə və “cavabdehin Etirazı ilə bağlı” mülahizədə yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Aktın əsasında hesablanmış 1296 manat məbləğində borcun silinməsi və mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödədiyi 60 manat məbləğində pulun cavabdeh "Azəriqaz” İstehsalat Birliyindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia ərizəsinə əlavə” barədə ərizəni, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı, “cavabdehin etirazı ilə bağlı” mülahizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Qaz sayğacları üzrə Texniki Sənədləşdirmə və Qeydiyyat İdarəsinin əməkdaşları tərəfindən tərtib olunaraq, təsdiq edilmiş 10 may 2019-cu il tarixli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-00953- 14 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 15 aprel 2019-cu il tarixli SOCAR**********31791640X00953 saylı məktubuna əsasən 24 aprel 2019-cu il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G-6 markalı mexanika tipli qaz sayğacına 07 may 2019-cu il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” (sayğacın zavod nömrəsi – 28256536, mexaniki göstəricisi– 38310 m3, qeyd – yararsız, qüsura görə nəticə - sayğacın dəyəri ödənilsin), (Aktda məlum yoxlamanın X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 30 sentyabr 2021-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: “Bizim Bağ”, İddiaçı”, “ünvan: Quba şəhəri, Vaqif küç.”, “Fəaliyyət növü: restoran”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii X1 pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 30 sentyabr 2021-ci ildə (baxışın keçirilmə saatı Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “ARDNŞ "Azəriqaz" İBnin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS - 29/1640-00953-14 saylı rəyinə əsasən 28256536 sayğacın kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları olan mühəndislər və çilingər tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “Manafov Rəsul (icarədar)” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 19 oktyabr 2021-ci il tarixli “X4 dair” Tələbnamədə istehlakçı: “"Bizim Bağ" - İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Quba şəhəri, Vaqif ev 12”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə Laboratoriyasının Qaz sayğacının yoxlanılması” barədə tərtib edilmiş 10 may 2019-cu il tarixli MSK-29/1640-00953-14 №-li Aktı ilə müəyyən edilən “G-6 markalı 28256536 №-li sayğaca kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qüsuruna görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir (əsas: - 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba şəhəri Vaqif küçəsində yerləşən sahibkarlıq obyektinin hesabına 2021-ci ilin oktyabr ayında bir dəfəyə 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2015-2021-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 10 may 2019-cu il tarixli MS - 29/1640-00953-14 nömrəli Aktdan görünür ki, 24 aprel 2019-cu il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G-6 markalı mexanika tipli qaz sayğacına 07 may 2019-cu il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi “kənar təsir nəticəsində giriş yivli birləşmə gövdədən qopub, çıxış yivli birləşmə deformasiyaya uğrayıb” qüsuru aşkar edilmişdir. Lakin, 10 may 2019-cu il tarixli MSK-29/1640-00953-14 №-li Aktda qeyd olunan qüsur üzrə isə təxminən iki ildən çox müddət keçdikdən sonra 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli “X4 dair” Tələbnamədə məlum qüsurlara görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilərək, 1296 (min iki yüz doxsan altı) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir (mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 60 manat məbləğində xidmət haqqı ödənilmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii X1 pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilərək, 1296 (min iki yüz doxsan altı) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1296 (min iki yüz doxsan altı) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 30 sentyabr 2021-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X2 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X2 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli “Təbii X1 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə 1296 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli “Təbii X1 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonunda yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1296 manat məbləğində borc silinməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün mediasiya ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 32,96 (otuz iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30 sentyabr 2021-ci ildə təsdiq edilmiş ******* nömrəli “Təbii X1 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Cavabdehndən dövlət nəfinə 32,96 (otuz iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar