Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-197/2025 21.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, Xaçmaz RQİİ-nin 29 aprel 2024-cü il tarixli, ******* saylı “Təbii X4nın pozulması haqqında” akta əsasən ona məxsus Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən kafeyə (abonent kodu **********00009) hesablanmış 1809 (min səkkiz yüz doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus müəssisə təbii qazdan istifadə edir və hər ay istifadə edilən qazın dəyəri Cavabdeh hesabına ödənilir. Həmin sahibkarlıq obyektinə 29 aprel 2024-cü il tarixli “təbii X4nın pozulması haqqında” ******* saylı akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 1809 manat dəymiş ziyan hesablanmış və abonent kodu üzərinə qeyd olunan məbləğdə əlavə borc hesablanmışdır. Həmin aktda qeyd edilmişdir ki, müəssisəyə quraşdırılmış “G-4t” markalı sayğacın üzərində quraşdırılmış qaz avadanlıqları sayğacın maksimal qaz sərfinə uyğun deyildir. İddiaçı texniki şərtə uyğun olaraq təbii qazdan istifdə edir və Qaz İstismar İdarəsi ona artıq sərfiyyatla əlaqədar hər hansı irad bildirməmiş, rəsmi müraciət etməmişdir. Beləliklə Cavabdeh İB-in əməkdaşları iddiaçının abonent hesabına əsassız borc hesablamışdır. Buna görə də həmin borc silinməlidir. Faktiki olaraq iddiaçı tərəfindən istifadə edilən qaz qurğularının sərfiyyatı qaz sayğacının maksimal qaz sərfinə uyğundur. İddiaçıya məxsus sahbkarlıq obyektinə 6 kubmetrlik sayğac quraşdırılması icra prosesində olduğu müddətdə hazırkı akt tərtib edilmişdir. Bundan əvvəl isə 2024-cü ilin yanvar ayında 4 kubmetrlik sayğacın 6 kubmetrlik sayğaca dəyişdirilməsi barədə iddiaçının müraciəti olmuşdur. 6 kubmetrlik qaz sayğacı ilə 10 kubmetrədək, 4 kubmetrlikdə isə 6 kubmetrədək sərfiyyat norması müəyyən edilmişdir. Həmçinin akt tərtib edilən zaman kombi istifadə olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 1.4cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir.
3. Cavabdeh tərəfindən 26 dekabr 2024-cü il tarixdə məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, Quba şəhərində yerləşən ictimai iaşə obyektinin (“Şah Plov” restoranı) sahibi İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçının barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1809 manat məbləğində borc silinməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azəriqaz“ X2 RQİİ-nin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Şah Plov” restoranının sahibi İddiaçı Quba şəhərində yerləşən qeyri-yaşayış sahəsini işlədir. Həmin obyektdə əhaliyə ictimai iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. “X4”nın 1.4-cü bəndində qeyd edilir ki, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport gostəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Qaydaların 3.4.1-ci bəndi istehlakçıya özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməyi qadağan edir. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə və “Qaydalar”ın tələblərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış zenner tipli “BK-G4t” markalı, 10334079 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3/saat olduğu halda həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 12,7 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 6,7 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 7236 m3 və ya 1809 manat hesablanmışdır. “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı “Şah Plov” restoranının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə X4nı təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Beləki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz piltəsi PQ- 2,1/1; 1 ədəd kombi 1/1 nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 6,7 m3 artıq qaz sərf edən digər qaz işlədici cihazlar- 1 ədəd restoran tipli PQ-3; 1 ədəd 24 litrlik axımlı su qızdırıcı quraşdırılmışdır. Həmin Qərarın 6.5ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı iddiasının əsasını ona məxsus obyekt yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun və AR Prezidentinin 2011-ci il 5 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin və Quba xidmət sahəsinin işçiləri tərəfindən əməl edilməməsi təşkil edir. Lakin onun bu dəlilləri tamamilə əsassızdır. Belə ki, həmin yoxlama xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə salınıb və KY********** saylı çıxarış alınmışdır. Bu barədə abonentin tam məlumatı vardır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndələri Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
7. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 05 mart 2021-ci il tarixli AMX-1579/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, paylayıcının vəzifələri sırasına istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək daxildir. Həmin müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına daxildir. Həmin müqavilənin 2.3.2-ci yarımbəndinə əsasən, bu müqavilənin və “X4”nın tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.5-ci yarımbəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək isteklakçının vəzifəsidir. Həmin müqavilənin “Qaz qurğularına aid tələblər” adlanan 4-cü hissəsinin 4.3-cü bəndinə əsasən, istehlakçının qaz qurğuları 1 (bir) ədəd kombi və 1 (bir) ədəd qaz piltəsidir.
8. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” 29 aprel 2024-cü il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, istehlakçı İddiaçı məxsus Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Şah plov” kafesi) baxış keçirilən zaman müəssisəyə quraşdırılmış G-4t markalı, zavod nömrəsi 10334079 olan sayğacın üzərində quraşdırılmış qaz avadanlıqlarının sayğacın maksimal qaz sərfinə uyğun olmadığı aşkar olunmuşdur. Aktın məzmunundan, həmçinin aydın olur ki, həmin aktın tərtibində İddiaçı iştirak etmiş, lakin imzalamaqdan imtina etmişdir.
9. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, “X4”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 12,7 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün Qaydaların 6.5-2-ci maddəsinə hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 7236 m3 həcmində müəyyən edilmişdir.
10. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli, KY242105152 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən İddiaçı istifadəsində olan “Şah plov” restoranında başlama tarixi 29 aprel 2024-cü il, qurtarma tarixi 01 may 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi qeyd edilmişdir.
11. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli inventar aktından görünür ki, İddiaçı istifadəsində olan Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən “Şah plov” restoranında 1 ədəd 32 kv-lıq kombi, 1 ədəd 24 litrlik axımlı su qızdırıcı, 1 ədəd restoran tipli PQ-2; 2 ədəd restoran tipli PQ-3 istifadə olunduğu müəyyən edilmişdir. Həmin akt İddiaçı tərəfindən imzalanmışdır.
12. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin aprel ayında akt əsasında İddiaçı məxsus **********00009 nömrəli abonent koduna 1809 (min səkkiz yüz doqquz) manat məbləğində borc hesablanmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin 5-1-ci hissəsinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir - 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nın: - 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir - 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanma - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
20. Yuxarıda istinad edilənlərə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. “X4”nın 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 aprel 2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə iddiaçıya məxsus sahibkarlıq obyektinə baxış keçirilmiş, qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazların qoşulduğu və G4T tipli sayğacın saatlıq sərfiyyatının aşdığı qeyd olunaraq 29 aprel 2024-cü il tarixli, ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən iddiaçıya 1809 (min səkkiz yüz doqquz) manat borc hesablanmışdır.
22. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin və “X4”nın tələblərini pozaraq qaz paylayıcısına müraciət etmədən obyektində xəttindəki sayğacın saatlıq qaz sərfini 6,7 m3 aşan qaz qurğuları quraşdırmışdır. Halbuki, istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. İddia ərizəsində iddiaçı tərəfindən 2024-cü ilin yanvar ayında sayğacın dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət olunduğu bildirilsə də, bu barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı ərizədə qeyd etdiyi kimi, sayğacın dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş olsaydı belə, həmin müraciətin nəticəsini gözləməli və qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlar qoşmalı idi.
23. Beləliklə işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı qaz paylayıcı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək obyektə quraşdırılmış qaz sayğacının maksimal sərf ölçmə qabiliyyətinə uyğun olmayan əlavə qaz avadınlıqları quraşdırmışdır. Beləliklə də iddiaçının təqsiri nəticəsində cavabdehə ziyan dəymiş və hazırda iddiaçının mübahisələndirdiyi akt əsasında hesablanmış məbləğ cavabdeh tərəfindən hesablanmış sərfiyyatın miqdarıdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya akt əsasında 1809 (min səkkiz yüz doqquz) manat borc hesablanması yuxarıda istinad olunan “X4”nın tələblərinə uyğun olmuşdur.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
25. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiası təmin olunmamalı, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev