Məhkəmə qərarları › İş №e-2-2(119)-22/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-22/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-22/2022 30.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 Nimət oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və "xxxx" Firmasına qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və "xxxx" Firmasına qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 395713 manat əsas borcun, 53408,56 manat faiz borcunun, 413,30 manat cərimənin, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının Cavabdeh3 tutulması, tutmanın Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə (0,065 ha torpaq sahəsi ilə birlikdə) və cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyriyaşayış binasına (0,01449 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi və həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 39 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh4 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 16 nömrəli fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 67 nömrəli qeyri-yaşayış binasına və 0,01449 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlandıqdan sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 noyabr 2021-ci ildə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 390291,75 manat əsas borc və 75286,85 manat faiz borcu olmaqla, cəmi 465578,60 manat məbləğində borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının Cavabdeh3 tutulması, tutmanın Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə (0,065 ha torpaq sahəsi ilə birlikdə) və cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyriyaşayış binasına (0,01449 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi və həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 39 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh4 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 16 nömrəli fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına və 0,01449 ha torpaq sahəsinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bundan sonra həmin iddia ərizəsinə dair kommersiya işi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 mart 2022-ci ildə məhkəməyə növbəti dəfə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 386991,75 manat əsas borc, 97389,07 manat faiz borcu və 6278,62 manat cərimə olmaqla, cəmi 490659,44 manat məbləğində borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının Cavabdeh3 tutulması, tutmanın Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə (0,065 ha torpaq sahəsi ilə birlikdə) və cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına (0,01449 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi və həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96.9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh4 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına və 0,01449 ha torpaq sahəsinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh3 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 4- BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizələrdə iddia tələbi onunla əsaslandırılmışdır ki, 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2- 0-1112-19 nömrəli Baş Kredit Müqaviləsinə əsasən borc alan Cavabdeh3 borc verən İddiaçı ASC-dən 120 ay müddətinə 700000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən borc verən İddiaçı ASC-dən borc alan Cavabdeh3 illik 14%-lə 42 ay müddətinə 420000 manat məbləğində kredit götürmüşdür. Həmin Borcun təminatı olaraq ipoteka qoyan Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzili 12 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsi ilə, ipoteka qoyan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi və 0,065 ha torpaq sahəsi 12 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsi ilə, və ipoteka qoyan "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binası və 0,01449 ha torpaq sahəsi 13 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişlər. Həmin İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və Dövlət Reyestrində qeydə alınmışdır. 10 iyun 2021-ci il tarixinədək borcalan Cavabdeh3 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 395713 manat əsas, 53408,56 manat faiz və 413,3 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 449534,86 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcalan Cavabdeh3 borcunu lazımi qaydada ödəməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda Reyestr orqanına ərizə göndərilmiş və həmin ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında imzalanmış ipoteka müqavilələrində ipoteka predmetlərinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı və onların satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə Banka ödənilməlidir. İddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh3 tərəfindən Banka müəyyən məbləğdə pul ödənmiş və məhkəmyə müraciət olunduqdan sonra edilən həmin ödənişlər əsas borcdan silinmiş və bu səbəbdən də onun əsas borcu azalmışdır. Ona görə də, 29 mart 2022-ci il tarixinə borcalan Cavabdeh3 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 386991,75 manat əsas, 97389,07 manat faiz və 6278,62 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 490659,44 manat məbləğində borcu vardır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizələrdə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli Baş Kredit Müqaviləsindən və həmin Baş Kredit Müqaviləsi əsasında bağllanmış 09 dekabr 2019-cu il tarixli Kredit verilməsinə dair Razılaşma üzrə 29 mart 2022-ci il tarixinə hesablanmış 386991,75 manat əsas borc, 97389,07 manat faiz borcu və 6278,62 manat cərimə olmaqla, cəmi 490659,44 manat məbləğində borcun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının Cavabdeh3 tutulması, tutmanın Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,065 ha torpaq sahəsinə və cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,01449 ha torpaq sahəsinə yönəldilməsi və həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 96,9 kv.m ümumi sahədən ibarət 7 nömrəli evin 39 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra Cavabdeh4 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılaraq, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə və 0,065 ha torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılaraq, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və cavabdeh "xxxx" Firmasının mülkiyyətindəki Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına və 0,01449 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan bir ay sonra həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi və Cavabdeh3 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 4- BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 suallara cavab olaraq bildirdi ki, borc müvafiq qaydada ödənilmədiyi üçün tərəflər arasında bağlanmış Baş Kredit Müqaviləsinin ləğvi ilə əlaqədar borc alan Cavabdeh3 xəbərdarlıq da göndərilmişdir. Tərəflər arasında bağlanmış əsas müqavilə olan Baş Kredit Müqaviləsi ləğv olunduğu halda, həmin Müqavilə əsasında bağlanmış digər əlavə razılaşmalar da öz əhəmiyyətini itirəcəkdir. İlkin iddia ərizəsi verilərkən 10 iyun 2021-ci il tarixindən sonra Cavabdeh3 bir neçə dəfə ödəmiş olduğu bütün pul vəsaitləri Bank tərəfindən onun mövcud əsas borcundan silinmiş və buna görə də, onun ilkin iddia ərizəsi verilərkən mövcud olan əsas borcu azalmış və 29 mart 2022-ci il tarixinə 386991,75 manat əsas borcu qalmışdır. 10 iyun 2021-ci ildən sonra edilmiş ödənişlərin əsas borca yönəldilməsi iş materiallarında olan Maliyyə arayışlarında da öz əksini tapmışdır. İş üzrə keçirilmiş ekspertizanın rəyində də 10 iyun 2021-ci ildən 30 iyul 2021-ci ilə qədər faiz məbləğinin artması öz təsdiqini tapmışdır. Faiz borcu sistem üzrə hesablanır və məhkəməyə təqdim olunmuş Maliyyə arayışlarında əsas və faiz borcu üzrə son ödənişlər göstərilir. Ekspert rəyində 10 iyun 2021-ci ildən sonra olan ödəniş faiz borcuna hesablanmış olsa da, iddiaçı Bank həmin ödənişi əsas borca silmişdir. Ödənişin əsas borca silinməsi isə cavabdehin mənafeyinə xidmət edir. Çünki, əsas borc azaldıqca, faiz də azalır. Baş Kredit Müqaviləsi 120 ay müddətinə bağlanılmış olsa da, əlavə razılaşma ilə 420000 manat məbləğində kredit 42 ay, yəni 3 il 6 ay müddətinə verilmiş və daha sonra 03 sentyabr 2020-ci il tarixli “09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) №-li Kredit verilməsinə dair Razılaşmaya” 2 nömrəli Əlavə ilə həmin müqavilə üzrə kreditin müddəti 12 mart 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və cavabdeh "xxxx" Firmasının nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsindən və həmin Baş Kredit Müqaviləsi əsasında bağllanmış 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşmadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 – “Borc alan” olmaqla bağlanmış həmin Müqavilə və Razılaşmaya əsasən əsas və dövriyyə vəsaitinin artırılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətində 31 iyul 2019 tarixində verilmiş kredit üzrə 50000 manat borc qalığı məbləğinin və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 25 yanvar 2019-cu tarixində verilmiş 250000 manat kredit xətti üzrə öhdəliklərin bağlanması məqsədilə borc alan Cavabdeh3 (VÖEN **********) 42 ay müddətinə illik 14,31 % dərəcəsi ilə 420000 (dörd yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşmanın 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin Razılaşmanın 4.8-ci bəndinə əsasən, Borcalan bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 (sıfır tam onda bir) faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşmaya 1 nömrəli Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh3 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 10 iyun 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərlə 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşma üzrə borcverən İddiaçı ASC tərəfindən borcalan Cavabdeh3 ümumilikdə cəmi 420000 (dörd yüz iyirmi min) manat məbləğində kreditin verilməsi təsdiq olunur. İş materiallarında olan 03 sentyabr 2020-ci il tarixli “09 dekabr 2019-cu il tarixli 4- BİZG3-2-0-1112-19 (1) №-li Kredit verilməsinə dair Razılaşmaya” 2 nömrəli Əlavədən görünür ki, borcalan Cavabdeh3 müqavilə üzrə verilmiş kreditin müddəti 12 mart 2024-cü il tarixədək uzadılmışdır (1.1.1-ci bəndi). İş materiallarında olan 10 iyun 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) №-li Kredit verilməsinə dair Razılaşma üzrə 10 iyun 2021-ci il tarixə borcverən İddiaçı ASC-yə 395713 manat məbləğində əsas borc, 53408,56 manat məbləğində faiz borcu və 413,30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 449534,86 manat məbləğində borcu vardır (əsas borc üzrə son ödəniş 12 mart 2020-ci ildə 8152,27 manat məbləğində, faiz borcu üzrə isə son ödəniş 26 may 2021-ci ildə 4000 manat məbləğində edilmişdir). Lakin, məhkəmə baxışı zamanı cavabdeh tərəf həmin Maliyyə arayışında 10 iyun 2021-ci il tarixinə hesablanmış borc məbləğləri ilə razılaşmayaraq, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət vermiş və 16 avqust 2021-ci il tarixli qərardadla həmin vəsatət təmin olunaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 9/6607 №-li ekspert Rəyi ilə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli № 4-BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşma üzrə borcalan Cavabdeh3 10 iyun 2021-ci il tarixə 395395,11 manat əsas borcu və 47926,62 manat faiz borcunun, 30 iyul 2021-ci il tarixinə isə 395395,11 manat əsas borcu və 51614,85 manat faiz borcunun olduğu müəyyən edilmişdir (Rəydən görünür ki, borcalan tərəfindən 10 iyun 2021-ci il tarixindən sonra ekspertiza keçirilənədək, yəni 30 iyun 2021-ci ildə 1000 manat, 30 iyul 2021-ci ildə isə 3000 manat məbləğində kredit ödənişləri etmişdir). İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) №-li Kredit verilməsinə dair Razılaşma üzrə 03 noyabr 2021-ci il tarixə borcverən İddiaçı ASC-yə 390291,75 manat məbləğində əsas borc və 75286,85 manat məbləğində faiz borcu olmaqla, cəmi 465578,60 manat məbləğində borcu vardır (əsas borc üzrə son ödəniş 29 oktyabr 2021-ci ildə 2000 manat məbləğində, faiz borcu üzrə isə son ödəniş 26 may 2021ci ildə 4000 manat məbləğində edilmişdir). İş materiallarında olan 29 mart 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) №-li Kredit verilməsinə dair Razılaşma üzrə 29 mart 2022-ci il tarixə borcverən İddiaçı ASC-yə 386991,75 manat məbləğində əsas borc, 97389,07 manat məbləğində faiz borcu və 6278,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 490659,44 manat məbləğində borcu vardır (əsas borc üzrə son ödəniş 28 fevral 2022-ci ildə 3300 manat məbləğində, faiz borcu üzrə isə son ödəniş 26 may 2021-ci ildə 4000 manat məbləğində edilmişdir). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, məlum kredit müqaviləsi üzrə cəmi 420000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmdığı üçün borcalan Cavabdeh3 10 iyun 2021-ci il tarixə 395713 manat məbləğində əsas borc, 53408,56 manat məbləğində faiz borcu və 413,30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 449534,86 manat məbləğində borcu olmuşdur və həmin borcun tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan sonra, yəni borcalan tərəfindən 30 iyun 2021-ci ildə 1000 manat və 30 iyul 2021ci ildə isə 3000 manat olmaqla, cəmi 4000 manat məbləğində pul vəsaiti ödənilmiş və həmin ödəniş Bank tərəfindən əsas borca silinmişdir. Lakin, ekspert rəyində həmin ödəniş faiz borcuna hesablanmışdır. Eyni zamanda, bundan sonra da edilmiş yuxarıda qeyd olunan Maliyyə arayışlarında göstərilən ödənişlər də Bank tərəfindən əsas borcdan silinmiş və buna görə də, borcalan Cavabdeh3 29 mart 2022-ci il tarixinə borcverən İddiaçı ASC-yə 386991,75 manat məbləğində əsas borcu qalmışdır. Qeyd etmək lazımdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra ödənilmiş pul vəsaitləri Bank tərəfindən əsas borcdan silinmiş və bu qaydada silinmə borcalanın mənafeyinə uyğun olmuşdur. Eləcə də, Ödəniş Cədvəlində müəyyən olunmuş hər ay üzrə nəzərdə tutulan faizlərin ödənilməməsi nəticəsində ekspert tərəfindən 30 iyul 2021-ci il tarixinə müəyyən olunmuş 51614,85 manat faiz borcunun 29 mart 2022-ci il tarixli Maliyyə Arayışına əsasən 29 mart 2022-ci il tarixinə 97389,07 manat məbləğində olması mahiyyəti üzrə ekspert rəyi ilə ziddiyyət təşkil etmir və bu artım Ödəniş Cədvəlinin göstəriciləri ilə mütənasibdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsi və 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşma bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək həmin Müqavilə üzrə borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, Banka olan borcu ödəməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsi və 09 dekabr 2019-cu il tarixli 4- BİZG3-2-0-1112-19 (1) nömrəli Kredit verilməsinə dair Razılaşma üzrə 29 mart 2022-ci il tarixə hesablanmış 386991,75 (üç yüz səksən altı min doqquz yüz doxsan bir manat 75 qəpik) manat əsas borc və 97389,07 (doxsan yeddi min üç yüz səksən doqquz manat 07 qəpik) manat məbləğində faiz borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın "6278,62 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh3 cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin məhkəmə, iddianın “Cavabdeh3 tutulmalı olan borcun ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi və həmin ipoteka predmetlərinin açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2019-cü il tarixli 4-BİZG3-2-0-1112-19 (İ2) nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh4 və borc alan Cavabdeh3 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 96,9 kv.m ümumi sahədən ibarət 39 nömrəli mənzili ipoteka qoyan Cavabdeh4 tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında 09 dekabr 2019-cü il tarixli 4-BİZG3-2- 0-1112-19 nömrəli Baş Kredit Müqaviləsində və həmin müqavilə əsasında bağlanacaq razılaşmalarda nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarında olan 12 dekabr 2019-cü il tarixli 4-BİZG3-2-0-1112-19 (İ3) nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh3 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh2 tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında 09 dekabr 2019-cü il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsində və həmin müqavilə əsasında bağlanacaq razılaşmalarda nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli 4-BİZG3-2-0-1112-19 (İ1) nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan "xxxx" Firması və borc alan Cavabdeh3 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: - AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 0,01449 ha torpaq sahəsinə və həmin torpaq sahəsində olan 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binası ipoteka qoyan "xxxx" Firması tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında 09 dekabr 2019-cü il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsində və həmin müqavilə əsasında bağlanacaq razılaşmalarda nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetlərinə dair ipoteka saxlayan İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişləri müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında qəbul olunmuş 24 noyabr 2021-ci il tarixli qərardadla yuxarıda qeyd olunan ipоtekа predmetlərinin ilkin satış qiymətlərinin təyin olunması məqsədilə həmin daşınmaz əmlakların likvid qiymətlərinin müəyyən edilməsi ilə əlaqədar müstəqil qiymətləndirici təyin edilmiş və həmin qərardad əsasında müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli MB 14/1428 nömrəli Qiymətləndirmə Hesabatında ipoteka qoyan Cavabdeh4 məxsus Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 96,9 kv.m ümumi sahədən ibarət 39 nömrəli mənzilin likvid dəyəri cəmi 77000 (yetmiş yeddi min) manat məbləğində, ipoteka qoyan Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin likvid dəyəri cəmi 96000 (doxsan altı min) manat məbləğində və ipoteka qoyan "xxxx" Firmasına məxsus Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: - AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 0,01449 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyriyaşayış binasının likvid dəyəri cəmi 385000 (üç yüz səksən beş min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 tutulmalı olan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh4, Cavabdeh2 və cavabdeh "xxxx" Firmasına məxsus ipoteka predmetlərinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh4 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 77000 manat məbləğində, Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 96000 manat məbləğində və cavabdeh "xxxx" Firmasına məxsus ipoteka predmetinin ilkin satış qiyməti 385000 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddiaçının “Cavabdeh3 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi də təmin edilməlidir. Eyni zamanda, məhkəmə, yuxarıda qeyd olunanları və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi digər hissələrdə - yəni “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetləri satıldıqdan sonra istifadə hüququnun itirilməsi, həmin əmlaklardan çıxarılma, həmin əmlakların boşaldılması və Banka təhvil verilməsi” hissələrində - əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh3 (VÖEN **********) 386991,75 manat məbləğində əsas borc, 97389,07 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və tutma İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 96,9 kv.m ümumi sahədən ibarət 39 nömrəli mənzilə, Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə və cavabdeh "xxxx" Firmasına məxsus Sumqayıt şəhəri 6-cı mikrorayon, Yeni qaydalarla: - AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 0,01449 ha torpaq sahəsinə və həmin torpaq sahəsində olan 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, tutmanın yönəldiyi Cavabdeh4 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 77000 manat məbləğində, Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 96000 manat məbləğində və cavabdeh "xxxx" Firmasına məxsus ipoteka predmetinin ilkin satış qiyməti 385000 manat məbləğində müəyyən edilməli və Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 180 (yüz səksən) manat məbləğində xidmət haqqı da Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh3 dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə və ipоtekа predmetlərinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh3 tutularaq qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 (VÖEN **********) 386991,75 (üç yüz səksən altı min doqquz yüz doxsan bir manat 75 qəpik) manat məbləğində əsas borc, 97389,07 (doxsan yeddi min üç yüz səksən doqquz manat 07 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 180 (yüz səksən) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 485620,82 (dörd yüz səksən beş min altı yüz iyirmi manat 82 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh3 tutulmalı olan cəmi 485620,82 (dörd yüz səksən beş min altı yüz iyirmi manat 82 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 7 nömrəli evin 96,9 kv.m ümumi sahədən ibarət 39 nömrəli mənzilə, Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 4-də yerləşən 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, 155,7 kv.m ümumi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə və cavabdeh "xxxx" Firmasına məxsus Sumqayıt şəhəri 6-cı mikrorayon; Yeni qaydalarla: - AZ 5001, Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən 0,01449 ha torpaq sahəsinə və həmin torpaq sahəsində olan 238,7 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış binasına yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 485620,82 (dörd yüz səksən beş min altı yüz iyirmi manat 82 qəpik) manat məbləğində borc ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh4 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 77000 (yetmiş yeddi min) manat məbləğində, Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində və cavabdeh "xxxx" Firmasına məxsus ipoteka predmetinin ilkin satış qiyməti 385000 (üç yüz səksən beş min) manat məbləğində müəyyən edilsin. Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2019cu il tarixli 4-BİZG3-2-0-1112-19 nömrəli Baş Kredit Müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh3 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ipоtekа predmetlərinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar