Məhkəmə qərarları › İş №e-2-2(119)-2214/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2214/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2214/2025 17.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 oktyabr 2025-ci il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 26243,37 (iyirmi altı min iki yüz qırx üç manat otuz yeddi qəpik) manat məbləğində əsas borcun və 168,73 (yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus Qusar şəhəri M.Vəliyev küçəsində yerləşən sahibkarlıq obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 06 oktyabr 2025-ci il tarixə İddiaçınə ümumilikdə 26243,37 (iyirmi altı min iki yüz qırx üç manat otuz yeddi qəpik) manat məbləğində borc yaranmışdır.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etdiklərini və iddiaya dair heç bir etirazlarının olmadığını bildirdi.

5. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

6. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı Xaçmaz X3 İdarəsi ilə Cavabdeh MMC arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 19 fevral 2020-ci il tarixli AMX- 1225/20 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə “G-250” markalı qaz sayğacı quraşdırılmışdır.

7. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatıtexniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərəri ödəmək - istehlakçının vəzifələri kimi müəyyən edilmişdir.

8. İş materiallarında olan 06 oktyabr 2025-ci ildə çap olunmuş abonentın saldosu ilə müəyyən olunur ki, 2025-ci ilin may ayına istehlakçı Cavabdeh MMC-nin (abonent kodu **********00040) istifadə olunan təbii qaza görə 36833 manat məbləğində borcu yaranmışdır.

9. İş materiallarında olan “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, Cavabdeh MMC-nin 31 may 2025-ci il tarixə 36832,99 manat məbləğində qalıq borcu müəyyən edilmişdir.

10. İş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı Xaçmaz X3 İdarəsi arasında Cavabdeh MMC-nin istifadə etdiyi təbii qaza görə “Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış debitor borcun ödənilməsi haqqında 17 iyun 2025-ci il tarixli Razılaşma protokolu imzalanmışdır. Razılaşma protokolunun 1.1-ci bəndinə əsasən Cavabdeh MMC təbii qazdan istifadəyə görə 17 iyun 2025-ci il tarixinə “Azəriqaz" İstehsalat Birliyinə olan 36832,99 manat məbləğində borcunu qəbul edir.

11. Həmin protokolun 1.2-ci bəndinə əsasən istehlakçı həmin məbləğdən ilkin olaraq 4000 manat ödədikdən sonra, qalan 32832,99 manatdan xx.xx.2025-ci il tarixinə 16416,5 manat, xx.xx.2025-ci il tarixə 16416,5 manat ödəməyi öhdəsinə götürür.

12. Həmin protokolun 1.3-cü bəndinə əsasən "istehlakçı" bu razılaşma protokolunun 1.2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür.

13. Həmin protokolun 1.4-cü bəndinə əsasən “istehlakçı" hər ay hesab faktura təqdim edildikdən sonra bu razılaşma protokolunun 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir, təbii qazın verilməsinin dayandırılmasından yaranan bütün risklər, zərər və ziyan üçün məsuliyyəti öz üzərinə götürür və bununla bağlı İddiaçınə qarşı heç bir iddia və tələb irəli sürməyəcəyini bildirir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

21. Göründüyü kimi, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdehndən (abonent kodu **********00040) istifadə olunan təbii qaza görə 06 oktyabr 2025-ci il tarixinədək yaranmış 26243,37 (iyirmi altı min iki yüz qırx üç manat otuz yeddi qəpik) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır.

22. Həmçinin hazırki iddia tələbinin həcminə uyğun hesablanmış 168,73 (yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi də Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

23. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdehndən (abonent kodu **********00040) istifadə olunan təbii qaza görə 06 oktyabr 2025-ci il tarixinədək yaranmış 26243,37 (iyirmi altı min iki yüz qırx üç manat otuz yeddi qəpik) manat məbləğində əsas borc və 168,73 (yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26412,1 (iyirmi altı min dörd yüz on iki manat on qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1 xeyrinə tutulmalıdır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən (abonent kodu **********00040) 06 oktyabr 2025-ci il tarixə istifadə olunan təbii qaza görə yaranmış 26243,37 (iyirmi altı min iki yüz qırx üç manat otuz yeddi qəpik) manat məbləğində əsas borcun və 168,73 (yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26412,1 (iyirmi altı min dörd yüz on iki manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar