Məhkəmə qərarları › İş №e-2-2(119)-24/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-24/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-24/2020 25.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X15 qızının katibliyi, iddiaçı “X5” X3 nümayəndəsi Nümayəndə2, Cavabdeh X10 nümayəndəsi Cəfərova Günay Fizuli qızının iştirakı ilə, iddiaçı “X5” X3 Cavabdeh X7rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5” X6 xx xxxxxxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh X7rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X13 tərəfindən aparılmış yoxlamanın qanunsuz hesab edilməsi və iddiaçı “X5” X4 hesablanmış 115277 (yüz on beş min iki yüz yetmiş yeddi) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X10 (bundan sonra -“Cavabdeh”) X12 xx xxxx 2019-cu ildə “X5” X3 (bundan sonra - “İddiaçı”) ərazisində quraşdırılmış “Abşeron CTB-100” markalı ******* nömrəli suölçən cihazını (bundan sonra - “Sayğac”) çıxararaq yoxlanılması üçün Cavabdeh ASCnin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 (bundan sonra - “Laboratoriya”) göndərmişdir. xx xxxx 2019-cu ildə Laboratoriya 00416/0045344 nömrəli Rəy vermişdir ki, “Sayğacın hesablayıcı mexanizmində müdaxilə aşkar olundu və Sayğac təmirə və istismara yararsızdır”. xx xxxx 2019-cu ildə İddiaçının ünvanına ödəniş üçün Cavabdehin xx xxxx 2019-cu il tarixli ********* nömrəli hesab-fakturası daxil olmuşdur. Həmin hesabfakturanın məbləği 115277 manat təşkil etmişdir. xx xxxx 2019-cu ildə İddiaçı Cavabdehə 01/163 nömrəli cavab məktubu göndərmiş və həmin cavab məktubunda xahiş edilmişdir ki, İddiaçının sərfiyyatına yenidən baxılsın və düzəldilmiş hesab-faktura göndərilsin. Lakin, Cavabdeh İddiaçıya xx xxxx 2019-cu il tarixli Hİ/01-53 nömrəli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq göndərmiş və həmin Xəbərdarlıqla bu dəfə 104392,91 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı Cavabdehə xx xxxx 2019-cu il tarixli 001//0414/2019 nömrəli cavab məktubu göndərərək, xx xxxx 2019cu il tarixli ********* nömrəli hesab-fakturada və xx xxxx 2019-cu il tarixli Hİ/01-53 nömrəli xəbərdarlıqda qeyd olunan rəqəmlər arasında ziddiyət olduğunu və bu rəqəmlərin əsasının təqdim edilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, xx xxxx 2019-cu ildə Cavabdehin işçiləri İddiaçının su təchizatını dayandırmış və pulun ödənilməsini tələb etmişlər. İddiaçı tərəfindən Cavabdehə xx xxxxxx 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktub göndərilmiş və həmin məktubda qüvvədə olan qanunvericiliyin müddəalarına istinad edilərək, müdaxilənin müəyyən olunması zamanı yol verilmiş qüsurlar, habelə hesablanmanın səhv aparılmasına dair ətraflı şərh verilsə də, Cavabdeh tərəfindən müvafiq tədbirlər görülməmiş və təchizat bərpa edilməmişdir. Sonradan, yəni 2019-cu ilin 19-23 avqust dövründə İddiaçıya məxsus əraziyə yeni suölçən cihazı quraşdırılmışdır. Bu zaman tərəflər arasında şifahi razılıq əldə edilmiş və məsələ məhkəmədənkənar qaydada həll olunanadək sayğaca yüklənən məbləğin bir hissəsinin hesab-fakturada qeyd olunan məbləğin silinməsinə yönəldilməsi qərara alınaraq, xx xxxxxx 2019-cu ildə su təchizatı bərpa edilmişdir. Lakin, su təchizatı bərpa edildiyi tarixdən bir gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə İddiaçıya yeni xəbərdarlıq göndərilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə təchizat növbəti dəfə dayandırılmışdır. Cavabdehin məsələnin məhkəmədənkənar qaydada həll olunması istiqamətində heç bir niyyəti olmadığından, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları təsvir olunur və iddia tələbi həmin normalarla əsaslandırılır). İş üzrə məhkəmə prosesi zamanı Cavabdeh X13 tərəfindən iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, iddiaçı “X5” X3 Cavabdeh X7rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “X5” MMC-yə məxsus müqavilə nömrəsi 152181 olan “STP” metal emalı müəssisəsində sayğac Cavabdeh ASC-nin nümayəndələri tərəfindən xx xxxx 2019-cu il tarixli iş əmri ilə çıxarılaraq dövrü yoxlama üçün Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 göndərilmişdir. xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli laboratoriya rəyindən görünür ki, iddiaçıya məxsus suölçən cihazın zavod möhürünün olmadığı, hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmadığına, zavod plombu bağlanan vintdə vintaçanın izləri olduğuna görə sayğacın hesablayıcı mexanizmində müdaxilə aşkar olunmuşdur. Həmin Rəylə sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Həmin Rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli Cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. “Sudan istifadə Qaydaları”nın 6.6-cı bəndinin tələbinə görə Suölçən cihazlar SMPDK-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx xxxxx 2015-ci il tarixli **********30 nömrəli əmri ilə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında qaydaların tələbinə görə SMART CTB-100 su sayğacı bir ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. “Sudan istifadə Qaydaları’’nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli Əlavəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 49-cu və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. “Sudan istifadə Qaydalan”nın 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Suölçən cihazın zavod möhürünün olmaması, hesablama mexanizmini kipləşdirən halqanın vintlərinin tam sıxılmaması və zavod plombu bağlanan vintdə vintaçanın izlərinin olması artıq sayğaca müdaxilə olunması faktını təsdiq edir. Qeyd olunanlardan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş rəydən də göründüyü kimi iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş və bunun nəticəsində Cavabdeh ASC-nə ziyan dəymişdir. Odur ki, iddiaçının iddia tələbi rədd edilməlidir.Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən suyun dəyərindən formalaşır. Müvafiq olaraq, Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur (bundan sonra Etirazda “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları təsvir olunur və iddia tələbinə etiraz həmin normalarla əsaslandırılır). Məhkəmə iclasında iddiaçı “X5” X3 nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh X13 tərəfindən iddiaçı “X5” X4 hesablanmış 115277 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh X10 nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirərək, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş Etirazda yazılanlara uyğun izahat verərək, iddiaçı "X5” X3 Cavabdeh X7rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı “X5” X4 (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən qeyriyaşayış sahəsinin su təchizatı Cavabdeh X13 ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (abonent kodu: 152181) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq “X5”xxxxxxxxxxx“Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli “Mexaniki su sayğaclarının laborator yoxlamadan keçirilməsi” haqqında Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxx 2019cu ildə istehlakçı “X5” MMC-yə məxsus obyektdə quraşdırılmış su sayğacı birbaşa birləşmə yerində dövlət möhürü olmadığına görə dövrü yoxlama üçün laboratoriyaya göndərilməsi üçün istehlakçının nümayəndəsinin iştirakı ilə sökülmüşdür (Həmin Akt abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır). İş materiallarında olan Cavabdeh X13 Nəzarət-Ölçü Cihazları İdarəsinin Suölçən X2 tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılaraq Laboratoriyada yoxlanmaya təqdim edilmiş sayğacın zavod möhürü yoxdur. Həmin sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan istehlakçı “X5” MMC və təchizatçı Cavabdeh ASC arasında aparılan yazışmaların mətni və digər sənədlərlə müəyyən olunur ki, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacda xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə həmin tarixdən əvvəlki 12 (on iki) aylıq (bir illik) dövrü əhatə edən müddətə 115257 m3 əlavə sərfiyyat müəyyən edilərək, həmin sərfiyyat üzrə Cavabdeh ASC tərəfindən istehlakçıya 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində dəymiş ziyan olaraq borc hesablanmışdır. İş materiallarında olan istehlakçı “X5” MMC tərəfindən “Cavabdeh" X10 X8 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, istehlakçı “X5” MMC xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edir və həmin Məktubda əlavə sərfiyyat qismində su həcminin müəyyən olunması üçün ən çoxu 1 (bir) aylıq hesabat aparılmalı olmasını qeyd edərək, 1 (bir) aylıq hesabat üzrə bu miqdarın 7155 kub.m. təşkil etdiyini bildirir. İş materialları ilə müəyyən olunur ki, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacın əvəzində Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi ilə “X5” X6 arasında bağlanan xx xxxx 2019-cu il tarixli S-3227/19 nömrəli müqaviləyə və müvafiq sənədlərə əsasən istehlakçı “X5” X4 məxsus obyektə xx xxxxxx 2019-cu ildə “CTB-100” markalı 00200385 nömrəli yeni su sayğacı quraşdırılmışdır (xx xxxxxx 2019-cu il tarixli 02/05023 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Akt və xx xxxxxx 2019-cu il tarixli İnventarizasiya Aktı abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır). İş materiallarında olan “X5” X3 su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatda əks olunmuş məlumatlarla müəyyən olunur ki, qüsurlu olduğu üçün xx xxxx 2019-cu ildə çıxarılmış sayğac tərəfindən və eləcə də, xx xxxxxx 2019-cu ildə quraşdırılmış yeni sayğac tərəfindən istifadə olunan suyun hesabatı aparılmışdır (məsələn, köhnə sayğacın dövründə - 2019-cu ilin yanvar ayı üçün 7689 m3, fevral ayı üçün 8046 m3, mart ayı üçün 7542 m3, aprel ayı üçün 8956 m3 və iyun ayı üçün 7513 m3 və s.). Eləcə də, Abonent haqqında Məlumatda əks olunmuş məlumatlarla müəyyən olunur ki, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə 12 (on iki) aylıq dövrü əhatə edən müddətə hesablanmış 115257 manat məbləğində (115257 m3 həcmində) əlavə sərfiyyat müəyyən edilərək, 2019-cu ilin iyul ayında borc kimi həmin Məlumata daxil edilmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə ödənişlər aparıldığından, ümumi qalıq borcun məbləği azalmışdır. İş materiallarında olan, Cavabdeh ASC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkarlanan müdaxiləyə əsasən hesablanmış hesabat “Sudan istifadə Qaydaları”nın 4 saylı Əlavəsinə uyğun olaraq 1 (bir) il müddətinə aparılaraq, 115257 m3 həcmində (115257 manat dəyərində) əlavə sərfiyyat müəyyən edilmişdir. Eyni zamanda, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğac tərəfindən 2019-cu ilin yanvar ayı üçün 7689 manat, 2019-cu ilin fevral ayı üçün 8046 manat, 2019-cu ilin mart ayı üçün 7542 manat, 2019-cu ilin aprel ayı üçün 8956 manat, 2019-cu ilin may ayı üçün 9003 manat və 2019-cu ilin iyun ayı üçün 7513 manat məbləğlərində hesabatlar aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçı “X5” X4 məxsus qeyriyaşayış sahəsinin su təchizatı ilə əlaqədar quraşdırılmış su sayğacı xx xxxx 2019-cu ildə qüsurlu olması səbəbindən çıxarılaraq, laboratoriya yoxlamasından keçirilmiş və həmin yoxlama nəticəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə müəyyən edilən nöqsanlara görə Cavabdeh ASC tərəfindən əvvəlki 12 aylıq müddəti əhatə edən 115257 manat məbləğində dəymiş ziyan kimi borc hesablanmışdır. Lakin, iddiaçı “X5” MMC Cavabdeh ASC tərəfindən hesablamış həmin borc məbləği ilə razılaşmamış və hətta, sonuncuya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktubunda xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edərək, əlavə sərfiyyat qismində su həcminin müəyyən olunması üçün ən çoxu 1 (bir) aylıq hesabat aparılmalı olduğunu bildirmişdir (Qüsurlu su sayğacının çıxarılması və yenisinin quraşdırılması ilə əlaqədar tərtib olunmuş Aktların hamısında İstehlakçının nümayəndəsi kimi Bahadur Ramazanov göstərilmiş və sonuncu tərəfindən həmin Aktlar imzalanmışdır). «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.3-cü və 2.1.5-ci bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə (bundan sonra – STTSAS) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM-in hüququ var ki, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etsin. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən, su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən, tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Beləliklə də, təsvir olunanlarla müəyyən olunur ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və həmin Müqavilədə nəzərdə tutulan «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması məlum xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə öz təsdiqini tapmışdır. Həmin Rəylə müəyyən edilən nöqsanlaragörə Cavabdeh ASC tərəfindən xx xxxx 2019-cu il tarixindən əvvəlki 12 aylıq müddəti əhatə edən dövr üçün 115257 manat məbləğində dəymiş ziyan (əlavə sərfiyyat) kimi borc hesablanmışdır. Eləcə də, işin konkret hallarına və yuxarıda təsvir olunan hallara əsasən müəyyən olunur ki, cavabdeh (təchizatçı) iddiaçı (istehlakçı) ilə göstərdiyi xidmətlərin qaydaları və şərtlərinə dair bağlanmış Müqavilə şərtlərinə uyğun olaraq sonuncunu su ilə təchiz edir və bu Müqavilə ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya (istehlakçıya) məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış sayğac əsasında göstərilən xidmətlərin (suyun verilməsi və s.) vəziyyətinin yoxlanması ilə əlaqədar tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən “sayğacın zavod möhürü yoxdur, sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır” qüsurları aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəy üzrə müəyyən edilmiş sudan istifadə qaydalarının pozulması hallarının olması öz təsdiqini tapmışdır. Həmçinin, təsvir olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh ASC “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan iddiaçı “X5” MMC-yə məxsus qeyri-yaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətini yoxlayarkən, sonuncu tərəfindən həmin Müqavilənin şərtlərinin pozulması faktları aşkar edilmiş və bununla bağlı məlum Rəy tərtib edilərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq 1 (bir) il (12 ay) müddətinə əlavə sərfiyyatla bağlı hesabat aparılmışdır. Bu hərəkətlər isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, Müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Bunun əksini tələb etmək, yəni Müqavilə tərəflərindən birinin digər tərəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də Müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması – həmin Müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Rəyin tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinin tələblərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məlum müqavilələr üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək barədə qanunla nəzərdə tutlmuş vəzifəsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüquqları vardır. Həmin Qanunun 72-ci maddəsinə əsasən, qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəydə qeyd olunmuş pozuntular məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və həmin pozuntulara görə “Sudan istifadə Qaydaları”na əsasən itirilmiş suyun həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, itirilmiş suyun həcmi üzrə əlavə sərfiyyat müəyyən edilərkən istehlakçı (iddiaçı) “X5” MMC-yə aid Abonent haqqında Məlumatda qeyd olunan göstəricilər nəzərə alınmalı və itirilmiş suyun həcmi 12 (on iki) ay (bir il) müddətinə deyil, 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu halda isə, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəydə qeyd olunan nöqsanlara görə 1 (bir) ay müddətinə hesablanan əlavə sərfiyyatın miqdarı 9604,75 (doqquz min altı yüz dörd manat 75 qəpik) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və xx xxxx 2019-cu il tarixli Rəylə müəyyən edilən qüsurlara görə Cavabdeh X13 tərəfindən iddiaçı “X5” X4 (abonent kodu: 152181)12 aylıq dövr üçün hesablanmış 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində borcun 1 (bir) aylıq dövrə hesablanan 9604,75 (doqquz min altı yüz dörd manat 75 qəpik) manat hissəsi saxlanılmalı, qalan hissəsi isə silinməlidir. İddia qalan hissədə təmin edilməməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X13 tərəfindən iddiaçı “X5” X4 (abonent kodu: 152181) xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən hesablanmış 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində borcun 9604,75 (doqquz min altı yüz dörd manat 75 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar