Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-275/2020 01.05.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyinə qarşı “borcun tutulması” tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyinə qarşı təbii qazdan istifadəyə görə yaranmış 2.545,23 (iki min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat əsas borcun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat xidmət haqqının, ümumilikdə isə 2.576,63 (iki min beş yüz yetmiş altı manat altmış üç qəpik) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında kommersiya işi başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. «İddiaçı” İB ilə Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyi arasında “Qaz paylayıcısı ilı sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilə bağlanmışdır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Abonentin saldosu” adlı arayışla təsdiq olunur. Həmin arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyinin İddiaçı İB-yə borcu 2.545,23 (iki min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat təşkil edir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilı sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğimünasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyindən 2.545,23 (iki min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat əsas borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 2.576,63 (iki min beş yüz yetmiş altı manat altmış üç qəpik) manat pul tutularaq «İddiaçı” İB-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyinə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilsin. Şamaxı rayon İcra Hakimiyyəti Mədrəsə kənd nümayəndəliyindən təbii qazdan istifadəyə görə yaranmış 2.545,23 (iki min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat əsas borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 2.576,63 (iki min beş yüz yetmiş altı manat altmış üç qəpik) manat pul tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-275/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-275/2020
01.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver