Məhkəmə qərarları › İş №e-2-2(119)-288/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-288/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-288/2020 31.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, X1, Cavabdeh İB-nin nümayəndəsi X5 iştirakı ilə X1 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Cavabdeh" İB-nin xx.xx.2010-cu il tarixli, AA-8760/14Ə nömrəli məktubu ilə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri 46-cı məhəllə, Çerkassi küçəsi, 7 nömrəli ünvanda obyektə təbii qazın verilməsi Sumqayıt Qaz istismarı sahəsinə tapşırılmışdır. Həmin vaxtdan obyektdə quraşdırılmış sayğacın göstəricisinə əsasən istifadə olunan qazın dəyəri ödənilmişdir.Xəbərdalıq edilmədən xx.xx.2015-ci il tarixdə sayğac layihəyə və texniki şərtə uyğun quraşdırılan yerdən cavabdeh təşkilatın əməkdaşları tərəfindən sökülərək, yoxlanılması üçün laboratoriyaya göndərilmiş və kənar xətdə sızma yoxlanılmadan obyektdən təxminən 600 metr məsafədə müvəqqəti olaraq başqa sayğac quraşdırılmışdır.xx.xx.2015-ci il tarixdə nəzarətçi tərəfindən sərfiyyat barədə akt tərtib olunarkən əvvəlki aylara nisbətdə həddən çox qaz sərfiyyatı müəyyən olunduğuna görə, obyekdən kənar qaz xətti xx.xx.2015-ci il tarixdə Sumqayıt QİS-nin nümayəndəsi V.Mustafayevin iştirakı ilə yoxlanılmış, obyektdən təxminən 200 metr məsafədə sızma aşkar edilmiş və bu baradə akt tərtib olunmuşdur. Sumqayıt QİS-nın nümayəndəsi V.Mustafayev aktı imzalamaqdan imtina etmiş, qaz sızması iddiaçı tərəfindən aradanqaldırılmışdır. Sayğac obyekdən təxminən 600 metr məsafədə quraşdırılarkən kənar qaz xəttində sızma müvafiq qaydada Qaz istismar sahəsinin işçiləri tərəfindən yoxlanılmamışdır. Qaz xəttində hər hansı dəyişiklik və ya əlavə cihaz quraşdırılması lazım gələrsə layihədə və texniki şərtdə yenidən düzəliş edilməlidir. Həmçinin, qaz istismar sahəsinin əməkdaşları iddiaçının maliyyə hesabına alınıb laboratoriyada yoxlanılmış, BK-G6, 26909495 nömrəli, yoxlamalar arası müddəti 10 il olan (xx.xx.2010-cu il tarixdən istismar olunan) sayğacı xx.xx.2015-ci il tarixdə sökərək laboratoriyaya göndərmişlər. Obyektdən 600 metr məsafədə başqa 28254245 nömrəli, G- 6 markalı sayğac quraşdırılmış, xx.xx.2016-cı il tarixdə iddiaçıya məxsus sayğacın istismara yararsız hesab olunması barədə laboratoriyanın aktı olduğunu bildirmişlər. Həmin sayğacın labaratoriyaya göndərilməsi ona bildirilməmiş, yoxlanılmasında iştirakı təmin olunmamışdır. Sayğac quraşdırıldığı vaxtdan sökülən günə kimi normal işləmiş, göstəricisinə şübhə olmamış, hər ay normal istifadə olunan sərfiyyatın haqqı ödənilmişdir.Belə ki, xx.xx.2015-ci il tarixli akta əsasən 300 m3, xx.xx.2015-ci il tarixli akta əsasən 110 m3 (xx.xx.2015-ci il tarixdə 6 gün öncə quraşdırılmış sayğacın göstəricisi), sonuncu xx.xx.2015-ci il tarixli akta əsasən isə 3863 m3 olmuşdur. İddiaçı, Cavabdeh İBnə və Sumqayıt QİS-nə qarşı ünvan 3 saylı ünvanda mülkiyyətçisi olduğu mal-qara kəsilməsi və ət məhsullarının istehsalı sahəsindən qaz sayğacının sökülüb laboratoriyaya göndərilməsini, xətdə sızma yoxlanılmadan 600 m məsafədə başqa sayğac quraşdırılmasını, habelə xətdə sızan qazın ona sərfıyyat hesablanmasını qanunsuz hərəkətlər hesab etməklə, onların aradan qaldırılmasının cavabdeh təşkilata həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bundan əlavə, xx.xx.2016-cı il tarixli ərizə ilə iddianı təmin etmək üçün tədbir görülməsini və həmin ünvana qaz verilməsinin bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə ərizə təmin edilərək, həmin ünvana qazın verilməsi bərpa olunmuş, xx.xx.2016-cı il tarixdə qərar icra edilmişdir.Cavabdeh təşkilat xx.xx.2016-cı il tarixdə obyektə qazın verilməsini, heç bir səbəb olmadan təkrar dayandırmışdır. İddiaçının tələbi ilə obyektə qazın verilməsi bərpa olunmuş, lakin bir neçə gün sonra cavabdeh təşkilat tərəfindən təkrar dayandırılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(105)-13/2017 saylı qətnaməsi ilə cavabdeh Sumqayıt QİS-nə qarşı X3 iddia tələbi qismən təmin edilərək, ünvan 5 saylı ünvanda mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qaz xəttində sızma yoxlanılmadan 600 m məsafədə başqa sayğac quraşdırılması, habelə xətdə sızan qazın sərfiyyat hesablanmasını qanunsuz hərəkətlər hesab etməklə, onların aradan qaldırılması cavabdeh Sumqayıt Qaz istismar sahəsinə həvalə edilmişdir.Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştrak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirmir və yenidən sübut edilmir.Belə ki, xx.xx.2015-ci il tarixli, ******* nömrəli akta əsasən sayğac nöbəti dövlət yoxlaması üçün iddiaçını məlumatlandırmadan çıxarılaraq dövlət yoxlanılmasına göndərilmişdir. Laboratoriyanın rəyində göstərmişdir ki, qaz sayğacı "yararsız olduğu aşkar olunmuşdur". Həmin qaz sayğacı xx.xx.2010-cu il tarixdə layihəyə və texniki şərtə uyğun quraşdırılmışdır. Sayğacın texniki pasportuna əsasən onun yoxlamalar arası müddəti 10 il müəyyən olunmuşdur. "Cavabdeh" İB-nın Sumqayıt QİS-in qanunsuz hərəkətləri barədə məhkəməyə iddia tələbi ilə əlaqədar, məhkəməninxx.xx.2016-cı il tarixli, 2-2(85)-313/2016 saylı qərardadı ilə mübahisə olunan obyektə iddianın təmini ilə əlaqədar qazın verilməsi bərpa olunmuşdur. Qərardad xx.xx.2016-cı il tarixdə icra olunaraq onun iştirakı olmadan müvəqqəti sayğac qoyulmuşdur. Cavabdeh təşkilat xx.xx.2016-cı il tarixdə təkrar qazın verilməsini dayandırmış müvəqqəti quraşdırılmış sayğacın göstəricisini məlum etmədən söküb aparmışdır. İcra ilə əlaqədar məhkəmənin əlavə qərardadı ilə təkrar qaz idarəsininxx.xx.2017-ci il tarixli, ******* saylı aktı ilə təkrar sayğac quraşdırılmışdır. Hər iki halda quraşdırılan sayğacların yararlı olması barədə laboratoriya rəyi olmamışdır.xx.xx.2016-cı il tarixdə obyektə qazın verilməsi dayandırılmışdır. xx.xx.2016-cı il tarixdə Qİ-in əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilərək, müəyyən olunmuşdur ki, qeyri-qanuni qazdan istifadə olunmuşdur. Obyektin G-6 markalı (26909835) sayğac laboratoriyada yoxlanılmağa göndərilmiş, 03466/130 nömrəli bildirişə əsasən yararsız olmuşdur. Lakin yeni sayğac alınıb quraşdırılmamışdır. Dəymiş ziyan hesablanaraq xx.xx.2016-cı il tarixli itirilmiş qazın dəyəri obyektdə olan cihazlara əsasən 11502 m3müəyyən edilmişdir.Sumqayıt Qİ-in əməkdaşlarının xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktına əsasən obyektdə qeyri-qanuni qazdan istifadə olnumuşdur. xx.xx.2017-ci il tarixli itirilmiş qaz hesablanaraq 1 ədəd istilik radiatoruna (dəmir soba) 795 m3 qaz sərfiyyatı hesablanmışdır.Qarşılıqlı hesablamalar haqqında üzləşdirmə aktına əsasən hesabat ilinin xx.xx.2016-cı il tarixin əvvəlinə 386,30 manat, 2016-cı il yanvar, fevral və mart aylarına cəmi 478,20 manat olmaqla cəmi 864,50 manat borc müəyyən olunmuşdur. İkinci akta əsasən xx.xx.2017-ci ilin əvvəlinə borc qalığı 3230,10 manat, həmin ilin dekabrına 998,20 manat olmaqla, cəmi 4168,30 manat müəyyən edilmişdir.Yuxarıda göstərilən hər iki akt aşağıda göstərilənlərə əsasən tam qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin aktlar əsasında borclar silinməlidir.Cavabdeh təşkilat tərəfindən "Qaz təchizatı haqqında" AR Qanununun bir çox maddələri adıçəkilən qeyri-yaşayış sahəsinə qazın verilməsinin dayandırılması, sayğacın laboratoriyaya yoxlanılmağa göndərilməsi, sayğacın obyektdən nəzarətdən uzaq 600 metr məsafədə quraşdırılması, habelə məhkəmənin qərardadına əsasən təbii qazın verilməsinin iki dəfə bərpa edilməsi, tam qanunsuz və əsassız aktlar tərtib edilməsində pozuntulara yol vermişdir.Göstərilən xüsusatlar hazırda qüvvədə olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasınınxx.xx.2017-ci il tarixli, 2-2(105)-13/2017 nömrəli qətnaməsində öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən Cavabdeh iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 7 saylı ünvanda qeyriyaşayış sahəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt əsasında borcların silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərmiş, lakin ərizədə nəinki tələb dəqiqləşdirilməmiş, ümumiyyətlə heç bir tələb irəli sürülməmişdir. X2 məhkəmənin əvvəlki iclaslarında iştirak edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Sonuncu iclasa isə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh İB-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehə hesablanmış 4168,30 manat ümumi borcun 2300,40 manatı qaz xəttinə qanunsuz qoşulma ilə bağlı bir akt üzrə hesablanmış qanunsuz sərfiyyata görə cərimə, 159 manatı isə digər qanunsuz qoşulma ilə bağlı akt üzrə hesablanmış cərimədir. Ümumilikdə, 2459 manat iki akt üzrə birlikdə hesablanan ziyandır. Qoşulmaların birini iddiaçı özü məhkəmədə etiraf etmişdir. Yerdə qalan 1730 manat borc isə abunəçinin işlətdiyi, sayğacdan keçən qazın sərfiyyatı ilə bağlı ödənilməmiş borcların məbləğidir. Abonentin saldosunda bunlar açıq-aydın qeyd olunub. Sonda o, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus mal-qara kəsilməsi və ət məhsullarının istehsalı sahəsində qeyriqanuni qazdan istifadə edilməsi halı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus mal-qara kəsilməsi və ət məhsullarının istehsalı sahəsində qeyri-qanuni qazdan istifadə edilməsi halı aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, X4 məxsus mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsində qaz xəttinə qanunsuz qoşulmalarla bağlı tərtib olunmuş akt üzrə 2016-cı il üçün 2300,40 manat və 2017-ci il üçün 159 manat cərimə hesablanmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-13/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin X1 cavabdehlər Cavabdehnə və Sumqayıt Qaz istismar sahəsinə qarşı mülkiyyətçisi olduğu mal-qara kəsilməsi və ət məhsullarının istehsalı sahəsindən qaz sayğacının sökülüb laboratoriyaya göndərilməsini, xətdə sızma yoxlanılmadan 600 m məsafədə başqa sayğac quraşdırılmasını, habelə xətdə sızan qazın ona sərfiyyat hesablanmasını qanunsuz hərəkətlər hesab etməklə, onların aradan qaldırılmasının cavabdeh təşkilata həvalə edilməsi tələbi barədə 2-2(85)-313/2016 nömrəli qətnaməsi qismən ləğv edilmiş, xətdə sızma yoxlanılmadan 600 m məsafədə başqa sayğac quraşdırılması, habelə xətdə sızan qazın ona sərfiyyat hesablanmasını qanunsuz hərəkətlər hesab etməklə, onların aradan qaldırılması cavabdeh Sumqayıt QİS-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "Cavabdeh" İB-nin xx.xx.2010cu il tarixli, AA-8760/14Ə saylı məktubuna əsasən istehlakçı ilə bağlanmış istehlak müqaviləsinə əsasən Sumqayıt şəhəri 46-cı məhəllə, Çerkassi küçəsi, 7 saylı ünvanda yerləşən obyektə sayğac quraşdırılmış, Sumqayıt QİS-nin işçiləri tərəfindən 2016 və 2017-ci illərdə obyektə baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilərək bununla bağlı aktlar tərtib olunmuşdur. İddiaçı eyni borcla bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(105)-13/2017 saylı qətnaməsi olduğunu əsas gətirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nın 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştrak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirmir və yenidən sübut edilmir. Lakin, iş materiallarından aydın olur ki, iddiaçının hazırda silinməsini tələb etdiyi borclar xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli aktlar əsasında yaranmış, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi isə xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, bu aktlar iddiaçı həmin iddia ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə 2016-cı ilin fevralında müraciət etdiyi vaxtdan sonra tərtib olunmuşdur. Cavabdeh tərəf həmin aktların iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma halları aşkar olunduğuna görə tərtib edildiyini bildirmiş, iddiaçı isə məhkəmədə qaz xəttinə qanunsuz qoşulmanı qismən etiraf edərək, qaz xəttinə qeyri-qanuni 1 ədəd istilik radiatoru (dəmir soba) qoşduğunu bildirmişdir. İddiaçı xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli aktlar əsasında hesablanmış cərimə məbləğlərinin qanunsuz olduğunu sübuta yetirməmişdir. Əksinə, cavabdeh təşkilat həmin aktların iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma halları aşkar olunduğuna görə tərtib edildiyini bildirmiş, müvafiq foto şəkillər və digər sübutlar təqdim etmiş və cavabdeh bunu qismən etiraf etmişdir. Eyni zamanda, cavabdeh tərəfin təqdim etdiyi abonentin saldosundan görünür ki, X4 məxsus mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsinə abunəçinin işlətdiyi, sayğacdan keçən qazın sərfiyyatı ilə bağlı ödənilməmiş 1730 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə hazırkı iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: X1 cavabdeh "Cavabdeh" İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar