Məhkəmə qərarları › İş №e-2-2(119)-294/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-294/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-294/2020 05.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Sumqayıt Çörək" ATSC-nincavabdeh “xxxxxxxx” ASC-yəqarşı borcun silinməsi tələbi barədə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatında iddiaçı “Sumqayıt Çörək" ATSC-nin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işi vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əhmədov işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, hesab edir ki, hazırkı kommersiya işi üzrə iddiaçı məhkəməyə gəlmədiyindən və cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Sumqayıt Çörək" ATSC-nin cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar