Məhkəmə qərarları › İş №e-2-2(119)-31/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-31/2024

12.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-31/2024 12.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Firmasının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Firmasının Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 121798,9 (yüz iyirmi bir min yeddi yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və 6,8 (altı manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 122210,7 (yüz iyirmi iki min iki yüz on manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Firmasına ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi İddiaçı Firması ilə icraçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən Cavabdeh arasında müxtəlif xidmətlərin göstərilməsi üçün müvafiq podrat müqavilələri bağlanmış, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri yarımçıq icra edildiyi üçün iş başa çatdırılıb iddaçıya təhvil verilməmişdir. Belə ki, bağlanmış 10 fevral 2021-ci il tarixli, HİF/2021/02/09 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41 və 44 saylı yaşayış binalarında havalandırma sisteminin quraşdırılması üçün ümumi dəyəri vergilər daxil 38092 manat, 10 fevral 2021-ci il tarixli, HİF/2021/02/10 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41,42,43, 44, 45 və 46 saylı yaşayış binalarında internet və şəbəkə sisteminin, televiziya şəbəkəsinin, video müşahidə sisteminin və telefon şəbəkəsinin quraşdırılması üçün ümumi dəyəri vergilər daxil 93090 manat, 18 fevral 2021-ci il tarixli, HİF/2021/02/17 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41, 42, 43, 44, 45 və 46 saylı yaşayış binalarında siqnalizasiya sisteminin quraşdırılması üçün ümumi dəyəri vergilər daxil 26750 manat, 09 mart 2021-ci il tarixli, HİF/2021/03/04 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 13,14 və 15 saylı yaşayış binalarında siqnalizasiya sisteminin quraşdırılması üçün ümumi dəyəri vergilər daxil 27259 manat, 09 mart 2021-ci il tarixli, HİF/2021/03/05 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 13,14 və 15 saylı yaşayış binalarında internet və şəbəkə sisteminin, televiziya şəbəkəsinin, video müşahidə sisteminin və telefon şəbəkəsinin quraşdırılması üçün ümumi dəyəri vergilər daxil 54729 manat, 09 mart 2021-ci il tarixli, HİF/2021/03/06 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 13,14 və 15 saylı yaşayış binalarında havalandırma sisteminin quraşdırılması üçün, vergilər daxil 57138 manat olmaqla, müqavilələr üzrə ümumi məbləğ 297058 manat təşkil etmişdir. Qeyd olunan işlərin görülməsi üçün cavabdehə 10 fevral 2021-ci il tarixli, HİF/2021/02/09 nömrəli podrat müqaviləsinə əsasən 38092 manat, 10 fevral 2021-ci il tarixli, HİF/2021/02/10 nömrəli podrat müqaviləsinə əsasən 93090 manat, 18 fevral 2021-ci il tarixli, HİF/2021/02/17 nömrəli podrat müqaviləsinə əsasən 25793,6 manat, 09 mart 2021-ci il tarixli, HİF/2021/03/04 nömrəli podrat müqaviləsinə əsasən 8700 manat, 09 mart 2021-ci il tarixli, HİF/2021/03/05 nömrəli podrat müqaviləsinə əsasən 30903 manat, 09 mart 2021-ci il tarixli, HİF/2021/03/06 nömrəli podrat müqaviləsinə əsasən 20964 manat olmaqla, müqavilələr üzrə ümumilikdə 217542,6 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən işlər yarımçıq icra edilmiş, müqavilə öhdəlikləri pozulmuşdur. Cavabdehə ona ayrılmış pul vəsaiti üzrə yarımçıq qoyduğu işləri davam etdirməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Bu səbəbdən iddiaçı dövlət sifarişinin gecikdirilməməsi və vaxtında yerinə yetirilməsinin təmin edilməsi üçün cavabdehin yarımçıq qoyduğu işləri başa çatdırmaq məqədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yeni müqavilələr bağlamağa məcbur olmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 41 və 44 saylı binalar üzrə tüstüsovurma işlərinin görülməsi üçün 25081,8 manat, 41-46 saylı binalar üzrə yanğın siqnalizasiyası işlərinin görülməsi üçün 14498 manat, 41-46 saylı binalar üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə kamera sistemi işlərinin görülməsi üçün 18000 manat, 41-46 saylı binalar üzrə televiziya sistemi işlərinin görülməsi üçün 14000 manat, 41-46 saylı binalar üzrə telefon-internet işlərinin görülməsi üçün 25001,50 manat, cəmi 41- 44-46 saylı binalar üzrə ziyan 96581,3 manat – 956,4 manat (qalıq borc) = 95624,9 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 13-15 saylı binalar üzrə tüstüsovurma işlərinin görülməsi üçün 18000 manat, 13-15 saylı binalar üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya işlərinin görülməsi üçün 8000 manat, 13-15 saylı binalar üzrə kamera sistemi işlərinin görülməsi üçün 8000 manat, 13-15 saylı binalar üzrə telefoninternet işlərinin görülməsi üçün 16000 manat, cəmi 13-15 saylı binalar üzrə ziyan 50000 manat - 23826 manat (qalıq borc) = 26174 manat ödənilmiş, ümumilikdə isə görülən işlərin dəyəri 95624,9 manat + 26174 manat = 121798,9 manat təşkil etmişdir. Halbuki, həmin işlərin görülməsi cavabdehin müqavilə öhdəliyinə aid olmuş, bu işlərin görülməsi üçün onun hesabına 217542,6 manat pul vəsaiti köçürülmüşdür. Beləliklə cavabdeh onun hesabına ümumi köçürülmüş 217542,6 manat pul vəsaitindən 95743,7 manat (217542,6 manat-121798,9 manat=95743,7 manat) həcmində iş görmüş, qalan 121798,9 manat vəsaiti öz məqsədlərinə istifadə etməklə iddiaçını həmin məbləğdə işlərin yenidən görülməsi üçün əlavə ziyana salmışdır. Belə olan halda iddiaçı əlavə ödədiyi 121798,9 manat vəsaitini cavabdehdən geri almaq üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Həmçinin iş üzrə təqdim olunmuş Forma 2 aktlarında, iş həcmlərinin təkrar olunması ilə yerinə yetirilmiş işlərin məbləğinin şişirdilməsinə və bəzi imzaların saxtalaşdırılmasına yol verilmişdir. Bağlanmış müqavilələrin 3.2-ci bəndinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə görə işi tətbiq olunan standartlara və tələblərə, iş cədvəlinə, iş proqramına və texniki şərtlərə uyğun şəkildə qüsursuz, keyfiyyətlə və vaxtında icra edib iddiaçıya təhvil verməlidir. Müqavilələrin 3.2.4-cü bəndinə əsasən cavabdeh özünün hərəkətləri və ya hərəkətsizliyi nəticəsində görülməmiş və ya vaxtında başa çatdırılmamış işlərə görə tam məsuliyyət daşıyır və bunları iddiaçının mülahizəsinə əsasən müəyyən edilən vaxtda görməzsə və ya başa çatdırmazsa, iddiaçının itkilərinə və ona vurulmuş ziyana görə də məsuliyyət daşıyır. Beləliklə, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş, quraşdırılma işlərini tam yerinə yetirməmiş, işləri başa çatdırıb təhvil verməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq işlərin icrası yarımçıq qalmış və iddiaçıya təhvil-təslim aktı verilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə ödədiyi 121798,9 manat məbləği ondan tələb etmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunan məsələlər barədə cavabdehə xx.xx.2023-cü il tarixində elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu ünvanlanmışdır. Eyni zamanda həmin tarixdə poçt vasitəsi ilə pretenziya məktubu göndərilmiş və tələb edilmişdir ki, 121798,9 manat pul məbləğini 7 gün müddətində iddiaçının hesabına köçürsün. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş,cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin sonrakı mediasiya sesiyasında iştirak etməmişdir. 30 avqust 2023-cü il tarixdə İddiaçı Firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdeh 144134,49 (yüz qırx dörd min yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin yarımçıq qoyduğu işləri sonradan bağlanmış müqavilələr əsasında tamamlayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ƏDV vergi ödəyicisi olduqlarından onların ödənişlərinə hesablanan ƏDV ilkin tələbin həcmini artırmışdır. Pul tələbinin həcmi “İnvent Group” üzrə 56623,4 manat x 1,18 (ƏDV) ilə = 66815,6 manat + "xxxx" MMC üzrə 65175,5 manat x 1,18 (ƏDV) ilə = 76907,09 manat = 143722,69 manat olmuşdur. Həmçinin tələb olunan məbləğ 405 manat mediasiya xərci + 6,8 (əlavə ödənilmiş dövlət rüsumu) ilə birlikdə 144134,49 manat təşkil edir. Hazırda ƏDV ilə birlikdə Cavabdeh 144134,49 manat tələb olunur və bu məbləğ ondan tutularaq iddiaçının hesabına ödənilməlidir. 15 may 2024-cü il tarixdə İddiaçı Firması “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilərək iddia ərizəsində İddiaçı Firmasının Cavabdeh ödənilmiş ümumi məbləğ 218532,9 (iki yüz on səkkiz min beş yüz otuz iki manat doxsan qəpik) manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş ümumi məbləğ 143722,69 (yüz qırx üç min yeddi yüz iyirmi iki manat altmış doqquz qəpik) manat hesab olunmaqla mediasiya və dövlət rüsumu ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməli yekun məbləğin 144134,49 (yüz qırx dörd min yüz otuz dörd manat qırx doqquz qəpik) manat hesab edilməsi xahiş olunmuşdur. 21 may 2024-cü il tarixdə İddiaçı Firması “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim Cavabdeh 143722,69 (yüz qırx üç min yeddi yüz iyirmi iki manat altmış doqquz qəpik) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərci və 6,8 (altı manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 144134,49 (yüz qırx dörd min yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında bağlanmış 10 fevral 2021-ci il tarixli HİF/2021/02/09 nömrəli podrat müqaviləsinə görə icraçı sifarişçinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41 və 44 saylı yaşayış binalarında havalandırma sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlər müqabilində icraçıya müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq etdiyi andan qüvvəyə minir və 11 fevral 2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində təsbit edilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil 38092 manat təşkil edir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında bağlanmış 10 fevral 2021-ci il tarixli HİF/2021/02/10 nömrəli podrat müqaviləsinə görə icraçı sifarişçinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41, 42, 43, 44, 45 və 46 saylı yaşayış binalarında internet və şəbəkə sisteminin, televiziya şəbəkəsinin, video müşahidə sisteminin və telefon şəbəkəsinin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlər müqabilində icraçıya müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq etdiyi andan qüvvəyə minir və 11 fevral 2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində təsbit edilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil 93090 manat təşkil edir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli HİF/2021/02/17 nömrəli podrat müqaviləsinə görə icraçı sifarişçinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41, 42, 43, 44, 45 və 46 saylı yaşayış binalarında siqnalizasiya sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlər müqabilində icraçıya müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq etdiyi andan qüvvəyə minir və 11 fevral 2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində təsbit edilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil 26750 manat təşkil edir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli HİF/2021/03/04 nömrəli podrat müqaviləsinə görə icraçı sifarişçinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 13,14 və 15 saylı yaşayış binalarında siqnalizasiya sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlər müqabilində icraçıya müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq etdiyi andan qüvvəyə minir və 10 mart 2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində təsbit edilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil 27259 manat təşkil edir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli HİF/2021/03/05 nömrəli podrat müqaviləsinə görə icraçı sifarişçinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 13, 14 və 15 saylı yaşayış binalarında internet və şəbəkə sisteminin, televiziya şəbəkəsinin, video müşahidə sisteminin və telefon şəbəkəsinin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlər müqabilində icraçıya müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq etdiyi andan qüvvəyə minir və 10 mart 2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində təsbit edilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil 54729 manat təşkil edir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli HİF/2021/03/06 nömrəli podrat müqaviləsinə görə icraçı sifarişçinin göstərişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 13, 14 və 15 saylı yaşayış binalarında havalandırma sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlər müqabilində icraçıya müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq etdiyi andan qüvvəyə minir və 10 mart 2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində təsbit edilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil 57138 manat təşkil edir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı iki nəfər səlahiyyətli şəxsin imzası (möhürü) olə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktlarına (2 № Formalara) əsasən Cavabdeh tərəfindən sifarişçi İddiaçı Firmasının sifarişi əsasında 10 fevral 2021-ci il tarixli, HİF/2021/02/10 nömrəli podrat müqaviləsi üzrə ümumilikdə 91093 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktlarına (2 № Formalara) əsasən Cavabdeh tərəfindən sifarişçi İddiaçı Firmasının sifarişi əsasında 18 fevral 2021-ci il tarixli HİF/2021/02/17 nömrəli podrat müqaviləsi üzrə ümumilikdə 30984,4 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktlarına (2 № Formalara) əsasən Cavabdeh tərəfindən sifarişçi İddiaçı Firmasının sifarişi əsasında 09 mart 2021-ci il tarixli, HİF/2021/03/05 nömrəli podrat müqaviləsi üzrə ümumilikdə 30903 manat dəyərində işlər görülmüşdür. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Firmasına 3850 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAV seriyalı 742712 nömrəli, 1000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAV seriyalı 819201 nömrəli, 83133,49 manat dəyərində işlərin görüləcək işlər üçün avans ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 408013 nömrəli, 2700 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBK seriyalı 26768 nömrəli, 19799 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBK seriyalı 024382 nömrəli, 5000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBT seriyalı 149728 nömrəli, 16990 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022ci il tarixli EBBU seriyalı 735845 nömrəli, 15061,4 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBY seriyalı 856586 nömrəli, 10000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCA seriyalı 512628 nömrəli, 7262,67 manat dəyərində işlərin görülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 140342 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Firması tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə 11427,6 manat və 27927 manat, xx.xx.2021-ci il tarixdə 8025 manat, xx.xx.2021-ci il tarixdə 14000 manat, xx.xx.2021-ci il tarixdə 26000 manat, xx.xx.2021-ci il tarixdə 17000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 19799 manat, xx.xx.2021-ci il tarixdə 9335,3 manat, xx.xx.2021-ci il tarixdə 10700 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 16990 manat, xx.xx.2022-ci il tarixdə 15061,4 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 7267,6 manat olmaqla, cəmi 218532,9 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli HİF-İQ/P/12_22 nömrəli podrat müqaviləsinə görə sifarişçinin təsdiq, yaxud təqdim etdiyi iş həcmləri və tikinti-layihə sənədlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan binalarda nəzərdə tutulan tüstüçıxarma və lift şaxtalarına havanın verilməsi işlərinin icraçı tərəfindən normativ tələblərə və qaydalara uyğun şəkildə tam və keyfiyyətlə yerinə yetirilməsi, sifarişçi tərəfindən isə yerinə yetirilən işlərin müqabilində razılaşdırılmış muzdun razılaşdırılmış şərtlərlə icraçıya ödənilməsi bu müqavilənin başlıca məqsəd və predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə görə razılaşdırılmış podrat işləri (iş həcmi, növü və qiyməti) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə (və ya əlavələrlə) müəyyən edilir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli HİF-İQ/P/12_22 nömrəli podrat müqaviləsinə 05 dekabr 2022-ci il tarixli, 01 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 41 və 44 saylı binalarda görüləcək tüstüçıxarma və lift şaxtalarına havanın verilməsi işlərinin təsviri göstərilmiş, görüləcək işlərin dəyəri ƏDV daxil 29596,52 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli HİF-İQ/P/12_22 nömrəli podrat müqaviləsinə 05 yanvar 2023-cü il tarixli, 02 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 13,14 və 15 saylı binalarda görüləcək tüstüçıxarma və lift şaxtalarına havanın verilməsi işlərinin təsviri göstərilmiş, görüləcək işlərin dəyəri ƏDV daxil 49560 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli podrat müqaviləsinə əsasən 41 və 44 saylı binalarda görülmüş avtomatika sistemində qalıq işlərinə dair qiymətlərin razılaşma protokolunda görülmüş işlərin dəyəri 8260 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, HİF-İQ/P/01_23 nömrəli podrat müqaviləsinə görə sifarişçinin təsdiq, yaxud təqdim etdiyi iş həcmləri və tikinti-layihə sənədlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan binalarda yanğın siqnalizasiya sistemlərinin quraşdırılması (təchiz etmə) işlərinin icraçı tərəfindən normativ tələblərə və qaydalara uyğun şəkildə tam və keyfiyyətlə yerinə yetirilməsi, sifarişçi tərəfindən isə yerinə yetirilən işlərin müqabilində razılaşdırılmış muzdun razılaşdırılmış şərtlərlə icraçıya ödənilməsi bu müqavilənin başlıca məqsəd və predmetini təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə görə razılaşdırılmış podrat işləri (iş həcmi, növü və qiyməti) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə (və ya əlavələrlə) müəyyən edilir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, HİF-İQ/P/01_23 nömrəli podrat müqaviləsinə 05 yanvar 2023-cü il tarixli, 01 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 41, 42, 43 və 44 saylı binaların qeyri-yaşayış və zirzəmi sahələrində (hissələrində) görüləcək yanğın və siqnalizasiya işlərinin işlərinin təsviri göstərilmiş, görüləcək işlərin dəyəri ƏDV daxil 8847,64 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli HİF-İQ/P/01_23 nömrəli podrat müqaviləsinə 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 13,14 və 15 saylı binalarda görüləcək yanğın və siqnalizasiya işlərinin təsviri göstərilmiş, görüləcək işlərin dəyəri ƏDV daxil 19470 manat müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə 25000 manat, xx.xx.2023cü il tarixdə 14579,80 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 16500 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 14000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı Firmasının ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, İddiaçı Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022ci il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 2624,36 manat, xx.xx.2023-cü il tarixdə 3600 manat, xx.xx.2023-cü il tarixdə 2970 manat, xx.xx.2023-cü il tarixdə 1440 manat, xx.xx.2023-cü il tarixdə 2520 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 fevral 2023-cü il tarixli HİF-VEL/X/02/23 nömrəli podrat müqaviləsinə görə sifarişçinin tapşırığına, yaxud təqdim etdiyi layihəyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 41-46 saylı çoxmənzilli yaşayış binalarında televiziya və kamera sistemlərinin quraşdırılması (təchiz etmə) işlərinin icraçı tərəfindən normativ tələblərə və qaydalara uyğun şəkildə tam və keyfiyyətlə yerinə yetirilməsi, müqabilində isə sifarişçi tərəfindən muzdun (xidmət haqqı) ödənilməsi bu müqavilənin başlıca məqsəd və predmetini təşkil edir. Müqavilənin 1.2-ci bəndinə görə razılaşdırılmış podrat işləri (iş həcmi, növü və qiyməti) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə, yaxud əlavələrlə müəyyən edilir. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 fevral 2023-cü il tarixli HİF-VEL/X/02/23 nömrəli podrat müqaviləsinə 03 fevral 2023-cü il tarixli, 01 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 41-46 saylı çoxmənzilli yaşayış binalarında icra ediləcək (razılaşdırılan) kamera sisteminə dair işlərin təsviri (həcmi, növü və qiyməti) göstərilmiş, görüləcək işlərin dəyəri ƏDV daxil 21240 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 fevral 2023-cü il tarixli HİF-VEL/X/02/23 nömrəli podrat müqaviləsinə 03 fevral 2023-cü il tarixli, 02 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 41-46 saylı çoxmənzilli yaşayış binalarında icra ediləcək (razılaşdırılan) televiziya sisteminə dair işlərin təsviri (həcmi, növü və qiyməti) göstərilmiş, görüləcək işlərin dəyəri ƏDV daxil 16520 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 fevral 2023-cü il tarixli HİF-VEL/X/02/23 nömrəli podrat müqaviləsinə 03 fevral 2023-cü il tarixli, 03 nömrəli əlavəyə əsasən bu əlavə ilə razılaşdırılan işlər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 13, 14 və 15 saylı çoxmənzilli yaşayış binalarında data telefon, televiziya və kamera sistemlərinin quraşdırılması işlərindən ibarətdir, görüləcək razılaşdırılmış data telefon sistemi işlərinin dəyəri 13, 14 və 15 saylı bina üçün ƏDV daxil 18881,06 manat, razılaşdırılmış televiziya sistemi işlərinin dəyəri 13, 14 və 15 saylı binalar üçün 9440 manat, razılaşdırılmış kamera sistemləri işlərinin dəyəri 13, 14 və 15 saylı binalar üçün ƏDV daxil 9440 manat müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi İddiaçı Firması ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 fevral 2023-cü il tarixli HİF-VEL/X/02/23 nömrəli podrat müqaviləsinə 28 fevral 2023-cü il tarixli, 04 nömrəli əlavədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinə daxil olan 41-46 saylı çoxmənzilli yaşayış binalarında icra ediləcək (razılaşdırılan) işlərin təsviri (həcmi, növü və qiyməti) göstərilmiş, görüləcək razılaşdırılmış işlərin dəyəri ƏDV daxil 25001,5 manat müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Firması tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 10000 manat,xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 11000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı Firmasının ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, İddiaçı Firması tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 1800 manat,xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə 1260 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1980 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmənin 30 avqust 2023-cü il tarixli qərardadı ilə Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsatəti əsasında İddiaçı Firması ilə Cavabdeh arasında bağlanılmış podrat müqavilələri üzrə tərtib olunmuş yerinə yetirilmiş işlərin qəbul aktlarında göstərilən işlərin cavabdeh tərəfindən yerinə yetirilib-yetirilməməsinin, həmin müqavilələr üzrə onun tərəfindən görülmüş işlərin həcminin və dəyərinin müəyyən olunması, eləcə də İddiaçı Firması ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İnvent Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilələr üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş işlərin həcminin və dəyərinin müəyyən olunması üçün məhkəmə mühəndis-texniki və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7212 nömrəli ekspert rəyində göstərilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində yerləşən binalarda İddiaçı Firması ilə Cavabdeh arasında bağlanılmış 10 fevral 2021-ci il tarixli HİF/2021/02/09 nömrəli, HİF/2021/02/10 nömrəli, 18 fevral 2021-ci il tarixli HİF/2021/02/17 nömrəli, 09 mart 2021-ci il tarixli HİF/2021/03/04 nömrəli, HİF/2021/03/05 nömrəli, HİF/2021/03/06 nömrəli, həmçinin İddiaçı Firması ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 03 fevral 2023-cü il tarixli HİF- VEL/X/02/23 nömrəli, İddiaçı Firması ilə "xxxx" MMC arasında bağlanılmış 05 dekabr 2022-ci il tarixli HİF-İQ/P/1222 nömrəli və 05 yanvar 2023-cü il tarixli HİF-İQ/P/01_23 nömrəli podrat müqavilələri üzrə tərtib olunmuş yerinə yetirilmiş işlərin qəbul aktlarında göstərilən işlərin Cavabdeh, "xxxx" MMC və "xxxx" MMC tərəfindən yerinə yetirilibyetirilməməsini, görülmüş işlərin həcminin və dəyərinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli 9/5746 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş iş materiallarında olan məlumatlar, e-qaimələr, ödəniş sənədləri, forma-2 məlumatları və s. əsasən, İddiaçı Firması ilə Cavabdeh arasında bağlanılmış 10 fevral 2021-ci il tarixli HİF/2021/02/09 nömrəli, 10 fevral 2021-ci il tarixli HİF/2021/02/10, 18 fevral 2021-ci il tarixli HİF/2021/02/17 nömrəli, 09 mart 2021-ci il tarixli HİF/2021/03/04 nömrəli, 09 mart 2021-ci il tarixli HİF/2021/03/05 nömrəli və 09 mart 2021-ci il tarixli HİF/2021/03/06 nömrəli podrat müqavilələri üzrə tərtib olunan yerinə yetirilmiş işlərin qəbul aktlarında (2 nömrəli formalarda) göstərilən işlərin dəyəri 152980,4 manat, həmin müqavilələr üzrə Cavabdeh tərəfindən İddiaçı Firmasına göndərilmiş elektron qaimələrin məbləği 164796,56 manat, İddiaçı Firması tərəfindən Cavabdeh ödənilmiş məbləğ 218532,9 manat müəyyən olunmuşdur. İddiaçı Firmasının vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, İddiaçı Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2022-ci ilin dekabr ayında təklif göndərilmişdir. Həmin təklif əsasında yerində baxış keçirilməklə görüləcək qalıq işlərin nədən ibarət olduğu "xxxx" MMC tərəfindən müəyyən edilmişdir. Bundan sonra həmin işlərə dair "xxxx" MMC tərəfindən İddiaçı Firmasına təklif verilmiş və razılıq əldə olunmuşdur. Əldə olunmuş həmin razılığa əsasən "xxxx" MMC ilə İddiaçı Firması arasında 05 dekabr 2022-ci tarixli və 05 yanvar 2023-cü il tarixli iki müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən 41-44 saylı və 13-15 saylı binalar üzrə yarımçıq işlər tamamlanmışdır. "xxxx" MMC tərəfindən İddiaçı Firmasına məxsus 41-44 saylı və 13-15 saylı binalarda tüstüsovurma, 41, 42, 43, 44 saylı və 13, 14, 15 saylı binaların hər birində yanğın siqnalizasiya işləri görülmüşdür. Görülmüş işlərin dəyəri İddiaçı Firması tərəfindən ödənilmişdir. İddiaçı Firmasının vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 ifadəsində bildirmişdir ki, İddiaçı Firması "xxxx" MMC-ni yarımçıq işlərə baxış keçirilməsi üçün obyektə dəvət etmişdir. Həmin işlərə baxıldıqdan sonra "xxxx" MMC tərəfindən İddiaçı Firmasına təklif verilmişdir. Təklif verildikdən sonra tərəflər arasında razılıq əldə olunmuş və işlərin görülməsinə başlanılmışdır. "xxxx" MMC-yə müraciət olunan vaxt yanğın siqnalizasiya işləri üzrə sadəcə kabellər çəkilmişdir. Detektorların, motorların, tüstüsovurma klapanlarının quraşdırılması, birləşdirmə kanalları üzrə işlər "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. İddiaçı Firmasının vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 ifadəsində bildirmişdir ki, İddiaçı Firması ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Hövsanda 41-46 saylı və 13-15 saylı binalarda televiziya sistemi çəkilmiş, elektrik yuvalarının quraşdırılması, damda peykin yığılması və s. işlər yerinə yetirilmiş və İddiaçı Firmasına təhvil verilmişdir. Göstərilən binalarda Cavabdeh tərəfindən televiziya sisteminin sadəcə mənzillərə kabelləri çəkilmiş, kamera sistemi ilə bağlı sadəcə 41-46 saylı binaların bloklarının girişində kameralar vurulmuş, qalan işlər isə "xxxx" MMC tərəfindən görülmüşdür. İnternet və telefonla bağlı kabel işləri, telefon yuvalarının quraşdırılması işləri də "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. 13-15 saylı binalarda da blokların girişində sadəcə kamera sisteminin kabelləri çəkilmiş, qalan işlər "xxxx" MMC tərəfindən yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı Firması ilə icraçı Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha torpaq sahəsində çoxmənzilli 41-46 və 13-15 saylı yaşayış binalarda müvafiq xidmətlərin göstərilməsi ilə əlaqədar 10 fevral 2021-ci il tarixli HİF/2021/02/09 nömrəli, 10 fevral 2021-ci il tarixli HİF/2021/02/10 nömrəli, 18 fevral 2021-ci il tarixli HİF/2021/02/17 nömrəli, 09 mart 2021-ci il tarixli HİF/2021/03/04 nömrəli, 09 mart 2021-ci il tarixli HİF/2021/03/05 nömrəli, 09 mart 2021-ci il tarixli HİF/2021/03/06 nömrəli podrat müqavilələri bağlanılmışdır. Həmin müqavilələr üzrə göstərilən xidmətlərin ümumi dəyəri 297058 manat müəyyən olunmuş, müqavilələrdə göstərilən işlərin yerinə yetirilməsi üçün İddiaçı Firması tərəfindən Cavabdeh 218532,90 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin qəbul aktlarına (2 № Formalara) əsasən cəmi 152980,40 manat dəyərində işlər görülmüşdür. Cavabdeh tərəfindən qeyd edilən podrat müqavilələri üzrə nəzərdə tutulmuş işlər tam icra olunmadığından İddiaçı Firması ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 fevral 2023-cü il tarixli HİF- VEL/X/02/23 nömrəli, İddiaçı Firması ilə "xxxx" MMC arasında 05 dekabr 2022-ci il tarixli HİF-İQ/P/12_22 nömrəli və 05 yanvar 2023-cü il tarixli HİF-İQ/P/01_23 nömrəli podrat müqavilələri bağlanmış və qalıq işlər həmin şirkətlər tərəfindən görülmüşdür. Buna görə İddiaçı Firması Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından və 15 avqust 2024-cü il tarixli 9/5746 nömrəli ekspert rəyindən görünür ki, yuxarıda qeyd olunan podrat müqavilələri üzrə Cavabdeh 218532,9 manat məbləğində ödəniş olunsa da, cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin qəbul aktlarına (2 № Formalara) əsasən cəmi 152980,4 manat dəyərində işlər görülmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “143722,69 (yüz qırx üç min yeddi yüz iyirmi iki manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin edilməli, yerinə yetirilmiş işlərin dəyərindən artıq ödənilmiş 65552,5 (altmış beş min beş yüz əlli iki manat əlli qəpik) manat (218532,9 - 152980,40 = 65552,5) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Firmasına ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 24 iyun 2023-cü il tarixli MŞS/MT030/2023-01131 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Firmasının nümayəndəsi və Cavabdeh iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, İddiaçı Firması tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı Firmasına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 6,8 (altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 12 (on iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 6,8 (altı manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 65552,5 (altmış beş min beş yüz əlli iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 6,8 (altı manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 65759,3 (altmış beş min yeddi yüz əlli doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Firmasına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 286,66 (iki yüz səksən altı manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 274,66 (iki yüz yetmiş dörd manat altmış altı qəpik) manat (286,66 manat - 12 manat = 274,66 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 65552,5 (altmış beş min beş yüz əlli iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 6,8 (altı manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 65759,3 (altmış beş min yeddi yüz əlli doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 274,66 (iki yüz yetmiş dörd manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar