Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-321/2020 28.04.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Cavabdehnə qarşı “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı verilmiş “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi” barədə tərtib edilməsinə baxmayaraq, həmin iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Halbuki, “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi”, yəni inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə Kommersiya Məhkəməsinə deyil, müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Eləcə də, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edilərkən iddia ərizəsində iddia tələbi göstərilməmişdir. Yəni, iddia ərizəsinin tələb hissəsi elektron kabinetdə yerləşdirilmiş həmin iddia ərizəsinin “Ərizənin mətni” bölməsində qeyd edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) proses iştirakçısı olan Cavabdeh ünvanı göstərilməmişdir. Elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin “Ərizənin mətni” bölməsində isə hüquqi ünvanı Bakı şəhərində yerləşən Cavabdeh ünvanı “ünvan 2 kimi qeyd edilməklə, düzgün göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsində proses işrirakçılarının (cavabdehin də) ünvanı iddiaçı tərəfindən düzgün və dəqiq göstərilməlidir. Məhkəmə, təqdim olunmuş iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, iddiaçı mülki icraat qaydasında Kommersiya Məhkəməsinə müraciət etdiyi halda Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməli və iddia ərizəsini həmin maddələrdə göstərilən tələblərə uyğun tərtib edərək məhkəməyə təqdim etməlidir. Yəni, həmin Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsində mülki icraatda baxılmalı olan cavabdehə qarşı yönələn iddia tələbi qeyd olunmalı və həmçinin, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları (maddə 149.2.2); iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (maddə 149.2.3); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (maddə 149.2.4); ərizəyə əlavə edilən sənədlərin siyahısı (maddə 149.2.5) göstərilməli və iddia ərizəsinə 150-ci maddədə nəzərdə tutulan sənədlər, o cümlədən də, iddia ərizəsinin surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd və digər zəruri sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddia ərizəsinin Cavabdehnə göndərilməsini və onun tərəfindən həmin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) də məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-321/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-321/2020
28.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver