Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-322/2020 03.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X15 qızının katibliyi, iddiaçı Nümayəndə, cavabdeh “xxxxxxxx” X8 nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, iddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X6rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdeh “xxxxxxxx” X6rşı “borcun silinməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “fiziki şəxs (abonent kodu **********3) Nümayəndə üçün X11 tərəfindən özbaşına hesablanmış 209,09 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə və vəzifəli şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq müvafiq xüsusi qərardad qəbul edilməsini” xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” X13 xx xxx 2020-ci ildə həmin sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik mübahisələr üzrə iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, həmin iddia tələbinə öz etirazını bildirmiş və iddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X6rşı verilmiş iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Nümayəndə tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “xxxxxxxx” X6rşı verilmiş “borcun silinməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci ildə X5 əməkdaşı tərəfindən 278,48 manat məbləğində elektrik enerjisinə görə borcun olması haqqında ona bildiriş təqdim edilmişdir. Bildirişi təqdim edən şəxs demişdir ki, bildirişdə qeyd olunan borcun 69,39 manatı sərfiyyata görə, 209,09 manatı isə sayğacın dəyişdirilməsinə görə hesablanmışdır. Onun tərəfindən xx xxxxxx 2020-ci ildə 70 manat və ondan sonrakı dövrlərdə isə yalnız istifadə etdiyi enerjiyə görə ödənişlər edilmişdir. Bildirir ki, xx xxxxxx 2019-cu ildə X5 əməkdaşları Səbuhi Səttarov, Şahin Şeydayev və X14 şəhəri R.Behbudov küçəsi 10A ünvanında yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış, istismar müddətini başa vurmuş **********1M saylı sayğacda yük axınının qeyd olunmadığını müəyyən etmişlər. Sayğaca kənar müdaxilə olunmadığı və plombların da yerində olması birlikdə müşahidə olunmuşdur. Əməkdaşlar tərəfindən həmin gün saat 1700 radələrində 028045 saylı akt tərtib edilərək, nasaz sayğacın yenisi ilə əvəz edilməli olduğu bildirilmişdir. Sayğacda yaranmış qüsura görə istehlakçı məsuliyyət daşımır. Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №-li Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən “xxxxxxxx” ASC-yə elektron ərizə ilə, “xxxxxxxx” ASC-nin “Şimal” RET və Sİ-i və Şabran EŞ-nə isə yazılı müraciətləri olsa da, həmin ərizələrə heç bir münasibət bildirilməmişdir. Qeyri-qanuni hesablanmış 209,09 manat borc məbləğinin silinməsi üçün “xxxxxxxx” ASC-nin “Şimal” RET və Sİ-nin rəisi Şahin Əliyevə müvafiq sənədlərlə birlikdə müraciəti olmuş və həmin ərizəsi xx xxxxxx 2020-ci ildə ünvanına çatmışdır. Müraciətinə rəsmi cavab verilmədiyinə baxmayaraq, Şabran EŞ-nin rəisi E.Alıyev xx xxxxxx 2020-ci il tarixinədək 208,48 manat borcun ödənilməsi üçün ona xəbərdarlıq təqdim etmişdir. O, xx xxxxxx 2020-ci ildə Şabran rayon Prokurorluğuna müraciət edərək, iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar sahəsində tədbirlərə uyğun olaraq, Şabran EŞ-nin əməkdaşı tərəfindən qanunsuz hesablanmış 209,09 manat borcun hansı əsaslarla müəyyən edilməsinin araşdırılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin “Şimal” RET və Sİ-nin rəis müavini F.Nadirov Şabran rayon prokuroruna xx xxxx 2020-ci il tarixli 50-01/100 saylı məktubla qeyri-səhih məlumat göndərərək, özbaşına hesablanmış 209,97 manat borc məbləğinin “itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablandığını” göstərmişdir. Halbuki, itirlmiş hesab edilən enerji istehlakçının deyil, bilavasitə Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-nin təqsirkar və səhlənkar hərəkətləri nəticəsində baş vermişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerji resurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Energetika Nazirliyinin Enerji X3 həyata keçirir və o, bu mübahisə ilə bağlı Agentliyə müraciət etmişdir. Agentlik tərəfindən araşdırma aparılaraq, hesablanmış borcun düzgün olmadığını və yenidən hesabat aparılmalı olduğu barədə Cavabdeh ASC-nin “Şimal” X9 və Satışı İdarəsinə məktub göndərilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və Enerji X1 iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Buna baxmayaraq, Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-nin rəisi E.Alıyev yenidən özbaşınalıq edərək, ondan qanunsuz ödəniş edilməsini tələb edir və əks halda, yenə qanunsuz olaraq xx xxxxx 2020-ci il tarixindən elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq göndərmişdir. COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə baxmayaraq, xx xxxxx 2020-ci il tarixində X5 Fəxrəddin Əzizovun rəhbərlik etdiyi dəstəsi qanunsuz olaraq ünvan 1 ünvanında olan qeyri-yaşayış obyektinə verilən enerjinin kəsilməsinə cəhd göstərmişlər. Bununla bağlı o, 102 xidmətinə zəng edərək, bu məsələyə yardım göstərilməsini xahiş etmişdir. Lakin, polislər gələnədək “reket” dəstəsi gəldikləri maşınla qaçıb getmişlər. Qanunsuz hesablanmış borc məbləği bilavasitə Şabran EŞ-nin rəisi E.Alıyevin özünün təqsirkar və səhlənkar hərəkətləri nəticəsi olaraq təyin edilmişdir. Belə ki, Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-nin yarıtmaz fəaliyyətinə görə, istismar müddətini başa vurmuş sayğac dəyişdirilməmiş və daha sonra müəyyən olunduqdan və müraciət edildikdən 21 gün sonra yeni sayğac quraşdırılmışdır. Obyektdə quraşdırılan sayğac dövlət mülkiyyətidir və onun işlək vəziyyətdə olmasına Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-i bilavasitə məsuliyyət daşıyır. Hal hazırda Şabran EŞ-nin rəisi E.Alıyev özünün təqsirkar əməlləri və səhlənkar hərəkətlərini onun hesabına kompensasiya etmək istəyir. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Cavabdeh “xxxxxxxx” X13 tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X6rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə iddiaçı Nümayəndə məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilərkən həmin sayğacın sərf olunan elektrik enerjisini qeyd etməməsi halı aşkar edilmişdir. Bundan əlavə, obyektiv araşdırma aparılması məqsədi ilə xətdən axan yük ampermaşa ilə ölçülmüş və elektrik hesabat sayğacının naqildən keçən yükü qeyd etməməsi təsdiqlənmişdir. Belə ki, faktiki xətdən axan yükün 0,66 kvt olmasına baxmayaraq (Pfaktiki =0,66 kvt) sayğacın qeydə aldığı yük 0 kvt (Psayğac=0kvt) olmuş və ölçmə zamanı sayğacın işləməməsi halı təsdiqlənmişdir. Qeyd olunan faktla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra-EEİQ) 8.16-cı bəndinin tələblərinin pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli 028045 saylı akt tərtib edilmişdir. Akt iddiaçı Nümayəndə iştirakı ilə tərtib edilmiş olsa da, sonuncu həmin aktı imzalamaqdan imtina etmiş və bununla bağlı aktda müvafiq qeyd aparılmışdır. Qeyd olunan faktla bağlı həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və “xxxxxxxx” ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılması üçün göndərilmişdir. Laboratoriya şəraitində həmin sayğaca baxış keçirilmiş və sayğacın işləməməsi halı bir daha komissiya üzvləri tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 163038 saylı protokol ilə təsdiqlənmişdir. Qeyd olunanlarla əlaqədar “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” üzrə iddiaçı Nümayəndə iştirakı ilə akt tərtib edilərək sayğac istismara yararsız olduğu üçün yenisi ilə əvəz edilmiş və iddiaçı həmin aktı imzalayaraq əvvəlki sayğacın işləmədiyi üçün dəyişdirilməsinin zəruriliyini sübut etmişdir. Aşkar olunmuş faktla əlaqədar olaraq EEİQ-nin 8.16-cı bəndinə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablaşma aparılmış və iddiaçıya hesab ödəniş vərəqəsi verilmişdir. Yuxarıda sadalananlara əsasən iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğu və onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından sui-istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin, həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. İddiaçı “xxxxxxxx” ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-mn tələbinə uyğun istifadə etməli idi. EEİQ-nm 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Dövlət Enerjinəzarət İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. EEİQ-nin 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. EEİQ-nin 7.7-ci bəndinə görə isə bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. İddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X13 tərəfindən məhkəməyə verilmiş “iddia tələbinə etiraz”la əlaqədar (həmin etiraza cavab olaraq) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə xx xxx 2020-ci ildə yerləşdirmiş olduğu “İzahat”ında göstərmişdir ki, cavabdehin nümayəndəsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə düzgün istinad etməmişdir. Cavabdeh daha çox ittiham aktını xatırladan etirazında göstərmişdir ki, Qaydaların 8.16-cı bəndinin tələblərinin pozulması haqqında xx xxxxxx 2019-cı ildə 028045 saylı akt tərtib edilmişdir. Göründüyü kimi, nümayəndə elə təəssürat yaratmaq istəmişdir ki, bilavasitə işlək vəziyyətdə olmasına cavabdehin məsuliyyət daşıdığı sayğacın yük axanını qeyd etməməsi, istehlakçının təqsiri üzündən baş vermişdir. Cavabdehin nümayəndəsi daha sonra etirazında göstərmişdir ki, iddiaçı aktı imzalamaqla yararsız sayğacın dəyişdirilməsi zəruriliyini sübut etmişdir. Halbuki, yararsız sayğacın dəyişdirilməsi məqsədilə elə həmin gün iddiaçı tərəfindən X7 yazılı müraciət olunmuş və yararsız sayğacın yenisi ilə əvəz olunmasında daha çox maraqlı olduğunu göstərmişdir. Diqqət yetirildikdə aydın olur ki, Qaydaların 8.16-cı bəndinin tələblərinin pozulması faktı cavabdeh tərəfindən olmuşdur. Belə ki, istehlakçının razılığı olmadan, birtərəfli qaydada, özbaşına borc hesablanmış, hesablaşma dövrü altı ayı əhatə etmiş və sayğacın dəyişdirilməsi qəsdən yubadılmışdır. Təsadüfi deyildir ki, Energetika Nazirliyinin Enerji X1 bu məsələ ilə bağlı məktubuna da münasibət bildirilməmiş və eləcə də, istehlakçı tərəfindən Qaydaların hansı tələbinin “açıq-aşkar” pozulduğuna aydınlıq gətirilməmişdir. Məlum olur ki, “xxxxxxxx” ASC-nin nümayəndəsi “Şimal” RETSİ Şabran EŞ-nin məsul şəxslərinin vəzifə borclarına laqeyd yanaşmalarına hüquqi qiymət verilməsini məhkəmədən tələb etməyi, istehlakçının vəzifələrini yerinə yetirməyərək hüquqlarından sui-istifadə etməsi kimi təqdim etmişdir. Əlavə olaraq qeyd edir ki, istismar müddətini başa vurmuş sayğaclar dövlət vəsaiti hesabına dəyişdirilir. Obyektə quraşdırılmış sayğac istehlakçının sərəncamında olan elektrik qurğusa hesab edilmir, dövlət mülkiyyətidir. Sayğacın işlək vəziyyətdə olması isə enerji təchizatı müəssisəsinin vəzifə borcudur. Cavabdehin nümayəndəsinin tərtib etdiyi etirazda Qaydaların 7.7-ci bəndinə istinad etməsinin isə hazırkı mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Sayğacın yük axımının qeyd etməməsində istehlakçının hər hansı bir təqsiri yoxdur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsi tələb edə bilməz. Sayğacın işləməməsi barədə müraciət etməyinə baxmayaraq 28 gün sonra gəlib sayğac quraşdırıblar. Sayğac dərhal dəyişdirilməli idi. Ona görə də, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsinin iddia ərizəsinə verdiyi etirazı qanunlara əsaslanmadığı və formal mülahizələr əsasında tərtib edildiyi üçün nəzərə alınmamalıdır. Məhkəmə iclasında iddiaçı Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinə etiraz”la əlaqədar vermiş olduğu yazılı izahatında göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və iddia tələbi üzrə X11 tərəfindən özbaşına hesablanmış 209,09 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə və vəzifəli şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq müvafiq xüsusi qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Nümayəndə suallara cavab olaraq bildirdi ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ona məxsus mağaza elektrik enerjisi ilə təchiz olunmuşdur. Məlum mübahisəli dövrdə də mağaza fəaliyyət göstərmiş və elektrik enerjisindən istifadə olunmuşdur. xx xxxxxx 2019-cu ildə yoxlama zamanı sayğacın düzgün hesabat aparmaması müəyyən olunsa da, bunda istehlakçı olaraq onun təqsiri yoxdur. Çünki, sayğacın düzgün işləməsinə cavabdeh təşkilat məsuliyyət daşıyır. Sayğacın düzgün işləməməsində təqsiri olmadığı üçün ona hər hansı bir məbləğdə borc hesablana bilməzdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X8 nümayəndəsi X12 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X6rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X8 nümayəndəsi X2 cavab olaraq bildirdi ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı Nümayəndə məxsus Şabran şəhərində yerləşən mağaza qeyri-əhali üçün nəzərdə tutulan müqavilə əsasında elektrik enerjisi ilə təmin olunur və bununla bağlı müvafiq sayğac quraşdırılmışdır. xx xxxxxx 2019-cu ildə iddiaçı Nümayəndə məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini qeyd etməməsi halı aşkar edilmişdir. Yəni, müəyyən edilmişdir ki, faktiki xətdən axan yükün 0,66 kvt olmasına baxmayaraq sayğacın qeydə aldığı yük 0 kvt olmuşdur. Buna görə də, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələblərinə əsasən 111 gün üçün itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılaraq, aşkar olunan sayğac xətasına görə cəmi 209,97 manat məbləğində dəymiş zərər hesablanmışdır. Yəni, sayğacın aşkar olunmuş qüsurunda istehlakçı Nümayəndə təqsirli hesab edilməmiş və buna görə də, dəymiş zərərin hesabatı EEİQ-nin 8.16-cı bəndinə əsasən aparılmışdır. İstehlakçıya məxsus həmin kommersiya mağazasına aid Abonent saldosunda olan məlumatlar nəzərə alınaraq, dəymiş zərərin miqdarı Qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun olaraq orta günlük sərfiyyat müəyyən edilib 111 gün müddətinə hesablanmışdır. Çünki, istehlakçıya aid Abunə haqqında məlumatlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu ildə sayğac göstəricilərinə əsasən abonentin elektrik enerji sərfiyyatı 53 manat 64 qəpik məbləğində olmasına baxmayaraq, xx xxxxxxxx 2019-cu ildə 32 manat 49 qəpik, xx xxxxxxx 2019-cu ildə 6 manat 12 qəpik, xx xxxxxx 2019-cu ildə 27 qəpik olmuş və xx xxxxxx 2019-cu ildə yeni sayğac quraşdırılaraq, yeni sayğacla hesabat başlandıqdan sonra ilk 10 günlük hesabata görə sərfiyyat 24 manat 66 qəpik, növbəti aylarda isə hər ay üçün təxminən 60 manatdan çox olmuşdur. Yəni, yeni sayğac quraşdırıldıqdan sonra sərfiyyat yenidən artmışdır. Həmin məlumatlarla sayğac tərəfindən hesabatın 111 gün ərzində düzgün aparılmadığı müəyyən edilərək, orta günlük sərfiyyat müəyyən edilərək 111 gün üçün nəzərdə tutulan sərfiyyat hesablanmış və həmin sərfiyyatdan həmin müddətdə sayğacın hesabladığı elektrik enerji sərfiyyatının dəyəri çıxılmış və geridə qalan 209 manat 97 qəpik məbləğində itirilmiş sərfiyyatın dəyəri istehlakçıdan tələb edilmişdir. 111 günə sayğacın qüsurla işlədiyi və sayğacın olmadığı dövrlər daxildir. Yeni sayğacın quraşdırılmasına görə iddiaçıya pul hesablanmamışdır. Çünki, sayğacın quraşdırılması fiziki şəxslər üçün ödənişsiz, hüquqi şəxslər üçün isə ödənişlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə etirazı, “iddia tələbinə etirazla əlaqədar verilmiş yazılı izahatı” və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxxxxxx” X13 tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) istehlakçı Nümayəndə (abonent kodu: **********3) məxsus Şabran şəhərində yerləşən qeyri-yaşayış sahəsi (mağaza) elektrik enerjisi ilə təchiz edilmiş və xx xxxxxx 2015-ci ildə həmin qeyriyaşayış sahəsinə sayğac quraşdırılmışdır. xx xxxxxx 2019-cu ildə isə həmin sayğacın texniki göstəriciləri istehlakçının iştirakı ilə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “ampermaşa” vasitəsi ilə yoxlanılarkən məlum sayğac tərəfindən elektrik sərfiyyatının düzgün hesabatı aparılmadığı müəyyən edilib, bununla əlaqədar xx xxxxxx 2019-cu il tarixli 028045 nömrəli akt tərtib edilərək, həmin sayğac götürülmüşdür (“elektrik sayğacı axan yükü qeyd etmir” qüsuru ilə əlaqədar). xx xxxxxx 2019-cu ildə isə istehlakçına məxsus həmin qeyri-yaşayış sahəsinin elektrik təchizatı ilə əlaqədar yeni sayğac quraşdırılaraq, elektrik təchizatının sərfiyyatın düzgün hesabatının aparılması bərpa edilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbləri tətbiq edilməklə orta günlük sərfiyyat müəyyən edilərək, xx xxxxxx 2019-cu il tarixli akt əsasında qüsurlu olduğu müəyyən edilmiş sayğacın düzgün hesabat aparmadığı 111 gün üçün istifadə olunan elektrik enerjisinin miqdarı müəyyən edilərək, həmin müddətdə sayğacın faktiki apardığı hesabat üzrə məbləğ 111 gün üçün hesablanmış ümumi sərfiyyat miqdarından çıxılmış və qüsurlu sayğac tərəfindən hesablanmamış sərfiyyatın yekun dəyəri cəmi 209,97 manat məbləğində müəyyən edilərək, həmin məbləğ borc kimi istehlakçının hesabına daxil edilərək, ödənilməsi sonuncudan tələb edilmişdir. Lakin, istehlakçı (iddiaçı) Nümayəndə həmin hesabatla razılaşmamış və məlum sayğacın düzgün hesabat aparmamasında onun təqsiri olmadığına və buna məsuliyyəti Enerjitəchizatı müəssisəsi (cavabdeh) daşıdığı üçün qüsurlu sayğac tərəfindən hesablanmamış sərfiyyata görə ondan pul tələb edilməsini mübahisələndirmişdir. İş materiallarında olan istehlakçı Nümayəndə (abonent kodu: **********3) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxxxx 2015-ci ildə quraşdırılmış və xx xxxxxx 2019-cu ildə qüsurlu hesabat apardığı üçün çıxarılmış sayğac tərəfindən abonentin elektrik enerji sərfiyyatları xx xxxx 2019-cu ildə 49,77 manat məbləğində (27 gün üçün), xx xxxxxx 2019-cu ildə 53,64 manat məbləğində (31 gün üçün), xx xxxxxxxx 2019-cu ildə 32,49 manat məbləğində (30 gün üçün), xx xxxxxxx 2019-cu ildə 6,12 manat məbləğində (29 gün üçün) və xx xxxxxx 2019-cu ildə 27 qəpik məbləğində (31 gün üçün) olmuşdur (növbəti 20 gün üçün hesabat olmamışdır – “0” qəpik). xx xxxxxx 2019-cu ildə isə həmin qeyri-yaşayış sahəsinə yeni sayğac quraşdırılmış və yeni sayğacla hesabat başlandıqdan sonra xx xxxxxxx 2019-cu ildə 24,6 manat məbləğində (10 gün üçün), xx xxxxxx 2020-ci ildə 69,39 manat məbləğində (29 gün üçün) və xx xxxxxx 2020-ci ildə 60,03 manat məbləğində (29 gün üçün) elektrik enerjisi sərfiyyatı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən olunur ki, istehlakçıya məxsus qeyriyaşayış sahəsinin (mağazanın) elektrik təchizatının hesabatı köhnə sayğac tərəfindən xx xxxxxx 2019-cu ildən sonrakı dövrdə yeni sayğac quraşdırılanadək, yəni 111 gün ərzində düzgün aparılmamış və bunda (sayğacın düzgün hesabat aparmamasında) istehlakçının (iddiaçının) təqsiri olmamışdır. Ona görə də, enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən sayğac tərəfindən hesabatı aparılmamış elektrik enerjisi sərfinin hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbləri nəzərə alınmaqla aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixli Akt əsasında düzgün hesabat aparmadığı müəyyən edilən elektrik sayğacı tərəfindən hesabatı aparılmamış istifadə olunan elektrik enerjisi ilə əlaqədar istehlakçı (iddiaçı) Nümayəndə (abonent kodu: **********3) məxsus qeyri-yaşayış sahəsi üçün 209,97 (iki yüz doqquz manat 97 qəpik) manat məbləğində itirilmiş elektrik enerjisi sərfiyyatının, yəni sərfiyyatın hesabatı düzgün aparılmadığı üçün enerjitəchizatı müəssisəsinə dəymiş zərərin 209,97 manat məbləğində hesablanması tam əsaslı və müvafiq hüquqi aktların tələblərinə uyğundur. Çünki, sayğac hesabat aparmadığı və yaxud, düzgün hesabat aparmadığı hallarda da istehlakçı istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəməlidir. Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “fiziki şəxs (abonent kodu **********3) Nümayəndə üçün X11 tərəfindən özbaşına hesablanmış 209,09 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi” haqqında iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçı Nümayəndə “vəzifəli şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq müvafiq xüsusi qərardad qəbul edilməsi” barədə tələbinin də əsaslılığı müəyyən edilməmişdir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarsa, məhkəmənin bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi (maddə 265.4) nəzərdə tutulmuş olsa da, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı qeyd olunan məlumatın verilməsi üçün əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının bu tələbi üzrə məhkəmə qeyd etməyi lazım bilir ki, hər bir şəxsin özünün həqiqi və ya ehtimal olunan hüquqlarının pozulması ilə əlaqədar bilavasitə (mülki icraat qaydasında məhkəməyə müraciət etmədən) aidiyyəti üzrə müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilər və həmin müraciət olduqda, səlahiyyətli hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun araşdırılma aparılaraq, müvafiq qərarlar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X6rşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “fiziki şəxs (abonent kodu **********3) Nümayəndə üçün X11 tərəfindən özbaşına hesablanmış 209,09 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə və vəzifəli şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq müvafiq xüsusi qərardad qəbul edilməsi” barədə tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə cavabdeh “xxxxxxxx” X6rşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-322/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-322/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver