Məhkəmə qərarları › İş №e-2-2(119)-325/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-325/2020

01.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-325/2020 01.05.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X1rşı “hesabdan silinmiş məbləğin qaytarılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X1rşı “hesabdan silinmiş məbləğin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X3” hüquqi şəxs olmadığından, mülki icraatda tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməz. Yəni, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X3 öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki-prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Çünki, X3 hüquqi şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan idarələrdən biridir və hüquqi şəxs deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və ya həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinin tələblərinə görə filial, nümayəndəlik və idarə hüquqi şəxs deyildir və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsində iddia tələbinin Sumqayıt Kommersiya Məhkəməsinə verilməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin maddələri ilə əsaslandırılmış və həmin Məcəllənin maddələrinə istinad olunmuşdur. Halbuki, Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etdiyi halda iddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib etməli və həmin Məcəllənin maddələrinə istinad etməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin normaları Kommersiya Məhkəmələrində deyil, İnzibati Məhkəmələrdə baxılan işlərin prosessual qaydalarını nizamlayır. Odur ki, məhkəmə, həmin iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, iddiaçı mülki icraat qaydasında Kommersiya Məhkəməsinə müraciət etdiyi halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməli və iddia ərizəsini həmin maddələrdə göstərilən tələblərə uyğun tərtib edərək məhkəməyə təqdim etməlidir. Yəni, həmin Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsində mülki icraatda baxılmalı olan cavabdehə qarşı yönələn iddia tələbi qeyd olunmalı və həmçinin, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları (maddə 149.2.2); iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (maddə 149.2.3); müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (maddə 149.2.4); ərizəyə əlavə edilən sənədlərin siyahısı (maddə 149.2.5) göstərilməli və iddia ərizəsinə 150-ci maddədə nəzərdə tutulan sənədlər, o cümlədən də, iddia ərizəsinin surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd və digər zəruri sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X1rşı “hesabdan silinmiş məbləğin qaytarılması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar