Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-328/2021 07.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” ASC-nin istifadə etmədiyi elektrik enerjisinə görə əsassız hesablanmış 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi, həmin məbləğin “xxxx” ASC-nin şəxsi hesabında (hesab ödəniş vərəqələrində) borc məbləği kimi göstərilməməsi və “xxxx” ASC tərəfindən artıq ödənilmiş 15993,84 (on beş min doqquz yüz doxsan üç manat 84 qəpik) manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi ilə əvəzləşdiriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair məhkəmə prosesi zamanı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, “xxxx” ASC-dən elektrik enerjisindən istifadəyə görə xx xxxxxx 2021-ci il tarixinə hesablanmış cəmi 189527,63 (yüz səksən doqquz min beş yüz iyirmi yeddi manat 63 qəpik) manat borcun tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC Azərbaycan Respublikasında ən böyük elektrik enerjisi istifadəçilərindən biridir (Abunə kodu: **********1). Cavabdeh "xxxx" ASC inhisarçı mövqeyindən sui-istifadə edərək “xxxx” ASC-yə tamamilə qərəzli münasibətlər göstərir. 2015-ci ilin əvvəlinə qədər istifadə edilən elektrik enerjisinə görə həm Siyəzən rayonu Mikrorayon ərzisində yaşayan sakinlərdən və digər istifadəçilərdən istehlak edilən elektrik enerjisinin dəyərini alsa da, “xxxx” ASC mövcud olan boşluqdan sui-istifadə edərək həmin məbləği qanunvericiliyin tələblərinə zidd olaraq təkrarən “xxxx” ASC-dən qərəzli şəkildə yenidən tələb edir (xx xxxx 2020-ci il tarixli telefonoqramın surəti ərizəyə əlavə olunur). Belə ki, “xxxx” ASC-nin inzibati ərazisində “xxxx” ASC-ni və ətraf əraziləri elektrik enerjisi ilə təmin etmək üçün uzun müddətdir fəaliyyət göstərən böyük bir yarımstansiya mövcuddur. Bu yarımstansiyadan Siyəzən rayonu Mikrorayon ərazisində yaşayan sakinlərə və digər istifadəçilərə elektrik enerjisinin çıxışı “xxxx” ASC-də mövcud olan elektrik sayğacından verilir. “xxxx” ASC tərəfindən təqdim edilən hesab ödəniş vərəqinə əsasən tərəflərin iştirakı ilə istifadəçilərə, yəni digər istehlakçılara verilən elektrik enerjisinin məbləği “xxxx” ASC-də mövcud olan elektrik sayğacının göstəricisindən çıxılır. "xxxx" ASC 2015-ci ilin əvvəlində yaranan vaxt elektrik enerjisindən istifadə haqqının ödənilməsi sənədində-hesab ödəniş vərəqində “xxxx” ASC-dən tələb olunan enerji məbləğindən həmişə əsas borcla yanaşı, vərəqin aşağısında qalıq borc məbləği hissəsində 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləği əlavə etməklə, ümumi qalıq borc məbləği göstərir. Lakin, “xxxx" ASC 2015-ci ilin əvvəlindən xx xxxx 2020-ci il tarixə qədər 41233,89 manat məbləğində pulu “xxxx” ASC-dən heç vaxt tələb etməmişdir. “xxxx” ASC-yə ünvanlanmış 41233,89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi ilə bağlı xx xxxxx 2020-ci il tarixli 102 saylı müraciətə bu günə kimi cavab verilməmişdir. Əksinə, "xxxx" ASC tərəfindən tələsik olaraq 5 ildir tələb edilməyən həmin məbləğin 2 gün müddətinə tam ödənilməsinə dair xx xxxx 2020-ci il tarixli qərəzli telefonoqram göndərilmişdir. “xxxx” ASC istifadə etmədiyi elektrik enerjisinə görə əsassız hesablanmış 41233,89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi və bir daha həmin məbləğin “xxxx” ASC-nin şəxsi hesabında borc məbləği kimi göstəriİməməsi barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə, “xxxx” ASC-nin rəhbərliyinə və “xxxx” ASC-nin rəhbərliyinə xx xxxxxx 2020-ci il tarixdə 219 nömrəli məktubla yazılı müraciətlər etmişdir. Energetika Nazirliyinin Enerji X1 xx xxxxxxx 2020-ci il tarixli AERA-23-666/20 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, müraciətlə əlaqədar aparılan araşdırma zamanı “xxxx” ASC-nin elektrik enerjisinin sərflyyatı və dövriyyəsi təhlil edilərkən 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borc öz təsdiqini tapmamışdır. Bundan əlavə, aparılan araşdırma və təqdim edilmiş sənədlərin əlavəsi ilə “xxxx” ASC-nin “xxxx” ASC-yə 15993,84 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə, "Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarına əsasən sayğac göstəricilərindən kənar məbləğin və istifadə edilməyən elektrik enerjisinə görə borcun istehlakçı “xxxx” ASC-dən tələb edilməsi yolverilməzdir. Ona görə də, “xxxx” ASC 41233,89 manat məbləğində pulu “xxxx” ASC-dən tələb edə bilməz. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, elektrik enerjisindən istifadəyə görə hesablanmış 41233,89 manat borcun silinməsi və ödənilmiş 15993,84 manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi haqqı ilə əvəzləşdiriliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə razı olmayaraq, aşağıdakılara əsasən qarşılıqlı iddianın verilməsi zəruri hesab edilmişdir. Hazırkı qarşılıqlı iddia ərizəsi ilə elektrik enerjisindən istifadəyə görə “xxxx" ASC-dən "xxxx" ASC-nin xeyrinə 189527,63 manat borcun tutulması barədə qətnamə çıxarılması tələb edilir. "xxxx" ASC qeyri-məişət abonenti olaraq "xxxx" ASC ilə qeyd edilən ticarət obyektinin elektrik enerjisi ilə təchiz edilməsi üzrə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olmuşlar. Elektrik enerjisinin alqı-satqı müqavilələrində tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Həmin Qaydaların 9.1-ci bəndinin tələbinə əsasən "istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” idarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********1 olan "xxxx" ASC-nin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə xx xxxxxx 2021-ci il tarixinə cəmi 189527,63 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı "xxxx" ASC-nə xəbərdarlıq olunmuş, lakin borclu müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan borcu bu günə qədər ödəməyərək, “xxxx” ASC-yə zərər vurmuşdur. EEİQ-nın 9.10-cu bəndinə əsasən İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddiaçının bu hərəkətləri "xxxx" ASC-nin maliyyə təsərrüfat fəaliyyətinə və işgüzar nüfuzuna xələl gətirir. Ona görə də, yuxarıda qeyd olunanlara əsasən iddiaçının ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunmalıdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etmədiyini bildirərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, ilkin iddianın təmin edilməsi və iddiaçı “xxxx” ASC-nin istifadə etmədiyi elektrik enerjisinə görə əsassız hesablanmış 41233,89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi, həmin məbləğin “xxxx” ASC-nin şəxsi hesab ödəniş vərəqələrində borc məbləği kimi göstərilməməsi və “xxxx” ASC tərəfindən artıq ödənilmiş 15993,84 manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi ilə əvəzləşdiriməsi və xx xxxxxx 2021-ci il tarixinə hesablanmış aylıq borc məbləği ödənildiyi üçün qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” ASCnin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, iddiaçı həmişə aylıq istifadə etdiyi elektrik enerjisinin borcunu vaxtlı-vaxtında ödəmişdir. 2015-ci ilin yayından etibarən “xxxx” ASC-nin şəxsi “hesab ödəniş” vərəqələrində borc kimi göstərilən 41233,89 manat məbləğində pulun hansı əsaslarla hesablanması isə müəyyən olunmur. Həmin 41233,89 manat məbləğində borcun necə yarandığı müəyyən edilmədiyi üçün “xxxx” ASC tərəfindən həmin borc heç vaxt qəbul edilməmiş və ödənilməmişdir. “xxxx” ASC istifadə etdiyi elektrik enerjisinə görə aylıq borcu isə hər ay ödəmişdir. Lakin, “xxxx” ASC 2015-ci ildən etibarən 5 ildən çoxdur ki, hər ay aylıq borca əlavə olaraq 41233,89 manat məbləğində əlavə borc da hesablayır. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi də bu borc barədə müvafiq araşdırma aparmış və həmin araşdırma zamanı “xxxx” ASC-nin 41233,89 manat məbləğində borcu olmadığı müəyyən edilmişdir. Bu barədə Agentliyin arayışı da var. Qarşılıqlı iddia ərizəsində tələb olunan xx xxxxxx 2021-ci il tarixinə hesablanmış aylıq borc məbləği isə “xxxx” ASC tərəfindən xx xxxxxx 2021-ci ildə ödənilmiş və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. xx xxxx 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi və elektrik enerjisindən istifadəyə görə xx xxxxxx 2021-ci il tarixə hesablanmış cəmi 189527,63 manat məbləğində borcun “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Lakin, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx” ASC-nin nümayəndəsi X3 xx xxxxx 2021-ci il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin tarixə təxirə salınmış məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatlarını, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” barədə ilkin iddia qismən təmin edilməli, “borcun tutulması” barədə qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, xx xxxx 2015-ci ildən enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********1) məxsus Siyəzən rayonu ərazisində yerləşən sahibkarlıq obyekti elektrik enerjisi ilə təchiz edilir. Bu təchizatla əlaqədar “xxxx” ASC tərəfindən hər bir ay üzrə təqdim edilən “Hesab ödəniş” vərəqələrinə əsasən istehlakçı “xxxx” ASC ƏDV ilə birlikdə təxminən yüz min manat həddində istehlak etdiyi aylıq elektrik enerjisinin dəyərini müvafiq qaydada ödəmişdir. Bununla belə, 2015-ci ildən etibarən “xxxx” ASC-yə təqdim edilən “hesab ödəniş” vərəqələrində hər ay üçün hesabatı aparılan aylıq sərfiyyatların üzərinə əlavə olaraq təxminən 41233,89 manat məbləğində əlavə borc da hesablanmışdır. Lakin, “xxxx” ASC tərəfindən aylıq istehlak edilən enerjinin dəyəri hər bir ay üzrə mütəmadi olaraq ödənilsə də, qalıq borc kimi göstərilən həmin məbləğ ödənilməmişdir. “xxxx” ASC xx xxxxx 2020-ci il tarixli 102 saylı məktubla “xxxx” ASC-yə müraciət edərək, 2015-ci ilin aprel ayından bu günə kimi istifadə etmədikləri elektrik enerjisinə görə hesablanmış 41233, 89 (qırx bir iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində pulun hər ay əsassız olaraq “xxxx” ASCnin sərfiyyatına əlavə edildiyini bildirib, əsassız hesablanmış həmin 41233, 89 manat məbləğində pulun “xxxx” ASC-nin şəxsi hesabından silinməsi və bir daha həmin məbləğin “xxxx” ASC-dən tələb olunmamasını xahiş etmişdir. Bundan sonra "xxxx" ASC-nin “xxxx” ASC-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli “Elektrik enerjisinin dəyərinin tam ödənilməsinə dair” Telefonoqramı ilə “xxxx” ASC-yə aid müəssisələrdə istehlak edilmiş elektrik enerjisinə görə xx xxxx 2020-ci il tarixinə yaranmış 41233,90 manat debitor borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli AERA-23-665/20 nömrəli və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli AERA-23-666/20 nömrəli məktublarda göstərilir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş və X2 Agentliyinə ünvanlanmış “xxxx” ASC-nin quşçuluq fabrikində istifadə olunan elektrik enerjisinə görə yaranmış borc ilə əlaqədar müraciətin araşdırılması zamanı “xxxx” ASC-nin “xxxx” ASC-nin fəaliyyəti dövrünə qədər istifadə etdiyi elektrik enerjisinə görə 264064,40 manat (ETAİS-dən gələn borc kimi “xxxx” ASC-yə) ödənildiyi və “xxxx” ASC-nin fəaliyyəti dövründə (xx.xx.2015 – xx.xx.2020-ci illər) istifadə etdiyi elektrik enerjisinə görə borcunun olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, “xxxx" ASC tərəfindən Müəssisənin 41233,91 manat elektrik enerjisinə görə borcunun olduğu bildirilmişdir. Lakin, “xxxx" ASC-nin elektrik enerjisinin sərfiyyatı və dövriyyəsi haqqında məlumatlar təhlil edilərkən həmin borc (41233,91 manat məbləğində borc) öz təsdiqini tapmamışdır. Müraciətin araşdırılması zamanı qeyd olunan məbləğə aydınlıq gətirilməsi barədə “Şimal” RETSİ-yə xx.xx.2020-ci il tarixli və “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmış olsa da, hər hansı cavab alınmamışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli “Hesab ödəniş” Vərəqində olan məlumatlarla müəyyən olunur ki, “xxxx" ASC-yə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək 125629,78 manat məbləğində istifadə olunan enerji pulu borcu və 22613,36 manat məbləğində ƏDV olmaqla, cəmi 148243,14 manat məbləğində borc hesablanmış olsa da, ümumi qalıq borc 189477,05 manat məbləğində göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli 257 nömrəli Ödəniş Tapşırığı və xx xxxxxx 2021-ci il tarixli 258 nömrəli Ödəniş Tapşırığı ilə müəyyən olunur ki, “Xalq Bank” vasitəsi ilə “xxxx" ASC tərəfindən müvafiq olaraq 125629,85 (yüz iyirmi beş min altı yüz iyirmi doqquz manat 85 qəpik) manat məbləğində enerji pulu borcu və 22613,38 (iyirmi iki min altı yüz on üç manat 38 qəpik) manat məbləğində ƏDV pulu olmaqla, cəmi 148243,23 (yüz qırx səkkiz min iki yüz qırx üç manat 23 qəpik) manat məbləğində pul vəsaiti “xxxx” ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini enerji təchizatı müəssisəsi tələb edə bilməz. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı elektrik enerjisindən istifadə ilə əlaqədar dövri olaraq hər ay istehlakçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Hesab ödəniş” Vərəqinə daxil edilən 41233,89 (qırx bir iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borcun yaranma əsası müəyyən olunmamış və “xxxx” ASC-nin həmin məbləğdə ödənilməmiş borcunun qalması öz təsdiqini tapmamışdır. Eləcə də, məhkəmə araşdırması zamanı iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “15993,84 manat məbləğində pulun əsassız olaraq artıq ödənilməsi” xüsusatı öz təsdiqini tapmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia ərizəsində 41233,89 manat məbləğində qalıq borcla birlikdə tələb olunan xx xxxxxx 2021ci il tarixinə hesablanmış cəmi 189527,63 (yüz səksən doqquz min beş yüz iyirmi yeddi manat 63 qəpik) manat məbləğində borcun 148243,23 (yüz qırx səkkiz min iki yüz qırx üç manat 23 qəpik) manat hissəsi xx xxxxxx 2021-ci ildə “xxxx” ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********1) elektrik enerjisindən istifadəyə görə hesablanmış 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borc silinməlidir. İlkin iddia “artıq ödənilmiş 15993,84 (on beş min doqquz yüz doxsan üç manat 84 qəpik) manat məbləğində pulun istifadə ediləcək elektrik enerjisi ilə əvəzləşdiriməsi” hissədə təmin olunmamalıdır. Eyni zamanda, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi” barədə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********1) elektrik enerjisindən istifadəyə görə hesablanmış 41233,89 (qırx bir min iki yüz otuz üç manat 89 qəpik) manat məbləğində borc silinsin. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-328/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-328/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver