Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-331/2021 10.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə iddiacı “İddiaçı”-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi uzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, növbəti məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Eyni zamanda, iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı “İddiaçı”-nin nümayəndəsi X1, digər nümayəndə və Vəkil Azərbaycan Respublikası MPM-nin 11 və 442-ci maddələrinin tələblərinə əsasən xarici hüquqi şəxs olan “İddiaçı” prosessual hüquq və fəaliyyət qabiliyyətini təsdiq edən sənədlərin (nizamnamə, qeydiyyata alınma barədə müvafiq reyesterdən çıxarış), habelə iddiaçının adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş surətlərini növbəti məhkəmə prosesinə qədər məhkəməyə təqdim etmələri təklif edilmiş, qeyd edilmiş sənədlərin məhkəməyə təqdim edilməsinin zəruriliyini xx.xx.2020-ci il tarixli qərardadla da tərəfin diqqətinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin qeyd edilən qərardadları ilə tanış olduğunu, həmin sənədləri məhkəməyə təqdim edəcəyini bildirmiş, bunun üçün qısa müddət verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təfələrin nümayəndələrini dinləyib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Hazırkı iş üzrə iddia ərizəsinə MPM-nin 150.0.3-cü maddəsində nəzərdə tutulmuş sənəd - iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd tam şəkildə əlavə edilməmişdir. Belə ki, iddiaçı xarici hüquqi şəxs olan “İddiaçı” prosessual hüquq və fəaliyyət qabiliyyətini təsdiq edən sənədlərin və onun adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin Azərbaycan dilinə tərcümə olunmuş surətləri məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi isə kifayət qədər müddət verilməsinə baxmayaraq həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçının özünün prosessual hüquq və fəaliyyət qabilyyətini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən, bununla da onu məhkəmədə təmsil edən nümayəndəyə verilmiş etibarnamənin hüquqi əsasını müəyyən etmək mümkün olmadığından Mülki Prosessual Məcəllənin 149.1 və 150.0.3-cü maddələrinin tələbləri baxımından işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı”-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-331/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-331/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver