AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-571/2026 05.08.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI (açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarəttərkibdə, məhkəməiclaskatibiMəhərrəmovaGünelElmanqızınınkatibliyi, iddiaçınınnümayəndəsi(vəkili)vəkil3, cavabdehinnümayəndəsi(vəkili)vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSCninnümayəndəsiX3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMCninnümayəndəsi/vəkilivəkil1iştirakıilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və “xxxx” QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: Işin halları
1. Iddiaçı “xxxx” MMC (“xxxx”) MMC (əvvəlki adı “xxxx” MMC) ilə “xxxx” (“sifarişçi”)arasında## ###### 2024-cüiltarixliX6imzalanmışdır. HəminMüqavilənin: 1.1-ci bəndinə əsasən xxxx Sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən aşağıdakı əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq) icrasını və ya icrasının təşkilini, Sifarişçi isə həmin Xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. HərgöstərilənxidmətüzrəşərtlərvəqiymətlərMüqaviləyəƏlavələrdəözəksinitapır. 1.2-ci bəndinə əsasən Göstərilən Xidmətlərin siyahısı və müddəti, daşınacaq yüklərin/malların adı, növü, miqdarı və marşrutu bu Müqaviləyə Əlavələr ilə müəyyən olunur. 2.2-ci bəndinə əsasən Sifarişçi sifariş edilən Xidmətlərin dəyərini xxxx tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, xxxxun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki. ödəniş alındıqdansonra Sifarişçininsifarişləriicrayaqəbulolunmuşsayılır. 2.7-ci bəndinə əsasən Sifarişçi tərəfindən ödəmə yerinə yetirilmədiyi və ya ödəmədə gecikdirilmə olduğu təqdirdə, xxxx Xidmətlərin göstərilməsindən imtina etmək, dayandırmaq və / və ya yüklərin / malların vaqonların hərəkətdə olduqları, istiqamətlərdə saxlamaq hüququna malikdir. Bununla bağlı yaranmış əlavə ödəniş və xərclər,bütuncərimələrSifarişçitərəfindənödənilir. 3.2.8-ci bəndinə əsasən xxxxa bu Müqavilənin şərtlərinə uyğun olaraq Xidmətlərin əvəzini vaxtlı vaxtında ödəmək, habelə ödəmə yerinə yetirilmədiyi və ya ödəmədə gecikdirilmə olduğu hallarda xxxx tərəfindən Xidmətlərin göstərilməsindən imtina edilməsi və yə yüklərin/malların gecikdirilməsi hallarında bununla bağlı yaranmış əlavə ödəniş və xərclər, bütun cərimələri ödəmək sifarişçinin vəzifəsidir. Müqavilə həriki tərəfinimzası və möhürüilətəsdiqedilmişdir.
2. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya olan 124 457 ABŞ dolları məbləğində cərimə borcunu təsdiqetmişdir.Akthərikitərəfinimzasıvəmöhürüilətəsdiqedilmişdir.
3. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya olan 112050.48 ABŞ dolları məbləğində əsas borcunu təsdiqetmişdir.Akthərikitərəfinimzasıvəmöhürüilətəsdiqedilmişdir.
4. ##.##.2025-ci il tarixli ödəniş qəbzi ilə təsdiq edilir ki, iddiaçı tərəfindən “LCG” vəkilbürosununhesabına500manatödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Iddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 236,507.48 ABŞ dolları əsas borc məbləği məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi; işə kommresiya məhkəmə baxılması üçün nəzərdə tutulmuş prosessual xərclər olan 500.00 manat hüquqi yardıma görə xərcin əvəzi və 692 manat dövlət rüsumunun əvəzi cavabdehə aid edilsin və cavabdehdən məcburi qaydada alınaraq iddiaçıyaödənilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında ** saylı, ## ###### 2024-cü il tarixli X6 (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır (qoşma: müqavilə iddia ərizəsinə əlavə edilir). 2. Müqavilənin 1.1-ci maddəsinə əsasən xxxx “xxxx” MMC sifarişçi “xxxx” MMC-nin təqdim etdiyi sifarişlərə əsasən müqavilə ilə müəyyən olunmuş əməliyyatların icrasını və ya icrasının təşkilini, Sifarişçi “xxxx” MMC isə həmin xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. HərgöstərilənxidmətüzrəşərtlərvəqiymətlərMüqaviləyəəlavələrdəözəksinitapır.
7. Iddiaçı tərəfindən cavabdehin verdiyi sifarişlər üzrə müvafiq beynəlxalq daşımalar tam, vaxtında və keyfiyyətli bir şəkildə icra olunsa da, cavabdeh tərəfindən ödənişlərin bəziləri tam şəkildə icra edilməmişdir. Müqavilənin müvafiq bəndlərinə uyğun olaraq tərəflər arasında ##.##.2025-ci il tarixində və ##.##.2025-ci il tarixində iki qarşılıqlı üzləşmə aktı imzalanmış və mövcud borc cavabdehin qanuni təmsilçisi və direktoru tərəfindən təsdiq edilmişdir. Bekı ki, ##.##.2025-ci il tarixində imzalanmış qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 124 457.00 ABŞ dolları (yüz iyirmi dörd min dörd yüz əlli yeddi dollar) məbləğində borcu olması, ##.##.2025-ci il tarixində imzalanmış qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 112 050.48 ABŞ dolları (yüz on iki min əlli dollar qırx səkkiz sent) məbləğində borcu olması öz təsdiqini tapmışdır. Müvafiq qarşılıqlı üzləşmə aktlarına əsasən ##.##.2025-ci il tarixinə cavabdehin iddiaçıya beynəlxalq daşımalar və cərimə ödənişləri üzrə 236,507.48 ABŞ dolları məbləğində ödənməmiş borcu müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh bu günə kimi müvafiq ödənişi həyata keçirməmişdir. Belə olduğu təqdirdə iddiaçı pozulmuş hüquqlarının bərpası üçünməhkəməyəmüraciətetməkməcburiyyətindəqalmışdır.
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qətnaməqəbuledilməsinixahişetmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında “xxxx” MMC-nin "xxxx”, “xxxx” MMC-nin "Sifarişçi” qismində iştirak etdiyi №** saylı ##.##.2024-cü il tarixli X6 bağlanmış və sözügedən müqavilənin 1.1-ci maddəsinə əsasən həmin daşıma xidmətinin müqabilində sonuncu xxxxa müvafiq ödənişlər həyata keçirməyi öhdəsinə götürür. Digər tərəfdən həmin müqavilənin 2.7-ci maddəsinə əsasən yalnız Sifarişçi ödənişi etmədiyi təqdirdə bunla bağlı cərimələr Sifarişçi tərəfindən ödənilir. Digər tərəfdən isə eyni müqavilənin yuxarıda qeyd edilmiş bəndinə əsasən, sözügedən şərtlər olduqda çəkilmiş xərclər də Sifarişçi tərəfindən ödənilir. Lakin iddia məbləğini təşkil edən həmin vəsaiti "Xərc” olaraq təsnifləşdirmək düzgün olmazdı. Belə ki, bu məbləğin "Xərc” kimi qeydə alınması üçün əvvəlcə o məbləğin Iddiaçı tərəfindən ödənilib sonra “xxxx” MMC-dən reqres qaydada tələb olunması lazım gələrdi. Lakin Iddiaçı “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı irəli sürdüyü pul tələbi yalnız sonuncunun borc qismində Iddiaçıya ödəməli olduğu pul məbləği deyil, iddiaçıya Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin tətbiq etdiyi heç bir hüquqi əsası olmayancərimənidəəhatəedir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Tərəflər arasında nəqliyyat elkspeditor münasibətləri olmuşdur. “xxxx” MMC bizlə, biz “xxxx” MMC ilə, onlar da Dəmir Yolları ilə müqavilə bağlamışdır. Tələbimiz iki hissədən ibarətdir: xidmət haqqı və cərimə tələbi. Xidmət haqqı kimi 112050.48 ABŞ dolları, cərimə kimi isə 124457 ABŞ dolları tələb edirik. Hər iki borca dair üzləşmə aktı mövcuddur. Cavabdeh tərəf əsas borcu etiraf etsə də, cərimə borcunu qəbul etməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin izahatında məlum olur ki, həmin cərimə borcu Dəmir Yolları ilə xxxx MMC arasında bağlanmış müqavilənin 5.7-ci maddəsinə əsasən hesablanmışdır. Dəmir Yollarının hazırda xxxx MMC-yə qarşı həmin cərimə məbləğinə dair iddia tələbi olmasa da, bu gələcəkdə olmayacağı mənasını daşımır. Bu halda həmin cərimə də bizdən tələb ediləcəyindən biz də cavabdehdən tələb edirik. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs həmin məbləği yığım kimi qeydetsədə,hesabedirikki,ocərimədir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsində qeyd etdiyi hallara uyğun olaraq izahat verərək, iddia ərizəsinin əsas borc hissəsində 112050.48 (yüz on iki min əlli dollar qırx səkkiz sent) ABŞ dolları hissəsində etiraf etdiyini, cərimə məbləğinin tutulması hissəsndə isə ərizənin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Cərimə məbləği mübahisəlidir. Həmçinin hesablanmış cərimə məbləği xidmət haqqından da olduqca yüksəkdir. Iddiaçı tərəfdən hazırda heç bir məbləğ tələb olunmadığı halda həmin məbləğin bizdən tələb edilməsi absurddur. Əslində heç Dəmir Yolları da cərimənin hesablanması əsaslarını qeyd edə bilmir. Cərimə hissədə iddia tələbinin rədd edilməsini xahiş edirik. Belə ki, Dəmir Yolları özü istəsə birbaşatərəfinözünə cərimə tətbiqedəbilər.
12. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi qeyd etmişdir ki, agent xxxx “xxxx” MMC-yə qarşı iddia tələbi irəli sürməmişlər.
13. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaqisməntəminedilmiş, cavabdeh “xxxx” MMC-dən 112050.48 (yüz on iki min əlli dollar qırx səkkiz sent) ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən) məbləğində əsas borc, 300 manat məbləğində hüquqi xidmət haqqı və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 480.79 (dörd yüz səksən manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi,qalanhissədəiddianınrəddedilməsiqətedilmişdir.
14. Məhkəməgəldiyinəticəniaşağıdakıkimiəsaslandırmışdır:
Işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar ilə müəyyən olunur ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixində X6 bağlanmış və müqaviləyə əsasən nəqliyyat və nəqliyyat ekspedisiyası xidmətləri göstərmişdir. Iddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı 236507.48 ABŞ dolları məbəğində borcun cavabdehdən tutulmasını xahiş edir və qeyd edir ki, həmin borcun 112050.48 ABŞ dolları hissəsi əsas borc, 124457 ABŞ dolları hissəsi isə cərimə məbləğidir. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçının həyata keçirilmiş daşıma xidmətlərinin dəyərini – 112050.48 ABŞ dolları məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 112050.48 ABŞ dolları məbləğində pul tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Cavabdehin iddiaçıya ## ###### 2024-cü il tarixli X6 üzrə 112050.48 ABŞ dolları məbləğində borcunun olması iş materiallarında olan sübutlar, müqavilə, üzləşmə aktı, cavabdehin etirafı ilə öz təsdiqini tapır. Iddia tələbinin ikinci hissəsi ilə bağlı – 124457 ABŞ dolları məbləğində cərimənin ödənilməsi tələbinə dair hissədə məhkəmə iddianı əsassız hesab edir və məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 2.7-ci bəndinə əsasən sifarişçi tərəfindən ödəmə yerinə yetirilmədiyi və ya ödəmədə gecikdirilmə olduğu təqdirdə, xxxx Xidmətlərin göstərilməsindən imtina etmək, dayandırmaq və / və ya yüklərin / malların vaqonların hərəkətdə olduqları, istiqamətlərdə saxlamaq hüququna malikdir. Bununla bağlı yaranmış əlavə ödəniş və xərclər, bütun cərimələr Sifarişçi tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, hal-hazırda iddiaçının 124457 ABŞ dolları məbləğində tələb etdiyi məbləğ, müqavilə üzrə öhdəliyinin gecikdirilməsinə görə müəyyən edilən cərimə məbləği deyil, vaqonların boşdayanma hallarına görə “xxxx” QSC tərəfindən iddiaçıya tətbiq olunması ehtimal edilən cərimə məbləğlərinin ümumi cəmindən ibarətdir və iddiaçı hazırki tələbi cavabdehlə aralarında imzalanmış müqavilənin 2.7-ci bəndinə əsasən dəymiş zərər olaraq tələb edir. Göstərilən tələbi müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi kimi nəzərdən keçirsək qeyd edilməlidir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi (pul öhdəliyinin gecikdirilməsi) iş materialları ilə öz təsdiqi tapsa da, həmin pozuntu nəticəsində iddiaçıya real zərər və ya əldən çıxmış fayda formasında zərər vurulması məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir. Belə ki, “xxxx” QSC tərəfindən ehtimal olunan cərimə məbləğləri iddiaçıdan tələb olunmamış və iddiaçı tərəfindən heç bir cərimə məbləği ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki halda real zərər mövcud olmadığı üçün qeyd edilən tələb təmin edilmə bilməz. Məhkəmə hesab edir ki, hal hazırda Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbi baxımından iddiaçının pozulmuş hüququnun bərpası üçün çəkdiyi real zərər sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Iş materiallarından görünür ki, hazırkı iş üzrə 692 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 480.79 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 21.1, 21.2, 21.3, 385.1, 442, 443.1, 448.1, 850.1-cimaddələrinəistinadetmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsini, iddianıntamtəminolunmasıbarədəişüzrəyeniqətnaməqəbuledilməsinixahişetmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı cavabdehə göstərdiyi nəqliyyat-ekspedissiya xidmətləri nəticəsində cavabdehin yük daşıma sifarişlərini (YDS) vaxtında elektron sistemə daxil etməməsinə görə üçüncü şəxs “xxxx” QSC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə, həmin təşkilatdan da iddiaçıya tətbiq olunan cərimə ödənişlərini cavabdehdən tələb edir. Bu borcun mövcud olması və iddiaçıdan tələb olunması işin mübahisəsiz halıdır, çünki bunu həm cavabdeh "xxxx" MMC, həm üçüncü şəxs “xxxx” QSC, həm də iş materiallarındakı sübutlar (xxxx QSC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasındakı agent müqaviləsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə iddiaçı arasındakı nəqliyyat-ekspedissiya müqaviləsi, hesablaşma hesabları, qarşılıqlı üzləşmə aktları, cavabdehin nümayəndəsinin izahatı və s.) təsdiq edir. Birinci instansiya məhkəməsi isə araşdırmanın nəticəsini sadəcə iddiaçının cərimə vəsaitini üçüncü şəxsə ödəyib-ödəməməsindən asılı etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə həm faktiki ödənilmiş (çəkdiyi xərc), həm də faktiki ödənilməmiş, lakin kreditordan ödənilməsi tələb olunan pul vəsaiti də (çəkməli olduğu xərc) real zərər anlayışına daxildir. Məhkəmə tələbin hüquqi xarakterini düzgün müəyyənləşdirməyib. Ekspedissiya fəaliyyəti zamanı yaranan xərclər müştəri – yəni cavabdeh tərəfindən ödənilməlidir. Bu dəymiş ziyan tələbi yox, müqavilə öhdəliyi tələbidir. Iddiaçı tərəfindən iddiasının sübutu kimi ##.##.2025-ci il tarixinə qarşılıqlı üzləşmə aktı təqdim edilmişdir. Qarşılıqlı üzləşmə aktında cərimə məbləğləri ilə bağlı bütün detallı məlumatlar (yaranma dövrü, vaqon nömrəsi, konkret məbləği və hansı stansiyadakı vaqon dayanmasına görə yaranması) öz əksini tapsa da, məhkəmə əsassız olaraq həmin üzləşmə aktını sübut kimi qiymətləndirməmişdir. Məhkəməyə üçüncü şəxs “xxxx” QSC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə göndərilmiş hesablaşma hesabları (invoys, hesab-faktura) göndərilmişdir. Həmin hesablaşma hesabları sənədləri yaranan xərc üçün təsdiqedici sənəd kimi məhkəməyə təqdim edilmişdir və bu sənədlərdə iddiaçı tərəfindən cavabdehdən tələb olunan cərimə məbləğləri ilə bağlı bütün detallar (vaqonun nömrəsi, stansiyanın adı, müddət, cərimənin səbəbi və s.) öz əksini tapmışdır. Lakin məhkəmə bu sübuta qiymət verməmişdir. Məhkəmə araşdırmasını yalnız üçüncü şəxs “xxxx” QSC tərəfindən bu cür böyük bir məbləğdə cərimə ödənişi tərtib etmək hüququnun olub-olmaması üzrə aparmışdır. Bu məbləğ cərimə ödənişi yox, YDS olmadan ölkə ərazisinə daxil olan vaqonlara görə günlük100USD(ƏDVxaric)məbləğindəyığımdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
18. Apellyasiyaşikayətinəqarşıyazılıetiraztəqdimedilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC məhkəməyə ərizə təqdim edərək iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlbedilməsinixahişetmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin işə müstəqil tələb irəli sürməyənüçüncüşəxsqismindəcəlbedilməsiniqəraraalmışdır.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinimüdafiəedərəktəminedilməsinixahişetmişdir.
22. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinəetirazedərəktəminedilməməsinixahişetmişdir.
23. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, ““xxxx” QSC bizdən bu cərimənin ödənilməsini tələb etmişdir. Biz də “xxxx” MMC-dən bu məbləği həm şifahi, həm də yazılı formada istəmişik. Bizə göndərilən cavab belə olmuşdur ki, onlar bu cərimənin yaranmasına səbəb olan şirkəti məhkəməyə vermişdirlər. Həmin məbləği cavabdehdən aldıqda bizə qaytaracaqdırlar. Bu səbəbdən biz gözləməkdəyik. Əgər “xxxx” QSC bizdən bu ödənişi məcbur tələb edərsə, biz məcbur olub “xxxx” MMC-yə qarşı iddia qaldırmalıyıq. Bu zaman iddiamız təmin edilərsə, lakin hazırki iddia rədd edilərsə, o zaman həmin ödənişi necə ala bilərik. Yəni bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Qətnamədə qeyd edilir ki, “xxxx” MMCpulutələbetmir.Lakinbutamamiləyanlışməlumatdır.”
24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi izahatında bildirmişdir ki, “xxxx” QSC iddiaçı “xxxx” MMC-dən hər hansıbiryığımtələbetməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda vəyamüqavilədəzərərinəvəzinindahaazmiqdardaödənilməsinəzərdətutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldəedəcəyigəlirlər(əldənçıxmışfayda)başadüşülür.
28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşəraityaratmasınəzərəalınmalıdır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsininicrasınıtələbetməkhüququvardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdəhərəkətetməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)başadüşülür.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütünhallarüçüncavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığagörəməsuliyyətdənqabaqcadanazadetməkolmaz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı vəonlardanistifadəetməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarısübutetməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinəuyğunəsaslandırılmalıdır.
39. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrininişinhallarınauyğungəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görələğvediləbilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılıolmayaraqyoxlayır(MülkiProsessualMəcəllənin372.6-cıvə372.7-cimaddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
43. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdeh isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayətiverməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və məhkəmə iclasında verilmiş izahatlarla birlikdə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədənsaxlanılmalıdır.
45. Iş materiallarından müəyyən olunur ki, iddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-dən 112.050,48 ABŞ dolları əsas borcla yanaşı, 124.457 ABŞ dolları məbləğində pul vəsaitinin də tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı təmin etmiş, 124.457 ABŞ dollarına dair tələbi isə həmin məbləğin iddiaçı tərəfindən üçüncü şəxsə faktiki ödənilmədiyini və bununla əlaqədar real zərərin mövcudluğununsübutayetirilmədiyiniəsasgətirməklərəddetmişdir.
46. Apellyasiya şikayətində iddiaçı həmin nəticə ilə razılaşmayaraq, tələb olunan məbləğin cavabdehin sifariş etdiyi daşımalar zamanı vaqonların boşaldılmasının gecikdirilməsi nəticəsində yaranmış xərclərdən ibarət olduğunu, həmin məbləğin ilkin olaraq “xxxx” QSC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə, sonuncu tərəfindən iddiaçıya hesablandığını, habelə cavabdehin ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalamaqla 124.457 ABŞ dolları məbləğində borcutəsdiqetdiyinibildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, zərərin mövcudluğunun müəyyən edilməsi yalnız müvafiq pul vəsaitinin zərərçəkmiş şəxs tərəfindən artıq faktiki ödənilibödənilməməsindən
47. asılı edilə bilməz. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə real zərər hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərlə yanaşı, çəkməli olduğu xərcləri də əhatə edir. Buna görə də müəyyən xərcin hələ faktiki ödənilməməsiözlüyündəhəminxərcinrealzərərkimiqiymətləndirilməsiniistisnaetmir.
48. Bununla belə, gələcəkdə çəkilməsi ehtimal edilən hər bir xərc real zərər hesab edilə bilməz. Belə tələbin təmin olunması üçün iddiaçı həmin xərcin hüquqi əsasının mövcudluğunu, onun öz üzərində artıq yaranmış və müəyyən edilə bilən öhdəlik təşkil etdiyini, məbləğini, habelə həmin öhdəliyin cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində yarandığını sübut etməlidir. Başqa sözlə, cavabdehin hərəkəti ilə tələb edilən məbləğ arasında birbaşa səbəbli əlaqə müəyyən edilməli, xərcin yaranması ehtimal xarakterlideyil,realvəkifayətqədərmüəyyənolmalıdır.
49. Hazırkı işdə isə tələb olunan 124.457 ABŞ dollarının hüquqi təbiəti ilə bağlı iş materiallarında və tərəflərin izahatlarında ziddiyyətli hallar mövcuddur. Belə ki, həmin məbləğ iddia ərizəsində və qarşılıqlı üzləşmə aktında “cərimə” kimi göstərildiyi halda, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi sözügedən məbləğin dəbbə pulu deyil, “yığım” xarakterli ödəniş olduğunu bildirmişdir. Bununla yanaşı, iddiaçı həmin məbləğin “xxxx” QSC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə hesablandığını, sonradan isə həmin borcun müqavilə münasibətləri zənciri üzrəonavəcavabdehəötürüldüyünüəsasgətirmişdir.
50. Işdə iştirak edən şəxslərin apellyasiya instansiyası məhkəməsində verdikləri izahatlar da tələb olunan məbləğin iddiaçının üzərində artıq yaranmış və icrası labüd olan öhdəlik olmasını birmənalı təsdiq etmir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi “xxxx” QSC tərəfindən həmin məbləğin onlardan tələb edildiyini bildirsə də, eyni zamanda həmin ödənişin məcburi qaydada tələb olunacağı halda “xxxx” MMC-yə qarşı müvafiq tələb irəli sürüləcəyini göstərmişdir. Cavabdehin nümayəndəsi də əlavə xərclərin mövcudluğunu və məbləğini mübahisələndirmiş,onlarınsübutayetirilmədiyinibildirmişdir.
51. Kollegiya ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktına münasibətdə qeyd edir ki, həmin sənəd iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olan yazılı sübutdur. Qarşılıqlı üzləşmə aktının imzalanması onda əks etdirilmiş hesablaşmaların tərəflər arasında müəyyən dövr üçün uzlaşdırıldığını göstərsə də, hazırkı mübahisənin xüsusiyyətləri nəzərə alınmaqla həmin akt özlüyündə mübahisəli 124.457 ABŞ dollarının iddiaçınınüzərindəartıqicrasılabüdolanöhdəliyinyarandığınıtəsdiqetmir.
52. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə, real zərərə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər daxildir. “Çəkməli olduğu xərclər” gələcəkdə yaranması yalnız ehtimal edilən hər bir xərc deyil, mövcud hüquq münasibətləri və işin konkret halları əsasında şəxsin üzərində yaranması və icra edilməli olması kifayət qədər müəyyən olan əmlak öhdəliyi kimi başa düşülməlidir. Buna görə də gələcək xərcin real zərər kimi tutulması üçün onun yaranmasıehtimalxarakterlideyil,realvəkifayətqədərmüəyyənolmalıdır.
53. Hazırkı işdə isə iddiaçının mübahisəli 124.457 ABŞ dollarını Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə və ya digər şəxsə faktiki ödədiyi müəyyən edilmir. Eyni zamanda, mübahisəyə səbəb olmuş münasibətlərin yaranmasından uzun müddət keçməsinə baxmayaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən həmin məbləğin iddiaçıdan tələb edilməsi,faktikitutulmasıişmateriallarıiləmüəyyənedilmir.
54. Bu səbəbdən “xxxx” QSC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə hesablaşma sənədlərinin təqdim olunması, eləcə də tərəflər arasında bağlanmış üzləşmə aktı özlüyündə 124.457 ABŞ dollarının tam həcmdə cavabdehin üzərinə qoyula bilən real zərərə çevrildiyini təsdiq etmir. Bunun üçün həmin məbləğin iddiaçı tərəfindən ödənildiyi və ya iddiaçının onu ödəmək öhdəliyinin artıq real, müəyyənvəicrasılabüdxarakteraldığısübutayetirilməlidir.
55. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə gələcəkdə üçüncü şəxsin iddiaçıya qarşı tələb irəli sürüb-sürməyəcəyi, belə tələb irəli sürüləcəyi halda onun hansı həcmdə olacağı və hüquqi baxımdan əsaslı hesab edilib-edilməyəcəyi barədə ehtimallara əsaslanaraq zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edə bilməz. Əks yanaşma iddiaçının faktiki ödəmədiyi və ödənilməsi hazırda labüd xarakter daşımayan məbləğin əvvəlcədəncavabdehdəntutulmasınasəbəbolardı.
56. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda mübahisəli məbləğin hesablanması və cavabdehin müqavilə pozuntusu müəyyən olunsa da, həmin məbləğin iddiaçının faktiki zərəri kimi yaranması və cavabdehdən tutulmalı olan icrası labüd öhdəliyə çevrilməsi sübuta yetirilmədiyindən, iddianın bu hissədə təmin edilməsi üçün hüquqi əsaslar mövcuddeyildir.
57. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 124.457 ABŞ dollarının tutulması barədə iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin həmin hissədə ləğv edilməsivəyadəyişdirilməsiüçünəsasyaratmır.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərarqəbuledərkənməhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı"xxxx"MMCtərəfindənverilmişapellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixliqətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçınınözünəaidolunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayətiveriləbilər .