Məhkəmə qərarları › İş №e-2-2(119)-332/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-332/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-332/2020 23.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı “xxxx“ Firmasının nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, cavabdeh “xxxxxxxx” X3 nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, iddiaçı “xxxx“ Firmasının cavabdeh “xxxxxxxx” X2rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Firması xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxxxxxx” X2rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” Firmasına elektrik enerjisinin istehlakı ilə bağlı əsassız hesablanmış 7245,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Firması Sumqayıt şəhərinin 39-cu məhəlləsində müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir və istehlak etdiyi elektrik enerjisinin dəyərini daima ödəyir. “xxxx” Firmasına aid Abunə haqqında arayışdan görünür ki, onun borcu xx xxxx 2015-ci ildən yaranmış borcdur. Mövcud qanunvericiliyə görə bu borc üzrə tələbetmə müddəti 3 ildir. Deməli tələb müddəti keçmiş 5831,03 manat məbləğində borc silinməlidir. Bundan başqa xx xxxx 2015ci ildə “xxxx” Firmasına akt tərtib edilmiş vəhəmin Akta əsasən də 1042,60 manat məbləğində pul hesablanmışdır. İddia müddətinin təbiqi ilə bağlı göstərilən məbləğ də silinməlidir. Bundan başqa xx xxxxxxxx 2017-ci ildə də Akt tərtib edilmiş və həmin Akta əsasən də 1023,84 manat pul tələb edilir. Həmin Akt isə qanunverciliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv olunmalıdır. Bütövlükdə cavabdeh “xxxxxxxx” ASC tərəfindən iddiaçı “xxxx” Firmasından 8658.81 manat pul tələb edilir. Həmin məbləğin 5831,03 manatı vaxtı keçmiş borcdur, 2066,44 manatı isə aktlara görə tələb olunur. Bu məbləğində 893,52 manatı 2(060)-8910/2015 saylı məhkəmə qətnaməsinə əsasən silinmişdir. Toplamda 7245,95 manat məbləğ hal-hazırki iddia üzrə silinməli, yerdə qalan 1412,86 manat məbləği isə Müəssisə ödəməyi öz öhdəsinə götürür. Mülki Məcəllənin 373.2-ci maddəsi müəyyən edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsi müəyyən edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi - məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisinin istifadə qaydalarının” 10.17-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə təhlükəsizlik texniki qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət X4” səlahiyyətli nümayəndələrinin tələblərinə vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən, hesablaşma, elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarının (ölçü transormatorları vasitəsilə) qoşulduqda qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik onların quraşdırdığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Təqdim olunmuş sənədlərdən görünür ki, elektrik sayğacı yüksək gərginlikli yarımstansiyada yerləşir. Həmin yarımstansiyaya xidməti cavabdeh təşkilatın nümayəndələri həyata keçirir. Qaydaların 8.4cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq, istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə iclasında iddiaçı “xxxx” Firmasının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və iddiaçı “xxxx” Firmasına elektrik enerjisinin istehlakı ilə bağlı əsassız hesablanmış 7245,95 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” X3 nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün iddiaçı “xxxx” Firmasının cavabdeh “xxxxxxxx” X2rşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X6 cavabdehin mövqeyini onunla əsaslandırdı ki, istehlakçı “xxxx” Firmasının elektrik enerjisi ilə təchiz edildiyi dövrdən ümumi istifadə etmiş olduğu elektrik enerjisinin məbləğinə xx xxxx 2015-ci il tarixindən hal-hazıradək sayğac göstəricilərinə əsasən hesablanan sərfiyyat, xx xxxx 2015-ci il tarixinədək hesablanmış 149,09 manatlıq sərfiyyat və xx xxxxxx 2017-ci il tarixli Akta əsasən hesablanmış 1023,84 manat məbləğində əlavə sərfiyyat məbləğləri də daxil olmuşdur. İstehlakçı tərəfindən həmin sərfiyyatlar üzrə mütəmadi olaraq müəyyən ödənişlər aparılsa da, ödənişləri lazımi həddə olmadığı üçün xx xxxxxx 2020-ci il tarixə X1yə görə onun cəmi 8843,19 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı iddia ərizəsində iddia müddətinin tətbiq edilərək, hesablanmış borcun silinməli olduğunu qeyd etmişdir. Lakin,iddiaçıaylar üzrə X1 edilməsi ilə əlaqədar yaranan borcunu ödəmək məqsədi ilə mütəmadi olaraq müxtəlif vaxtlarda ödənişlər etmiş və məhkəməyə müraciət etməzdən əvvəl isə sonuncu ödənişi xx xxxx 2020-ci ildə olmuşdur. İddiaçının müxtəlif vaxtlarda ödəniş etməsi isə borcu etiraf etməsini göstərən hal kimi qiymətləndirilməlidir. Çünki, iddiaçı “xxxx” Firmasının istehlak etdiyi elektrik enerjisinə görə borcu ümumi hesabat əsasında aparılmış və onun mütəmadi olaraq apardığı ödənişlər də ümumi borcdan silinmişdir. Yəni, ödənilən pul vəsaitləri üzrə silinmələr ümumi borc məbləğindən aparılmışdır. Bu halda isə ödənilən pul vəsaitlərinin iddiaçıya hesablanmış elektrik sərfiyyatı məbləğinin hansı hissəsindən çıxılmasının müəyyən edilməsi mümkün deyildir. Eləcə də, Mülki Məcəllənin tələblərinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə - iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Odur ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Həmçinin, X1 Qaydalarının 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərf üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerji nəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxxxxxx” X7 tərəfindən istehlakçı “xxxx” Firmasına (abonent kodu: **********3) məxsus qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. İstehlakçı “xxxx” Firmasına istehlak etdiyi elektrik enerjisinin dəyərinə sayğacın göstəricilərinə əsasən hesablanmış borcla yanaşı, xx xxxx 2015-ci il tarixə kimi yaranmış 1042,61 manat məbləğində sərfiyyat və EEİQ-nın pozulması ilə əlaqədar tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli Akta əsasən hesablanmış 1023,84 manat məbləğində sərfiyyat da daxil edilmişdir. Lakin, xx xxxx 2015-ci il tarixə kimi yaranmış 1042,61 manat məbləğində sərfiyyatın 893,52 manat hissəsi 2(060)-8910/2015 nömrəli məhkəmə qətnaməsinə əsasən silinmiş və buna görə də, həmin dövrdən borc kimi ümumi sərfiyyata daxil olan məbləğ cəmi 149,09 manat midarında olmuşdur. Qeyd etmək lazımdır ki, xx xxxxxx 2017ci ildə saat 1038–də istehlakçı “xxxx” Firmasına aid elektrik sayğacı Enerjitəchizatı Müəssisəsinin əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə yoxlanılarkən, məlum sayğacın “hesabat göstəricisi olan ekran hissəsinin yandırıldığı və elektrik sərfiyyatının hesabatının oxunmadığı” müəyyən edilərək, bununla əlaqədar xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt tərtib edilmiş və həmin Aktın “Tələb” hissəsində qeyd edilmişdir ki, “EEİQ-na uyğun olaraq elektrik sayğacı yenisi ilə əvəz edilsin və sayğacın göstəricisi laboratoriya şəraitində dəqiqləşdirilsin”. xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt əsasında götürülmüş sayğacın laboratoriyada yoxlanması ilə əlaqədar tərtib edilmiş xx xxxxxxxx 2017-ci il tarixli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” Protokolunda yoxlama zamanı “sayğacın displeyi termiki təsir nəticəsində yandırılaraq sıradan çıxarılıb, göstərici xüsusi cihaz vasitəsi ilə proqram əlavəsindən oxundu, sayğac istismara yararsızdır” qüsurlarının aşkar olunduğu qeyd edilmişdir. “xxxx” Firmasına aid Abunə haqqında Məlumata əsasən müəyyən olunur ki, xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt əsasında 1023,84 manat məbləğində sərfiyyat hesablanaraq, borc kimi istehlakçının hesabına daxil edilmişdir. Lakin, həmin vaxt istehlakçı “xxxx” Firması hər hansı bir etiraz etməmiş və istehlak etdiyi elektrik enerjisinə görə mütəmadi olaraq müəyyən məbləğlərdə ödənişlərini davam etdirmişdir. Bununla belə, ödənişlər sayğac göstəricilərinə uyğun aparılmadığı üçün “xxxx” Firmasının borcu getdikcə artmış və xx xxxxxx 2020-ci il tarixə X1yə görə mövcud borcu 8843,19 manat məbləğində olmuşdur. İş materiallarında olan istehlakçı “xxxx” Firmasına (abonent kodu: **********3) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxx 2017-ci ildə quraşdırılmış və xx xxxxxx 2017-ci ildə qüsurlu hesabat apardığı müəyyən edilmiş sayğac tərəfindən abonentin elektrik enerji sərfiyyatı xx xxxx 2017-ci ildə 63 manat (64 gün üçün) məbləğində hesabat aparılmışdır. xx xxxxxx 2017-ci ildə isə həmin sayğac xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt əsasında çıxarılaraq, xx xxxxxx 2017-ci ildə yeni sayğac quraşdırılmışdır. Bundan sonra yeni sayğacla aparılan hesabatla müəyyən olunur ki, xx xxxxxxxx 2017-ci ildə 388,35 manat məbləğində (32 gün üçün), xx xxxxxxx 2017-ci ildə 427,05 manat məbləğində (33 gün üçün), xx xxxxxx 2017-ci ildə 462,69 manat məbləğində (30 gün üçün), xx xxxxxx 2017-ci ildə 561 manat məbləğində (29 gün üçün), xx xxxxxx 2018-ci ildə 763,92 manat məbləğində (34 gün üçün), xx xxxxxx 2018-ci ildə 771,75 manat məbləğində (37 gün üçün), xx xxxx 2018-ci ildə 691,74 manat məbləğində (32 gün üçün) və xx xxxxx 2018-ci ildə 408,69 manat məbləğində (30 gün üçün) elektrik enerjisi sərfiyyatları olmuşdur. Göründüyü kimi, həmin hesabatlarla müəyyən olunur ki, displeyi yandırılmış sayğac tərəfindən elektrik enerjisinin sərfiyyatı üzrə 64 gün üçün cəmi 63 manat məbləğində hesabat aparılmış olduğu halda, xx xxxxxx 2017-ci ildə yeni quraşdırılmış sayğac tərəfindən aparılan hesabatın məbləği ilk aylardan etibarən kəskin olaraq artmışdır (məsələn, 2017-ci ilin sentyabr ayından etibarən 32 gün üçün 388,35 manat, 33 gün üçün 427,05 manat, 30 gün üçün 462,69 manat və s.) Eyni zamanda, həmin Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, istehlakçı “xxxx” Firması tərəfindən xx xxxxxx 2016-cı ildə 150 manat məbləğində, xx xxxx 2018-ci ildə 300 manat məbləğində, xx xxxxx 2018-ci ildə 50 manat məbləğində, xx xxx 2018-ci ildə 50 manat məbləğində, xx xxx 2018-ci ildə 200 manat məbləğində, xx xxxx 2018-ci ildə 300 manat məbləğində, xx xxxx 2018-ci ildə 190 manat məbləğində, xx xxxxxxxx 2018-ci ildə 190 manat məbləğində, xx xxxxxx 2019-cu ildə 260 manat məbləğində, xx xxxxxx 2019-cu ildə 100 manat məbləğində, xx xxxx 2019-cu ildə 200 manat məbləğində, xx xxxxxx 2019-cu ildə 200 manat məbləğində, ... xx xxxxxx 2019-cu ildə 209 manat məbləğində, xx xxxxxx 2020-ci ildə 219 manat məbləğində, xx xxxx 2020-ci ildə 145 manat məbləğində, xx xxxxx 2020-ci ildə 120 manat məbləğində, ... və sonuncu olaraq isə xx xxxxxx 2020-ci ildə 95 manat məbləğlərində ödənişlər edilmişdir. Göründüyü kimi, istehlakçı (iddiaçı) “xxxx” Firmasına aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, İstehlakçı tərəfindən istehlak etdiyi elektrik enerjisinə görə aparılan ödənişlər həmişə elektrik sayğacının qeydə aldığı sərfiyyatın məbləğindən az olmuş və bu səbəbdən də, İstehlakçının borcu sayğacın hesabatına və aparılan ödənişlərin məbləğinə uyğun olaraq müvafiq tənasüblə artmışdır. Eyni zamanda, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İstehlakçının istehlak etdiyi elektrik enerjisinə görə borcu ümumi hesabat əsasında aparılmış və İstehlakçının mütəmadi olaraq apardığı ödənişlər də ümumi borcdan silinmişdir. Yəni, ödənilən pul vəsaitləri üzrə silinmələr ümumi borc məbləğindən aparılmış və bu səbəbdən də, ödənilən pul vəsaitlərinin məhz İstehlakçıya (Abonentə) hesablanmış elektrik sərfiyyatı məbləğinin hansı hissəsindən çıxılmasının müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, “iddiaçı “xxxx” Firmasına elektrik enerjisinin istehlakı ilə bağlı əsassız hesablanmış 7245,95 manat məbləğində borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” Firmasının cavabdeh “xxxxxxxx” X2rşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “iddiaçı “xxxx” Firmasına elektrik enerjisinin istehlakı ilə bağlı əsassız hesablanmış 7245,95 manat məbləğində borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx“ Firmasının cavabdeh “xxxxxxxx” X2rşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar