Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-339/2024 02.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh1 nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İB tərəfindən tərtib edilmiş 24 fevral 2020-ci il tarixli akta əsasən hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) manat məbləğində borcun onun tərəfindən 01 oktyabr 2022-ci il tarixində həmin cavabdehin hesabına ödənildiyini, Sumqayıt Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə həmin borcun silinməsinin qət edildiyini göstərmiş, bununla əlaqədar 6220,80 manat məbləğində pul vəsaitinin və 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və sözügedən borcun yazıldığı abonent kodunun hazırkı istifadəçisi olan digər Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 02 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iddiaçı məhkəməyə iddia ərizəsinin qaytarılması barəsində ərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barəsində ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş "pulun və digər ödənişin tutulması" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddia ərizəsinin qaytarılması barəsində ərizə təmin edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-339/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-339/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver