Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-35/2021 28.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativinə qarşı borcun ödənilməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 27.540,57 (iyirmi yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitasilə ölçülür və Tarif Şurası nın qararı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş borc barədə arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********0 olan "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativinin elektrik enerjisindən istifadə etməsi ilə baglı 27.540,57 manat borcu yaranmışdır. Həmin borcun ödanilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. “xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbardarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 27.540,57 manat borcun "xxxx" ASC-nin xeyinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, işə baxılan müddətdə borcla bağlı hər-hansı ödəniş edilmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi (direktoru) X2 iddia ərizəsində yazılanlarla razılaşdığını, iddia tələbində qeyd edilən miqdarda borclarının olduğunu, MTK-da yaranan müəyyən maddi problemlərlə əlaqədar olaraq borcun vaxtında ödənilməsinin mümkün olmadığnı, həmin borcun bir hissəsinin binanı inşa edən podratçı şirkətin fəaliyyəti dövründə yarandığını, yaxın zamanda borcun ödəniləcəyini bildirmiş, bunun üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən - 20.000 manat hissəsində qəbul edərək bu məbləğin MTK-da istifadə edilmiş elektrik enerjisi sərfiyyatı əsasında yarandığını, onda olan məlumata əsasən MTKnın rəhbərliyi tərəfindən son aylar təxminən 3500 manat ödəniş edildiyini, lakin 7.540,57 (iyirmi yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) manat məbləğində borcun hanası dövrü əhatə etməsinin məlum olmadığını, onun "xxxx" MTK ilə “xxxx” MMC arasında 2014-cü ildə bağlanmış podrat müqaviləsinə əsasən sonuncu tərəfindən tikinti işlərinin aparıldığı dövrə aid olduğunu, buna görə də iddia müddəti keçdiyindən hazırda həmin məbləğin "xxxx" MTK-dan tələb olunmasının düzgün olmadığını, habelə "xxxx" ASC tərəfindən binada yaşayan əhali abonentlərinin sayğaclaşdırılmaması səbəbindən sərfiyyatların hesablanmasında problemlərin yarandığını, iddiaçının əhali abonentlərinin sərfiyyatlarının hesablanması üçün sayğaclar quraşdırılmalı olduğunu bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, iddiaçı enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti abonent kodu **********0 olan cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativini elektrik enerjisi ilə təmin etmiş, cavabdehin istifadə edilmiş elektrik enerjisinə görə borcu yaranmışdır. Hazırda iddiaçı 27.540,57 (iyirmi yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) manat borcun ödənilməsini tələb edir. İdddiaçı təəfindən təqdim edilmiş və məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı ilə tədqiq edilmiş abonent kodu **********0 olan cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativinə aid abuna haqqında məlumat, habelə “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 01-79/20 saylı borc barədə arayışı ilə cavabdehin xx.xx.2020-ci il tarixə istehlak edilmiş elektrik enerjisinə görə 27.540,57 (iyirmi yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) manat borcununun olması öz təsdiqini tapır. Cavabdeh hüquqi şəxsin direktoru iddia tələbi ilə razılaşdığını, cavabdehin nümayəndəsi və vəkili isə iddia tələbinin qismən, 20.000 manat məbləğində qəbul etdiyini bildirmişdir. Məhkəmə iddianın cavabdeh tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdehin nümayəndəsi borcun 7.540,57 (yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) məbləğində hissəsinin mübahisəli olması, o cümlədən onun yuxarıda qeyd edilən podrat müqaviləsi üzrə “xxxx” MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranması, MTK tərəfindən inşa edilmiş binada yaşayan əhali abonentlərinin sayğaclaşdırılmaması səbəbindən sərfiyyatların hesablanmasında problemlərin olması və sayğac göstəriciləri ilə hesablanmış borcun uyğun gəlməməsinə dair dəlillər irəli sürsə də, qeyd edilən dəlilləri təsdiq edən hər-hansı mötəbər sübut təqdim etməmişdir. Onun tərəfindən təqdim edilmiş "xxxx" MTK ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin təsdiq edilməmiş surətində də istifadə edilmiş elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı hər-hansı müddəanın olması müəyyən edilmir. Əksinə, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş abonent kodu **********0 olan "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər istifadə edilmiş elektrik enerjisi haqqının ödənilməsi üçün xx.xx.2020-ci il tarixli ********* saylı hesab ödəniş vərəqindən də görünür ki, abonentin həmin dövr üzrə sərfiyyata hesablanmış 4000,24 manat, xx.xx.2020ci il tarixə isə 32.813 manat qalıq borcu olmuşdur. Cavabdeh tərəf **********0 saylı abonent kodunun "xxxx" MTK-ya məxsus olmasını mübahisələndirməmişdir və məhz tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 017764№-li “Elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsində də əvvəllər mövcud olmuş və cavabdehə məxsus **********0 saylı abonent koduna istinad edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili izahatında və çıxışında tələb olunan məbləğin mübahisələndirilən hissəsi ilə bağlı iddia müddətinin keçdiyini bildirsə də, iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bununla belə, məhkəmə bununla bağlı iddiaçı tərəfin iddia ərizəsində göstərilmiş “...“xxxx" ASC-nin əməkdaşlarının hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbardarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir” məzmunlu mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, işdə olan abunə haqqında məlumatdan görünür ki, cavabdeh tələb borc üzrə mütəmadi ödənişlər etmiş, iddiaçının nümayəndəsi və vəkili də izahatında müvafiq ödənişlərin aparıldığını bildirmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 27.540,57 (iyirmi yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki-Prosessual Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperativindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 27540,57 (iyirmi yeddi min beş yüz qırx manat əlli yeddi qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-35/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-35/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver