Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-357/2023 23.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 23 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2023-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 1433 (min dörd yüz otuz üç) manat məbləğində əsas borc və ilkin mediasiya sessiyası üçün ödənilən 60 manat məbləğində rüsum olmaqla, cəmi 1493 manat məbləğində pul vəsaitinin cavabdeh Məmmədzadə Bayram oğlundan tutularaq iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz“ İstehsalat Birliyi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (abunə kodu: **********00008) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən sonuncuya məxsus sahibkarlıq obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. Həmin müqavilə üzrə istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İstehlakçı tərəf üzərinə müvafiq öhdəlik götürmüşdür. Lakin, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş və bunun nəticəsində 06 fevral 2023-cü il tarixə onun Birliyə 1433 (min dörd yüz otuz üç) manat məbləğində borcu yaranmışdır. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunsa da, ödənməmişdir. Abunə kodu **********00008 olan Cavabdeh ilə bu mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən 27 oktyabr 2022-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, onun tərəfindən heç bir cavab verilməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında“ 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanına əsasən, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 06 fevral 2023-cü il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış 1433 manat məbləğində əsas borc və ilkin mediasiya sessiyası üçün ödənilən 60 manat məbləğində rüsum olmaqla, cəmi 1493 manat məbləğində pul vəsaitinin cavabdeh Məmmədzadə Bayram oğlundan tutularaq iddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı Xaçmaz X4 İdarəsi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” Cavabdeh (VÖEN **********) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 22 sentyabr 2016-cı il tarixli ***-**-** nömrəli Müqaviləyə əsasən sonuncunun Quba rayonu Barlı kəndində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə **********00008 saylı abonent kodu verilməklə, müvafiq qaydada “G-4T” tipli qaz sayğacı quraşdırılmışdır (Həmin Müqavilədən görünür ki, İstehlakçının təbii qazla təchiz edilən sahibkarlıq obyektində bir ədəd su qızdırıcı-kombi 32 KV-dən və PQ-4 tipli Qaz Plitəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur). Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatıtexniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərəri ödəmək - İstehlakçının vəzifələri kimi müəyyən edilmişdir. İş materiallarında olan 22 fevral 2023-cü ildə çap olunmuş Abonentin Saldosu ilə müəyyən olunur ki, 2020-ci ilin sentyabr ayına istehlakçı Cavabdeh (VÖEN **********) Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə 1433,1 (min dörd yüz otuz üç manat 10 qəpik) manat məbləğində borcu yaranmışdır və həmin borc 22 fevral 2023-cü il tarixinədək ödənməmişdir (həmin Abonent Saldosuna əsasən 2020-ci ilin sentyabr ayından sonrakı dövrlərdə istehlakçı Cavabdeh sahibkarlıq obyektində təbii qazdan istifadə olunması müəyyən olunmur). İş materialları ilə müəyyən olunur ki, istehlakçı Cavabdeh məxsus qeyri-yaşayış obyekti olan Quba rayonu Barlı kəndində yerləşən sahibkarlıq obyektində təbii qazdan istifadə ilə əlaqədar ödənilməyən debitor borcuna görə həmin abonentin qaz təminatı dayandırılmışdır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən bağlanmış 22 sentyabr 2016-cı il tarixli ***-**-** nömrəli Müqavilənin tələblərinə görə paylayıcı İddiaçı istehlakçı Cavabdeh (VÖEN **********) məxsus Quba rayonu Barlı kəndində yerləşən sahibkarlıq obyektini (abonent kodu **********00008) müqavilə əsasında müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin etməli, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməlidir. Lakin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı Cavabdeh (VÖEN **********) məxsus Quba rayonu Barlı kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə hesablanmış 1433,1 manat məbləğində borc hal-hazıradək İddiaçınə ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir (ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh (VÖEN **********) Quba rayonu Barlı kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə 06 fevral 2023-cü il tarixinədək yaranmış 1433 (min dörd yüz otuz üç) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, paylayıcı (iddiaçı) İddiaçı hazırkı iddia ərizəsində məlum abonent saldosu əsasında istifadə edilmiş qaz sərfiyyatına görə istehlakçı (cavabdeh) Cavabdeh hesablanmış 1433,1 (min dörd yüz otuz üç manat 10 qəpik) manat məbləğində borcun hamısını deyil, “1433 (min dörd yüz otuz üç) manat hissəsinin tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının iddia tələbində göstərilən məbləğ üzrə, yəni “1433 (min dörd yüz otuz üç) manat borcun tutulması” üzrə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh (VÖEN **********) 06 fevral 2023-cü il tarixə Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə yaranmış 1433 (min dörd yüz otuz üç) manat məbləğində əsas borc iddiaçı “X1 xeyrinə tutulmalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı da “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh tutularaq iddiaçı “X2 ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 34,33 (otuz dörd manat 33 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 06 fevral 2023-cü il tarixə Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə yaranmış 1433 (min dörd yüz otuz üç) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1493 (min dörd yüz doxsan üç) manat məbləğində pul vəsaiti iddiaçı “X1 xeyrinə tutulsun . Cavabdeh dövlət nəfinə 34,33 (otuz dörd manat 33 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-357/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-357/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver