Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-607/2023 13.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2023-cü il tarixə istifadə olunmuş təbii qaza görə yaranmış 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində əsas borc və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 26069 (iyirmi altı min altmış doqquz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ İstehsalat Birliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus sahibkarlıq obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 06 ferval 2023-cü il tarixə Birliyə 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat borcu yaranmışdır. Məhkəmənin 05 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmasını xahiş etmiş və həmin tarixdə məhkəmə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunmasını qərara almışdır. Məhkəmənin 21 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X1 izahatında bildirmişdir ki, təbii qazdan istifadəyə görə Cavabdeh MMC-nin İddiaçınə 25869 manat məbləğində debitor borcu yarandığını, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyini bildirmişdir. Buna görə o, 25869 manat məbləğində borc və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 26069 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi X5 izahatında bildirmişdir ki, 03 iyun 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən istehsal sahəsində Cavabdeh MMC fəaliyyət göstərməyə başlamışdır. Cavabdeh fəaliyyət müddəti ərzində iddia ərizəsində qeyd olunan məbləğdə təbii qazdan istifadə etməmiş, lakin o, bunu sübuta yetirəcək heç bir sənəd təqdim edə bilmir. Məhkəmənin 21 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış 03 iyun 2020-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən istehsal sahəsini Cavabdeh icarəyə götürmüşdür. İcarə müddəti ərzində Cavabdehin təbii qazdan istifadə nəticəsində qaz sərfiyyatına görə 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbini etiraf etdiklərini qeyd etmişdir. İddiaçı nümayəndəsi X1 11 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək 13 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 mart 2019-ci il tarixli AMX-1604/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. İş materiallarında olan icarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarədar Cavabdeh arasında bağlanmış 03 iyun 2020-ci il tarixli 005 nömrəli icarə müqaviləsinə əsasən icarədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən istehsal sahəsini icarədarın istifadəsinə verməyi, icarədar isə həmin müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan abonentin saldosu ilə müəyyən olunur ki, 2021-ci ilin yanvar ayına istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00017) istifadə olunan təbii qaza görə 25868,01 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan “Qeyri-əhali sektoru üzrə təbii qaz verilişinin dayandırılması barədə” 29 yanvar 2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə borca görə istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahibkarlıq obyektinə təbii qazın verilişi dayandırılmışdır. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2020-ci il tarixli 005 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Xaçmaz rayonu, Qaraçı kəndi ərazisində yerləşən istehsal sahəsi Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Cavabdeh tərəfindən həmin istehsal sahəsində istifadə olunan təbii qaza görə yaranmış borc ödənilmədiyi üçün İddiaçı məhkəməyə müraciət edərək ondan 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddia tələbini etiraf etmiş, Cavabdeh icarə müddəti ərzində təbii qazdan istifadəyə görə 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində borcunun yarandığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdehndən (VÖEN **********) Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00017) 06 fevral 2023-cü il tarixə istifadə olunan təbii qaza görə yaranmış 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində borc tutularaq iddiaçı “X2 ödənilməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “X3 tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, Cavabdehndən 167,61 (yüz altmış yeddi manat 61 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN **********) Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00017) 06 fevral 2023-cü il tarixə istifadə olunan təbii qaza görə yaranmış 25869 (iyirmi beş min səkkiz yüz altmış doqquz) manat məbləğində borc və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 26069 (iyirmi altı min altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən dövlət nəfinə 167,61 (yüz altmış yeddi manat 61 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-607/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-607/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver