Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-364/2020 17.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1 oğlunun və X2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat 68 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı və cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən həmin iddia ərizəsinə dair e-2-2(119)-364/2020 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi və yazılı ərizə təqdim edilərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, xx xxxxxx 2020-ci ildə İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. X5 İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər: - “ 1. Cavabdeh: 1.1. Təbii qazdan istifadəyə görə Cavabdehin xx.xx.2017-ci il tarixədək İddiaçıya yaranmış 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manataltmış səkkiz qəpik) manat borcunu qəbul edir və qəbul etdiyi borc məbləğini aşağıdakı qaydada İddiaçının hesabına hissəhissə ödəməyi öhdəsinə götürür: 1.1.1. xx.xx.2020-ci il tarixindən etibarən xx.xx.2023-cü il tarixinədək, 36 (otuz altı) ay müddətində hər ay 1000 (bir min) manat olmaqla, ümumilikdə 36000 (otuz altı min) manat - birinci dövr; 1.1.2. Qalan 688450,68 (altı yüz səksən səkkiz min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat xx.xx.2023-cü il tarixdən etibarən 60 (altmış) ay müddətində hər ay 11 474,18 (on bir min dörd yüz yetmiş dörd manat on səkkiz qəpik) manat - ikinci dövr.
2. İddiaçı: 2.1. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat borcun Barışıq Sazişinin 1.1 -ci bəndinə uyğun olaraq hissə-hissə ödənilməsini qəbul edir. 2.2. Təbii qazdan istifadəyə görə yaranmış 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat borcun ödənilməsini yalnız X6ndə razılaşdırılmış qaydada tələb edir və digər qaydada ödəniş tələb etmək hüququ olmur. 2.3. Cavabdeh tərəfindən ödənilməli məbləğlərin digər şəxslər tərəfindən ödənilməsini qəbul edir.
3. X6 üzrə borcun ƏDV-siz məbləği İddiaçının aşağıdakı Bank hesabına ödənilir, ƏDV hissəsi isə qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir: Beneficiary Name (Alan müştərinin adi):AZERİQAZ İSTEHSALAT BİRLİYİ Beneficiary account (Alan müştərinin hesab nömrəsi, İBAN): AZ50İBAZ******************** Beneficiary Bank (Alan Bank): Azerigaz şöbəsi SWİFT Code (Alan Bankin SWİFT kodu): İBAZAZ2X Correspondent Account (Alan Bankın müxbir hesabı): AZ03NABZ******************** Bank Code (Alan Bankin kodu): 805153 Tax İD (Bankın VÖEN-İ): ********** Bankın ünvanı: ünvan 1 telefonları: ***-***-**-** Müştəri VÖEN-İ: **********
4. X7 nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Tərəflər qəti olaraq təsdiq edir və razılaşırlar ki, Cavabdeh tərəfindən ödənişlər X10nin 1.1-ci bəndinə uyğun aparılmadıqda, bu heç bir halda İddiaçıya borcun tam məbləğdə alınmasını tələb etmək hüququ və ya borcun tam alınması üçün məcburi icra tədbirlərinin aparılmasını şərtləndirmir. İstənilən məcburi icra tədbiri yalnız gecikdirilmiş aylıq ödəniş məbləğinin məcburi alınması həddində və həcmində aparıla bilər, heç bir halda 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat məbləğində borc məbləğinin hamısının alınmasınını özündə birləşdirə, ehtiva edə bilməz. X4 1.1.1. bəndi üzrə nəzərdə tutulan aylıq ödənişlərin (birinci dövr üçün) məcburi icrasının tələbi hüququ xx.xx.2021-ci ildə yaranır və əgər əvvəlki dövrdə aylıq ödənişlərdə gecikmələr yaranarsa bu gecikən aylıq məbləğlər xx.xx.2021-ci il tarixindən sonra məcburi qaydada alına bilər.
6. Azərbaycan Respublikası MM-nin 881.2-ci maddəsinə müvafiq olaraq X10nin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli, məlum olmayan və qeyri-müəyyən olmuş tələblərə, öhdəliklərə, hüquqlara və iddialara istinad edilməsi X10nə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız X7 təsbit edilənlər etibarlı olur. Hər hansı mübahisəyə və ya barışıq sazişinin bəndlərində göstərilən müddəaların başqa cür təfsir edilməsinə yol verilmir. Tərəflər razılaşırlar ki, bu günə qədər onlara məlum olmamış əlavə, başqa tələblərə və iddialara da X10 aid edilir və onlar X10 ilə tam əhatə və təmin edilmişdir.
7. Barışıq Sazişinin imzalanmasını nəzərə alaraq, İddiaçı və Cavabdeh məhkəmədən X10nin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
8. X10 Tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunur. X10 məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir”. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Məhkəmə, tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı «İddiaçı” İstehsalat Birliyinin cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “ 1. Cavabdeh: 1.1. Təbii qazdan istifadəyə görə Cavabdehin xx.xx.2017-ci il tarixədək İddiaçıya yaranmış 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manataltmış səkkiz qəpik) manat borcunu qəbul edir və qəbul etdiyi borc məbləğini aşağıdakı qaydada İddiaçının hesabına hissə-hissə ödəməyi öhdəsinə götürür: 1.1.1. xx.xx.2020-ci il tarixindən etibarən xx.xx.2023-cü il tarixinədək, 36 (otuz altı) ay müddətində hər ay 1000 (bir min) manat olmaqla, ümumilikdə 36000 (otuz altı min) manat - birinci dövr; 1.1.2. Qalan 688450,68 (altı yüz səksən səkkiz min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat xx.xx.2023-cü il tarixdən etibarən 60 (altmış) ay müddətində hər ay 11 474,18 (on bir min dörd yüz yetmiş dörd manat on səkkiz qəpik) manat - ikinci dövr.
2. İddiaçı: 2.1. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat borcun Barışıq Sazişinin 1.1 -ci bəndinə uyğun olaraq hissə-hissə ödənilməsini qəbul edir. 2.2. Təbii qazdan istifadəyə görə yaranmış 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat borcun ödənilməsini yalnız X6ndə razılaşdırılmış qaydada tələb edir və digər qaydada ödəniş tələb etmək hüququ olmur. 2.3. Cavabdeh tərəfindən ödənilməli məbləğlərin digər şəxslər tərəfindən ödənilməsini qəbul edir.
3. X6 üzrə borcun ƏDV-siz məbləği İddiaçının aşağıdakı Bank hesabına ödənilir, ƏDV hissəsi isə qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir: Beneficiary Name (Alan müştərinin adi):AZERİQAZ İSTEHSALAT BİRLİYİ Beneficiary account (Alan müştərinin hesab nömrəsi, İBAN): AZ50İBAZ******************** Beneficiary Bank (Alan Bank): Azerigaz şöbəsi SWİFT Code (Alan Bankin SWİFT kodu):İBAZAZ2X Correspondent Account (Alan Bankın müxbir hesabı): AZ03NABZ******************** Bank Code (Alan Bankin kodu): 805153 Tax İD (Bankın VÖEN-İ): ********** Bankın ünvanı: ünvan 2 telefonları: 012496-44-60 Müştəri VÖEN-İ: **********
4. X7 nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Tərəflər qəti olaraq təsdiq edir və razılaşırlar ki, Cavabdeh tərəfindən ödənişlər X10nin 1.1-ci bəndinə uyğun aparılmadıqda, bu heç bir halda İddiaçıya borcun tam məbləğdə alınmasını tələb etmək hüququ və ya borcun tam alınması üçün məcburi icra tədbirlərinin aparılmasını şərtləndirmir. İstənilən məcburi icra tədbiri yalnız gecikdirilmiş aylıq ödəniş məbləğinin məcburi alınması həddində və həcmində aparıla bilər, heç bir halda 724450,68 (yeddi yüz iyirmi dörd min dörd yüz əlli manat altmış səkkiz qəpik) manat məbləğində borc məbləğinin hamısının alınmasınını özündə birləşdirə, ehtiva edə bilməz. X4 1.1.1. bəndi üzrə nəzərdə tutulan aylıq ödənişlərin (birinci dövr üçün) məcburi icrasının tələbi hüququ xx.xx.2021-ci ildə yaranır və əgər əvvəlki dövrdə aylıq ödənişlərdə gecikmələr yaranarsa bu gecikən aylıq məbləğlər xx.xx.2021-ci il tarixindən sonra məcburi qaydada alına bilər.
6. Azərbaycan Respublikası MM-nin 881.2-ci maddəsinə müvafiq olaraq X10nin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli, məlum olmayan və qeyri-müəyyən olmuş tələblərə, öhdəliklərə, hüquqlara və iddialara istinad edilməsi X10nə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız X7 təsbit edilənlər etibarlı olur. Hər hansı mübahisəyə və ya barışıq sazişinin bəndlərində göstərilən müddəaların başqa cür təfsir edilməsinə yol verilmir. Tərəflər razılaşırlar ki, bu günə qədər onlara məlum olmamış əlavə, başqa tələblərə və iddialara da X10 aid edilir və onlar X10 ilə tam əhatə və təmin edilmişdir”. Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Zülfüqar Sadiqov