Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-416/2020 21.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, iddiaçı “İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X3 İdarəsinin iddiaçıya məxsus **********00000 saylı kod üzərinə yazdıqları 11721,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “Əli” Ticarət Mərkəzi uzun müddətdir **********0000 kodu əsasında qazdan istifadə edir və istifadə edilən mavi yanacağın dəyəri daim ödənilir. 2017-ci ilin dekabr ayının 19-u “Azərqaz” İB-nin Xaçmaz X3 İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları “Əli” Ticarət Mərkəzinə gələrək, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edərək G-16 markalı 29466857 nömrəli sayğacı xəttən ayıraraq aparmışlar. 2017-ci ilin dekabr ayı üçün Ticarət Mərkəzinə verilən qaz xəttini bərpa etmək məqsədilə Quba XSnin rəhbərliyi ilə bir aylıq normativ hesabatın aparılması üçün onların diktə etdiyi sərfiyyat üzrə ödənişin edilməsi məqsədilə razılaşma əldə edilmişdir. Lakin, yoxlamaya göndərilən sayğac Nazirlər Kabinetinin 80 saylı “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsində qeyd olunduğu 15 gün müddətinə deyil, 2018-ci ilin yanvar ayının 18-də Dövlət yoxlamasından keçirilmiş və yoxlamanın keçirilməsi ilə əlaqədar istehlakçı tərəfə heç bir məlumat verilməmişdir. 2018-ci ilin fevral ayının 5-i isə istehlakçıya Cavabdeh İB-nin 29/1640-03147 saylı bildirişi təqdim edilmişdir. Cavabdeh tərəfindən sayğacsız dövr üçün, yəni 2018-ci ilin birinci rübü üzrə 24120 kub/metr (24120 kub/m x 0,2 AZN = 4824 AZN) qaz sərfi hesablanmış və akt tərtib edilmişdir. İddiaçının bu aktın tərtib olunmasından və kimlər tərəfindən imzalanmasından xəbəri olmamışdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS vaxtaşırı bütün rayon üzrə qaz təchizatının dayandırmalı olduğu halda metodik hesabat dövrünü günə-gün nəzərə alaraq qaz sərfi hesablamışlar. Bu da o deməkdir ki, Cavabdeh apardığı hesabatların heç bir hüquqi əsası yoxdur. xx xxxxxxx 2018-ci il tarixində Cavabdeh İB tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək, iddiaçının hesabına 6897,60 manat məbləğində təbii qazın dəyəri işlənilmişdir. Beləliklə də, aktlar əsasında iddiaçıya ümumilikdə 11721,60 manat məbləğində borc hesablanmışdır. Yuxarıda qeyd olunan borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2- 2(085)-490/2018 saylı qətnaməsi ilə Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 11721,60 manat borcun silinməsi qət edilmişdir. Lakin, həmin qətnamədən cavabdeh təşkilat tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(105)-43/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(85)-490/2018 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra yenidən borcun silinməsi xahişi ilə Cavabdeh İB-nə müraciət olunsa da, həmin müraciət təmin olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsində qeyri-əhalı (kommersiya) abonenti kimi qeydiyyatdadır və “Əli” Ticarət Mərkəzində təbii qazdan istifadə etməklə əhalinin ticarətlə məşqulluğunu təşkil edir. 2017ci ilin noyabr ayında İddiaçı Quba Xidmət Sahəsinə müraciət edərək qaz sayğacının qazı buraxmadığını bildirmiş (İddiaçı öz ərizəsində etiraf edir) və buna görə də, onun G-16 markalı 29466857 №-li sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulmuş qaz sayğacı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinin 5-ci hissəsinə əsasən sənaye qaz qurğusu dedikdə, ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür) açılaraq növbədənkənar Dövlət yoxlamasından keçirilməsi üçün İTRİ-nin laboratoriyasına göndərilmişdir (xx.xx.2017-ci il tarixli 01- GH/ll-SQ-963 saylı məktub və sayğacın çıxarılması haqqında xx.xx.2017-ci il tarixli ******* №-li akt əlavə olunur). Həmin sayğacın işlək qabiliyyəti bərpa edilənədək və ya yeni sayğac quraşdırılanadək obyektə təbii qazın qazişlədici cihazların saatlıq qaz sərfiyyatı normativlərinə uyğun hesablanaraq dəyərinin ödəniləcəyi barədə İddiaçı ərizəsinə əsasən razılıq əldə edilmiş və ticarət mərkəzinin qaz təchizatı dəmir ötürücüdən istifadə etməklə bərpa edilmişdir (İddiaçı ərizəsi və Quba XS-nin xx.xx.2017-ci il tarixli, Ö1-GH/**-TQ-*** saylı məktubu əlavə edilir). Normativlərə uyğun olaraq abonent üçün dekabr ayında istehlak etdiyi təbii qaza görə 1661,60 manat məbləğində qaz sərfi hesablanmış, lakin abonent həmin məbləğin 1060 manatını ödəmişdir. 2018-ci ilin yanvar ayı üçün də sayğacsız qaz istifadəsinə görə abonent üçün 1661,60 manat qaz sərfi hesablanmış, lakin abonent həmin məbləğin 660 manatını ödəmişdir (Ticarət Mərkəzinin nümayəndəsi X2 RQİİ-yə müraciəti əlavə olunur). xx.xx.2018-ci il tarixində İTRİ-nin G-16 markalı 29466857 №-li sayğacın istifadəyə yararsızlığı barədə xx.xx.2018-ci il tarixli 29/1640-03147 saylı rəyi Ticarət Mərkəzinin nümayəndəsinə təqdim edilmiş və obyekt üçün yeni sayğac alınmasının zəruriliyi ona bildirilmişdir (“Qazdan istifadə Qaydaları”nın 4.2ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir). "Qazdan istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 2018-ci ilin fevral ayı üçün də sayğacsız qaz istifadəsinə görə abonent üçün 1500,80 manat qaz sərfi hesablanmış olsa da, abonent həmin məbləğin 160 manatını ödəmişdir. Lakin, yenə də İddiaçı özünə məxsus obyekt üçün sayğac almamış və 2018-ci ilin mart ayında sayğacsız qaz istifadəsinə görə abonent üçün hesablanmış 1661,60 manat qaz sərfinə görə borcu ödəməmişdir. Buna görə də, Abonentin qaz təchizatı xx xxxx 2018-ci ildə Qaydaların 6.1.4. bəndinə əsasən kəsilmiş və 6.7-ci bəndinin tələblərinə riayət etməklə sənədləşdirilmişdir (74 №-li kəsim aktı əlavə edilir). İddia ərizəsində göstərilən 2018-ci ilin 1-ci rübü uçun hesablanmış 24120 m3 və ya 4824 manat qaz sərfi məbləği - yanvar ayı üçün 8308 m3 (1661,60 manat), fevral ayı üçün 7504 m3 (1500,80 manat) və mart ayı üçün isə 8308 m3 (1661,60 manat) cəmindən ibarətdir. Bu hesablamaların qanuni (Qaydaların 5.4-ci bəndinə əsasən) olduğunu və abonentin özünün razılığı ilə (Ərizəsinə əsasən) yerinə yetirildiyi cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə sübut olunur. 2018-ci ilin mart ayından sonra abonent İddiaçı “Əli” Ticarət Mərkəzi üçün sayğac alınmasının zəruri olduğu dəfələrlə bildirilməsinə baxmayaraq sayğac alınmamış və Abonent sayğacdan kənar xətt vasitəsi ilə, qanunsuz yolla qaz şəbəkəsinə qoşulmaqla təbii qazdan istifadə edilməsinə üstünlük vermişdir. Belə ki, xx xxxxxxx 2018-ci ildə Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsinin işçiləri qaz xətlərinə baxış keçirən zaman “Əli” Ticarət Mərkəzinə gedən qaz xəttinin balans mənbəyində rezin boru ilə qoşulduğunu aşkar etmişlər. Qaz xəttinə qanunsuz qoşulma halının fotoşəkilləri çəkilmiş və obyektin sahibi həmin yerə dəvət olunmuşdur. Bununla əlaqədar Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və qaz işlədici cihazların saatlıq qaz sərfıyyatı nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün 34488 m3 qaz sərfi və ya 6897,60 manat məbləğində ziyan hesablanaraq abonent saldosuna işlənilmişdir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə“ müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞnin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən aydın olur ki, İddiaçı iddia tələbi qanuna, sübut və dəlillərə əsaslanmır və iddiaçı tərəfin mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirlərdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və Cavabdeh Xaçmaz X3 İdarəsinin iddiaçıya məxsus **********00000 saylı kod üzərinə hesablanmış 11721,60 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş Etirazda yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün 11721,60 manat məbləğində borcun silinməsi barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba şəhərinin 223-cü Atıcı Divizya küçəsində yerləşən iddiaçı (istehlakçı) İddiaçı (VÖEN **********) məxsus “Əli” Ticarət Mərkəzi (abonent kodu: **********00000) “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın aiqı-satqısına dair” bağlanmış Müqavilə əsasında cavabdeh (paylayıcı) Cavabdeh tərəfindən təbii qazla təmin olunmuş və istehlak olunan təbii qazın hesabatı quraşdırılmış qaz sayğacı vasitəsi ilə aparılmışdır. Lakin, həmin sahibkarlıq obyektinə quraşdırılmış qaz sayğacı yaranmış texniki nasazlıqla əlaqədar İstehlakçının müraciəti əsasında xx xxxxxx 2017-ci ildə növbədənkənar Dövlət yoxlamasından keçirilməsi üçün çıxarılmış (xx xxxxxx 2017-ci il tarixli ******* №-li akt) və bundan sonra tərəflər yeni sayğac quraşdırılanadək təbii qazla təchizatın hesabatının qazişlədici cihazların saatlıq qaz sərfiyyatı normativlərinə uyğun hesablanaraq dəyərinin ödənilməsi barədə razılığa gəlmiş olduqlarından, İstehlakçıya (iddiaçıya) məxsus “Əli” Ticarət Mərkəzinin təbii qazla təchizatı bərpa edilmişdir. Həmin sayğacın istifadəyə yararsızlığı barədə tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli rəy İstehlakçıya təqdim edilərək, obyekt üçün yeni sayğac alınmasının zəruriliyi bildirilsə də, sonuncu tərəfindən obyektin sayğacla təchiz edilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Həmin sahibkarlıq obyektində sayğac olmayan dövrdə istehlak edilən təbii qazın hesabatı ilə əlaqədar Cavabdeh tərəfindən xx xxxxxx 2018-ci ildə, xx xxxxxx 2018-ci ildə və xx xxxx 2018-ci ildə tərtib edilmiş Aktlar əsasında qaz sərfiyyatının miqdarı müəyyən edilərək, ödənilməsi üçün müvafiq sənədlər İstehlakçıya təqdim olunmuşdur. Həmin Aktlardan görünür ki, İstehlakçıya məxsus sahibkarlıq obyektində sayğac olmayan dövrdə qaz sərfi 2018-ci ilin yanvar ayı üçün 1661,60 manat (8308 m3) (xx xxxxxx 2018-ci il tarixli 01 saylı Akt), 2018ci ilin fevral ayı üçün 1500,80 manat (7504 m3) (xx xxxxxx 2018-ci il tarixli 11 saylı Akt) və 2018-ci ilin mart ayı üçün isə 1661,60 manat (8308 m3) (xx xxxx 2018-ci il tarixli 23 saylı Akt) olmaqla, cəmi 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat miqdarında olmuşdur (hər üç Aktda məlum obyektdə bir ədəd PQ-4, bir ədəd istilik qazanı və bir ədəd PQ-2 qaz cihazlarının olduğu qeyd edilmişdir). Lakin, qeyd olunan həmin sərfiyyatın dəyəri İstehlakçı tərəfindən lazımi qaydada ödənilmədiyinə görə İstehlakçıya məxsus həmin sahibkarlıq obyektinin təbii qazla təchizatı dayandırılmışdır (xx xxxx 2018-ci il tarixli 74 nömrəli Akt). Çünki, məlum Aktlar üzrə hesablanmış borclardan, yəni 2018-ci ilin yanvar ayı üçün hesablanmış 1661,60 manat borcdan yalnız 660 manat və 2018-ci ilin fevral ayı üçün hesablanmış 1500,80 manat borcdan yalnız 160 manat ödənilmiş olsa da, 2018-ci ilin mart ayı üçün hesablanmış 1661,60 manat borcdan heç bir ödəniş edilməmişdir. xx xxxxxxx 2018-ci ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılarkən həmin obyektin sayğacsız olaraq rezin boru vasitəsi ilə qaz xəttinə qanunsuz olaraq qoşulduğu aşkar edilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Aktda məlum sahibkarlıq obyektində bir ədəd PQ-3, iki ədəd PQ-4, iki ədəd Kürə, bir ədəd Samovar tipli su qızdırıcısı və bir ədəd PQ-2 qaz cihazlarından istifadə edildiyi göstərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli Aktda göstərilən sayğacsız olaraq rezin boru vasitəsi ilə qaz xəttinə qanunsuz qoşulmaya görə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində qaz sərfiyyatı ilə əlaqədar hesabat aparılmış və həmin hesabatdan görünür ki, İstehlakçıya məxsus sahibkarlıq obyektində olan qaz işlədicilərindən: - PQ-3 qaz cihazının maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün; PQ-4 qaz cihazının maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün; Kürənin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 16 saat və hesabat müddəti 180 gün; Samovarın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün; PQ-2 qaz cihazının maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün olmaqla, ümumilikdə qaz sərfinin miqdarı 34488 m3 (6897,60 manat) həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş xx xxxxxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin hesabına 2018-cu ilin oktyabr ayında birdəfəlik 6897,60 (altı min səkkiz yüz doxsan yeddi manat 60 qəpik) manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə silinməsini tələb etdiyi 11721,60 manat məbləğində borca xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli Akta əsasən hesablanmış 6897,60 manat miqdarında əlavə sərfiyyat məbləği və qaz sayğacının olmadığı dövrə aid olan 2018-ci ilin yanvar, fevral və mart aylarında təbii qazla təchiz edilməsi ilə əlaqədar hesabatın aparıldığı xx xxxxxx 2018-ci il tarixli 01 saylı Akta, xx xxxxxx 2018-ci il tarixli 11 saylı Akta və xx xxxx 2018-ci il tarixli 23 saylı Akta əsasən hesablanmış cəmi 4824 manat miqdarında sərfiyyat məbləği daxildir. Qeyd etmək lazımdır ki, xx xxxxxx 2018-ci il tarixli 01 saylı Akta əsasən 2018-ci ilin yanvar ayı üçün hesablanış 1661,60 manat borcdan 660 manat, xx xxxxxx 2018-ci il tarixli 11 saylı Akta əsasən 2018-ci ilin fevral ayı üçün hesablanmış 1500,80 manat borcdan isə 160 manat ödənilmişdir. Yəni, məlum Aktlar mübahisələndirilməmiş və həmin Aktlar üzrə ümumi sərfiyyat olaraq hesablanmış cəmi 4824 manat məbləğində borcun cəmi 820 (səkkiz yüz iyirmi) manat hissəsi iddiaçı (istehlakçı) tərəfindən cavabdehin (təchizatçının) hesabına ödənilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinin 5-ci bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 01 saylı, xx xxxxxx 2018-ci il tarixli 11 saylı və xx xxxx 2018-ci il tarixli 23 saylı Aktlarda təbii qazla təchiz edilmiş İstehlakçıya məxsus sahibkarlıq obyektində bir ədəd PQ-4, bir ədəd istilik qazanı və bir ədəd PQ-2 qaz cihazlarının olduğu qeyd edilməsinə baxmayaraq, xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda bir ədəd PQ-3, iki ədəd PQ-4, iki ədəd Kürə, bir ədəd Samovar tipli su qızdırıcısı və bir ədəd PQ-2 qaz cihazlarından istifadə edildiyi göstərilmiş və qanunsuz qoşulma ilə əlaqədar 180 gün müddətinə həmin qaz cihazlarına görə 6897,60 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Lakin, məhkəmə araşdırması zamanı cavabdehin əməkdaşları tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasi Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada texniki baxışın keçirilməsi və eləcə də, qanunsuz qoşulma müddətinin 180 gün olması və qanunsuz qoşulma ilə 180 gün ərzində Aktda qeyd olunan cihazlar vasitəsi ilə təbii qazdan istifadə edilməsi mötəbər sübutlar əsasında müəyyən olunmamışdır. Halbuki, xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli Aktda qeyd olunan halların aşkar edilməsi məqsədi ilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasi Qanununun 3-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulan qaydada baxış keçirilməli idi. Eyni zamanda, qeyd etmək lazımdır ki, xx xxxxxx 2018-ci il tarixli 01 saylı Akta, xx xxxxxx 2018-ci il tarixli 11 saylı Akta və xx xxxx 2018-ci il tarixli 23 saylı Akta əsasən hesablanmış cəmi 4824 manat miqdarında sərfiyyatın “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın aiqı-satqısına dair” Müqavilənin tələblərinə uyğun hesablanması və iddiaçı tərəfindən həmin sərfiyyat məbləği ilə əlaqədar müvafiq etirafedici hərəkətlər edilərək, cəmi 820 manat məbləğində borcun ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, “11721,60 manat məbləğində borcun silinməsi” barədə iddia tələbi qismən - yəni, Cavabdeh tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********00000) xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış 6897,60 manat məbləğində borcun silinməsi hissəsində - əsaslı olsa da, qalan hissədə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********00000) hesablanmış 6897,60 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********00000) hesablanmış 6897,60 (altı min səkkiz yüz doxsan yeddi manat 60 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-416/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-416/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver