Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-447/2020 18.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçıin nümayəndəsi X6, Cavabdeh X4, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AKX-2/26 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə R.Məmmədovun rəhbərlik etdiyi obyekt İddiaçıİB tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00000). İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik qoyulmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı aktda sayğacda qeyd olunan nöqsan “M1:4.00m3, M2:6300.00 m3, obyekdə sayğacdan kənar qaz xəttindən istifadə olunur, sayğaca vizual baxış keçirildi, klapan bağlıdır, sərfiyyat 4,6 m3”, yazılmışdır. Sumqayıt QİS-nin işçiləri tərəfindən təbii qaz sayğacına baxış keçirilmiş, yerində xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “Obyekydə sayğacdan kənar qaz xətti qoşulub, istifadə olunur” yazılmışdır. İddiaçı İB-nin nümayəndələri tərəfindən həmin obyektə baxış keçirilmiş, istifadə olunan avadanlıqların siyahısı tutularaq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli aktla qaz işlədicilərinin PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, restoran tipli QSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 10692m3 x 0,20=2138,40 (iki min yüz otuz səkkiz manat qırx qəpik) manat cərimə hesablanmışdır.X8 müqavilə öhdəliklərinə əməl etməmiş, təbii qazın dəyərini tam ödəməmiş və nəticədə xx.xx.2019-cu il tarixə İddiaçı İB-nin X12 Sahəsinə 2138,40 (iki min yüz otuz səkkiz manat 40 qəp.) manat borcu yaranmışdır. X8 tərəfindən, ümumilikdə, xx.xx.2019-cu il tarixə İddiaçı İB-nin X12 Sahəsinə 2138,40 (iki min yüz otuz səkkiz manat qırx qəpik) manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmuş və sonuncu dəfə xx.xx.2020-ci il tarixli, 01/EH-05-519 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdeh X2 2.138,40 (iki min bir yüz otuz səkkiz manat, qırx qəpik) manat məbləğində maddi zərərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********9955001922) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X10 iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Sumqayıt QİS-nin əməkdaşları obyektə baxış keçirərək qeyri-qanuni qoşulmanın şahidi olaraq akt tərtib ediblər. Cavabdehin əlavə kənar xəttə qoşulması ilə bağlı iş üzrə əllərində fotoşəkillər var. İddiaçının nümayəndəsiiddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, sayğac smart tipli G-4 markalıdır və bu vaxta kimi kommunal xidmətlərlə bağlı ödəmələrdə heç bir problemi meydana çıxmamışdır. Onun xəbəri olmadan İddiaçıİB-nin əməkdaşları obyektə gələrək ******* saylı xx.xx.2019-cu il tarixli akt tərtib etmiş və obyektin ərazisində yoxlama aparan zaman guya qeyri-qanuni xətt aşkar edib və şəklini çəkiblər. Bu akt əsasında ona 2.138,40 manat dəymiş maddi zərər hesablanmışdır. Həmin cərimənin heç bir hüquqi əsası yoxdur. Sayğacda heç bir problem yoxdur, vaxtlı-vaxtında haqqını ödədiyi qazdan da səmərəli istifadə edir və bu faktı bu illər ərzində ödədiyi məbləğlər də təsdiq edir. Sonradan cavabdehə göstərilən şəkildə qeyri-qanuni qoşulmaya aid heç bir fakt görməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununu 3.2-ci maddəsinə əsasən bu, onun əsasında qəbul edilmiş digər normativ aktların tələblərin pozulması ilə, o cümlədən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüququ nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrində qeydiyyata alındıqdan sonra həyata keçrilə bilər. İddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, iddiaçı cavabdehə məxsus obyektdə yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Məhkəmədə cavabdeh X8 iddianı qəbul etməyərək bildirmişdir ki, obyekt 38-39 kv. metrlik çayxana tipli kafedir. Orda sadəcə çay qaynadıb qızdırmaq üçün qazdan istifadə edilir. Kafedə istifadə olunan məişət əşyasının biri qazla, digəri isə elektrik enerjisi ilə işləyir. Həmçinin, iddiaçının təqdim etdiyi fotoşəkildəki görüntü onun ərazisinə aid deyil. Qeyri-qanuni qoşulma yoxdur. Cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək bildirmişdir ki, sayğacı yoxlamağa gələn nümayəndənin əlində dövlət reyestrindən çıxarış olmalı, vətəndaşa xəbərdarlıq edilməli idi. Tərəfin heç xəbəri də olmayıb. Əraziyə yerli baxış keçirdikdə müəyyən olunmuşdur ki, əgər qanunsuz qoşulma olsaydı, sayğac və onun çəkildiyi bu borular bir-birindən seçilərdi və fərqli olardı. Həmçinin, görünür ki, bütün boruların paslanması belə eynidir və biri-birindən fərqlənmir. Əraziyə baxan usta da, boruların vəziyyətinin dəyişmədiyini qeyd etmişdi. Abonentin saldosunda əksini tapan ödənişlərə nəzər salınanda görünür ki, aylar üzrə ödənişlərdə nəzərə çarpacaq qədər fərqlər yoxdur. Göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan «İddiaçı” İB ilə X8 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, obyektdə sayğacdan kənar qaz xətti qoşulması aşkar olunmuşdur. Məhkəmə tərəflərin iştirakı ilə ünvan 1 ünvanında yerləşən mübahisəli sayğaca yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus çayxana kimi fəaliyyət göstərən kafenin arxa hissəsində köhnə paslanmış borularla çəkilmiş sayğac yerləşdirilib. Hər-hansı qanunsuz qoşulma izləri aşkar olunmamışdır. Yerli baxış zamanı şahid qismində dindirilən İddiaçı İB-də ərazi üzrə usta vəzifəsində çalışan X5 izahat verərək bildirmişdir ki, 2-3 ildir bu əraziyə nəzarət edir. Qaz xətlərini əvvəl necə görmüşdürsə, o vəziyyətdədir. Həmçinin şahid qanunsuz qoşulma olduğunu təsdiq etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "İddiaçı" İB-nin istehlakçı ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli,AKX-2/26 nömrəli istehlak müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən obyektə sayğac quraşdırılmış, Sumqayıt QİS-nin işçiləri tərəfindən obyektə baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilərək, bununla bağlı xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Akta əsasən cavabdeh X72.138,40 manat cərimə hesablanmışdır. Lakin, iş materiallarından görünür ki, mübahisələndirilən aktın tərtib edildiyi yoxlamanın aparılması üçün reyestrdə qeydiyyatı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Belə ki, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin: 1.4-cü bəndinin tələbinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.6-cı maddəsinə görə, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Həmin Qanunun: 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda İddiaçı İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, İddiaçı İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, mübahisəli sayğaca yerli baxış keçirilən zaman hər-hansı qanunsuz qoşulma izləri aşkar olunmamışdır. İş üzrə şahid qismində çağırılan İddiaçı İB-də ərazi üzrə usta vəzifəsində çalışan Z.Məmmədov qaz xətlərinin vəziyyətinin dəyişmədiyini, bir neçə il əvvəl hansı vəziyyətdə görmüşdürsə, o vəziyyətdə olduğunu qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, bir neçə illər ərzində cavabdehin qaz sərfiyyatı arasında nəzərə çarpacaq qədər fərqlər yoxdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə hazırkı iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-447/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-447/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver