Məhkəmə qərarları › İş №e-2-2(119)-448/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-448/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-448/2020 14.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X23 qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X17 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 1016,97 manat məbləğində debitor borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1047,37 (min qırx yeddi manat 37 qəpik) manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, təchizatçı İddiaçı ilə X14 Nadir oğlu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 770527-02-16 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə sahibkarlıq obyekti (abonent kodu: **********00000) İddiaçı İB tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə tərəfin üzərinə öhdəlik qoyulmuşdur. ARDNŞ-nın xx.xx.2004-cü il tarixli 20 saylı əmri ilə borcla əlaqədar Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı tərtib olunmuşdur. Lakin, X14 Nadir oğlu müqavilə öhdəliklərinə əməl etməyərək, təbii qazın dəyərini tam ödəməmiş və onun xx xxx 2020-ci il tarixə İddiaçı İB-nin X20 Sahəsinə 1016,97 manat debitor borcu yaranmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış və istehlak edilmiş qaza görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, Müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə borc tam ödənilməlidir. “Təchizatçı”nın “İstehlakçı”ya verdiyi qazın dəyəri göstərilən müddət ərzində tam ödənilmədiyi təqdirdə, 5 (beş) gün əvvəl xəbərdarlıq etməklə qaz təminatı dayandırılır. Təbii qazın dəyəri və qaz təchizatının bərpa olunması xərcləri “İstehlakçı” tərəfindən tam ödənildikdən sonra qaz təchizatı bərpa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxsə olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif maddələrinin məzmunu qeyd olunur). X1 “Orbita” kafesi tərəfindən 1016,97 (min on altı manat 97 qəpik) manat məbləğində debitor borcun ödənilməsi barədə xx xxxx 2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edilmişdir. Məhkəmə prosesi zamanı cavabdeh X17 tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, onunla iddiaçı arasında “Orbita” mebel mağazasına xx xxxxxx 2016-cı ildə təbii qazın verilməsinə görə müqavilə bağlanmamışdır. Həmin vaxt onun “VÖEN: **********”-i bağlı olmuşdur və o, heç bir sahibkarlıq fəaliyyəti göstərməmişdir. VÖEN isə öz fəaliyyətini itirmişdir. Bunu 2 saylı X9 verdiyi arayış təsdiq edir. Beləki, həmin obyektə görə “icarəyə verən” qismində çıxış edən X11 xx xxxxxx 2015ci ildə obyekti X2 icarəyə vermiş və tərəfər arasında həmin tarixdə “İcarə müqaviləsi” bağlanmışdır. xx xxxxx 2019-cu ildə isə obyektin sahibləri X11 və X12 birlikdə ünvan 1 ünvanında yerləşən həmin daşınmaz əmlakı X5 xx xxxxx 2020-ci il tarixinədək icarəyə vermişdir və bu barədə tərəflər arasında xx xxxxx 2019-cu ildə bir il müddətinə müqavilə bağlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən ona qarşı yönələn iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 1016,97 manat məbləğində debitor borcu və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1047,37 manat məbləğində pulun cavabdeh X4 məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı digər nümayəndəsi X18 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 1016,97 manat məbləğində debitor borcu və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1047,37 manat məbləğində pulun cavabdeh X4 məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh X17 izahatında iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etirazında göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı tərəfindən ona qarşı verilmiş “1016,97 manat məbləğində debitor borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1047,37 manat məbləğində pulun ondan tutularaq İddiaçınə ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və bu mövqeyini – təbii qazdan istifadə edilən Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən sahibkarlıq obyektinin, yəni “Orbita” mebel mağazasının ona məxsus olmaması, həmin obyektdə qaz istifadəsinə dair onun adından bağlanmış xx xxxxxx 2016-cı il tarixli təbii qazın verilməsinə görə müqavilədə və üzləşmə aktındakı imzaların ona aid olmaması və 2015-ci ildən həmin obyektin başqa şəxslərin icarəsində olması ilə əsaslandırmışdı. Lakin, cavabdeh X17 xx xxxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh X7 iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclaslarında vermiş olduqları izahatları, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, abonent olaraq (abonent kodu: **********00000) “Orbita” kafesinin adına tərtib edilmiş Abonentin Saldoları ilə müəyyən olunur ki, Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində yerləşən “Orbita” kafesində xx xxxxxxx 2016-cı il tarixdə quraşdırılmış “Elster G-4T DİAFRAQMA” tipli 05016253 nömrəli hesabat sayğacı əsasında təbii qazdan istifadə olunur və xx xxxxxxxx 2020-ci il tarixinə həmin sayğac üzrə borc 1016,97 manat məbləğində, xx xxxxxxx 2020-ci il tarixinə isə həmin sayğac üzrə borc 899,97 manat məbləğindədir. İş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısına dair” bağlanmış xx xxxxxx 2016-cı il tarixli 770527-02-16 nömrəli Müqavilənin kserosurətindən görünür ki, həmin Müqaviləyə əsasən “paylayıcı” İddiaçı tərəfindən Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində yerləşən X1 məxsus “Orbita” kafesi təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı C-4 tipli qaz sayğacı vasitəsi ilə aparılır. Proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində yerləşən sahibkarlıq obyekti, yəni iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə görə abonent kodu: **********00000 olan “Orbita” kafesi (cavabdeh tərəfin Etiraz və izahatına görə “Orbita” mebel mağazası) X6 və X8 məxsus olmaqla, xx xxxxxx 2015-ci ildə icarəçi X2, xx xxxxx 2019-cu ildə isə icarəçi X5 icarəyə verilmişdir. İddia ərizəsində tələbin əsaslandırıldığı sənədlərdən biri kimi qeyd edilib, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş xx xxxxxx 2018-ci il tarixinə qalıq borcun müəyyən edildiyi Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə Aktında abonent kimi göstərilmiş “Orbita” kafesinə aid imza qrafası fərdi sahibkar X5 məxsus möhürlə təsdiq edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş X15 şəhəri X16 verilmiş xx xxxxxxxx 2020-ci il tarixli yazılı İltizamından və “Milliön” elektron ödəmə sisteminə aid xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, “Orbita” kafesinə (abonent kodu: **********00000) hesablanmış 1017 manat borcdan xx xxxxxxxx 2020-ci ildə 117 manat hissəsi həmin obyektin sahibi kimi qeyd olunan Əliyev Nadir tərəfindən ödənilmiş və sonuncu qalan 899,97 manat məbləğində borcun hissə-hissə ödənilməsinə dair İddiaçı qarşısında öhdəlik götürmüşdür. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, təbii qazdan istifadə ilə əlaqədar yaranmış borcun aid edildiyi və sənədlərdə “Orbita” kafesi kimi qeyd olunmuş qeyriyaşayış sahəsi X6 və X8 məxsus olmaqla, xx xxxxxx 2015-ci ildə icarəçi X2, xx xxxxx 2019-cu ildə isə icarəçi X5 icarəyə verilmişdir. Borcun tələb edilməsi ilə əlaqədar sübut kimi iddiaçı tərəfin təqdim etdiyi Abonent saldosunda, Üzləşdirmə Aktında, borcun ödənilməsi üzrə İltizamda və digər hər hansı bir sənəddə hazırkı iş üzrə cavabdeh qismində göstərilən X7 adı qeyd edilməmişdir. İddiaçı tərəfindən istehlakçı kimi X7 adına tərtib edilmiş “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısına dair” bağlanmış xx xxxxxx 2016-cı il tarixli 770527-02-16 nömrəli Müqavilənin kserosurəti məhkəməyə təqdim edilmiş olsa da, məhkəmə iclasında cavabdeh X17 həmin Müqavilədə ona aid edilən imzanın onun tərəfindən çəkilmədiyini bildirmişdir. Lakin, iddiaçı tərəf həmin Müqavilənin əslini məhkəməyə təqdim edərək, cavabdehin bu sənədlə bağlı etirazının əsaslılığının yoxlanılması üçün müvafiq imkan yaratmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi bilavasitə İddiaçı üzərinə düşürdü. Eləcə də, iddiaçının təqdim etdiyi Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə Aktı isə Abonent olaraq fərdi sahibkar X5 məxsus möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbisübutedilməliidi. Lakin, Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində yerləşən “Orbita” kafesinin (abonent kodu: **********00000) fəaliyyətinə (Abonent saldosunda abonent-istehlakçı olaraq X17 deyil, “Orbita” kafesi göstərilmişdir) və həmin sahibkarlıq obyektində təbii qazdan istifadəyə görə yaranmış borca cavabdeh X7 hər hansı bir aidiyyətinin olması mötəbər sübutlar əsasında müəyyən edilmədiyindən “cavabdeh X4 təbii qazdan istifadəyə görə yaranmış 1016,97 manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X10 qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “cavabdeh “X4 təbii qazdan istifadəyə görə yaranmış 1016,97 (min on altı manat 97 qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi” barədə iddia tələbi sübuta yetmədiyi üçün təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyinə görə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,40 (otuz manat 40 qəpik) manat miqdarında dövlət rüsumu və xidmət haqqı məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X10 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar