Məhkəmə qərarları › İş №e-2-2(119)-45/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-45/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-45/2024 19.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Salədin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında yerləşən “Amore” İstirahət Mərkəzinə Cavabdeh tərəfindən əsassız olaraq artıq hesablanmış 2963,25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 26 aprel 2018-ci il tarixdən ilkin icarə müqaviləsi əsasında İddiaçı məxsus ünvan 1ndə yerləşən “Amore” istirahət mərkəzini icarəçi kimi işlədir. İstirahət mərkəzini icarəçi kimi işlətdiyi 4 ildən artıq müddətə heç bir dövlət qurumu ilə aralarında anlaşmazlıq və problem olmamışdır. “Amore” istirahət mərkəzində istifadə olunan təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmiş, Sumqayıt Qaz İstismar Sahəsi ilə iddiaçı arasında heç vaxt hər hansı bir problem yaranmamışdır. Lakin “Amore” istirahət mərkəzində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2022-ci ili dekabr ayında 25648 m3 qaz istifadə olunmasına baxmayaraq, “Amore” istirahət mərkəzinə 2022-ci ilin dekabr ayı üçün təqdim edilmiş hesab-fakturada qaz sərfiyyatı heç bir əsas göstərilmədən 11853 m3 artırılaraq 37501 kub metr göstərilmişdir. İddiaçıya heç bir əsas olmadan hesablanmış 11853 m3 qaza görə qeyri-qanuni tələb olunan 2963,25 manat pul vəsaitinin silinməsi ilə bağlı iddiaçının 17 yanvar 2023-cü il tarixli müraciəti üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialı tərəfindən araşdırılma aparılmışdır. Araşdırma nəticəsində Agentlik tərəfindən Cavabdeh Sumqayıt Qaz İstismarı Sahəsinə verilmiş müvafiq sorğuya cavab olaraq təqdim edilmiş sənədlərin təhlili istehlakçının (“Amore” istirahət mərkəzinin) abonent hesabına daxil edilmiş 11853 m3 qaz həcminin əsassız olduğu öz təsdiqini tapmışdır. Məktubda göstərilir ki, “Energetika Nazirliyinə daxil olmuş, Sumqayıt şəhəri, Novxanı yolu ünvanında yerləşən “Amore” restoranının (abonent kodu **********00060, İddiaçı) abonent hesabına daxil edilmiş əlavə borc məbləği barədə müraciət X3 Agentliyinin Sumqayıt Filialı tərəfindən aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, restoranın qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2022-ci ilin dekabr ayında 25648 m3 təbii qazdan istifadə olunmuşdur. Lakin istehlakçıya 2022-ci ilin dekabr ayı üçün təqdim edilmiş hesab-fakturada qaz sərfiyyatı heç bir əsas göstərilmədən 11853 m3 artırılaraq 37501 m3 göstərilmişdir. Bununla əlaqədar Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə verilmiş müvafiq sorğuya cavab olaraq təqdim edilmiş sənədlərin təhlili istehlakçının abonent hesabına daxil edilmiş 11853 m3 qaz həcminin əsassız olduğunu bir daha təsdiq etmişdir. İstehlakçının abonent hesabına daxil edilmiş əsassız borca yenidən baxılması üçün Cavabdehnə müraciət edilmiş, Cavabdeh 14-2-2-6/2-47/2023 nömrəli 13 fevral 2023-cü il tarixli cavab məktubunda sayğacın pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qaz həcminin hesablanmasının məqsədəuyğun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 bəndinin tələblərinə görə, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir, qaz paylayıcı tərəfindən verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri istehlakçıdan tələb edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qaydaların 3 nömrəli əlavəsinə əsasən “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsində həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.” Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir, qaz paylayıcı tərəfindən verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri istehlakçıdan tələb edilə bilməz. 27 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş üzrə iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia ərizəsində silinməsi xahiş olunan 2963,25 manat borc uçotu pozulmuş qazın həcmi ilə bağlıdır. Belə ki, hazırkı mübahisə üzrə sayğac vaxtı-vaxtında texniki baxışdan keçirilmədiyi üçün göstəricilər düzgün qeydə alınmamışdır. Sayğacda göstərici 152946 m3 olmuş, müvafiq hesablama aparılaraq 11853 m3 uçotu pozulmuş qaz hesablanmışdır. Göstərilənlərə əsasən o, iddia tələbini qəbul etmədiklərini bildirib məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli 28 mart 2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən İddiaçı məxsus “G 100” markalı 80110908 nömrəli qaz sayğacına yerində xidmət göstərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli aktda qeyd olunur ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “G100” markalı 80110908 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 11853 m3 müəyyən olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 2963,25 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialının 14 fevral 2023-cü il tarixli 3-15/2- P-5-5-142/2023 nömrəli məktubundan göstərilir ki, Energetika Nazirliyinə daxil olmuş, Sumqayıt şəhəri, Novxanı yolu ünvanında yerləşən “Amore” restoranının (abonent kodu **********00060, İddiaçı) abonent hesabına daxil edilmiş əlavə borc məbləği barədə müraciət X3 Agentliyinin Sumqayıt Filialı tərəfindən aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, restoranın qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2022-ci ilin dekabr ayında 25648 kub metr təbii qazdan istifadə olunmuşdur. Lakin istehlakçıya 2022-ci ilin dekabr ayı üçün təqdim edilmiş hesabfakturada qaz sərfiyyatı heç bir əsas göstərilmədən 11853 kub metr artırılaraq 37501 kub metr göstərilmişdir. Bununla əlaqədar Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə verilmiş müvafiq sorğuya cavab olaraq təqdim edilmiş sənədlərin təhlili istehlakçının abonent hesabına daxil edilmiş 11853 kub metr qaz həcminin əsassız olduğunu bir daha təsdiq etmişdir. İstehlakçının abonent hesabına daxil edilmiş əsassız borca yenidən baxılması üçün Cavabdehnə müraciət edilmiş, Cavabdeh 14-2-2-6/2-47/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda sayğacın pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qaz həcminin hesablanmasının məqsədəuyğun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 bəndinin tələblərinə görə, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir, qaz paylayıcı tərəfindən verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri istehlakçıdan tələb edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin 5.2-ci bəndinin tələbinə görə müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus Sahil küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “G100” markalı 80110908 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 11853 m3 müəyyən olunmuşdur. İddiaçıya həmin akt əsasında 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt əsasında hesablanmış 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt əsasında hesablanmış 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borc silinməlidir. Eləcə də, 49,63 (qırx doqquz manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt əsasında hesablanmış 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən dövlət nəfinə 49,63 (qırx doqquz manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar