Məhkəmə qərarları › İş №e-2-2(119)-453/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-453/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-453/2023 01.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil3, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi” barədə ilkin iddia ərizəsinə və Cavabdeh2 İddiaçı qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Aİ-220321 saylı icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər olan 42583,99 manat məbləğində icarə haqqı borcunun cavabdehlərdən tutularaq İddiaçı verilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Aİ-220321 saylı icarə müqaviləsi əsasında ayaqaltı, döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin cavabdehlərdən alınaraq İddiaçı verilməsi, vəkil orderi üçün ödənilən 150 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Aİ-220321 saylı icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər olan 158427,12 manat məbləğində icarə haqqı borcunun cavabdehlərdən tutularaq İddiaçı verilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Aİ-220321 saylı icarə müqaviləsi əsasında ayaqaltı, döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin cavabdehlərdən alınaraq İddiaçı verilməsi, vəkil orderi üçün ödənilən 150 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və onun nümayəndəsi Vəkil2 02 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında bağlandığı qeyd edilən 18 fevral 2022-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 04 may 2023-cü il tarixli e-2-2(119)-453/2023 nömrəli qərardadı ilə Cavabdeh2 İddiaçı qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinin icraata götürülərək İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi” barədə ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. 01 noyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil3 mübahisə üzrə tərtib olunaraq İddiaçı, Cavabdeh2 və "X1 Mühəndislik" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Koçluoğlu Levent tərəfindən imzalanmış 01 noyabr 2023-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim edib həmin barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək məhkəmədən barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 01 noyabr 2023-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi hazırkı iddia tələbi üzrə tərəflər arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və Cavabdeh1 aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:

1. Tərəflər bu sazişi bağlayırlar ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Aİ 220321 saylı, 22 mart 2021-ci il tarixli müqavilə üzrə yaranmış və razılaşdırılmış əsas borc məbləği olan 60000 (altmış min) manat pulu bu saziş ilə müəyyən edilən qaydada İddiaçı ödəyəcəklər. Həmin ödəniş tam başa çatdıqdan sonra Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı üzrə tələbkar İddiaçı borclu Çetin Mengüverdiyə qarşı 50000 manat (ƏDV xaric) pulun ödənilməmiş 25000 manat hissəsindən imtina etmək üçün icra şöbəsinə müvafiq ərizə ilə müraciət edəcəkdir. xx.xx.2024-cü il tarixədək tələbkar İddiaçı borclu Çetin Mengüverdidən qalıq borcu tələb etməyəcək və tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləği olan (vergilər xaric) 60000 (altmış min) manat pulu iki dəfəyə bölməklə, 28 fevral 2024-cü il tarixinədək aşağıdakı qaydada İddiaçı ödəməyi öz üzərinə öhdəlik götürür: - 15000 (on beş min) AZN - xx.xx.2023-cü ilədək; - 45000 (qırx beş min) AZN - xx.xx.2024-cü ilədək.

3. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənişin bu sazişin 2-ci bəndində göstərilən qrafikdə həyata keçirilməməsi saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, İddiaçı cavabdehlərdən saziş üzrə müəyyən olunan 60000 (altmış min) manat pulun ödənilməsini təmin etmək üçün qanunvericilik ilə müəyyən edilmiş məcburi icra tədbirlərini tələb etsin.

4. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

5. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz.

6. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

7. Bu sazişi tərəflər imza və ya möhürü ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 01 noyabr 2023-cü il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi” barədə ilkin iddia ərizəsinə və Cavabdeh2 İddiaçı qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-453/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə Cavabdeh1 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər bu sazişi bağlayırlar ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Aİ 220321 saylı, 22 mart 2021-ci il tarixli müqavilə üzrə yaranmış və razılaşdırılmış əsas borc məbləği olan 60000 (altmış min) manat pulu bu saziş ilə müəyyən edilən qaydada İddiaçı ödəyəcəklər. Həmin ödəniş tam başa çatdıqdan sonra Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı üzrə tələbkar İddiaçı borclu Çetin Mengüverdiyə qarşı 50000 manat (ƏDV xaric) pulun ödənilməmiş 25000 manat hissəsindən imtina etmək üçün icra şöbəsinə müvafiq ərizə ilə müraciət edəcəkdir. xx.xx.2024-cü il tarixədək tələbkar İddiaçı borclu Çetin Mengüverdidən qalıq borcu tələb etməyəcək və tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən mülki mübahisəni barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı tarixə tərəflər arasında razılaşdırılmış ümumi borc məbləği olan (vergilər xaric) 60000 (altmış min) manat pulu iki dəfəyə bölməklə, 28 fevral 2024-cü il tarixinədək aşağıdakı qaydada İddiaçı ödəməyi öz üzərinə öhdəlik götürür: - 15000 (on beş min) AZN - xx.xx.2023-cü ilədək; - 45000 (qırx beş min) AZN - xx.xx.2024-cü ilədək.

3. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənişin bu sazişin 2-ci bəndində göstərilən qrafikdə həyata keçirilməməsi saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal ona əsas verir ki, İddiaçı cavabdehlərdən saziş üzrə müəyyən olunan 60000 (altmış min) manat pulun ödənilməsini təmin etmək üçün qanunvericilik ilə müəyyən edilmiş məcburi icra tədbirlərini tələb etsin.

4. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

5. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz.

6. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

7. Bu sazişi tərəflər imza və ya möhürü ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul tələbi” barədə ilkin iddia ərizəsinə və Cavabdeh2 İddiaçı qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2-2(119)-453/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar